Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Aşura günü baş verən bütün anlar insanların yaşayışına böyük 
ibrət dərsi olduğu üçün vacib əhəmiyyət daşıyır. Lakin o gün 
baş vermiş hər bir hadisəni nəzərdən qaçırmadan şərh etmək, 
onlarla cild kitabın yazılmasını tələb edir. Elə bunun üçün də 
biz o hadisələrin ən mühümlərini ixtisarla bəyan edirik: 
1
-
  İmam Hüseynin (ə) müharibəyə təmkinlə hazırlığı 
Tarixçilər İmam Hüseynin əsgərləri və həmçinin Ömər ibn 
Sədin başçılığı altında İmama (ə) qarşı döyüşə qalxan 
qoşunun sayı barədə müxtəlif fikirlər irəli sürüblər. Lakin 
İmam Hüseynin (ə) qoşununun yüz nəfərə çatmaması və 
düşmən qoşununun 6000 nəfərdən çox olması haqda heç bir 
ixtilaf yoxdur. Hətta bə`zi tarixçilər düşmən qoşununda olan 
əsgərlərin sayını 20-min, bəzən də 30-minə qədər 
yazmışlar 
)1(
.Amma iki qoşunun sayı arasında olan bu böyük 
fərqə baxmayaraq, İmam Hüseyn (ə) öz 70-80 nəfər əsgərini 
20-30 min qoşunun qarşısında inam və soyuqqanlılıqla 
nizamladı. 
səh:59 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 393; « Ə l-M ə naqib», c. 
4, s ə h. 98 . 
İmam (ə) iyirmi nəfəri Züheyr ibn Qeyn ilə sağ cinahda 
yerləşdirdi. Özü isə digər əsgərlər ilə ortada durub onlara 
səbirli və vüqarlı olmağı tövsiyə etdi. Sonra mübarək əllərini 
göyə ucaldıb Tanrı ilə minacat etməyə başladı: 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«Ey Rəbbim, sən mənim hər bir zaman güvəndiyim varlıqsan. 
Sən mənim ümid yerim, etimad bağladığım və çətinliklərdə 
sığındığım Tanrımsan. Elə çətinliklər var ki, onların 
qarşısında qəlblər sınır, səbirlər tükənir, dostlar ümidsiz və 
düşmənlər şad olur. Lakin mən belə anlarda həmişə sənə 
pənah gətirib sənə bağlanmışam
)1(
»... 
2
-
  İmam Hüseynin (ə) müharibəni birinci başlamaması 
İmam Hüseyn (ə) Yezidin zülmkar və fəsadla dolu 
hökumətinə qarşı qiyama qalxıb e`tiraz etsə də, onun qoşunu 
tərəfindən müharibə və qan tökülməsinə birinci başlanmasına 
razı olmur. Tarixçilər bu barədə yazırlar: 
«Aşura günü, hələ döyüş başlamamışdan əvvəl Ömər ibn 
Sədin qoşununda olan vicdansız əsgərlərin bəzisi İmam 
Hüseyn (ə) və onun tərəfdarlarına nalayiq sözlər yağdırırdılar. 
O şəxsiyyətsiz və alçaq əsgərlərdən biri də Şimr ibn Zilcövşən 
idi. O gün məlun Şimr üzünü İmam Hüseynə (ə) tərəf tutub 
qışqırdı: «Ey Hüseyn, hələ qiyamət günü çatmamışdan qabaq 
odda yanmaq arzusundasan? » İmam (ə) o məlunun cavabında 
buyurdu: «Ay cahil oğlu, sən cəhənnəm odunda yanmağa 
daha layiqsən». 
Bu zaman İmamın (ə) vəfalı əsgərlərindən biri olan Müslim 
ibn Övsəcə Şimri oxla vurmaq istədikdə İmam (ə) ona mane 
oldu. Müslim İmama (ə) dedi: « Ey mənim sərvərim, icazə ver 
bu kafiri öldürüm. O, qaniçən, qəddar, Allahın düşmənidir. Bu 
gözəl fürsət yaranmışkən onu öldürməyimə izin verin!» İmam 
Hüseyn (ə) buyurdu: «Mən müharibə və qan tökməyi birinci 
başlamaq istəmirəm
)2(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
səh:60 
 
1
-
 [
1
« . ]
Münt ə h ə l- ə `mal», Müh ə ddis Qumi , 
2
-
 [
2
 « . ]
Ə l-Kamilu fil tarix», c.3 s ə h. 288 . 
3
-
  Hürr ibn Yəzidin İmam Hüseynin (ə) tərəfinə keçməsi 
Hürr ibn Yəzid Riyahi İmam Hüseynə (ə) qarşı çıxan Kufə 
qoşunundakı sərkərdələrdən biri idi. O, mərifətli insan olduğu 
üçün heç bir vaxt İmam Hüseynə (ə) qarşı ədəbsizlik etmədi. 
Elə bunun üçün də Allah-taala sonda onu haqqa yönəltdi. Bu 
əhvalat belə baş verdi: 
Ömər ibn Sədin əmri ilə qoşun İmamla (ə) döyüşə hazırlaşdı. 
Bu anda İmam Hüseyn (ə) hamıya höccəti tamam etmək üçün 
ucadan fəryad çəkdi: «Bir kəs varmı ki, Allah yolunda bizə 
kömək etsin? Bir kəs varmı ki, Peyğəmbərin (s) hərəmini 
müdafiə etsin?» Hürr ibn Yəzid İmamın (ə) bu fəryadını 
eşitdikdə narahat olub qoşunun başçısı Ömər ibn Sədin yanına 
gəlib dedi: «Hüseynlə (ə) döyüşəcəksənmi ?
»  
Ömər ibn Səd cavab verdi: « Bəli, Allaha and olsun, elə bir 
döyüş yaradacağam ki, ən azı bu döyüşdə onların başı 
boyunlarından və qolları bədənlərindən ayrılsın». 
Hürr bu sözləri eşidib çox pərişan halda bir kənara çəkilib 
fikrə qərq oldu. Hürrün həyəcandan bütün bədəni əsirdi. Onu 
bu halda görən Mühacir ibn Ovs dedi: «Ey Hürr, səni bu 
vəziyyətin məni ağlamağa məcbur edir. Əgər məndən Kufənin 
ən şücaətli kişisi barəsində soruşsalar səndən başqa heç kimin 
adını vermərəm. İndi mənə de görüm, niyə əsirsən ?
»  


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Hürr dedi: «And olsun Allaha, bu dəqiqə özümü «behişt» ya 
«cəhənnəm» seçimi arasında görürəm. Amma and olsun bizi 
Yaradana, behişti seçəcəyəm! Bədənimi parça-parça edib 
yandırsınlarda belə. 
Sonra atına minib İmam Hüseynə (ə) tərəf hərəkət etməyə 
başladı. Və həmin anda əllərini başına çırpıb deyirdi: «İlahi, 
tövbə edirəm, tövbəmi qəbul et! Ona görə ki, sənin dostlarını, 
Peyğəmbərin nəvələrini qorxuzmuşam». 
səh:61 
Hürr İmam Hüseynin (ə) yanına çatdıqda ədəblə dedi: Sənə 
canım fəda olsun! Mən səni çox incitdim, hətta sənin 
Mədinəyə qayıtmağına belə mane oldum. Doğrusu işin bura 
çatacağını bilmirdim. İndi tövbə edib Allah yoluna qayıdıram. 
Mənim tövbəm qəbul sayılırmı? 
İmam Hüseyn (ə) buyurdu: «Allah-taala sənin tövbəni qəbul 
etdi. Atından en aşağı bizim yanımıza gəl». 
Hürr ərz etdi: «Ey mənim ağam, icazə ver atdan düşməyim və 
sənin düşmənlərinlə döyüşə gedim»... 
İmam (ə) Hürrə icazə verir. Hürr Kufə qoşununun qarşısına 
keçib fəryad çəkərək deyir: «Ey Kufə əhli, ananız yasınızda 
ağlasın! Siz İmam Hüseyni (ə) dəvət etdiniz ki, sizə rəhbərlik 
etsin. Siz də onun kənarında zülmə qarşı müharibə edəsiniz. 
Lakin o sizin dəvətinizi qəbul edib gəldikdən sonra onu 
mühasirəyə alıb öldürmək istəyirsiniz? Siz vəfasızlar isə öz 
İmamınızın yolunu bağlayıb onun arvad, uşaq və dostlarının 
Fərat suyundan içmələrinə mane olursunuz. İndi onlar 
susuzluqdan taqətdən düşüblər. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə