Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə10/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
-
  İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları 
Peyğəmbər (s) şəhəri sayılan Mədinədə qoymamasının 
mə`nası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin namuslu 
olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın 
hakimiyyət etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir. 
İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin 
dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki, İmamın bu işi ilə 
hamının zehninə belə bir sual gələcəkdi ki, nəyə görə Hüseyn 
ibn Əli (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da özü ilə 
apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və 
uşaqlarını belə etibar edə bilmir? 
3
-
  Bəzi rəvayətlərə görə İmamın (ə) ailəsini özü ilə aparması 
Tanrı istəyi ilə həyata keçdi. Uca Allah, o Həzrətin zalım 
hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda şəhid 
olmasını və bu yolda ən əzizlərinin, bacısının, həyat 
yoldaşının, oğul-qızlarının və başqa sevdiklərinin onun 
kənarında bütün müsibətlərə qatlanmalarını istəmişdir. İmam 
Hüseyn (ə) Tanrının hər bir 
səh:40 
 
1
-
 [
1
 . ]
Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn ( ə ) », s ə h. 334 . 
2
-
 [
2
 . ]
H ə min m ə nb ə , s ə h. 335 . 
istəyinə əməl etdiyi kimi bu istəyinə də yüksək səviyyədə 
əməl edib bütün Əhli-beytini hətta yeni dünyaya gəlmiş 
körpəsini də özü ilə mübarizə yoluna apardı. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
4
-
  Hər bir qiyamın iki əsas   ünsürə ehtiyacı vardır ki, o 
ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük 
rol oynayırlar. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə 
təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. 
Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər 
əhəmiyyət daşıyırsa, digər ünsür də bu qiyamın tarixdə yazılıb 
bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır. 
Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də 
Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin 
törətdikləri cinayətləri, Kufə əhlinin İmamı (ə) tək 
qoymalarını və bu kimi mühüm hadisələri insanlara 
çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına 
çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam 
Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini 
aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin 
yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir. 
Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan 
əsas məntiqlərindən biri də, şəhadətindən sonra bu hadisənin 
fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur. 
Xatırladaq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın 
düzgün cavabı sayılır. Yəni, İmam Hüseynin ailəsini özü ilə 
aparmaqdan məqsədi onların hökumət tərəfindən girov 
götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut etmək, 
Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra 
onun fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin 
etmək olmuşdur. 
səh:41 
səh:42 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Nə üçün kufəlilər İmam Hüseynə kömək etmədilər? 
Bu sualın cavabını düzgün şəkildə anlamaq üçün o zamanlar 
Kufədə hakim olan ab-havanı yetərincə aydınlaşdırmaq 
lazımdır. Hər şeydən öncə unutmamalıyıq ki, Həzrət Əlinin 
(ə) xilafəti zamanı ona dayaq olmuş Kufə əhli ilə İmam 
Hüseynin (ə) qiyamı dövründə yaşayan kufəlilər arasında 
əsaslı fərqlər mövcud idi. 
İmam Əlinin(ə) xəlifəliyi zamanı da, şiələr çoxluq təşkil 
etmirdilər. Buna Siffeyn döyüşündə ondan üz çevirən böyük 
bir kütlə, xəvaric də sübutdur. 
Təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Əlinin (ə) 
xilafəti dövründə şiələr çoxluq təşkil etməsələr də, 
hərdəmxəyal kufəliləri döyüşə səsləyən və xalq arasında cəsur 
döyüşçü kimi tanınan cəsarətli, qorxmaz şiə sərkərdələri var 
idi. Başqa aparıcı rol oynayan amil isə, az da olsa Kufə əhli 
içərisində zalıma baş əyməyən, döyüş əhval-ruhiyyəli, dinini 
dünyaya satmayan bə`zi kufəlilərin mövcud olması idi. Onlar 
da, şiələr kimi İmam Əliyə (ə) xalqı döyüşmək üçün 
həvəsləndirməkdə kömək edirdilər. Məhz belə qüvvələrin 
nüsrəti sayəsində qorxaq, tənbəl və riyakar 
səh:43 
camaat olan kufəlilər öz daxili təşvişlərinə qalib gəlməyi 
bacararaq, ruh düşgünlüyünü kənara atıb, Həzrət Əliyə (ə) 
dayaq olmağa çalışırdılar. Yoxsa kufəlilər olduqca qorxaq, 
dünyapərəst və ikiüzlü bir camaat idi. Necə ki, Həzrət Əli (ə) 
buyurur: «Yazıqlar olsun sizə. Sizi danlamaqdan bezdim. 
Axirət əvəzində dünya yaşayışına razı oldunuzmu? Ucalıq 
əvəzinə alçaqlığa üstünlük verdinizmi? Sizi düşmənlərinizlə 
vuruşa çağırdığım zaman qorxudan gözləriniz bərəlir, sanki 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
ölüm gəlib çatmış və sizi bəlalara uğratmışdır. Qəflətə 
dalmısınız, elə o qəflət də sizi sərxoş etmişdir...Heç bir şeyi 
dərk etmirsiniz. Nə qədər ki, bu belə davam edir, mənim sizə 
güvəncim yoxdur. Arxam, himayəçim deyilsiniz ki, sizə 
arxalanım, qolum-qanadım olmursunuz ki, sizə sığınım.Siz 
sarbanı itmiş dəvələrsiniz; bir yandan sürülüb bir yerə 
toplanır, o biri tərəfdən dağılırsınız
)1(
.. 
Nə qədər beli ağır yüklər altında əzilmiş cavan dəvələri yola 
gətirən bir adam kimi sizinlə əlləşib-vuruşum? Nə qədər bir 
köhnə paltarı təzələməyə çalışım; hər yanı cırılıb gedir. Bir 
tərəfdən tikirsən o, biri tərəfdən sökülür. Sayı az da olsa Şam 
ordusundan bir bölük silahlı adam gələn kimi hər biriniz evə 
girib, qapını bağlayır, siçan kimi deşiyə soxulursunuz. And 
olsun Allaha ki, yardım etdiyiniz hər kəs alçalmışdır. Kim 
sizinlə ox atsa, kirişi qırıq yayla ucluqsuz ox atmışdır. And 
olsun Allaha ki, siz evlərinizin qabağında çoxsunuz, 
bayraqların altında isə azsınız. Doğrudan da sizi nizam-
intizama nə sala bilər? Əyriliyinizi nə düzəldə bilər
)2(

Ey kufəlilər, sizdə olan üç şeylə, sizdə olmayan iki şeyə görə 
dərdlərə düşdüm, qəmlərə batdım; qulaqlarınız var, amma 
sanki karsınız. Danışırsınız, amma güya lalsınız. Gözləriniz 
var, elə bil korsunuz. Döyüşdə azad 
səh:44 
 
1
-
 [
1
« . ]
N ə hcül-b ə lağ ə », xütb ə 34 . 
2
-
 [
2
« . ]
N ə hcül-b ə lağ ə  

   xütb ə 69 . 
igidlər kimi dəyanətiniz yoxdur. Bəla gələndə siz güvənməli 
adam deyilsiniz
)1(



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə