ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

___________________Milli Kitabxana__________________
GƏNC ŞAİRƏ
Girmə bu meydana soyuq ürəklə,
Köhnə dəmir kimi qızırsansa, gəl.
Qarşını kəssə də qayalı dağlar,
Qayadan damlatək sızırsansa, gəl.
Beşik böyüdəcək bələk deyəni,
Fələkdən üstün də fələk deyəni.
Tanrı buyuranı, mələk deyəni,
Peyğəmbər dilində yazırsansa, gəl!
İşıqsız, ilhamsız bir ömür hədər,
Sevgilin düşüncə, sirdaşın kədər.
Son dəfə çəkdiyin nəfəsə qədər,
Fikir əzabına hazırsansa, gəl!
9 iyul 2004
ALLAH VƏ ŞAİR
Səhərə lap az qalıb,
Saat dördə işləyir.
Bir-birinə güc verib,
Dərd ürəyə işləyir,
Ürək dərdə işləyir.
Çəkib aparmaq üçün
Daş yükünü dünyanın,
Allah göydə çalışır,
Şair yerdə işləyir.
28 yanvar 2005


___________________Milli Kitabxana__________________
GÜNAY ZƏLİMXANQIZINA
Göynən gedən buludlar,
Niyə danışmırsınız,
Yerdə çiçəklər, otlar
Niyə danışmırsınız?
Günay Zəlimxanqızı
Çiçəyi dindirsələr,
Çiçək danışar, qızım!
Küləyi dindirsələr,
Külək danışar, qızım!
Daşın da, torpağın da,
Danışmağa dili var.
Hər birinin həsrəti,
Sevinci, nisgili var.
Bürkünün, soyuğun da,
İstinin də dili var.
Odun da, ocağın da,
Tüstünün də dili var.
Nəyi bilmək istəsən,
Bir-bir gətirim yada.
Dilini bilən olsa,
Dilsiz nə var dünyada?
İndidən ki son belə
Daşa, torpağa yarsan –
İnşallah! Gün gələr ki,
Daşı danışdırarsan!


  
Milli Kitabxana_  
 
 
 
Duyğular…  
Düşüncələr… 
 
BETHOVEN TORPAĞINDA 
DOST SAZI DİLLƏNİRDİ 
 
Payızın son  ayının  ilk  günlərində Almaniyanın Bilefeld  şəhərində şair  dostum, 
Aşıq  Ələsgər  yaradıcılığının  tətqiqatçısı,  folklorşünas  alim  Nizaməddin  Onkun 
qonağıydım. Nizaməddin bəy  mənim şərəfimə könül dostlarını, - ziyalıları, vaxtilə 
Azərbaycandan və Türkiyədən getmiş adamları evinə dəvət etmişdi. 
Şeirdən,  sənətdən,  Vətəndən,  qürbətdən  yüz  ilin  həsrətliləri  kimi  şirinli-acılı 
söhbətlər edirdik. Məclisin şirin yerində Nizaməddin bəy köynəkdə bir saz gətirdi. 
Gözlərimə  inanmadım.  Almaniya  hara,  saz  hara?  Mənim  heyrətimi  görən  şair 
dostum:  "14  ildir  ki,  köynəkdəydi,  bu  illər  ərzində  onu  dilləndirəni  gözləyirdim, 
bu,  sənin  qismətindir,  buyur,  çal!"  -  dedi.  Bu  təklifdən  qəhqəhə  çəkib  gülməyə 
başladım.  Dedim:  "Ay  rəhmətliyin  oğlu,  yeddi  illik  ayrılıqdan  sonra  Aşıq  Qərib 
Tiflisə  gələndə  onun  sazında  salamat  bir  tel  qalmamışdı.  14  ilə  telmi  qalar,  mən 
onu çalam, siz  də  ləzzət ala,  kövrələsiniz?!". Könülsüz-könülsüz sazı  köynəyindən 
çıxartdım. Nə görsəm yaxşıdır!? Elə bil saz bu gün tellənib, sığallanıb, köklənibdir. 
Divarqanlı  Abbasın  dediyi  kimi.  "Dinlə  Abbasın  səsini,  tökər  könüllər  pasını  ",  - 
deyə saz öz-özünə oxumaq istəyirdi. İndi fikir verin: qürbət ola, saz ola, həsrət ola, 
üstəlik də, meydanda Zəlimxan ola! Bir Allah bilir ki, burda saz nə tufan elədi. Bu 
sazın dil-dil etməsinin sirrini-səbəbini anlamağa çalışdım. 
Məlum  oldu  ki,  bu  hədiyyəni  Aşıq  Ələsgərin  nəvəsi,  hörmətli  alimimiz  İslam 
Ələsgərli  bağışlayıb.  Demək,  bizi  həm  də  Ələsgər  ocağının  müqəddəs  ruhu  belə 
coşdururmuş. 
 
Sanki bir ceyran gəlib 
oylağıma, binəmə, 
Həsrətli bir yar kimi 
basdım onu sinəmə. 
Zilini zil elədim, 
bəmini bəm elədim, 
 
 
 
 
 
 
 
 
 
 
 


___________________Milli Kitabxana__________________
Sazı ağrıya əlac,
dərdə məlhəm elədim.
Ürəyimdə nə varsa,
tellərinə yüklədim,
Odunu alışdırıb,
qorunu körüklədim.
Dillənmək istəyirdi,
yaman darıxırdı saz,
Əllərimi vurantək
özündən çıxırdı saz.
Qalxırdı dalğa-dalğa,
enirdi pərdə-pərdə,
Son qoymaq istəyirdi
qəmə, həsrətə, dərdə.
Aran bilir, dağ bilir,
yayla bilir bu sazı.
Hər kəs öz taleyinə
layla bilir bu sazı.
Hərə öz ömrü kimi,
günü kimi baxırdı,
Qibləsi, səmti kimi,
yönü kimi baxırdı.
Sevinc-kədər qarışıq
duyğular tellənirdi,
Bethoven torpağında
dost sazı dillənirdi.
Hansı ağacdan qopub
öz kökünü anırdı,
Yaralı ceyran kimi
Göyçəyə, Borçalıya,
Təbrizə boylanırdı.
Bəlkə Qarsın, İqdırın
xiffətini çəkirdi,
Bəlkə Azərbaycanın
həsrətini çəkirdi.
Bəlkə Qarabağ idi
onu belə yandıran,


___________________Milli Kitabxana__________________
Havanı sızıldadıb,
səsi dalğalandıran?
Bəlkə Tiflisdə onu
bir Şahsənəm gözləyir,
Ürəyində intizar,
qəlbində qəm gözləyir.
Parçalanmır yer, nədən,
silkələnmir göy nədən?
Bəlkə də, Ələsgərin
Tapdanan məzarıdır
onu belə göynədən.
Bir sazın kürəyinə,
gör, nə qədər yük düşüb,
Bəlkə onun yadına
Bu gün alışıb yanan
yaralı Kərkük düşüb?
Neçə yaylıq islanıb
göz yaşı göllənirdi,
Bethoven torpağında
dost sazı dillənirdi.
Burası Almaniya,
bura alman torpağı,
Körpəlik yaddaşımın
qan udan qan torpağı.
Min-min könül sazını
atəş ilə qırıblar,
Burda mənim xalqımın
qəlbini sındırıblar.
Bu yerdən üstümüzə
qara kağızlar gəlib,
Qayıdıb gələnin də
Gözləri göynərtili,
ürəyi sızlar gəlib.
Əlli ildən çox keçib
o gündən bu zamana,
Gül kimi gəlinlərin
qəddi dönüb kamana.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə