Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

məşhurlaşıb Azərbaycan, türkçülük, turançılıq məfkurəsi uğrunda  mü-
cadilə aparan bu dəyərli insanın adı ölkəmizdə əbədiləşməyə layiq
şəxsiyyətlərdəndir və ümid edirik ki, bu belə də olacaqdır.
Müsavatın 5-ci Başqanı: Zəngilanlı 
Dr. Mehmet Azer Aran 
Mehmet Azer Aran 1911-ci ildə Zəngəzur qəzasının Zəngilan
şəhərində doğulmuşdur. İlk, orta və lisey təhsilini tamamlamış, Azərbay-
canın istiqlalı uğrunda mübarizəyə qoşulmuşdur. 1920-ci ildə Azərbay-
canın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra təqiblərdən
canını qurtararaq öncə Güney Azərbaycana, daha sonra Türkiyəyə
keçmişdir.
Hərbi Tibb Akademiyasına daxil olub uğurla bitirmiş, müxtəlif
yerlərdə hərbi həkim kimi fəaliyyət göstərmiş, həkim nevroloq kimi
böyük ad-san qazanmışdır. Bir neçə mühüm əhəmiyyətli əsgəri xəstəx-
analarda Baş həkim vəzifəsində çalışmış və öz istəyi ilə əməkliyə-təqaüdə
çıxmışdır. Albay-polkovnik  rütbəsinə qədər yüksəlmişdir.
Türkiyəyə qədəm qoyduğu gündən Azərbaycan davasının da Anadoluda
ən ardıcıl, yorulmaz mübarizlərindən olan Aran ömrü uzunu Məmməd
Əmin  Rəsulzadənin etibarlı silahdaşlarından biri olmuş, əqidəsinə sadiq
qalmışdır.
6 mart 1955-ci ildə Müsavat Partiyası lideri Məmməd Əmin  Rə-
sulzadə Ankarada vəfat etdikdən sonra həmən toplanan Müsavat Partiyası
Rəsulzadənin yerinə Mirzə-Bala Məmmədzadəni Baş katib-Genel başkan-
lığa seçmişdir. 1959-cu ildə onun vəfatı ilə genel başkanlığa Kərim Odər
seçilmişdir. 1981-ci ildə Kərim Odərin vəfatından sonra Mehmet Azer
Aran bu vəzifəyə seçilmişdir. Yəni Müsavat Partiyasının lideri-“Milli
Müsavat Halk Fırkası ve Milli Merkez Başkanı”  kimi şərəfli görevi də
daşımışdır. http://www.resulzade.org/musavat.html
Gənc yaşlarından Türkiyədə Azərbaycan istiqlalının yükünü çiyinlərində
daşıyan Mehmet Azer Aran 1949-cu ildə yaradılan Azərbaycan Kültür
Dərnəyinin də qurucu və idarə edici, yönətim rəhbərlərindən biri olmuş-
dur.
Onun haqqında nekroloqda yazılmışdı: “Atası və bütün əqrəbası
Məmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlala və hürriyətə


qovuşmasını, Azərbaycan Milli Cümhuriyyətinin qurulmasını istəyən
Milli Müsavat Xalq Partiyasının mənsubudurlar.”
O, təqaüdə çıxandan sonra parkinson xəstəliyinə tutulmuş, 8 aprel
1993-cü ildə 82 yaşında Ankarada həyata gözlərini əbədi yummuşdur.
Ahmet Karacanın “Dr.Mehmet Azer Aranı Ebediyete Uğurladık”
başlıqlı təsirli yazısı bu nəcib insanın ömrünə işıq salan dəyərli mənbədir.
(“Azerbaycan Dergisi”,  mart-aprel 1993)
Zəngəzurun igid oğlu Baba Yüzbaşı 
Baba Məmmədov 1887-ci ildə Zəngəzur mahalının
Almalıq kəndində dünyaya gəlmişdir. Qubadlı ray-
onunun Fərcan kəndinə bitişik bu kənd 1920-ci ildə
Qafana verilib. Ancaq sonralar Baba M. NKVD-də istin-
taq ediləndə onun doğum, yaşayış yeri Fərcan göstərilib.
Atası Məhəmməd Yaquboğlu Sarallı-Sofulu-Ücənis
elinin yüzbaşısı olub, camaatı ədalətlə idarə edib.
Uşaqlıqdan ağır günlər görüb, bu isə onu ruhdan
salmayıb əksinə iradəsini daha da möhkəmlədib, çətin-
liklərə sinə gərməyi öyrədib. 6 yaşda anasın, 12 yaşda
atasın itirib. Dayıları Türkiyəyə köçüb gedəndə yetim
qalmış 2 kiçik qardaşını da özləri ilə aparıblar. Baba ilə bacısın dayıları-
Zəngəzur müftisi Molla Kərim Əfəndi himayəsinə alır. O, İraqın Nəcəf
şəhərində ali dini təhsil alıb, bir çox elmlərə vaqif olmuşdu, ağlına,
zəkasına görə də bu vəzifəyə qoyulmuşdu, zəngin kitabxanası vardı.
Bacısı oğluna vaxt ayırmağa çox imkanı olmadığından onu Halda oxumuş
adam olan Kosa Əfəndinin yanına qoyur, ancaq Babanın iti zehni,
dərslərdə qabağa getmə həvəsi, uşaqlıqdan hökmlü, qürurlu olmağı onu
heç açmır, sifariş göndərir ki, Baba ilə məşğul olmaq mənlik deyil, gəlin
uşağınızı aparın. Ücənis ermənisi Mirzə İvan  Babaya rus dilini öyrədir
və yaxın ətrafındakılara həsədlə deyərmiş ki, müsəlman olasan belə də
başın ola, bu uşaqda çox güclü baş var, bunun gələcəyi olacaq. Molla
Kərim də bildiklərini Babaya həvəslə öyrədib. Babanı görənlər də, şəkil-
ləri də eyni şeyi deyir: onun sağlam bədəni, yaraşıqlı boy-buxunu, döş
qəfəsi irəli, eşmə bığlı, çatmaqaş, zəhmli adam olub, dərrakəli, əqidəsində
sabitqədəm olub. Bu xasiyyətlərinə görə camaat elliklə  Babanı 17 yaşı


olanda özlərinə yüzbaşı seçiblər. Rus hökumətinin yerli məmurları da on-
ların dilini təmiz bilən bu gəncin yerli nümayəndələri olmağına razı ol-
ublar. 7 erməni kəndi də ona tabe olub, Tiflisdən gələn general babanın
necə sevilib seçildiyini görüb, danışdırıb heç Tiflisdən rəsmi əmrin ver-
ilməsini gözləmədən yüzbaşılıq rəmzi medalyonunu çıxardıb camaatın
qabağında Babanın boynuna salır, silahlarını da çıxarıb verir ona. Ancaq
çılğınlığı, ötkəmliyi Babaya problemlər yaradır, bir neçə nüfuzlu bəylə,
kəndxuda ilə sözləri düz gəlmir, Tiflisə şikayətlər gedir, Feller adında bir
cuhud şikayəti araşdırmağa gəlir, Babanın iti ağlı, camaatın onu müdafiə
etməsini görür, şikayətçiləri də danışdırır, Feller də çıxılmaz vəziyyətdə
qalır. Bunu görən Baba öz xahişi ilə “çıxıram” deyir. Qəza mərkəzi
Gorusda meşə idarəsinə işə girir. Bir dəfə atəş açmaqda ermənilərin
hamısın mat qoyur. Üstündən  3 il keçir, camaatın təkidi ilə Baba yenidən
əvvəlki işinə qaytarılır. 
İl 1905-dir. Qəzada ermənilər silahlanıb ayağa qalxıblar. Er-
mənilərlə birlikdə işləyən Baba onların planlarını bilirdi, hər şeyi görürdü,
o da boş durmur, gizlicə aclıq çəkən erməni kəndlərindən taıl, pul əvəzi
60 silah, bir top makinası alır, ehtiyatlarını da imkan olduqca artırır, qoçaq
cavanları silahlandırıb təlimatlandırır. Rusiyada fevral burjua inqilabı
başlayandan böyük imperiyanın hər yerində xaos, hərc-mərclik, “hür-
riyətçilik” baş alıb gedirdi, harda ki Baba kimi yerli məmur iş başındaydı
orda qayda-qanun var idi. Baba bir gün görür ki, Dondarlıda məşhur oğru
Ziyadı tutub qolun qandallayıb aparırlar işin bitirməyə, onunla Babanın
da haqq-hesabı olmuşdu, neçə dəfə bu yoldan döndərməyə çalışmışdısa
da, xeyri olmamışdı, hələ bir dəfə Babanın da üstünə camaat içində silah
çəkmiş, amma Baba onun günahından keçmişdi, Babanın ərazisində
oğurluq etməsə də, o biri kəndlərdə peşəsin davam elətdirmişdi. Baba:-
Bunu hara aparırsız?-Cavab verirlər ki, asmağa. Baba tapançanı çəkib bir
güllə ilə qandaların vurub açır, deyir –oğru olanda nə olar, bu cavan
qabaq-qənşər döyüşdə 10 erməniyə cavab verir, belə adamları öldürmək
yox, düz yola qaytarmaq lazımdır. Ziyad həmin gündən tövbə edib
oğurluğun daşın atır, Babanın ən etibarlı yasavullarından olur. 
Ermənilər bu qorxubilməz yüzbaşıdan qurtulmağın yolun axtarır-
lar, bir neçə dəfə aradan götürmək planı qursalar da, cəhdləri boşa çıxır,
onların “Baba-toba”-yəni Baba ilə qurtardıq sözləri Babanın da qulağına
çatır. Qəzəblənən ermənilər fürsət tapıb əvəzin qohumu Məmmədalıdan


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə