ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

___________________Milli Kitabxana__________________
Qıpçaq kişiləri, Oğuz bəyləri,
Ağüzlü tarixin ağ üz bəyləri,
İndiki kişilər kağız bəyləri,
Son sözü "qaç" oldu, ay Dadaloğlu!
Yaranı vurdular yaranın üstə,
Yeriş elədilər Turanın üstə.
Başım nələr çəkdi Quranın üstə,
Qənimim xaç oldu, ay Dadaloğlu!
27avqus,
"BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR"
SİLSİLƏSİNDƏN
I
DAĞLAR
Səndən ayrılanda bir ah çəkmişəm,
Kərəmtək yandırıb ah məni, dağlar!
Daramır saçımı sənsiz küləklər,
Sənsiz heç oxşamır meh məni, dağlar!
Şirin görüşlərin ömrü kəm olar,
Gözüm yaşla dolar, könlüm qəm olar.
Cənnətim çevrilib cəhənnəm olar,
Olmasam dağların mehmanı, dağlar!
Hər dərddən xəbərdar, hər işdən halı,
Şairdi daşıyan min qilü-qalı.
Zəlimxan düşsə də səndən aralı,
Saxla gözün üstə Bəhməni, dağlar!


___________________Milli Kitabxana__________________
II
GÖNDƏRİM
Bəhmən, hədələrdən qorunmaq üçün
Yarağın yoxdursa, yaraq göndərim.
Dərdini deməyə dərdli bir qələm,
Şerini yazmağa varaq göndərim.
Qoşun bil, özünü təkləmə, qardaş,
Ürəyi bu qədər yükləmə, qardaş.
Qəlbi qəm üstünə kökləmə, qardaş,
Lazımsa, eşqimi dayaq göndərim.
Cam olum, içməyə camın yoxdusa,
Tam olum, dadmağa tamın yoxdusa,
Gecə yandırmağa şamın yoxdusa,
İki gözlərimi çıraq göndərim!
Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim el sevən kəsi?
Geniş aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı qonaq göndərim!
NƏ TƏMİZ YARADIB
Əsil insan, gözəl alim, ağsaqqalım, qayğıkesim,
xeyirxahım Camal Mustafayevə
Özütək incədir, zərifdir deyə,
Çiçoklər baş əyir duyğularına.
Təbiət istəyir al-əlvan geyə,
Güllər də güvənir qayğılarına!
Alışanda Kərəm, sızlayanda saz,
Göy kimi ağlayan görmüşəm səni.


___________________Milli Kitabxana__________________
Duyan bir ürəkdə qüdrət azalmaz,
Həmişə çağlayan görmüşəm səni!
Görmüşəm, səni də salıb sehrinə
Cığalı müxəmməs, cığalı təcnis.
Sevgidən, fərəhdən qabarıb sinə,
Çəkəndə ruhuna sığalı təcnis.
Gəncliyəm, eşqimi yaşatmaq üçün
Yaz gülüm olarsan, qış qarım mənim.
Adın şöhrət olar qarlı dağ üçün,
Bir boy da ucalar Qoşqarım mənim!
Deyir peyğəmbərdi eşidən, bilən,
Qoy öpsün hər çiçək, hər yarpaq səni.
Qara palçığına qurban olum mən,
Nə təmiz yaradıb bu torpaq səni!
KİMDİ
Məfhur türk aşığı Səbri Şimşak
oğlunun lent yazılarını dinlərkən
Şimşəkoğlu, səsindəki oda qurban,
Yandırırsan, yanan kimdi, sönən kimdi?
Kimlər sənə vədə verdi, yalan çıxdı,
İlqar verib, ilqarından dönən kimdi?
Bu səsdimi, haraydımı, nalədimi,
Yanmış Kərəm, qara batmış Lələdimi,
Daşıdığın dağdan ağır şələdimi,
Qəm altında boyun büküb sinən kimdi?
Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu,
Bəlkə daha qızbirçəkli nah yoxdu.
Bolkə daha Koroğlunun halı yoxdu,
Qocalanda dəli köhlən minən kimdi?


___________________Milli Kitabxana__________________
İncitdimi xotkar səni, paşa səni,
Çekdilərmi bərkə səni, boşa səni.
Qərib olmaq döndərdimi daşa səni,
Yenilməyən qeyrətini yenən kimdi?
Dilindəki layladımı, ağıdımı,
Sinəndəki min həsrətin dağıdımı,
Ayrılıqlar yenə bizə yağıdımı,
Düşmənimiz dünən kimdi, bu gün kimdi?
Şimşəkoğlu, gəl, bir yazaq yazımızı,
Şimşəkoğlu, gəl, bir çəkək nazımızı,
Zəlimxanla qoşa çalaq sazımızı,
Dünya görsün qalxan kimdi, enən kimdi?
1989
AŞIQ KAMANDARA
Əkdiyin gülləri, gəzdiyin bağı,
Bağban ol, doyunca qoxla, Kamandar!
Vaxtsız ayrılığı, vədəsiz köçü,
Sazın ovsunuyla oxla, Kamandar!
Zaman yağdırsa da saça qarını,
Vermisən ellərə eşqin barını.
Tərlan duruşunu, şah vüqarını,
Yüzdə də beləcə saxla, Kamandar!
Dil ver avazınla lal qayalara,
Dilindən süzülsün bal qayalara.
Taleyin bənzəsin sal qayalara,
Nə əyil, nə də ki laxla, Kamandar!
Ruhunla Qorqudtək qocalardasan,
Ahınla tüstülü bacalardasan.


___________________Milli Kitabxana__________________
Bəndə dərgahından ucalardasan,
Tanrı dərgahını haxla, Kamandar!
Əsən küləklərlə yarışmağı var,
Sellərə-sulara qarışmağı var.
Şairdi, küsməyi, barışmağı var,
Hərdən Zəlimxanı yoxla, Kamandar!
MƏMMƏD ASLANA
Harda gül görürsə, ayaq saxlayır,
Çiçək dəlisiymiş şair olanlar.
Açar sinəsini dəli yellərə,
Külək dəlisiymiş şair olanlar.
Çeşmələr laylası, çaylar bəstəsi,
Saz ruhu, ney canı, tar şikəstəsi.
Məhəbbət ölüsü, gözəl xəstəsi,
Mələk dəlisiymiş şair olanlar.
Yerin sinəsində kükrəyər, axar,
Göyün sinəsində gurlayar, çaxar.
Dünyaya qəlbinin gözüylə baxar,
Ürək dəlisiymiş şair olanlar.
Eşqin dumanında azmaq istədi,
Nizamı qaydanı pozmaq istədi.
Şerini göylərə yazmaq istədi,
Lələk dəlisiymiş şair olanlar.
İçində bir od var qaynayar, daşar,
Yolu düz yeriməz, çaşdırar, çaşar.
Arzuyla böyüyər, xəyalla yaşar,
Dilək dəlisiymiş şair olanlar.
Vara göz yumandı, yox dəlisidi,
Allahın gözləri tox dəlisidi,
Şairlər hamısı haqq dəlisidi,
Fələk dəlisiymiş şair olanlar.


___________________Milli Kitabxana__________________
HABİL
Yandıra-yandıra yaşadır ömrü,
Ümiddi, şübhədi, gümandı Habil.
Açılsa, dağlarda açılan Günəş,
Tutulsa, dağlarda dumandı Habil.
Əriyir dağların minillik qan,
Olmaq yar həsrəti, göynədir yarı.
Yaxşıdan yaxşıdı, Sarıdan sarı,
Yamandan min dəfə yamandı Habil.
Yaradır xallarda saflıq, dərinlik,
Qoşadır qəlbində odla sərinlik.
Nəğmədən həzinlik, səsdən şirinlik,
Həyatdan ölməzlik umandı Habil.
Kimdi son ümidin əlində qalan,
İçməsin dərmanı, yalandır, yalan.
Xəstəni ölümün əlindən alan
İzindi, möhlətdi, amandı Habil!
ÖLDÜRÜR
Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud
Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı
məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə
gözəl çıxışından sonra yazılmışdır.
Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,
Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.
Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,
Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.
Atəş kimi qarsaladı "Segah"ın fəryadı məni,
Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə