Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   14   15   16   17   18   19   20   21   ...   42


Yelizavetpol-Gəncə quberniyasında 1901-ci ilə qədər 28 rus-tatar
məktəbi vardı ki, onun da 12-si Zəngəzur qəzasında açılmışdı. Sonralar
uzun illər Azərbaycan hökumətinin rəhbərliyində təmsil olunanlar, sə-
nayenin müxtəlif sahələrində mühüm postlarda çalışanlar arasında
zəngəzurluların sayının çoxluğu, eləcə də bu torpaqlardan xeyli sayda
tanınmış elm, mədəniyyət xadiminin yetişməsi, Azərbaycanla yanaşı,
keçmiş SSRİ-nin bütün guşələrinə səpələnməsi məhz bu yeni tipli mək-
təblərin sayəsində mümkün olmuşdu.
Təkcə Gorus məktəbində əsrin əvvəllərində 200 azərbaycanlı ox-
uyurdu. 
Ermənistanın kommunist rəhbərliyinin bütün maneələrinə baxma-
yaraq 1930-cu ildə  Zəngəzurda 30 məktəb fəaliyyət göstərirdi ki, onlar-
dan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli)
məktəblər idi. 1941-ci ildə Zəngəzurdakı 42 Azərbaycan məktəbinin 23-
ü ibtidai, 15-i yeddi illik, 4-ü isə orta təhsil müəssisəsi idi.
Zəngəzurda maarif, elm, təhsil ocağı qalayanlardan olan Məm-
mədsadığın mənsub olduğu nəslin yetirmələri əsrlərcə davam edən
ənənələrlə dədə-babalarından dini təhsil alıb nəsildən-nəslə ötürüblər,
müəllim, üləma olaraq özləri də müqəddəs islam dinimizi öyrədiblər, ərəb,
fars dillərinin tədris edilməsində misilsiz xidmətlər göstəriblər, bu səbəb-
dən də Azərbaycanda Axundzadə soyadı ilə tanınıblar.
İlk təhsilini uşaqkən ailəsində alan Məmmədsadıq da fars, ərəb,
rus dillərini kamil öyrənib, “Quran-i Kərim”i sərbəst oxuyub tərcümə
edərmiş. Sonra Naxçıvan rüştiyəsini –gimnaziyasını bitirib. Bakıda
Pedaqoji İnstituta daxil olub. Türkiyəyə getdikdən sonra İstanbul Univer-
sitetinin Ədəbiyyat fakültəsində təhsil alıb, müxtəlif məktəblərdə müəl-
limlik edib. O, klassik Azərbaycan musiqisini də mükəmməl öyrənib. 
Yaradıcılığa erkən yaşlarından başlayan Məmmədsadıq ilk şeir-
lərini “Açıq söz” və “Fyuzat” jurnallarında dərc etdirir. Təqib və məh-
dudiyyətlər qarşısında bir müddət İrana qaçır, Marağada ibtidai məktəb
açır. 1917-ci ildə isə Zəngəzur qəzasının mərkəzi Gorusa gəlir və orada
da məktəb açır.
Çar Rusiyasında baş verən 1917-ci il inqilabından sonra Azərbay-
canda istiqlal hərəkatına başlayanların ilk sıralarında olub.  O, bu illərdə
Azərbaycanın qurtuluşu və milli istiqlalına qovuşması yolundakı mü-
cadiləyə bütün varlığı ilə qatılır, Zəngəzurda əsas liderlərdən biri, 28 may


1918-ci ildə bağımsızlığını elan edən Azərbaycan Xalq Cümhuriyyətinin
Zəngəzurdan seçilən millətvəkili - Parlamentin üzvü olur. 1918-ci il
dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başlayanda Parla-
mentdə 11 partiya (fraksiya) təmsil olunmuşdu. Mirzə Məmmədsadıq Ax-
undzadə I Müsavat və Birtərəflər fraksiyasında idi.
Ruslar Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı
dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurur və İstanbuldakı Milli
Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə gedir, sonra
yenidən Azərbaycana qayıdır. “Çeka” dəstələri tərəfindən Tiflisdə tutulub
həbsə alınır. Fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olur. Siyasi
mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran
üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın
müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azər-
baycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Labüd
ölümdən, ən yaxşı halda ömürlük sürgündən xilas olmağın yeganə yolu
mühacirət idi.
Məmmədsadıq 1923-cü ilin sonunda İrana gedir, buradan isə
Türkiyəyə mühacirət edir. Əvvəlcə Trabzonda müəllimlik edir, sonra da
İstanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki
fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. İstanbulda
olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərir.
Məmmədsadıq daha sonra Finlandiyaya gedir (1931-1933). Orada
İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və
idarəçi vəzifəsində çalışır. Eyni zamanda türkcə və fincə “Yeni Turan”
adlı bir qəzet də təsis edir. Qəzetin hər sayında oxuculara Azərbaycan
türklərinin istiqlal mücadiləsində verdiyi qurbanlar,  bolşeviklərin türklərə
qarşı törətdikləri dəhşətli cinayətlər barədə çox dəyərli, ətraflı bilgilər
verir. Finlandiyadan İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam
etdirən M.S.Aran İkinci Dünya müharibəsindən sonra (1939-1945) əvvəl
“Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi İranda işləyir. 
O, 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə "İran türkləri" kitabını
çap etdirir. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azər-
baycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə
dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Maraqlıdır ki,
həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq Prezident
İsmət İnönünün göstərişi ilə qadağan edilmişdi.


Az sonra müəllif  “Türkün altun kitabı” adlı ikinci kitabını nəşr
etdirir. M.S.Aran pedaqoji siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da
məşğul olur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı
və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səs-
ləri” kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə
çap olunmuş “Ərkənəkon yolları” adlı kitabında toplanıb. 
M.S.Aran naşiri olduğu “Ərgənəkon Yolu” dərgisinin amalını belə
xarakterizə edirdi: “Türk ölkəsində türk yolları hələ yapılmamış olduğun-
dan, biz də türk yolunda yürüyə bilmədik. Bundan ötrü amaca doğru əski
dədələrimizin yürüdüyü qurtuluş yolunda, Ərgənəkon yollarında yürümək
zorunda qaldıq. Bu tilsimli yollarda yürüyərkən heç bir yabançı dala tu-
tunmadıq... Bir gün, bir bozqurd bizi Ərgənəkon tilsimindən qurtara-
caqdır”. 
Məmmədsadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi
olaraq xeyli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol
keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin
Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri
kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön
sıralarına çıxarmışdı.
O, 1924-cü ildə qurulan və Ankarada fəaliyyət göstərən və öz
ətrafında Cümhuriyyətin M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, X.Xasməm-
mədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub
Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli
Mərkəzi İdarə Heyətinin ən uzun ömürlü, “stajlı” üzvlərindən biri ol-
muşdu. Məmmədsadıq eyni zamanda mühacirət mətbuatının fəal xadim-
lərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı
məqalələr çap etdirməklə yanaşı "Azəri türk", "Yeşil yaprak", "Türk yolu",
"Erkenekon" dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Uzun müddət
həm də qurucularından olduğu Ankaradakı Türk Kültürlərini Araşdırma
İnstitutunun əməkdaşı kimi çalışmışdı. “Azəri-Türk” jurnalında məsul
redaktor olaraq Azərbaycan mühacirət mətbuatı tarixində onun böyük rolu
olub.
Məmmədsadıq Axundzadənin -Mehmet Sadık Aranın 1945-1946-
cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv
şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın
və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə