Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə27/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar 
olacaqlar»-deyə buyurduğunu unutmusanmı? 
səh:103 
 
1
-
 [
1
« . ]
Balağatün-nisa», s ə h. 20; «M ə sum imamların h ə 
yatı», s ə h. 135 . 
Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki, 
sənin qadın, qız və kənizlərin pərdə arxasında, naməhrəmlərin 
baxışlarından uzaq otursun, amma sən Allah Rəsulunun (s) 
qızlarını əsir edərək, pərdəsini kənara atıb, hörmətsizlik 
edəsən, onların səslərini boğazlarında boğub, naməhrəm 
kişilər vasitəsilə onları dəvələrə mindirib, bir şəhərdən başqa 
bir şəhərə yollayasan? Bu necə ədalətdir ki , 
  heç kim onlara 
yer verməsin və heç bir mühafizləri olmasın və onlara məhrən 
olan kişilərdən kimsə yanlarında olmasın? 
Əlbəttə, qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən 
bundan artıq nə gözləmək olar? Deyirsən, kaş ki, Bədr 
savaşında (Peygəmbər(s) və Həzrət Əli tərəfindən) qətlə 
yetirilən əcdadın indi burada olaydı və bu sözləri dilinə 
gətirərək, Peyğəmbər övladının dişlərinə (çubuqla) vurursan? 
Nə üçün axı belə etməyəsən ?
   Bil ki, sən yer üzünün ulduzları 
sayılan Peyğəmbər övladlarının və Əbdul-Müttəlib ailəsinin 
qanını axıtmaqla iki tayfa arasında olan keçmiş ədavəti 
yenidən qurdun. Boş yerə fərəhlənmə! Tezliklə Tanrı 
hüzurunda peşman olacaqsan və orada arzu edəcəksən ki, kaş 
kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi babalarım 
burada olsaydı, o qədər şad olardılar ki, öz dərilərinə belə 
sığmazdılar» ibarəsini dilinə gətirməyəydin. Ey Allah, bizə 
zülm edən kəsdən özün intiqamımızı al! 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
And olsun Allaha ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və 
dostları Tanrının lütf və mərhəməti sayəsində olacaqları gün 
(qiyamət günü) sən Yaradannın hüzurunda öz ətini-dərini 
didib-dağıdacaqsan. Allah öz və`dəsini yerinə yrtirəcəyi 
zaman kənarda qalmış bu məzlumları bir yerə toplayacaq. 
Allah buyurur ki, «Allah yolunda öldürülənləri (şəhid 
olanları) heç də ölü zənn etmə! Əsla, onlar öz rəbbinin 
yanında diridirlər və ruzi (cənnət ruzisi) 
səh:104 
yeyirlər». Lakin səni zorla müsəlmanların rəhbərliyinə təyin 
edən kəs (Muaviyə), haqq-ədalətin, ilahi məhkəməsinin, 
Məhəmməd peygəmbərin (s) və sənin öz bədən üzvlərinin, 
etdiyin cinayətlərin əleyhinə şahidlik edəcəyi o gün, 
anlayacaq ki, kim hansınız daha da bədbəxtdir. ( yəni; 
bilinəcək ki, sən, yaxud Müaviyə daha cox bədbəxtdir.) 
Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu, Allaha 
and olsun ki, sən mənim gözümdə elə bir dəyərə   malik 
deyilsən ki, mən səni danlayam. (yəni; sən o qədər alçaq və 
dəyərsizsən ki, heç danlanmağa da layiq deyilsən). Sən təhqir 
olunmağa belə ayiq deyilsən. Amma nə edə bilərəm? 
Gözlərim yaşla dolub, dərd- kədərim sinəmdə fəryad edir. 
Hüseyn (ə) qətlə yetirildikdən sonra, şeytanın qoşunu 
Peyğəmbərin əhli-beytinə hörmətsizlik edərək, müsəlmanların 
beytül-malından (Yezidin əlilə) mükafatlanmaq xatirinə, bizi 
Kufədən «səfehlər diyarına» gətirdi və bu cəlladların əlləri 
bizim qanımıza doydu. Və vəhşi-ac canavarlar şəhidlərin 
pakizə cənazələri üstündə at çapdıqdan sonra səni məzəmmət 
etmək, tə`nə vurmaq hansı dərdə dərman olar ki? Sən bizi 
öldürmək və ya əsir tutmaqla coxlu mənfəətlərə sahib 
olduğunu xəyal edirsənsə, tezliklə anlayacaqsan ki, zərərdan 
başqa bir şey ələ gətirməmisən. Qiyamət günü bu əməllərinin 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
aqibətindən başqa heç bir şey qazanmayacaqsan. O zaman İbn 
Ziyadı öz köməyinə səsləyəcək, o isə öz növbəsində səndən 
mədəd umacaq. Amma sən və sənin davamçıların o gün 
Tanrının ədalət məhkəməsinə toplanacaq və biləcəksiniz, 
Müaviyənin sənin axirətinə yadigar qoyduğu ən yaxşı azuqə 
Peyğəmbər balalarını qətlə yetirrməyin olmuşdur. Allaha and 
olsun ki, mən Ondan qerisindən qorxmur və Ondan başqa heç 
kimə gileylənmirəm! Hər nəyi bacarırsan, onu da elə! Bütün 
hiylələrini işə sal! 
səh:105 
Ədavətini bütün gücüylə göstər! Allaha and olsun, bu ləkə 
sənin adina elə həkk olub ki bir daha silinməyəcəkdir. Allaha 
şükürlər olsun ki, behişt gənclərinin rəhbərinin (İmam 
Hüseynin (ə)) sonunu əbədi səadətlə nəticələndirdi və cənnəti 
onlara labüd etdi. Allahdan arzum budur ki, onların məqamını 
daha da yüksəltsin və öz mərhəmətini onlara nisbət daha da 
artırsın
  .Necə ki, Allah ən qüdrətli hami və ən gözəl 
havadardır
)1(
». 
Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki, məclisdə iştirak 
edən məsul şəxslər, hətta Yezidin öz yaxınları da ona etiraz 
edərək qəzəbləndilər. Hətta orada olan hərəmxana qadınları 
da, Yeziddən üz çevirərək göz yaşları içində məclisi tərk 
etdilər. Onlar Hüseynə (ə) mərsiyələr söyləyirdilər
)2(

3
-
  Əzadarlıq və kədərləndirici çıxışlar 
Əhli-beyt (ə) qadınları kədərli çıxışları və əzadarlıq 
mərasimlərilə insanların vicdanlarını ayıldaraq 
təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini xalqa 
açıqlayır, bu yolla müsəlmanları kövrəldərək onlara insani, 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə