Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
sındıranlar) və «qasitin» (zülmkarlar) ilə savaşıb, Allahın kinli 
düşmənləri ilə cihad edən adamın oğluyam. Mən Peyğəmbərə 
(s) hər kəsdən əvvəl iman gətirən, müsəlmanların qabaqcılı və 
öngörəni olan, Qureyşin ən üstün şəxsiyyəti kimi taninan 
adamın oğluyam. O, zalımların düşməni, müşrikləri öldürən, 
münafiqləri yox etmək üçün atılan Tanrı oxu, abid insanların 
hikmət dili, Allahın dininin yavəri, onun təyin etdiyi rəhbər, 
İlahi hikmətinin gülüstanı və İlahi elminin mənbəyi idi... 
 Mən Fatimeyi Zəhranın (s) oğluyam, xanimlar padşahının 
oğlu mənəm». 
Müsəlmanlar, İmamın (ə) bu kəlmalarını eşitdikdə həqiqəti 
anlayaraq ağlamağa və Yezidə etiraz etməyə başladılar. Xalq 
arasında çaxnaşmanın düşdüyünü görən Yezid qorxusundan 
müəzzinə uca səslə azan deməyə əmr etdi. O, bu yolla İmam 
Səccadın (ə) çıxışına son qoymaq və qəzəbli insanların 
həyacanlı hisslərini sakitləşdirmək 
səh:79 
istəyirdi. Müəzzin azan deməyə başladı: «Allahu Əkbər! 
Allahu Əkbər! (Allah böyükdür)  » 
İmam Səccad (ə) uca səslə buyurdu: «Doğrudur, heç bir şey 
Allahdan uca ola bilməz»! 
Müəzzin dedi: «Əşhədu ən la ilahə illəllah» (Allahdan başqa 
Allah yoxdur). 
İmam (ə) buyurdu: «Bəli, mənim tüküm, dərim, ətim və 
qanım da Allahın birliyinə şəhadət verir». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Müəzzin dedi: «Əşhədu ənnə Muhəmmədər-rəsulullah» 
(şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir). 
Həzrət Səccad (ə) üzünü Yezidə tutaraq dedi: «Ey Yezid! 
Məhəmməd (s) mənim babamdır, yoxsa sənin? Əgər sənin 
baban olduğunu söyləsən yalan demisən və haqqı inkar 
etmisən. Yox, əgər mənim babam olduğuna etiraf etsən, bəs 
onda nə üçün onun övladlarını öldürdün? (Ey camaat) Bəs nə 
üçün bu kişi (Yezid) mənim atamı zülmlə öldürdü və bizi 
Bizans əsirləri kimi (təhqiramiz şəkildə) buraya gətirdi? 
Ey Yezid! Belə cinayət edirsən, sonra da «Məhəmməd (s) 
Allahın rəsuludur» deyib üzü qibləyə durursan? Vay olsun 
sənə! Qiyamət günü atam və babam sənə düşmən 
olacaqlar
)1(
»! 
İmamın çıxışı cəmiyyəti təlatümə gətirdi çox saylı qəzəbli 
müsəlman Yezidlə namaz qılmadan məclisi tərk etdi. 
Başqa bir nümunə 
İmam Səccad (ə) Şam şəhərində əsir idi. Bir qoca kişi ona 
yaxınlaşıb istehza ilə dedi: «Allaha şükürlər olsun ki, sizi 
öldürdü və bizim şəhərimizi sizin kimilərdən qorudu. Yezidi 
sizə üstün etdi» 
səh:80 
 
1
-
 [
1
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 137; «Kamil», s ə h. 301; 
Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 304 . 
İmam (ə) buyurdu: «Sən Qur`an oxumusan ?
»  


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Dedi: «Bəli». 
Buyurdu: «Bu ayəni oxumusanmı? 
«
 لا ْلُق
یبْرُقْلا یِف َهَّدَوَمْلا َّلاِإ ًارْجَأ ِهْیَلَع ْمُکُلَئْسَأ
»
 
(Ey Peyğəmbər (s) ) de ki; mən Peyğəmbərliyimin 
müqabilində sizdən heç bir əcr istəmirəm, sizdən fəqət istəyim 
budur ki, mənim Əhli-beytimə məhəbbət göstərəsiniz
)1(
». 
Dedi: «Bəli». 
Buyurdu (ə): «Bizik, o Əhli-beyt (ə)» 
Sonra əlavə etdi: 
«
هَّقَح یبْرُقْلا اَذ ِتآَف
»
 
«Əqrabanın haqqını ödə 
)2(
»ayəsini oxumusanmı? 
Dedi: «Bəli» 
Buyurdu (ə): «Bu bizə aiddir» 
Yenə əlavə etdi: 
«
یبْرُقْلا یِذِل َو ِلوُسَّرلِل َو ُهَسُمُخ ِهَّلِل َّنَأَف ٍء ْیَش ْنِم ْمُتْمِنَغ امَّنَأ اوُمَلْعا َو
»
 
«Ey möminlər, qazandığınız hər şeyin beşdə bir hissəsi 
Allahın, Peyğəmbərin, əqrabalarınındır 
)3(
»...ayəsini 
oxumusan? 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Dedi: «Bəli». 
Buyurdu (ə): «Bu bizə aiddir. Söylə görüm, bu ayəni 
oxumusanmı? 
«
اریِهْطَت ْمُکَرِّهَطُی َو ِتْیَبْلا َلْهَأ َسْجِّرلا ُمُکْنَع َبِهْذُیِل ُهَّللا ُدیِرُی امَّنِإ
»
 
«Həqiqətən Allah sizi Əhli-beyti hər bir eyb və nöqsandan pak 
etməyi iradə etmişdir
)4(
». 
Dedi: «Bəli». 
İmam (ə) buyurdu: «Bu Əhli-beyt (ə) bizik» 
səh:81 
 
1
-
 [
1
 . ]
Şura sur ə si ay ə 23 . 
2
-
 [
2
 . ]
Rum sur ə si ay ə 38 . 
3
-
 [
3
 . ]
Ə nfal sur ə si ay ə 41 . 
4
-
 [
4
 . ]
Ə hzab sur ə si ay ə 33 . 
Qoca kişi ağlayıb tövbə etdi və İmamdan üzr istəyərək Yezidi 
lənətlədi
)1(

2
-
  Təhrik edici, oyandırıcı çıxışlar etdi 
Həzrət Səccad (ə) Kufə şəhərinə girərkən İmam Hüseyni (ə) 
köməyə çağırıb, sonra isə onu şəhid edən qorxaq kufəlilərə 
nəzər yetirdi. Onlar sanki heç nə olmamış kimi baxır, və 
təmiz, rahat vicdanlı şəxslər tək əsirlərə tamaşa edirdilər. Belə 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
olduqda, o, müsəlmanlara gördükləri işin pisliyini və onların 
cinayətinin dəhşətini anlatmağa başladı: 
“Camaat! Məni tanıyan tanıyır, tanımayanlara da özümü 
tanıtmaq istəyirəm. Mən Əli ibn Hüseyn ibn Əli ibn Əbu 
Talibəm. Mən o kəsin oğluyam ki, siz onun hörmətini 
sındırdınız, ona qarşı hörmətsizlik etdiniz. Onun mal dövlətini 
qarət etdiniz və yaxınlarını əsir tutdunuz. Mən Fərat çayı 
kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki o, heç kimə 
zülm etməmiş və kimsəyə qarşı hiylə işlətməmişdi. Mən başı 
arxadan kəsilən şəxsin oğluyam və bu mənim üçün çox böyük 
şərəfdir. 
Ey camaat! Siz mənim atama dəvət məktubu yazmadızmı? 
Onunla beyət etmədinizmi? Əhdi-peyman bağlamadınızmı? 
Sonra isə ona xəyanət etmədinizmi? Nə çirkin bir iş tutdunuz! 
Neçə də iyrənc düşüncə və əməldir... Əgər Allahın 
Peyğəmbəri (s) sizə: «Mənim övladlarımı öldürdünüz. Mənə 
hörmətsizlik etdiniz. Siz mənim ümmətimdən deyilsiniz»- 
desə, ona nə üzlə baxarsınız
)2(
»? 
Bunu eşidən insanlar səhvlərini başa düşərək, ağlayıb fəryad 
etdilər. İmama (ə) öz köməklərini təklif edərək, onun hər bir 
əmrinə hazır olduqlarına dəfələrlə tə`kid etdilər. Amma İmam 
Səccad (ə) həm kufəlilərin e`tibarsız 
səh:82 
 
1
-
 [
1
 . ]
Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 331-
332 . 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə