ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

 
 61
 
şaatçı, 1 silahsaz, 14 dərzi, 3 zərgər, 13 dülgər, 3 bərbər, 1 aşıq, 10 
çəkməçi, 2 sərrac, 31 çuvala, habelə 26 tacir (cəmisi 134 nəfər sə-
nətkar və tacir) fəaliyyət göstərirdi. Azərbaycan  türkləri içərisində 
19 qışlağa malik sofulular, 11 qışlağı olan dərzililər, 13 qışlağı olan 
sarallılar, 7 qışlağı olan püsyanlılar və b. iri tərəkəmə camaatları xü-
susilə fərqlənirdilər. XIX əsrin sonlarında da burada qədim baharlı 
türk tayfa adını qoruyub saxlamış tərəkəmə camaatı da yaşamaqda 
idi. Onlar Bəsitçayın mənsəbi rayonunda yerləşən üç kənddə (I Ba-
harlı kənd icması) məskunlaşmışdılar. Qəzanın xəzinə kəndlərində 
məskunlaşmış müsəlman əhalisi  içərisində bərgüşadlılar tayfası  da 
seçilirdi.  Onlar  bir  sıra  kəndlərdə  yaşayırdılar.  Qubadlı  kəndinin 
əhalisi  də,  əsasən,  bərgüşadlılardan  ibarət  idi.  Qubadlılar  özlərini 
bərgüşadlı  adlandırırdılar  [205,  1  c.,  s.12].  Tanınmış  rusiyalı  qaf-
qazşünas İ.Sopen isə özünün məşhur əsərində bərgüşadlılar və sofu-
luları İrəvan quberniyasının Naxçıvan qəzasında yaşayan kəngərli-
lərə aid edirdi [220, s.537-538]. Haqqında danışdığımız dövrdə Qu-
zey Azərbaycanın bir çox digər yerlərində olduğu kimi, Zəngəzurda 
da əhalisinin məşğuliyyətində maldarlıq aparıcı yeri tuturdu. 
Qədim türk boyları içərisində əsrlərlə tarixə malik olan tərəkə-
mə maldarlığı ənənəsi o qədər güclü idi ki, hətta bir baş mal-qara və 
ya qoyun-quzusu olmayan ailələr belə elatla birlikdə yaylağa köçür, 
qışlağa  enirdilər.  Qəzanın  yaşayış  məskənləri  bu  dövrdə,  əsasən, 
kənd, binə və qışlaqlardan ibarət idi. Kəndlilər istifadə etdikləri tor-
pağın mülkiyyət mənsubiyyətinə  görə xəzinə və xüsusi sahibkar  – 
bəy kəndlilərinə bölünürdülər. Qəzanın 16 kəndi həm xəzinə, həm 
də bəy kəndlilərinin yaşadıqları qarışıq kəndlər idi. Onlardan bir ne-
çəsi  «Knyagina  Usmiyevanın»  –  Xurşudbanu  Natəvanın  ömürlük 
istifadəsində  idi.  Belə  qarışıq  kəndlərdə  594  xəzinə  və  816  bəy 
kəndlisi ailəsi yaşayırdı. Bunlarda müvafiq olaraq 2867 və 5135 nə-
fər  kəndli  var  idi.  1874-cü  ilin  xəzinə  siyahıya  alınmalarına  görə 
Zəngəzur qəzasında 168 xəzinə kəndi var idi. Onlardan 120-i mü-
səlman, 42-si erməni, 1-i rus və 5-i müsəlman və xristianların birgə 
yaşadığı kənd idi. Bundan təxminən 10 il sonra aparılmış dəqiqləş-
dirmələrə görə isə qəzada 148 xəzinə kəndi və 66 binə mövcud ol-


62 
muşdur. Onların 100-ü müsəlman, 42-i erməni, 1-i rus və 5-i qarışıq 
kənd olmuşdu. Binələrdən 57-də müsəlman, 7-də erməni, 2-də müx-
təlif millətlər qarışıq yaşayırdı. Zəngəzur qəzasının sahələrində ya-
şayış məskənlərinin sayı belə bölünürdü: Mehri sahəsində 25 kənd 4 
binə, Qafan sahəsində 38 kənd 17 binə, Zəngəzur sahəsində 62 kənd 
44 binə, Sisian sahəsində 23 kənd və 1 binə yerləşirdi [143, s.99]. 
Bütövlükdə,  qəzanın  xəzinə  torpaqlarındakı  bütün  yaşayış 
məskənlərinin (148 kənd, 66 binə və 79 qışlaq) ümumi sayı 293-ə 
çatırdı  ki,  onların  da  13,31%-i  Mehri,  33,90%-i  Qafan,  42,44%-i 
Zəngəzur və 10,35%-i Sisian sahələrində cəmləşmişdi. 1874-1884-
cü illər ərzində qəzanın əhalisi 48004 nəfərdən 70015 nəfərə qalx-
mış, yəni 22011 nəfər və ya az qala 50% artmışdır. Müsəlmanların 
sayı bu dövrdə 25961 nəfərdən 38722 nəfərə çatmış, yəni təxminən 
52%, gəlmə erməni əhalisi 9176 nəfər (təxminən 43%), burada məs-
kunlaşdırılmış ruslar isə 74 nəfər artmışdı ki, bu da təxminən 20 fa-
izlik artım demək idi [143, s.100]. 
Kənd əhalisinin sosial-sinfi tərkibi də müxtəlif idi. Müsəlman 
kəndlərində 261 bəy ailəsi  (1524 nəfər)  yaşayırdı. Erməni kəndlə-
rində isə cəmi 70 mülkədar ailəsi qeydə alınmışdı. Bu da sübut edir 
ki, ermənilər bu torpaqlara son vaxtlarda gəldiklərinə görə, çar mə-
murlarının hərtərəfli yardımlarına baxmayaraq, hələ də az, kiçik tor-
paq sahələrinə sahib idilər və öz mülklərini yerli müsəlman bəylərin 
torpaqları  hesabına  genişləndirmək  üçün  hər  cür  bəd  əməllərə  əl 
atırdılar. Bundan əlavə, alban mənşəli məliklərin də özlərinin torpaq 
sahələri, mülkləri var idi. Molla və keşişlər də ayrıca torpaq sahələ-
rinə malik idilər. Tarix boyu erməni xalqının milli birlik, bərabərlik, 
öz  məqsədlərinə  çatmaq  üçün  təşkilatlanması,  siyasi  iddialarının 
gerçəkləşməsinin önündə hər zaman erməni kilsəsi dayanıb, yönəl-
dib. 
Ermənilər alban məbədlərinin bir çoxunu da artıq qriqoryan-
laşdırmağa nail olmuşdular. XIX  əsrin 80-ci illərində artıq Zəngə-
zurda 46 kilsə, 25 erməni-qriqoryan ibadətgahı fəaliyyət göstərirdi 
[143, s.99]. 


 
 63
 
Qəzanın xəzinə kəndlərinin istifadəsində 154032,67 desyatin 
torpaq  sahəsi  var  idi.  Torpaqların  istifadə  istiqamətinə  görə  bölgü 
qeyri-bərabər idi: bu torpağın - 1135,27 desyatini həyətyanı sahələ-
rin,  –  1057,02  desyatini  bağların,  –  2448,17  desyatini  suvarılan  – 
65998,92  desyatini  isə  dəmyə  əkinlərin  payına  düşürdü.  Xəzinə 
kəndlilərinin  istifadəsində  həmçinin  2917,12  des.  biçənəklər  və 
71730,46 des. otlaq və yararsız sahələr var idi [143, s.99]. 
XIX əsrin sonlarında digər Azərbaycan qəzaları kimi, Zəngə-
zur qəzasının da xəzinə kəndlərinin xəzinə meşələrindən pulsuz isti-
fadə normaları müəyyənləşdirilmişdir. Məsələn, 1882-1885-ci illər-
də Qubadlı kəndinin sakinləri hər il Kəpəz meşə sahələrindən 740 
çəpər dirəyi, 74 tər, 74 atma və 74 kub sajen odun qıra bilərdi. 
Müstəmləkəçi rejim Şimali Azərbaycanda abadlıq işlərinə son 
dərəcə  laqeyd  yanaşır,  Vətənimizin  digər  yerlərində  olduğu  kimi, 
Zəngəzur bölgəsində də bu işlərə çox az fikir verilirdi. Zəngəzur qə-
zasında yolların vəziyyəti son dərəcə bərbad halda idi. Qaynaqlar-
dan birində bildirilirdi ki, «dəfələrlə xatırladılıb ki, Zəngəzur qəza-
sında yollar yoxdur, onların yerində ancaq təhlükəli eniş və yoxuşlu 
yük heyvanı cığırları var. Hələ 1861-ci ildə Şuşa və Ordubad şəhər-
lərini birləşdirmək üçün bu qəzadan keçəcək yolun çəkilməsi ideya-
sı  ortaya  atılmışdı.  «Qafqaz»  qəzetinin  məlumatına  görə,  bu  yol 
Arazın sahili ilə uzanaraq Bərgüşadçayın dərəsi  və Gorusdan keç-
məklə Şuşaya çatmalı idi. Lakin bu niyyət layihə olaraq kağız üzə-
rindəcə  qaldı.  Şuşa-Ordubad  layihəsindən  təxminən  10  il  sonra 
Naxçıvan-Şuşa şose  yolunun ideyası ortaya atıldı. Bu  yolun çəkil-
məsi Qafqaz canişininin əmri ilə yaradılmış komissiyanın 1871-ci il 
1 iyun tarixli qərarı ilə ən mühüm vəzifələrdən biri elan olunmuşdu. 
Belə ki, bu yol zəngin İrəvan quberniyasını Kür çayı kimi mühüm 
nəqliyyat artilleriyası ilə birləşdirməli idi. Yolun işlənilməsinə hələ 
1869-cu ildə başlanılsa da, real yolçəkilmə işinin əsası 1871-ci ildə 
qoyulmuş, 1871-1873-cü illərin zemstvo büdcəsində bu yolun çəki-
lişi zamanı tikiləcək 4 körpü və Zəngəzur qayalıqlarının çapılması 
üçün  38,862  rubl  45  qəpik  vəsait  qoyulması  nəzərdə  tutulmuşdu. 
Qalan işlər yerli əhalinin əli ilə – natural mükəlləfiyyət yolu ilə gö-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə