Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
1
-
 [
1
 . ]
Mülk sur ə si, 2 . 
2
-
 [
2
 . ]
İnsan sur ə si, 3 . 
tam azad olması üçün bütün qeyri-təbii prosesləri aradan 
qaldırmışdır. Məsələn, əgər Allah-taala bütün insanların onun 
göndərdiyi peyğəmbər və imamlara itaət etməsini, Tanrı 
qarşısında baş əyib ibadət etmələrini məcburi şəkildə də olsa 
belə ifadə etsəydi, məlumdur ki, bu iş İlahi qüdrəti altında bir 
an içində baş verərdi. Çünki, Uca Allah hər bir şeyə qadirdir. 
Amma Allah-taala bu cür etməmiş, insanları ona ibadət və ya 
küfr etməkdə azad qoymuşdur. Elə bu səbəbə görə də, tarix 
boyu peyğəmbər və imamların bütün buyurduqlarına əməl 
edib və əksər hallarda onların kənarında şəhid olanlar da 
olmuş, onlara qarşı çıxıb qətlə yetirənlər də tapılmışdır. Lakin 
peyğəmbərlər və imamlar dini kütləvi şəkildə yaymaq üçün nə 
ardıcıl halda möcüzələrdən istifadə etmiş və nə də öz canlarını 
qorumaq üçün qeyri-təbii vasitələrə əl atmışlar. Əksinə onlar 
çox yüksək əxlaqla İlahi dini məntiqi surətdə xalqa çatdırmış 
və bu yolda hər bir əziyyətə qatlanmışlar. Çox az hallarda 
xalqın onların İlahi tərəfindən göndərilmələrinə xatircəm 
olmaları üçün möcüzə göstərir, bu işi yalnız zəruri hallarda 
Tanrının izni ilə yerinə yetirirdilər. Çünki, Uca Allah 
möcüzələrin zərurət miqdarını keçdiyi zaman insanların qorxu 
üzündən dinə üz gətirmələrini bildiyi üçün bu işin onların 
sınaq məqsədi ilə yaranmasına zidd olduğunu nəzərə alaraq 
buna icazə vermirdi. Sözsüz ki, əgər İmam Hüseynə (ə) Aşura 
günü Yezidin qoşununu möcüzə ilə məhv etməyə Tanrı 
tərəfindən hər hansı bir göstəriş olsaydı, o bu işi görərdi. 
Amma Allah-taala İmam Hüseynin (ə) təbii şəkildə zalımlara 
qarşı mübarizə aparmasına və bu yolda şəhid olmasına əmr 
etdi. Aləmlərin rəbbi, Həzrət Məhəmməd peyğəmbərin (s) 
gətirdiyi müqəddəs İslam dininin Bəni-Üməyyənin çirkin 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
əməlləri nəticəsində sarsıldıqdan sonra, İmam Hüseynin (ə) 
qanı ilə yenidən dirçəlməsini tələb etdi. Və bu yolu 
səh:74 
bütün bəşəriyyətə örnək qərar verdi. Elə bu səbəbə görə də 
bəzi rəvayətlərə əsasən, Aşura günü İmam Hüseynə (ə) qeybi 
qüvvələr tərəfindən kömək təklif olunanda İmam (ə) qəbul 
etmir. O,təbii olaraq yalnız insanları Tanrı uğrunda 
düşmənlərə qarşı köməyə çağırır: «Bir kəs varmı ki, mənə 
Allah yolunda kömək etsin
)1(
» ? 
səh:75 
 
1
-
 [
1
 « . ]
Ə ba Ə bdullahül Hüseynin h ə yatı”, s ə h. 114 . 
səh:76 
İmam Səccadın Kərbəla qiyamında rolu nə olmuşdur ?
   
Bildiyiniz kimi İmam Səccad (ə) Kərbəla faciəsi zamanı xəstə 
olmuşdur. Onun xəstəliyinin səbəbi də ilahi məsləhət idi 
)1(
.
Çünki o, sağ qalıb İmamət vəzifəsini öhdəsinə almalı, davam 
etdirməli idi. Həmçinin keçən bəhslərimizdə işarə etdiyimiz 
kimi Kərbəla qiyamını tamamlayan ikinci mərhələnin 
layiqincə yerinə yetirilməsini təzmin etməli idi. Bu sahədə 
İmamın (ə) gördüyü işləri və yerinə yetirdiyi vəzifələri qeyd 
edirik: 
1
-
  Aşura qiyamı haqda maarifləndirmə işi apardı 
İslam dinini yalnız Müaviyənin təhrif etdiyi şəkildə tanıyan və 
Əhli-beytin (ə) üstünlükləri barədə az məlumatı olan Şam 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
əhlini İmam Hüseynin (ə) inqilabı haqqında maarifləndirmək 
zəruri hal almışdır. İmam Səccad (ə) da, bu iş üçün ən 
əlverişli zamanı, məkanı və şəraiti seçdi. Bu iş Yezidin xalqı 
toplayaraq, bir vaizə Əhli-beyti (ə) 
səh:77 
 
1
-
 [
1
 . ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 324; M ə sudi, 
«İsbatül-v ə siyy ə », s ə h. 167; İbnul-İmad Ə l-H ə nb ə li, «Ş 
ə c ə r ə tüz-z ə h ə b bi ə xbari m ə n z ə h ə b», c. 1, s ə h. 
105; İbn S ə d, «T ə b ə qatül-Kübra», s ə h. 212 . 
pisləməyi və Muaviyəni, Yezidi tərifləməyi tapşırdığı 
təntənəli məclisdə baş tutdu. İmam (ə), vaizin qərəzli 
danışığını gördükdə fəryad etdi: «Vay olsun sənə ey vaiz! 
(günah dolu sözlərinlə) məxluqun razılığını, Allahın qəzəbi 
müqabilində satın aldın və cəhənnəmdə özünə yer hazırladın.» 
Sonra isə minbərə çıxıb söhbətinə başladı: «Ey camaat! Allah 
bizim ailəmizi (Peyğəmbər (s) ailəsini) altı dəyərlə 
şərəfləndirmiş və yeddi fəzilət ilə başqa insanlardan üstün 
saymışdır. 
Altı üstünlüyümüz bundan ibarətdir ki, Tanrı bizə elm, helm, 
səxavət, fəsahət və comərdlik   bəxş etmiş və (həqiqi) 
mömünlərin qəlbində bizim məhəbbətimizi yerləşdirmişdir. 
Yeddi fəzilətimiz də budur ki, Allahın seçilmiş elçisi (Həzrət 
Məhəmməd (s)), Siqqiq (İmam Əli (ə) ), Cəfəri Təyyar, 
Allahın və Peyğəmbərinin aslanı (Həmzə), bu ümmətin iki 
əzəmətli rəhbəri (Həzrət Həsən (ə) və Hüseyn (ə) ) və 
hımcinin xanım Fatimeyi Zəhra (s) da bizim ailədəndir
)1(



Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Camaat, məni tanıyan tanıyır, tanımayanlara isə özümü 
tanıtmaq istəyirəm: Mən Məkkə və Minanın oğluyam. Mən 
zəmzəm və səfanın oğluyam. Mən Həcərül-əsvədi (Kəbədə 
olan qara daşı) əbasına büküb yerinə yerləşdirən şəxsin 
oğluyam. Mən ehram bağlayıb təvaf və səy edən şəxsin 
oğluyam. Mən insanların ən yaxşısının oğluyam. Mən merac 
gecəsi Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin 
oğluyam. Mən (Merac vaxtı «sidrətül-müntəha»ya yetişən 
şəxsin oğluyam. Mən Merac zamanı Yaradana yaxın olan 
(«qabu-qövseyn əv ədna» məqamına nail olan) şəxsin 
oğluyam. Mən səmavi mələklər ilə namaz qılan şəxsin 
oğluyam. Mən ucaAllahın vəhy göndərdiyi elçisinin oğluyam. 
Mən Məhəmməd Mustafanın(s), Əliyyi 
səh:78 
 
1
-
 [
1
 . ]
Ya da H ə zr ə t Mehdi ( ə ) . 
Murtəzanın(ə) oğluyam. Mən müşriklərə «La ilahə illəllah» 
dedirdənə qədər döyüşən şəxsin oğluyam. Mən Tanrı elçisinin 
(s) hüzurunda iki qılınc və iki nizə ilə döyüşən şəxsin 
oğluyam. Mən iki dəfə hicrət edən, iki dəfə Allah rəsulu(s) ilə 
beyət edən, Hüneyn savaşında şücaətlə vuruşan və bir an belə 
olsun Allah-Təalaya şübhə etməyən şəxsin oğluyam. Mən 
mömünlər arasında ən doğru əməl sahibinin, peyğəmbərlər 
varisinin, kafirləri məhv edən müsəlmanların rəhbəri, 
mücahidlərin nuru, abidlərin zinəti, Tanrı qorxusundan göz 
yaşı tökənlərin fəxri, səbir sahiblərinin ən dözümlüsü və 
rəsulullahın ailəsindən çıxmış ən yaxşı qiyam edən şəxsin 
oğluyam. Mənim nəsil köküm elə şəxsə çatır ki, Cəbrayıl 
onun himəyçisi, Mikayıl onun köməkçisi, özü isə 
müsəlmanların hamisi və namuslarının mühafizidir. Mən 
«mariqin» (dindən çıxanlar), «nakisin» (əhd-peymanını 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə