ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə181/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   177   178   179   180   181   182   183   184   ...   194

BABURNAMƏ 

 

389 



günü sabah tezdən -ki cümə axşamı günü olur-  düşmənin üzərinə gedəcək-

lərini  bildirdi.  Bu  keçənlərin  də  Əsgəriyə  qoşularaq  düşmən  üzərinə  yürü-

mələri əmr edildi. 

Günorta  üstü  Ustadın  yanından  bir  adam  gəlib  daşın  hazır  olduğunu 

bildirdi. O daşı atmasını və mən gəlincəyə qədər bir daş daha hazırlamasını 

əmr  etdim.  İkindi  üstü  kiçık  benqal  qayığına  minib  topların  yerləşdirildiyi 

yerə getdim. Ustad Əliqulu böyük bir daş və bir neçə firəngi atdı. 

Benqallar  atəş  atmaqla  məşhurdu.  Bu  dəfə  yaxşı  təcrübə  etdik:  onlar 

bir yeri nişan alıb atmır, rastgələ atırlar. 

İkindi  çağı  Saru  çayıyla  onların  qarşılarından  bir  neçə  gəmini  çəkib 

keçirmələrini əmr etdim. Gəmini çəkən adamlar heç çəkinmədən (373 a) və 

saxlanmadan  bir  neçə  gəmini  çəkib  keçirdilər.  İsən  Teymur  Sultan,  Toxta 

Buğa  Sultan,  Baba  Sultan,  Arayiş  xan  və  Şeyx  Gürənə  gəmilərin  keçdiyi 

yerdə qalaraq gəmini qorumalarını əmr etdim. 

Oradan dönüb ilk pasda ordugaha gəldim. Gecə yarısına yaxın bir sa-

atda  yuxarıya çəkilən gəmilərdən  «Qitələr daha irəliyə getdilər. Gəmini çə-

kirdik ki, benqallar gəmilərin bizim tərəfimızdən çəkildiyini duyaraq savaş-

mağa girişdilər. Bir gəmiçinin ayağına daş dəydi, ayağı qırıldı, keçə bilmə-

dik» xəbəri gəldi. 

Cümə axşamı sabahı sipərdəkilərdən də «Yuxarıdakıların hamısı gəldi. 

Düşmənin atlıları atlara minərək bizim gəlməkdə olan qitələrimizə qarşı hə-

rəkətə keçdilər» xəbəri gəldi. Dərhal ata minərək axşamüstü suyun bu tərə-

finə  keçirdiyimiz  gəmilərə  gəldim.  Məhəmməd  Sultan  Mirzə  komandanlı-

ğında  suyu  keçmələri  qərarlaşdırılan  birliklərə  dərhal  suyu  keçib  Əsgəriyə 

qoşulmaları üçün adam yolladım. İsən Teymur Sultan ilə Toxta Buğa Sultan 

bu  gəmilərdə  idi,  keçməyə  başlamalarını  əmr  etdim.  Baba  Sultan  isə  təyin 

edildiyi yerə hələ gəlməmişdi. 

İsən Teymur Sultan dərhal bir gəmiyə minib otuza qırx qədər adamıy-

la birlikdə atlarını (373 b) gəminin yanında yedəkdə tutaraq keçdi. Bunların 

arxasından təkrar bir gəmi yola çıxdı. Bunların keçdiklərini görən benqallar-

dan izdihamlı bir piyada taqımı üstlərinə yürüdü. İsən Teymur Sultanın yed-

di-səkkiz  adamı  atlara  minərək  bu  piyadaların  qarşısına  gedib  Sultan  ata 

minincəyə qədər qılınc-qılınca savaşaraq piyadaları başqa tərəfə çəkdi. İsən 

Teymur Sultan da ata mindi. İkinci gəmi də keçdi. Otuz-otuz beş atlı adamla 

izdihamlı  piyadalara  qarşı  mücadilə  edərək  onları  tamamən  məğlub  etdi. 

Çox yaxşı iş gördü. İlk öncə çevik və qətiyyətli davranaraq hər kəsdən öncə 

keçdi, sonra da izdihamlı piyadaların üstünə az adamla yaxşı yürüyüb onları 

məğlubiyyətə uğratdı. 

Toxta Buğa Sultan da keçdi və digərləri də arxa-arxaya keçməyə baş-

ladı. Lahorlu və hindistanlılar öz üsullarına görə, kimisi dəstəklə, kimisi də 

qamış dəmətiylə keçməyə başladılar. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



390 

Bunu görən sipər qarşısındakı izdihamlı benqal gəmiləri də suyun aşa-

ğısına doğru qaçmağa başladı. Dərviş Məhəmməd Sarban, Dost eşik-ağa və 

digər  bəzi  igidlər  sipərin  qarşısından  keçdilər.  Sultanlara  adam  göndərərək 

keçənləri  yığıb o tərəfdəki qitəyə  yaxınlaşınca  yanlardan yürüyüb düşmənə 

(374  a) hücum etmələrini söylədim. Sultanlar da keçənləri özlərinə qataraq 

düşmən tərəfinə üç-dörd topa halında hərəkət etdilər. 

Bunlar  yaxınlaşınca  düşmən  piyadaları  qabağa  keçirib  səfini  pozma-

dan yürüməyə başladı. Əsgəriylə birlikdə yürümələri qərarlaşdırılan qitədən 

olan Kuki adamlarıyla birlikdə gəlib yetişdi. O tərəfdən Kuki, bu tərəfdən də 

sultanlar yetişərək hücum edir və düşməni vurub pozurlar. 

Kukinin adamları Bəsənt Rav adlı mötəbər bir kafiri ələ keçirib başını 

kəsirlər.  Bəsənt  Ravın  on-on  beş  adamı  bunların  üzərinə  atılır  və  onları  da 

kəsirlər. 

Toxta  Buğa  Sultan  isə  düşmənin  ön  tərəfindən  gedib  qılınc  çəkərək 

yaxşı vuruşur. Moğol Əbdülvəhhab ilə kiçık qardaşı də düşmənlə qılınc qı-

lınca gəlirlər. Moğol suyu bilmədiyi halda özü zirehli və atı yedəkdə olaraq 

keçir. 

Mənim gəmilərim geridəydi. Gəmilərə adam göndərdim. Fərmayiş gə-



misi  bir  az  irəli  gəldi.  Fərmayiş  gəmisinə  minib  suyu  keçərək  benqalların 

düşərgəsini  gəzdikdən  sonra,  Güncayiş  gəmisinə  minib  çayın  yuxarı  qismi 

haqqında bilgi aldım. 

Mir Məhəmməd Caleban Saru çayının bir az yuxarısının keçmək üçün 

daha yaxşı olduğunu bildirdi. Onun söylədiyi yerdən əsgərin keçməyə başla-

ması əmr edildi. Məhəmməd Sultan Mirzə komandanlığında olanlara keçmə 



(374  b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü 

də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qasım 

Xocaya ehsan etdim. 

Günorta  üstü  qüsl  əsnasında  sultanlar  gəldi.  Özlərini  yaxşı  qarşılayıb 

təvəccühüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa-

vaş  meydanında  ilk  işi  idi.  Uğurlu  oldu.  O  axşam  ordugah  hələ  təzə  yerə 

nəql edilməmiş olduğu üçün bir adada Güncayiş gəmisində uyudum. 

Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə-

sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə 

xəbər bilmək üçün Hacipura göndərildi.  

Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu-

ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla 

iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain-

lik  edərək  Beharı  zəbt  edəndə  Bibən  ilə  Şeyx  Bəyazid  üzərinə  yürüyüncə 

məcburən  onlara  qoşulmuşdu.  O  günlərdə  də  neçə  dəfə  ərzi-halı  gəlmişdi. 

Xalq  arasında  onun  haqqında  qarışıq  sözlər  söylənirdi.  Əsgəri  Heldi  keçi-

dindən  keçər-keçməz,  adamlarıyla  birlikdə  gəlib  Əsgərini  (375a)  gördü  və 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə