Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Osman bu döyüşdə özü mühasirəyə düşüb şir kimi döyüşür, oğlunu xilas
etməyə çalışsa da, gücü yetmir, özü Şəhid olur, 6 yaşında oğlu da əsir
götürülür.
Baba bu əhvalatı eşidir, olayı yerli-yataqlı öyrənir, qeyrət, namus
hissi içində od tutub alovlanır, indi o uşağı gözləyən taleyi göz önünə
gətirir, vətəninin harayına gələn tək qalmış türk əsgərinin ruhu elə bil onu
köməyə çağırır, bu səs onu rahat buraxmır. Baba bu dağların, kəndlərin
hər gizli keçidinə bələd idi, onun ərazisində yerləşən erməni kəndlərinin
hamısın əlinin içi kimi tanıyırdı. Risqi, onu gözləyən taleyi də göz altına
alır, lap ölümünü bilsə də, alnına sıxmağa bir son gülləni də yüzbaşı qal-
ifeyi paltarının döş cibinə qoyur, evə gəlir, bir az yuxusun alır, gecə yarı-
dan ötəndə halalı ilə, uşaqları ilə baxışları ilə halallıq istəyir, yola düşür.
Burdan o yana atla getmək mümkünsüz idi, yollarda erməni qaraulları du-
rurdu. Atı meşənin qalınlığında ağaca bağlayır, silahını götürüb erməni
kəndi Dığın arxasına keçir, dəfələrlə evində olduğu yüzbaşı Arakelin
evinin arxa pəncərəsindən yataq otağına girib tapançanı alnına dayayır:-
qorxma öldürməyəcəm, çox çörək kəsmişik səninlə, bir hökumətə  qulluq
eləmişik, bir-birimizə sirrimizi açmışıq, kirvə olmuşuq, ancaq indi iş o
yerə çatıb ki, ya səni aparmalıyam özümlə, ya da türkün əsir uşağın tapıb
verməlisən mənə. Arakel Babanı yaxşı tanıyırdı, bilirdi ki dediyin
eliyəndi.-İmkan ver, görüm neynirəm...
Baba Arakelin sonbeşik oğlun yorğana büküb qoltuğuna vurur:-
o Türk çoçuğu mənim əmanətim idi, dan ulduzu doğmamış gətirirsən Qara
yalın ayağındakı bulağa yenən arxa cığırdakı palıdın dibinə, sağ gətirsən,
sağ aparasan, ölü gəlsə, ölüsün aparasan uşağının...Arakel “əmanət”i
gətirir, bircə bunu deyir:-vaxtında gəldin, səhər açılanda gec
olacaqdı...Xoruzun ilk banında qucağında uşaq içəri girən Babanı xanımı
Güldənə qarşılayır:- bu bizim övladımızdır bu gündən, uşaqlarına
baxdığın kimi bax buna, bir az da artıq, adı da Osman Əlidir, soyadı da
Məmmədov. Osman Əli məktəbi, Şuşa seminariyasını bitirir, mühasib ix-
tisası alır, ta 1945-ci ilə qədər Qubadlı, Zəngilanın bir çox idarəsində
işləyir. Hamı da onu Babanın doğma övladı kimi tanıyır. Osman Əli atası
bildiyi Babanın dalınca Bayıla da gəlir, dəfələrlə görüşür, son dəfə həb-
sxanadan qaçan Baba ona İrana, ordan da Türkiyəyə keçəcəyini, qar-
daşlarını axtaracağını demişdi. O da qərarını vermişdi, Baba kimi kişilərin
qədri bilinməyən məmləkətdə yaşamaq artıq onu da məngənə kimi sıxırdı.


45-ci ildi, günün günorta çağı Xanlıq kolxozunun ona təhkim olmuş qaşqa
atını minib sürür Zəngilana “oçot” verməyə, Arazboyu kənddə sakit bir
yer tapıb gecənin düşməyin gözləyir,  irəlicədən pəsətlədiyi yerdən Arazı
vurub keçir İrana. Ərzurumda özünə ata bildiyi Babanı arayıb çox çətin-
liklə tapır, ömrünün sonuna kimi ona oğulluq borcunu sədaqətlə yerinə
yetirir. 
Doğma Yurd! Sən nə yaman şirin şey imişsən!
İl 1974. Baba kişi hiss eləyirdi ki, ömrünün son günlərini yaşayır,
çoxdan mehr-ülfət bağladığı azəri kökənli yazar, iş adamı Əli Turanı, bir
də kürəkəni, Türkiyə Baş naziri Süleyman Dəmirəlin müşaviri olmuş Erol
bəyi çağırır yanına, o Əli Turanı ki, öləndə vəsiyyət eləmişdi ki, məni
Baba kişinin ayaqları altında dəfn edərsiz, elə billəm başımı Azərbaycan
torpağına qiyub yuxuya getmişəm, deyir əvvəl çox demişdiz, eşit-
məmişdim, ancaq indi görürəm ki, düz deyirsiz lazımdı mənim deyəcək-
lərim gələcək nəsillərə, mən dediklərimi yazın, qoşun o maqnitofonu da,
səsim yadigar qalsın o tərəfdən gəlib çıxacaq balarıma, daha dözməyə, o
tayın dərdin çəkməyə dözümüm çatmadı...Baba bütün həyatını danışır,
çoxsaylı sulları da yerli-yataqlı cavablandırır. Bu lentlər hamısı durur.
Dövlət bağımsızlığına qovuşan Azərbaycandakı övladları Babanın
Türkiyədəki qardaş bacıları ilə tapışır. Ataları ilə bağlı xatirələrini bölüşür-
lər, bir yerdə Ərzurumun Xorasan kəndindəki qəbristanlıqda məzarı
üstündə qucaqlaşıb ağlaşırlar. 
Baba kişi vəsiyyət eləmişdi ki, onun nəşini Fərcanına bənzəyən
bu Xorasan kəndinin başı üstündəki  təpəyə çıxarsın-
lar, qəbirin də üzün Qarabağa tərəf qoysunlar... o son
günlərə kimi çıxıb bu təpənin üstündən üzü vətən
dağlarına baxar, göz yaşı tökərdi. Yaş 80-i təzə öt-
müşdü. Baba vətənə qayıtmaq ümidi ilə bu qədər
yaşamışdı.
Babanın Səsi qəribliyin, qürbət ağrısının nə demək
olduğun açır, özü də bir neçə dəfə hıçqırıqla təkrar-
layır bu sözləri:
-Doğma yurd! Sən nə şirin imişsən! Səni belə


sevməsəydim başıma bu qovğalar da gəlməzdi. Sənin şirinliyindən mənə
ömrüm boyu zəhər dadızdırsalar da, səni yenə canım qədər sevirəm...ax
doğma yurdum, kəndim, canım elim-obam, sənsiz necə yaşadım bu illər
uzunu, sənə qovuşmadan son yolçuluğa getmək nə qədər çətindir bilsən...”     
Nə deyim, nə yazım BABA! Sən
çəkdiyini 20 ildir ki, indi biz
nəvələrin, övladların çəkirik, nə
yaman dərd imiş vətənsizlik, qəriblik,
yurdsuzluq, öz vətənində dünyaya göz
açıb ilk gördüyün, könül verib ilk
sevdiyin, ayaq açıb ilk addımı atdığın
torpağa gedə bilməmək nə yaman
dərd imiş, sahibsiz qalmış qəbirlərdən göylərə bülənd olan ah-uf içimizi
göynədir, necə dözmüsən, necə dözürük bu dərdə, haqqının haqsız yerə
əlindən alındığını, haqqına çatmaqda əlacsız, imkansız  qaldığını gör-
məkdən böyük nə faciə, dərd, ağrı ola bilər bu qaranlıq işıqlı
dünyada...sənə nə təsəlli verə, necə “rahat yat” deyə bilirim ki...  
Goruslu azadlıq mücahidi
Taki Aran Azərbaycanın Zəngəzur qəzasının mərkəzi Gorus
şəhərində dünyaya gəlmişdir. Atası bölgənin nüfuzlu insanlarından olan
Fetullah Əfəndi idi.
İlk və orta təhsilini doğulduğu Gorus şəhərində tamamlamışdır. 
1920-ci ildə Azərbaycanın ruslar tərəfindan işğal edilməsindən, Gorus
şəhərinin də ermənilərə verilməsindən sonra ağabəyi Mehmet Sadık Aran
ilə birlikdə ailəliklə Türkiyəyə getmək məcburiyyətində qalmışlar. Türkçü,
turançı ailədə doğulub bu ruhda tərbiyə alan gəncin qırmızı rus im-
periyasının müstəmləkəsinə çevrilən bir diyarda qalıb  yaşaması ölümü
göz altına almaq demək idi. Zəngəzur bolşeviklərin hakimiyyətinə
keçəndə artıq Gorusda bir nəfər də olsun azərbaycan türkü qalmamışdı,
ya tələf edilmiş, ya da canlarını götürüb qaçmışdılar.
Taki Aran Türkiyəyə gəldikdən sonra burada lisey və ali təhsil
almışdır. Türkiyədə müxtəlif  nazirliklərdə-bakanlıklarda çalışan Taki
Aran, son olaraq Xarici İşlər Nazirliyində (Genel Muhasebe Müdür-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə