Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə21/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
-
 [
2
 . ]
Seyyid ibn Tavus, «Lühuf», s ə h. 66; Ş. A. Qumi, 
«İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 298; «M ə sum 
imamların h ə yatı», s ə h. 207 . 
olduqları üçün və həm də, günahlarının böyüklüyünü onlara 
daha da anlatmaq üçün buyurdu: «Yox, ey hiyləgər şəxslər! 
Ey şəhvətlərinin qulu olan insanlar! Babalarımla (iki üzlü) 
davrandığınız kimi, mənimlə də belə rəftar etmək istəyirsiniz? 
Yox, Allaha and olsun ki, hələ vurduğunuz yaralardan qan 
axır, qəlbim atamın, qardaşlarmın ölümü ilə yaralıdır. Bu 
dərdin acısı sıxıcı və təsəlli tapılmayan bir qəmdir. Sizdən nə 
bizimlə və nə də bizim əleyhimizə olmanızı istəyirəm. 
Biz sizdən o zaman razı olarıq ki, həmişə əmrimizə tabe 
olasınız. Bir gün bizimlə olub, bir gün də bizim əleyhimizə 
olsanız, sizdən razı olmarıq
)1(
 ». 
3
-
  Təhriflə mübarizə apardı 
Keçən bəhsimizdə söylənildiyi kimi, bildiniz ki, Müaviyənin 
siyasətini davam etdirən Yezid və İbni Ziyad «qəzavü-qədər» 
əqidəsini xalq arasında yayır və bu yolla Yezidin Kərbəlada 
törətdiyi cinayətləri ört-basdır etmək niyyətində idi 
)2(
.Guya 
sırf alın yazısına görə Allahın İmam Hüseyni (ə) öldürdüyünü 
və ya onun qəzəbinə tuş gəldiyini iddia edir, Yezidin çirkin 
əməllərini təmizə çıxartmaq istəyirdi. O bununla həmdə Aşura 
qiyamının səbəb və hədəflərini təhrif edir, onun müsəlmanlara 
bəxş edəcəyi mühüm ideyaları o zamanın zalım hakimiyyəti 
üçün təhlükəli sayaraq, zərərsizləşdirmək məqsədi güdürdü. 
İmam Səccad (ə) böyük məharətlə Ubeydullah ibn Ziyadın 
təhrifləri qarşısında dayanaraq onu hər kəsin yanında rüsvay 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
etdi: «Belə ki, əsirlər İbni Ziyadın məclisinə gətirildikdə, o, 
İmam Səccadı (ə) görüb soruşdu: «Bu kimdir ?
»  
Ətrafındakı adamlar dedilər: «Bu Hüseynin (ə) oğlu Əlidir». 
səh:83 
 
1
-
 [
1
 . ]
H ə min m ə nb ə l ə r . 
2
-
 [
2
 . ]
Mürt ə za Müt ə hh ə ri, «İnsan v ə tale», s ə h. 22; İbn 
Quteyb ə , « Ə l-İmam ə tü v ə s-siyas ə », c. 1, s ə h. 205 . 
Rişxəndlə dedi: «Allah Hüseynin oğlu Əlini (ə) Kərbəlada 
öldürmədimi ?
»  
Həzrət Səccad (ə) buyurdu: «Mənim bir qardaşım da var idi. 
Ona Əli ibn Hüseyn (ə) deyirdilər. Onu camaat öldürdü»! 
İbni Ziyad dedi: «Yox, onu Allah öldürdü
)1(
» 
İmam (ə) cavab verdi: 
«
اهِمانَم یِف ْتُمَت ْمَل یِتَّلا َو اهِتْوَم َنیِح َسُفْنَأْلا یَّفَوَتَی ُهَّللا
»
 
«Allah əcəli çatan şəxslərin ölüm zamanı canlarını alar və 
ölməyənlərin (əcəli çatmayanların) isə canlarını yuxuda 
alar( 
)2(
».yəni; yuxu da bir növ müvəqqəti ölüm deməkdir). 
Həzrət Səccad (ə) burada Qurani-Kərimin kəlamları ilə İbni 
Ziyadı susdurdu və hamıya başa saldı ki, Allah-taala yalnız 
əcəli çatan şəxslərin canını alar. İmam Hüseyni (ə) isə din 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
düşmənləri zülm və məkrlə şəhid etdilər. Kərbəla müsibəti 
qəddar, dinsiz və rəzil insanların yaratdığı faciə idi. 
Diqqət etmək lazımdır ki, Yezid məlun da, Əhli-beyt (ə) 
əsirlərini sarayına gətizdirdikdə təhrif siyasətini işə saldı. O, 
hamının yanında üzünü İmama (ə) tutub dedi: «Ey Əli ibn 
Hüseyn (ə) şükr olsun Allaha ki, sənin atanı öldürdü»! 
İmam Səccad (ə) cəsarətlə buyurdu: «Allah mənim atamı 
öldürənə lənət etsin»! 
Yezid hiylə və kələk işlədərək, Qur`an ayəsi 
)3(
oxuyub öz 
fırıldaqçı siyasətinə haqq qazandırmaq istədi və dedi: «Düçar 
olduğunuz hər bir müsibəti öz əllərinizlə qazanmısınız»! 
İmam (ə) buyurdu: «Sənin xəyal etdiyin kimi deyildir. Bu ayə 
bizim barəmizdə nazil olmayıb. Bizim haqqımıza aid olan ayə 
budur: 
«
َّلاِإ ْمُکِسُفْنَأ یِف لا َو ِضْرَأْلا یِف ٍهَبیِصُم ْنِم َباصَأ ام
 
 َّنِإ اهَأَرْبَن ْنَأ ِلْبَق ْنِم ٍباتِک یِف
ریِسَی ِهَّللا یَلَع َکِلذ
»
 
səh:84 
 
1
-
 [
1
 . ]
Seyyid ibn Tavus, «Lühuf», s ə h. 68; Ş. A. Qumi, 
«İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 320 . 
2
-
 [
2
 . ]
Zum ə r sur ə si ay ə 42 . 
3
-
 [
3
 . ]
Şüra sur ə si ay ə 42 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«Yer üzərində baş verən və sizin başınıza gələn elə bir müsibət 
yoxdur ki, biz onu yaratmamışdan öncə, löhvü-məhfuzda 
yazılmamış olsun. Bu, Allah üçün olduqca asandır. Bu sizin 
itirdiklərinizə təəssüflənməməyiniz və sizə verilənə də, 
sevinməməyiniz üçündür
)1(
». 
Bizik o şəxslər ki, başlarına gələn müsibətə görə təəssüf etməz 
və əllərinə çatan xeyirlərə görə lovğalanmazlar 
)2(
»!Bununla da 
Yezid susdu və hiyləsinin baş tutmayacağını anladı. 
4
-
  Şəhadət ruhunu yaratdı 
İbni Ziyadın məclisinə əsir kimi gətirilən İmam Səccad (ə) 
onu seyr edən kufəlilərin gözündə aşkarcasına qorxu və 
vəhşəti dərk edirdi. O, bilirdi ki, Kufə əhlinin çoxu qorxaqlıq 
ucbatından atası İmam Hüseynə (ə) kömək etmədilər və hətta 
düşmən qoşununun sıralarında belə yer aldılar. 
İmam Səccad (ə) həmçinin İbni Ziyadın xalq içərisində 
şəhadət hissini sındırmaq, müsəlmanların qürurunu əzmək 
istəyini bilirdi. Elə bunun üçün də, onun təhdidlərinə məhəl 
qoymayaraq, hamının gözü önündə yenidən şəhadət şüarını 
səsləndirdi. Belə olduqda İbni Ziyad hiddətlənib dedi: «Sən nə 
cürətlə mənə belə cavab verirsən? Aparın bunun boynunu 
vurun» ! 
İmam (ə) buyurdu: «Ey İbni Ziyad məni öldürməklə 
qorxutmaq istəyirsən? Bilmirsən ki, öldürülmək bizim üçün 
adi bir iş və şəhadət bizim üçün izzət (fəxr) dir
)3(
»!? 
səh:85 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə