ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə171/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   167   168   169   170   171   172   173   174   ...   194

BABURNAMƏ 

 

369 



əsgərləri ilə birlikdə Əsgəriyə qoşulsunlar. Hansı tərəfə getmək münasib gö-

rülsə, oraya getsinlər». 

Bunları yazıb şənbə günü, ayın (350b) iyirmi ikisində [=5 dekabr] on 

altı  günlük  bir  müddət  verilərək  Qiyasəddin  Qurçu  başda  Sultan  Cüneyd 

Barlas olmaq üzərə Purab əmirlərinə qasid olaraq göndərildi. 

Ağızdan söylənənlər isə bunlar idi: zərbzən, araba, tüfəng və digər sa-

vaş vasitələri hazırlanana qədər özümüzdən öncə Əsgəri göndərildi. Qanqın 

digər yaxasındakı bütün sultan və əmirlərə də hazırlanan kimi dərhal Əsgə-

rinin  yanında toplaşmaları əmr edildi:  «Hansı  tərəfə  yürümək münasib  gö-

rülsə,  tanrının  inayətilə  o  tərəfə  hərəkət  ediləcək.  Oradakı  dostlarla  danışıb 

məsləhətləşin,  əgər  mənim  gəlməyimi  zəruri  edən  bir  şey  olursa,  mənim 

göndiyim  adam  gələr-gəlməz,  inşaallahu  təala,  dərhal  hərəkət  edəcəyəm. 

Əgər benqallar tərəfimizi tutub bizə bağlı olsalar və orada mənim iştirakımı 

zəruri  qılacaq  bir  iş  olmasa,  bunu  da  açıqca  ərz  edin.  Boş  durmaq  olmaz, 

mən  başqa  tərəfə  yürüyəcəyəm.  Sizlər  də  dostlarla  danışıb  məsləhətləşərək 

Əsgəriylə birlikdə yürüyün və oradakı işlərə tanrı inayətilə bir xitam verin». 

Şənbə  günü,  rəbiüləvvəl  ayının  iyirmi  doqquzunda  [=12  dekabr]  Əs-

gəriyə qiymətli daşlar la bəzənmiş kəmərli bir xəncər ilə padşanə xələt gey-

dirib bayraq, tuğ, nağara, cins atlar, on ədəd fil, bir qatar dəvə (351a) və di-

gər padşahanə vasitələlər ehsan edərək, divana riəasət etməsinə qərar verdim. 

Mollasına və iki atəkəsinə də düyməli yeləklər, digər adamlarına isə üç dəfə 

doqquz paltar ehsan etdim. 

Bazar  günü, ayın  sonuncu günündə isə  Sultan  Məhəmməd  Bəxşinm 

evinə getdim. Xalı sərib hədiyyələr gətirdi. Nəqd və mal olaraqla iki lekdən 

bir  az  artıq  hədiyyə  verdi.  Hədiyyələrin  təqdimatındansonra  isə  başqa  bir 

otağına keçərək məcun yedik. Oradan da üçüncü pəhərdə çıxıb suyu keçərək, 

xəlvətxanaya gəldim.  

 

AQRA VƏ KABĠL ARASINDA 

POÇT SĠSTEMĠNĠN QURULMASI 

 

Cümə  axşamı  günü,  rəbiüləvvəl  ayının  dördündə  [=17  dekabr]  belə 



qərar verdim: «Çıxmaq bəy katiblik vəzifəsini yerinə yetirəcək Şahi Tamğa-

çıyla birlikdə Aqradan  Kabilə qədər olan məsafəni ölçərək hər doqquz kü-

ruhda  on  iki  kari  hündürlükdə  qüllə  və  üstündə  bir  otaq  tikəcəklər,  hər  on 

səkkiz  küruhda  altı  yam  [poçt]  atı  bağlayacaqlar,  yamçıya  [poçtalyon]  və 

mehtərə  maaş  və atlara  yem  təyin  ediləcək. Elə  buyuruldu  ki,  əgər bu poçt 

atı bağlanan yer bir xassə mülkünə yaxınsa, bu söylənənləri oradan təmin et-

sinlər, əgər hər hansı bir bəyin pərgənəsinə yaxınsa, bu işi o bəyin məsuliy-

yətinə versinlər». 

O  gün  Çıxmaq  ilə  Şahi  Aqradan  ayrıldılar.  Bu  küruhlar  milə  görə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



370 

Müəyyənləşdirildi. Necə ki Mübəyyəndə belə deyilir: (351 b) 

Dörd min qədəm bilə bir mil

Bir küruh ona hind eli der, bil. 

 

Dedilər bir yarım kari bir qədəm



Hər xari bil ki vardır altı tutam. 

 

Hər tutam dörd əlik



1

, yenə hər əlik 

Altı cəv ərzi buldu, bil bu bilik. 

Ölçü ipi, burada söyləndiyi kimi, bir qədəm = doqquz tutam = bir ya-

rım kari hesabıyla qırx qədəm uzunluğunda müəyyən edildi ki, belə yüz ip 

bir küruh edir. 



 

ELÇĠLƏRĠN QATILDIĞI BĠR ZĠYAFƏT 

 

Şənbə günü, ayın altısında [=19 dekabr] bir toy oldu. Qızılbaş, özbək 



və hind elçiləri bu ziyafətdə iştirak etdilər. Qızılbaş elçiləri mənim sağımda 

yetmiş-səksən  kari uzaqlığa  çadır qurdurularaq oraya oturduldular. Bəylər-

dən Yunus Əlinin da qızılbaşlarla birlikdə oturması əmr edildi. Solumda da 

eyni  şəkildə  özbək  elçilərini  oturdub  bəylərdən  Abdullahın  [Kitabdar]  da 

bunlarla birlikdə oturması əmr edildi. 

Özüm isə yeni tikilən səkkizguşəlı və təzə otlarla örtülü köşkün şimal 

yönündə oturdum. Sağımda beş-altı kari uzaqda Toxta Buğa Sultan, Əsgəri, 

Xoca həzrətlərinin oğlu Xoca Əbdüşşəhid, Xoca Kəlan, Xoca Hüseyni, Xə-

lifə  və  Səmərqənddən  gələn  xocaların  xidmətində  olan  hafiz  və  mollalar 

oturdular.  Solumda  isə  beş-altı  (352  a)  kari  uzaqda  Məhəmməd  Zaman 

Mirzə, Tan-Atmış Sultan, Seyid Rəfi, Seyid Rumi, Şeyx Əbülfəth, Şeyx Ca-

mali, Şeyx Şəhabəddin Ərəb və Seyid Dəkəni oturdular. 

Bütün sultanlar, xanlar, irəli gələnlər və əmirlər yeməkdən öncə altın, 

gümüş və mis axçalar, qumaş və digər əşyalardan ibarət saçıqlar gətirdilər. 

Önümə bir xalı sərmələrini əmr etdim. Altın və gümüşü bu xalı üzərinə tök-

dülər.  Qumaşları,  bezləri  və  axça  torbalarını  isə  altın  və  gümüşün  yanına 

yığdılar. 

Yeməkdən  bir  az  öncə  saçıqlar  təqdim  olunarkən  azğın  dəvələr  ilə 

filləri  qarşıdakı  adada  vuruşmağa  saldılar.  Bir  neçə  qoç  da  vuruşdurdular. 

Ondan sonra pəhlivanlar güləşdi. 

Böyük  yeməkdən  sonra  Xoca  Əbdüşşəhid  ilə  Xoca  Kəlana  incə  qu-

maşdan paltarlar və müvafiq xələtlər geydirildi. Molla Fərrux ilə Hafiz [Mir 

Katib]  rəyasətində  gələnlərə  də  yeləklər  geydirildi.  Küçüm  xanın  elçisi  ilə 

Həsən Çələbinin kiçık qardaşına da qumaş başlıqlı və düyməli samur kürk-

                                                           

1

 Əlik çağatayca barmaq, cəv isə farsca arpa deməkdir.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə