ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə18/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

58 
ları  Mehrini  zəbt  etdilər.  I  rus-Qacar  müharibəsi  tezliklə  çarizmin 
xeyrinə başa çatdı. 1812-ci ilin oktyabrında Abbas Mirzənin Aslan-
düz məğlubiyyəti, 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan 
müqavilələrinə əsasən Qacarların bir sıra Azərbaycan torpaqlarına, 
o cümlədən də Qarabağa iddialarından imtina etmələri, rusların bu-
rada daha da möhkəmlənməsinə  əlverişli şərait yaratdı. Qacarların 
bu məğlubiyyəti bütün Azərbaycan üçün olduğu kimi Zəngəzurlular 
üçün də ağır fəsadlara gətirib çıxardı. Bütün müharibə dövrü işğal-
çılara qarşı mübarizədə  fəal iştirak etmiş  qarabağlılar, o cümlədən 
də zəngəzurlular, başqa çıxış yolu qalmadıqda, çox qədim türk ənə-
nəsinə sadiq qalaraq, azadlığı daha üstün tutub qürbət ellərə yolla-
nırdılar. 1804-1813-cü illərdə Qarabağın 10 min ailəsindən təxmi-
nən 7 mini Vətəni tərk etmək zorunda qalmışdı [179, s.836]. Qaf-
qazdakı  rus  qoşunlarının  baş  komandanı  Yermolov,  Qarabağdakı 
rus  idarəçiliyinə  başçılıq  edən  Qarabağ  xristianı  Mədətovun  sıxış-
dırmaları üzündən 1822-ci ildə Mehdiqulu xan qaçıb Qacarlara sığı-
nan kimi xanlıq ləğv edildi. Onun  yerində rus komendantının tam 
ixtiyarında  olan  Qarabağ  əyaləti  yaradıldı.  Lakin  xalq  bu  işğalı 
həzm edə bilmirdi. 1826-cı ildə II rus-Qacar müharibəsi başlayanda 
Azərbaycanın hər yerində olduğu kimi, Qarabağda, o cümlədən də 
Zəngəzurda əhali yerbəyerdən ayağa qalxıb Abbas Mirzə qoşununa 
qoşulur,  rus  müstəmləkəçilərinə  qarşı  vuruşurdu.  Təsadüfi  deyildi 
ki,  1826-cı  ildə  Abbas  Mirzə  Qarabağa  daxil  olarkən  Zəngəzurlu 
Ağalar bəy başda olmaqla, xeyli bəy, əhali onu sevinclə qarşılamış, 
pişvazına  çıxmışdı  [179,  s.604].  1826-1828-ci  illər  müharibəsi  də 
qacarların  məğlubiyyəti  ilə  bitdi.  Çar  Rusiyası  Qafqazda  daha  da 
möhkəmləndi. Zəngəzur (bəzi mənbələrdə Bərgüşad – H.A.) mahalı 
1840-cı illərin inzibati-ərazi islahatlarına qədər Qarabağ  əyalətinin 
tərkibində qaldı. 1841-ci ilin əvvəllərindən bu əyalətin yerində Xə-
zər  vilayətinin  tərkibində  əvvəlcə  Qarabağ,  sonra  isə  Şuşa  qəzası 
yaradıldı. 1846-cı ildə Xəzər vilayəti Şamaxı quberniyasına çevrildi
1859-cu il zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürül-
düyündən bu quberniya  Bakı quberniyası  adlandırıldı. 1868-ci ilə-
dək  Zəngəzur  bu  quberniyanın  tərkibində  qaldı.  Həmin  il  Cənubi 


 
 59
 
Qafqazdakı bəzi Azərbaycan torpaqlarında yeni – Yelizavetpol qu-
berniyası yaradıldı və Zəngəzur torpaqlarının əksər hissəsi onun tər-
kibinə  qatıldı,  çarizmin  süqutunadək  onun  tərkibində  qaldı  [150, 
s.39]. 
 
 
2.2. Sosial-iqtisadi vəziyyət 
 
Vətənimizin qərb torpaqlarının da bəzi hissələrini əhatə edən 
Yelizavetpol quberniyasının ən iri qəzalarından biri olan Zəngəzur 
qəzası 137,22 kv.mil ərazini əhatə edirdi. O, şərqdən və şimal-şərq-
dən  Cəbrayıl  və  Şuşa  qəzaları,  şimaldan  Cavanşir,  qərbdən  və  cə-
nub-qərbdən  İrəvan  quberniyasının  Şərur-Dərələyəz  və  Naxçıvan 
qəzaları,  cənubdan  və  cənub-şərqdən  Araz  çayı  ilə  həmsərhəd  idi. 
Bu  qəzanı  Cəbrayıl  qəzasından  başlanğıcını  Ziyarəttəpə  dağından 
götürən Həkəri çayının aşağı axını ayırırdı. Şuşa qəzası ilə onun sər-
hədlərinin hündürlüyü 7-9,5 min fut
*
 olan dağlar silsiləsi (Kirs, Sağ-
sağan, Sarıbaba, Xingi, Qırxqız, Dünüdağ), Zəngəzurun Şuşa qəzası 
ilə sərhədini təşkil edirdi. Cavanşir qəzası  ilə Zəngəzuru Alaqaya-
Dəvəgözü  dağlarını  birləşdirən  xətt,  Şərur-Dərələyəz  və  Naxçıvan 
qəzaları ilə isə Kordağ, Kəbirli, Ağdaban, Salvartı, Dəvəboynu, Qa-
pıcıq, Alagöz və b. dağlar ayırırdı. Zəngəzur torpaqları zəngin təbii 
sərvətlərə malik idi. Sayaddaş dağının qərb və şərq ətəklərində, Ha-
vart və Qafan, Atqız, Pirdavudan və Nüvədi kəndləri  yaxınlığında 
mis filizi çıxarılırdı. Cənnətdərəsi, Şahverdiuşağı, Barabatına, I Xa-
lac,  Şəhərcik  və  Bartaz  bölgələrində  də  mis  yataqlarının  olduğu 
qeydə alınmışdır. Zəngin Sayaddan yataqlarından əsasən mis kolçe-
danı, sink və qalay qatışıqları, mis filizi ilə yanaşı, əhəng, gips gil, 
kvars, tabaşir, qaragil və s. çıxarılırdı. 
Zəngəzur bölgəsində yüzlərlə bulaq, kiçik göl, çay, zəngin mi-
neral  su  ehtiyatları  var  idi.  Kürdalı  yatağı,  Daşkənd  kəndi,  habelə 
Gorusçay və Bərgüşadın hövzələrində yerləşən bulaqlar, Tatev mo-
nastırı yaxınlığındakı Şeytan körpüsü yanındakı İstisu bulağı, Piçə-
nis, Daşkənd və Şıxların turşsu bulaqları, Şahverdiuşağının kükürd-


60 
lü bulaqları ətrafda məşhur idi. Bərgüşad, Həkəri, Çavundurçay, Ba-
sıqçay və Mehri qəzanın ən böyük su qaynaqları idi [2, s.228-31]. 
Tarixən  4  müstəqil  sahəyə  –  mahala  (Mehrigüney,  Qafan, 
Zəngəzur  və  Sisian)  bölünən  Zəngəzur  qəzasının  cənub  hissəsini 
Mehrigüney təşkil edirdi. Qəzanın mərkəzində Qafan sahəsi, şimal-
şərqdə Zəngəzur mahalı, şimal-qərbdə isə Sisian yerləşirdi. Zəngə-
zur və Qafan mahalları  daha çox  köçəri maldarlıq və baramaçılıq, 
Mehri  və  Sisian  isə  daha  çox  oturaq  əkinçilik  bölgələri  idi  [68, 
s.207]. 
Zəngəzurun əhalisi, əsasən, avtoxton Azərbaycan türkləri, rus 
hakimiyyət orqanlarının 1828-1829-cu illərdə Qacarlar səltənətinin 
Qaradağ, Gərməli, Xoy və Səlmas bölgələrindən köçürdüyü erməni-
lər, Sisian mahalının Bazarçay kəndinə gətirilmiş rus təriqətçiləri və 
Qarabağın alban əhalisinin qalıqlarından ibarət idi. XIX əsrin sonla-
rında Zəngəzur qəzasının ərazisi 6 644 verst, kişi əhalisi 53 072 nə-
fər, qadın cinsli 43 138 nəfər, cəmi əhali 96 min 210 idi. Qəza mər-
kəzi Gorusda 1450 nəfər yaşayırdı. 1897-ci il siyahıya alınması nə-
ticələrinə  əsasən  qəzanın  etnik  tərkibində  müsəlman  əhali  51,6 %, 
ermənilər  46,1 %,  kürdlər  1,3 %  idi.  XIX  əsrin  axırlarının  rusdilli 
müəllifləri  belə  yerli  Zəngəzur  ermənilərinin,  əslində  Qarabağın 
keçmiş  alban  əhalisinin  qalıqlarının  danışdıqları  «erməni  dilinin» 
qəribəliklərini təəccüblə qeyd edirdilər: XIX əsrin 80-ci illərinin or-
talarında  Cənubi  Qafqazın  xəzinə  kəndlilərinin  iqtisadi  məişətini 
öyrənən müəlliflərdən biri yazırdı: «Zəngəzur qəzasının erməni ləh-
cələrindən Mehri kəndi sakinlərinin dili diqqəti özünə cəlb edir. Di-
gər yerlərin erməniləri onları, çətin ki, başa düşsünlər. Sırf Qarabağ 
ləhcəsində danışan Harara və Qaladərəsi kəndlərinin sakinlərinin də 
dilini başa düşmək çətindir» [169]. 
Tədqiq olunan dövrdə bu bölgədə olmuş və ya onu bu və ya 
digər şəkildə öyrənmiş müəlliflər Mehri kəndi sakinlərinin  yüksək 
inkişafını, kəndin Avropatipli məişətini, ikimərtəbəli evləri, bazarı, 
məktəbi və s.-ni xüsusi qeyd edərək yazırdılar ki, onlar da, əsasən, 
ticarət və sənətkarlıqla məşğul olurdular. 1888-ci ildə bu kənddə 4 
başmaqçı, 3 zurnaçı, 11 bənna, 7 dəmirçi və çilingər, 2 sınıqçı, 3 in-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə