Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə12/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
nüfuzlarını geri qaytarmaq istəyirdilər. Elə bunun üçün də 
inqilabın Kufədə olmasını arzu edirdilər. Tayfaları da onlara 
tabe idi. 
3
- Məktub yazanların bir hissəsi keçmiş vəzifə sahibləri idi. 
Bu adamlar da, yenidən varlanmaq ümidində idilər. 
4
- Bir qism müsəlmanlar isə Bəni-Üməyyə tərəfdarları olsa da 
xilafətin onlara məhəl qoymadığını ə`namlar bəxş etmədiyni 
gördükdə, qisas almaq niyyətilə məktubu imzaladı. Onlar da, 
hakimiyyətin devriləcəyi təqdirdə mənsəb sahibi olacaqlarını 
düşünürdülər. 
5
- Böyük bir hissə isə sadəcə olaraq Əli övladlarını xilafətə 
layiq bilir, Bəni-Üməyyədən üstün sayırdı. Çünki Həzrət 
Əlinin (ə) ədalətli hökumətinin şirinliyini unutmamışdılar. 
Bunlar əzilmiş xalq kütləsi idi. 
6
- Bəzi Bəni-Üməyyə nəslindən olan müsəlmanlar da Yezidi 
dəstəkləyir, amma çox saylı kütlənin əleyhinə çıxmaqdan 
qorxaraq, məktubu imzalayırdı. Bununla bərabər gizli şəkildə 
Yezidə məktub yazaraq onu Kufədəki vəziyyətdən xəbərdar 
edirdi
)1(
 . 
7
- Bu arada fəqət şiə adlanan çox kiçik bir qrup İmam 
Hüseynin (ə) imamətinə e`tiqad bəsləyərək, onun birbaşa 
Allah tərəfindən xilafətə layiq görüldüyünə inanır, bu yolda 
sidq ürəklə hər şeyini fəda etməyə hazır idilər. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Gördüyünüz kimi kufəlilər vahid hədəfə qulluq etmir, Həzrət 
Hüseyni (ə) yalnız öz maddi mənafelərini tə`min etmək üçün 
arzulayırdılar. Bunu yetərincə anlayan Yezid qəddarlıqda 
atasından heç də geri qalmayan Abdullah ibn Ziyadı Kufəyə 
vali tə`yin etdi. Bu kufəliləri qorxutmaq üçün birinci zərbə idi. 
İbn Ziyad isə 500 atlı götürüb, Bəsrə şəhərinin ən nüfuzlu 
adamları ilə birgə özünü İmam Hüseynə (ə) 
səh:48 
 
1
-
 [
1
 « . ]
Ə l-Fütuh», c. 5, s ə h. 36 ;  
oxşadaraq, Kufəyə daxil oldu. On minlərlə insan onu İmam 
zənn edərək qarşılamağa çıxdı. Onun Həzrət Hüseyn (ə) 
olmadığını görən Kufə əhli şok halına düşdü. Bu isə onları 
İmamın (ə) gələcəyindən naümid etmək və hakimiyyətin 
qüdrətini anlatmaq üçün ikinci zərbə oldu. İbn Ziyad ilk 
olaraq xalqı qorxutmağı qarşısına məqsəd qoydu və buna bir-
neçə yolla nail oldu. O, Bəni-Üməyyənin keçmiş qüdrətinin 
yıxılmadığını inandırmaq üçün və guya dövlətin 
üsyançılardan əsla qorxmadığını bildirmək məqsədilə əmrlər 
verdi. O, hər kəsdən çox qəbilə başçılarının dünyapərəst 
olduğunu bilirdi. Elə buna görə də ilk əmri «Hər qəbilə başçısı 
ki, xilafətin müxalifinə öz tayfasında pənah verə və hətta 
dövlətə tanıtdıraraq, təslim etməyə öz evinin önündə dar 
ağacına asılaraq e`dam olunacaq» idi 
)1(
.Sonra İbn Ziyad 
camaatı qorxutmaq üçün Şəbs ibn Rəbi kimi muzdurlardan da 
yetərincə bəhrələndi 
)2(
.Ümumiyyətlə Kufədə iyirmi minə 
yaxın silahlı adamlar var idi ki, «Həmra» adlanırdı. Bu silahlı 
insanlar pul və mal müqabilində muzdlu şəkildə hər bir 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
cinayətə əl atırdılar. İbn Ziyad öz çirkin niyyəti yolunda 
onlardan da, kifayət qədər istifadə etdi
)3(

İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqilin ətrafına 
toplaşmış bə`zi qorxaq müsəlmanlar, “İmam gəlməyəcək” 
deyə təşvişə düşərək, ondan ayrıldı. 
Yezidin gizli tərəfdarları da öz növbəsində aşkarcasına İbn 
Ziyadın cəbhəsinə keçərək, onun dayağını möhkəmləndirdi. 
İbn Ziyad xalqı cümə məscidinə toplayaraq onlara xütbə 
oxudu. Kufəlilərin bə`zisini qorxaq, bəzilərinin isə tamahkar 
olduğunu bilən İbn Ziyad əvvəlcə özünü onlara 
səh:49 
 
1
-
 [
1
« . ]
İslam xilaf ə ti», c 26, s ə h 462; « Ə l- H ə yatül-
ictimaiyy ə » s ə h. 250 ;  
2
-
 [
2
« . ]
T ə nzimatül-ceyşül- ə r ə bi», s ə h 92-93 . 
3
-
 [
3
« . ]
Tarixi-T ə b ə ri», c. 4, s ə h. 323 . 
"mehriban ata" kimi tanıdaraq, Yezidə kömək edənlərin 
maaşlarının artırılacağını və qiymətli ənamlar veriləcəyini 
dedi. Vəzifəpərəst və dünyapərəst qəbilə başçılarına, həmçinin 
xilafətdən “küsmüş” Bəni-Üməyyə tərəfdarlarına çoxlu 
bəxşişlər və`d etdi
)1(
 . 
Belə ki, Kufədən qaçaraq İmam Hüseynə qoşulan İbn Ayzi 
şəhərin vəziyyəti haqqında belə məlumat verirdi: «Qəbilə 
başçılarına və nüfuzlu adamlara böyük məbləğdə rüşvət 
verildi. İnan ki, onların anbarları əla buğda ilə doldurulmuş 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
kisələrlə aşıb-daşır. Onların hamısı İbn Ziyadla dost olaraq 
sənin əleyhinə döyüşməyə hər an hazırdırlar
)2(
». 
 Unutmaq olmaz ki, Kufəlilərin dolanışığı o zaman yalnız 
dövlət tərəfindən təyin olunmuş «əta» adlanan maaşda idi. Bu 
maaşı “ürəfa” adlı mənsəbə təyin olunmuş şəxslər verirdi. 
Onlarda əhalinin siyahısı var idi. Siyahiyə uyğun olaraq əta 
paylanırdı. Və elə bunun vasitəsi ilə də dövlət kimin üsyan 
etdiyinə nəzarət edə bilirdi. Bununla da üsyançıları maaşdan 
məhrum etmək asan bir iş idi. (Həzrət Əlinin (ə) dövründə bu 
maaş hamıya eyni miqdarda ədalətlə bölünsə də, digər 
hakimiyyət də olanların zamanında xilafət, hökumət 
tərəfdarlarına çox, müxaliflərə isə yox həddində verilirdi.) 
Aclıq və maddi çətinlik içərisində yaşayan böyük bir 
müsəlman kütləsi maaşlarının kəsiləcəyini və ya artırıla 
biləcəyini duyduqda dinini dünyaya satma ehtimalı böyük idi. 
Elə buna görə də, İbn Ziyad 
)3(
 Yezidə qarşı çıxanların 
maaşlarını kəsməklə, bütün mal-dövlətlərinin əllərindən 
alınacağını söyləməklə hədələdi. O, kəskin şəkildə İmam 
Hüseynə (ə) 
səh:50 
 
1
-
 [
1
« . ]
V ə q ə tut-T ə f», s ə h. 125; «Tarixi-T ə b ə ri», c. 4, s 
ə h. 227; « Ə l- H ə yatül-imamiyy ə », c. 5, s ə h. 254 ;  
2
-
 [
2
« . ]
V ə q ə tut-T ə f», s ə h. 174 . 
3
-
 [
3
« . ]
H ə yatül-İmamil-Hüseyn ( ə )», c 2, s ə h 453; «Tarixi-
T ə b ə ri», c4, s ə h 306; «Musu ə tü-k ə limatil-İmamil-
Hüseyn», s ə h 432 . 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə