Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə24/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qoyaraq Bəni-Əsəd qəbiləsinin xeyməsində vicdanımın 
mühakiməsindən qaçaraq, asudə ömür sürüm? Necə ola bilər 
ki, sən İmam Hüseynə (ə) kömək edib, qiyamət günü 
Peyğəmbərin (s) hüzurunda üzü ağ olasan, lakin mən yalnız 
özümü düşünərək, onun ailəsini bu dəhşətli günlərdə tənha 
qoyub, Həzrət Fatimənin (ə) yanında üzüqara olum? Allaha 
and olsun ki, mən Əhli-beyt (ə) xanımlarını köməksiz 
qoymayacağam! Mən heç bir yerə getməyəcəyəm». 
6
-
  Cihad etdilər 
Aşura günü qadınlar özləri də, böyük cəsarətlə əlinə silah alıb 
döyüşə qatıldılar. Ümm Vəhəb 
)1(
(Vəhəb ibn Abdullah Xəbab 
Kəlbinin anası) xeymənin dirəyini yerindən çıxardaraq, 
düşmən qoşununa hücum etdi. İki nəfəri öldürdükdən sonra, 
İmam Hüseynin (ə) əmrilə geriyə döndü. Əzra (Adı çəkilən 
Vəhəbin həyat yoldaşı), Bəhriyyə binti Məsud Xəzrəci (Əmr 
ibn Cünadənin anası) və Abdullah ibn Umeyrin anası da 
)2(
,
xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq 
İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri 
verməsilə geri döndülər. 
səh:93 
 
1
-
 [
1
 . ]
Mustafa Ə srar , «Aşura qiyamçıları», s ə h. 143; 
«Tarixi-T ə b ə ri», c. 3, s ə h. 322; Xar ə zmi, «M ə qt ə l», c. 
2, s ə h. 12-14 . 
2
-
 [
2
 . ]
S ə mhi, « Ə bsar ül-eyn», s ə h. 206; Müq ə rr ə m, «M 
ə qt ə lül- Hüseyn ( ə ) » s ə h. 316, «Aşura qiyamçıları», s ə 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
h. 134; Nuhuddin Ziya, «V ə h ə b xanidanı», s ə h. 23; Mürt ə 
za F ə him Kermani, «Tarixd ə qadın rolu», s ə h. 181-186 . 
7
-
  Şəhid oldular 
Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan 
ərlərinə, qardaşlarına və övladlarına döyüşün ən böhranlı, 
dəhşətli anlarında belə yaxından dəstək olurdular. Hətta 
onların bə`zisi bu yolda şəhadət mərtəbəsinə də, yüksəldilər. 
Ümm Vəhəb (Abdullah ibn Umeyr Kəlbinin həyat yoldaşı) 
ərinin yaralı bədəninin cansız şəkildə savaş meydanına 
düşdüyünü gördükdə, yanına gedərək, onu ağuşuna aldı. O, 
göz yaşları içində deyirdi: «Behişt sənə halal olsun! Mən 
Allahdan sənin məqamını ən ali dərəcədə ucaltmasını və məni 
də, sənə qovuşdurmasını diləyirəm.» Elə bu zaman Şümrün 
əmrilə şərəfsiz bir şəxs qılıncını çəkərək onu qətlə yetirdi. O 
Kərbəlada şəhid olan ilk qadındır
)1(

Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən 
tərəfindən Aşura günü amansızcasına öldürüldü
)2(

8
-
  Cinayətkarlara e`tiraz etdilər 
Kərbəla cinayətkarlarından bə`zilərinin arvadları öz ərlərinin 
insaniyyətdən uzaq mənfur əməllərinə qarşı e`tiraz edərək, 
onları kəskin çıxışları ilə tənqid etdilər. Bu bir halda baş 
verirdi ki, Hüseynin (ə) qatilləri dırnaqarası qələbəsini təntənə 
ilə qeyd edirdi. Hər an onların qəzəblənərək, e`tiraz edən 
şəxsləri öldürmək qorxusu var idi. Yezid ibn Müaviyənin 
arvadı Hind binti Abdullah ibn Amir onun cinayətlərinə 
e`tiraz edərək dedi: «Ey Yezid, Allah sənə lə`nət etsin. Sən 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
artıq mənim ərim deyilsən. Vay olsun sənə! Qiyamət günü nə 
üzlə Allahın və Peyğəmbərin (s) qarşısında dayanacaqsan
)3(
»? 
səh:94 
 
1
-
 [
1
 . ]
S ə mhi, « Ə bsar ül-eyn», s ə h. 180 v ə 209; «Musu ə 
tu k ə limatil-İmamil- Hüseyn ( ə ) » s ə h. 433 . 
2
-
 [
2
 . ]
M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) 
müsib ə tind ə n», s ə h. 212 . 
3
-
 [
3
 . ]
M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) 
müsib ə tind ə n», s ə h. 484; Ə bu M ə xn ə f, «M ə qt ə lül- 
Hüseyn ( ə ) », s ə h. 187-189 . 
Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını İbn 
Ziyada aparan şəxsin) arvadları Əyyuf və Nivar da ona e`tiraz 
edərək, arxa çevirdilər. Və bir daha heç vaxt onunla 
danışmadılar
)1(

Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər 
ibn Sədin qoşununun namərd əməllərini gördükdə qeyrəti 
cuşa gəldi. O, qılıncını çəkərək Şümrün qoşununda yer alan 
qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi! Nə üçün 
sakitcə durub, Peyğəmbərin (s) ailəsinin xeymələrinin qarət 
edilib, yandırılmasına tamaşa edirsiniz? Kişiliyiniz və 
qeyrətiniz yoxdurmu?” Amma onun qəbiləsinin üzvləri 
qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar
)2(

9
-
  Kərbəla şəhidlərini dəfn etdilər 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Aşura vaqiəsindən sonra Bəni-Əsəd qəbiləsinin qadınları 
Əhli-beyt xanımlarına mənəvi dayaq olmaq üçün Kərbəlaya 
gəldilər. Onlar şəhid olmuş şəxslərin bədənlərinin dəfn 
olunmadığını görüb, qəzəbli halda ərlərinin yanına qayıdaraq 
belə söylədilər: «Siz Hüseynə (ə) kömək etmədiyinizə görə 
Allah-taalanın hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey 
bədbəxtlər, heç olmasa qalxın, şəhidlərin doğranmış 
bədənlərini dəfn edin». 
Bunu eşidən Bəni-Əsəd qəbiləsinin kişiləri xəcalət çəkərək, 
utandılar. Və Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola 
düşdülər
)3(

Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə 
qadın əzəmətinin və iqtidarının müqəddəsliyini sübut etməklə 
yanaşı, haqla batilin savaşı sayılan Kərbəla qiyamına hər 
kəsin məsuliyyətlə yanaşmalı olduğunun vacibliyini anlatdılar. 
səh:95 
 
1
-
 [
1
 . ]
Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn ( ə ) », s ə h. 375; 
«M ə alis-sibteyn», c. 2, s ə h. 93 . 
2
-
 [
2
 . ]
Şeyx Abbas Qumi, «Münt ə h ə l- ə mal», c. 2, s ə h. 
289; Şeyx Abbas Qumi, «N ə fsül-m ə hmum», s ə h. 174 . 
3
-
 [
3
 . ]
M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) 
müsib ə tind ə », s ə h. 405 . 
səh:96 
Aşura qiyamında Əhli-beyt xanımlarının rolu nə oldu? 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə