Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə30/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
 ) Şəhadət ruhiyyəsinin dirçəlməsi 
Şəhadət hər bir xalqın ən üstün və mənəvi dəyərlərindən biri 
sayılır. Hər bir millətin qüruru o millətin cavanlarının 
ölümdən qorxmaması və həmişə din, namus və ölkəsi 
uğurunda şəhadətə hazır olmasıdır. Lakin İslam dinində 
şəhadət, bütün məsləklərdən fərqli olaraq özünə məxsus bir 
məfhuma malikdir. İslamın şəhidə bəslədiyi xüsusi rəğbəti 
Qur`an ayələri və hədislərdən daha yaxşı başa düşmək olur. 
Qurani-Kərim şəhidlər haqqında buyurur: 
«Allah yolunda şəhid olanlara ölü deməyin. Onlar diridirlər, 
lakin siz bunu dərk edə bilmirsiniz
)3(
». 
səh:113 
 
1
-
 [
1
 . ]
C ə f ə r Sübhani, «M ə sumların h ə yatı», s ə h. 216 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», s ə h. 302 . 
3
-
 [
3
 . ]
B ə q ə r ə sur ə si, ay ə 154 . 
Başqa bir ayədə buyurur: «Allah yolunda şəhid olanlara ölü 
deməyin! Çünki onlar diri və Tanrı yanında ruzidən 
bəhrələnirlər. Siz isə bunu dərk edə bilmirsiniz
)1(
» . 
Gördüyünüz kimi Qurani-Kərim şəhidlərin diri olmasına israr 
edib və bu həqiqətin gerçəkliyini onların İlahi ruzisindən 
bəhrələnmələri ilə izah edir. Necə ki, şəhidin savabı haqqında 
da, belə buyurur: «Hər kim Allah yolunda cihad edib qalib 
gələ və ya şəhid ola biz ona çox böyük mükafat əta edərik
)2(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Məhəmməd Peyğəmbər (s) Qur`anın şəhidlər barəsində olan 
ayələrini belə şərh edir: «Hər bir yaxşı əməldən, başqa bir 
üstün əməl vardır. Lakin şəhidlik məqamından daha üstün 
yaxşı bir əməl yoxdur
)3(
». 
Başqa bir rəvayətdə buyurur: «Heç bir qətrə Tanrı yanında 
şəhidin qanından düşən qətrə qədər sevimli deyil
)4(
». 
İslamın ilk yaranma tarixinə də baxdıqda yeni İslama iman 
gətirmiş müsəlmanların Allah yolunda cihad etməyə və şəhid 
olmağa nə qədər həvəsli olmaqlarının şahidi oluruq. Həzrət 
Əli (ə) İslam uğrunda şəhid olmaq barəsində belə buyurur: 
«Allaha and olsun ki, mənim şəhadətə olan sevgim, körpə 
uşağın anasının südünə olan sevgisindən daha güclüdür
)5(
». 
Həzrət Əli (ə) həmişə şəhadət arzusu ilə yaşayıb və bu 
məqsədə yetişmək üçün bütün cihadlarda ön cəbhədə qərar 
tuturdu. Hətta bir gün Ühüd döyüşündə çox qəhrəmancasına 
döyüşdükdən sonra Həzrət Həmzənin və bir neçə səhabənin 
qana bulaşmış cəsədlərini görüb qəm-qüssəyə batdı və 
Peyğəmbərin (s) yanına gəlib narahat 
səh:114 
 
1
-
 [
1
 . ]
Ali-İmran sur ə si, ay ə 160 . 
2
-
 [
2
 . ]
Nisa sur ə si, 76 . 
3
-
 [
3
« . ]
Aşura inqlabı», 73 . 
4
-
 [
4
« . ]
Aşura inqlabı», 74 . 
5
-
 [
5
« . ]
N ə hcül-b ə lağ ə », xütb ə 6 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
halda «mən nə vaxt şəhadət məqamına yetişəcəm?»- deyə 
söylədi. Peyğəmbər (s) onun cavabında buyurdu: «Sənə müjdə 
verirəm ki, şəhid olacaqsan». Həzrət bu sözləri eşidib 
sakitləşdi
)1(
 . 
Həmçinin, Xeysəmə və Sə`d
  ata-oğul idilər. Onlar Allah 
yolunda şəhadətə yetişmək üçün səy edirdilər. Elə bunun üçün 
də cihada getmək söhbəti ortaya gələndə onların hər biri 
özünün cəbhəyə getməsini, digərinin isə evdə ailənin başı üstə 
qalmasını lazım bilirdi. 
Sə`d atasına deyir: «Atacan! Əgər bilsəydim ki, behişt və 
əbədiyyət qarşıda yoxdur, o zaman sənin döyüşə getməyini və 
özümün evdə qalmağımı tərcih verərdim. Lakin neyləyim ki, 
Tanrı yolunda şəhid olub behiştə daxil olmaq istəyirəm.» 
Xeysəmə oğlunun cavabında deyir: «Oğlum! İcazə ver qoy 
mən cəbhəyə gedim, sən isə evdə ailəyə başçılıq et». 
Sə`d atasının təklifini qəbul etmək istəmir. Ata deyir: 
«Oğlum! Başqa çarə yoxdur. Gərək ikimizdən biri cihada 
gedib, o birisi evdə qalıb şəhadət məqamına yetişməkdən 
məhrum qalsın». 
Bu zaman Sə`d atasına püşk atmağı təklif edir. Atası bu 
təkliflə razılaşır. Püşk, Sə`din cəbhəyə getməsi ilə nəticələnir. 
Nəhayət Sə`d Peyğəmbərin (s) kənarında İlahi düşmənlərinə 
qarşı döyüşdə şəhadətə yetişməklə öz arzusuna çatır. 
Şəhadət eşqi ilə alışıb yanan ata, Məhəmməd Peyğəmbərin (s) 
hüzuruna gəlib ərz etdi: «Ey rəsulullah! Mən «Bədr» 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
döyüşündə iştirak edib şəhid olmaq arzusunda idim. Amma nə 
edim ki, püşk oğlumun adına çıxdı. Tanrı onu bu məqama 
layiq gördü. Buna baxmayaraq mən də 
səh:115 
 
1
-
 [
1
« . ]
İmam Ə linin ( ə ) döyüşl ə ri»,143 . 
şəhadətə yetişmək arzusundayam. Mən də bu ülvi məqama 
yetişmək istəyirəm. Dünən gecə oğlumu yuxuda behişt 
bağlarının arasında gördüm. O mənə deyirdi: «Ata! Bizim 
yanımıza gəl, behiştdə bizimlə ol. Tanrının cənnətə aid verdiyi 
bütün vədələri haqdır.» Allaha and olsun ki, cənnətə oğlumun 
yanına getmək istəyirəm... 
Ey Allahın Rəsulu (s)! Tanrıdan istə ki, mənə tezliklə şəhadət, 
behişt və Sə`din kənarında olmağı nəsib etsin». 
Peyğəmbər (s) onun arzusunu Tanrıdan istəyir. Və Xeysəmə 
Ühüd döyüşündə al-qana bulanıb şəhadət məqamına çatır
)1(
 . 
Şəhadət hissi ilə yaşayan müsəlmanlar Bəni-Üməyyə 
tayfasının hakimiyyətə gəlməsilə bu müqəddəs hisslərini 
günbəgün əldən verməyə başladılar. Hətta iş o yerə çatdı ki, 
camaat sakit və aram yaşayışlarını itirməmək üçün hər bir 
zülmün və zalımın qarşısında sükut etməyə razı oldular. Bu 
vəziyyət Müaviyənin ömrünün axırlarında öz son həddinə 
yetişmişdi. Həmişə dindar kimi tanınan kişilər və habelə 
qəbilə şeyxləri dünyapərəst olmuş və öz vicdanlarını mal və 
sərvətə görə satırdılar. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə