Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə25/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Keçmiş bəhslərdə aydın oldu ki, Kərbəla inqilabının öz ali 
hədəflərinə çatması və lazımı nəticələri əldə etməsi üçün iki 
mərhələnin tamamlanması zəruri idi. Birinci mərhələdə İmam 
Hüseynin (ə) Yezidə bey`ət etməyib qiyama qalxması, 
insanları inqilaba çağırması və İslam ümmətinin yatmış 
qeyrətini oyatmaq üçün öz tərəfdarları ilə birgə məzlumcasına 
şəhid olması idi. İkinci mərhələdə isə bu qiyamın səbəb və 
hədəflərinin təhrif edilməməsi, dəyərli məqsəd və şüarlarının 
xalqa düzgün şəkildə çatdırılması, onların maarifləndirilməsi, 
həmçinin əsrlər boyu insanların yaddaşına həkk olmasını 
tə`min etmək tələb olunurdu. 
Ən əsası budur ki, ikinci mərhələni lazımı şəkildə yerinə 
yetirmək birincisi kimi böyük cəsarət, əzm, fədakarlıq və 
uzaqgörənlik tələb etdiyinə görə, xüsusi əhəmiyyət kəsb 
edirdi. Əgər bu mərhələ layiqincə əncam verilməsəydi, İmam 
Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər, 
Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi. Bununla 
da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək 
mümkün 
səh:97 
olmayacaqdı. Təbii ki, bu ağır məsuliyyətli vəzifə Kərbəlada 
sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə) xanımlarının 
öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında qadınların rolu 
olduqca mühüm sayılmalı və necə də vacib əhəmiyyət 
daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-
beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur: 
1
-
  Aşura qiyamının təbliği 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Düşmənin əsir tutduğu qadınların iradəsini qırmaq üçün bütün 
səylərini səfərbər etməsinə baxmayaraq, Əhli-beyt (ə) 
xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət 
deyil, şirin bir qələbə, zəfər olduğunu sübut etdilər. Onlar öz 
xütbələri, çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və 
şüarları haqqında maarifləndirərək, onun əhəmiyyəti 
barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt 
(ə) qadınları müsəlmanlara atəşin xütbələrilə müraciət edərək, 
İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha 
batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı 
olmadıqları üçün öz mənliklərini, şəxsiyyətlərini alçaltmış 
olduqlarını anlatdılar. 
Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları, Həzrət 
Hüseyni (ə) Kufəyə də`vət edib sonra isə öz əhdinə vəfasız 
çıxan qorxaq, əzgin ruhlu kufəliləri gördükdə, əhalinin yatmış 
qeyrətini oyatmaq üçün, onları məzəmmət etməyə başladılar. 
Əvvəlcə Həzrət Zeynəb (ə) belə buyurdu: 
«Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm 
heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına 
bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da 
bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə 
də andınızın   heç bir dəyəri və e`tibarı yoxdur! Sizin 
lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq 
etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və 
səh:98 
qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirtət 
dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) 
cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, 
ağlayın. And olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, 
(cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? 
Elə bir şərəfsizliyə əl atdıniz ki, onu heç bir su ilə yuyub, 
təmizləmək olmaz. Peyğəmbər övladını və cənnət 
cavanlarının rəhbərinı qətlə yetirməkdən də böyük rəzillik (və 
ləkə) ola bilərmi? Elə bir şəxs ki, sizi haqqa doğru yönəldən 
yola işıq və cətin zamanlarınızda pənahgahınız idi. 
(Utancınızdan) Ölün! Xəcalətli üzlərinizi gizlədin. 
Keçmişdəki zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər 
etdiniz. Gələcəyiniz üçün isə, heç nə əldə etmədiniz. Bundan 
sonra əskiklik içində ömür sürəcəksiniz. Çünki Allah-
Təalanın hiddətinə tuş gəldniz. Elə bir əmələ əl atdınız ki, az 
qaldı (qəzəbindən) göy sökülüb, yerə tökülsün, yer yarılıb 
parçalansın və dağlar parça-parça olsun
)1(
»... 
Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq hissi 
keçirdən, öz pis əməllərinin dəhşətini anlayan kütlənin 
gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi. 
Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi 
keçirdir, hər bir vəziyyətdə olursa-olsun səhvlərini yumaq, 
təmizləmək barəsində fikirləşirdilər. 
İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm də 
kufəlilər qarşısında çıxış edərək, onları daha da təsirləndirdi. 
Fatimə dedi: «Ey Kufə əhli! Ey hiylə və fırıldaq sahibləri! 
Bizi kafir sayıb, bunun üçünmü, qanımızı axıtdınız? 
Qılınclarınızda bizim qanımız damcı-damcı tökülür, buna 
görəmi sevinirsiniz? Tezliklə Allahın 
səh:99 
 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
1
-
 [
1
 . ]
Mehdi Pişvayi, «M ə sum imamların h ə yatı», s ə h. 
133-134; Ə hm ə d ibn Ə bu Tahir,«B ə lağ ə tün-nisa», s ə h. 
24 . 
qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay 
halınıza! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi 
öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm 
tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı? 
Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə 
acizdir. Şeytan iyrənc əməllərinizi sizə «gözəldir» deyə, 
zinətləndirmişdir... 
Ey Kufə əhli! Heç bilirsinizmi Peyğəmbər (s) sizdən bu 
tökülən qanları cavablandırmanızı istəyəcək
)1(
»? 
2
-
  Təhriflə mübarizə 
İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür 
yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura 
qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini 
və bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. 
Bu qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk 
etməsi, o zamanın zalım hökumətinin məhvi demək idi. Elə 
buna görə də, din düşmənləri həm İmam Hüseynin (ə) 
inqilabının həqiqətini gizlətmək və həm də özlərinin 
insanlıqdan uzaq cinayətlərini ört-basdır etmək üçün müxtəlif 
yollarla onu təhrif etməyə başladılar. İbni Ziyad Kufədə İmam 
Hüseynin (ə) qiyamının yanlış olması barəsində şübhələr 
yaratmağa çalışdı. O, (guya) bu işin məcburi “qəzavü-qədər” 
(alın yazısı) olduğunu, Hüseyni (ə) Allahın öldürdüyünü 
Yezid və tərəfdarlarının bu işdə heç bir günahı olmadığını 
sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt (ə) xanımlarının 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə