Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   2   3   4   5   6   7   8   9   10   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Elə bu prinsipə əsasən İmam Hüseynin (ə) Məkkə şəhərini 
başqa şəhərlərə tərcih verməsi daha məntiqə uyğun sayılırdı. 
2
-
  İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman xalqın çoxu 
Müaviyənin ölümündən və Yezidin hakimiyyətə gəlməsindən 
xəbər tutmamışdı. Bu xəbəri ümumi xalqa çatdırmaq üçün 
Məkkə şəhəri kimi böyük, giriş-çıxışlı və 
səh:27 
 
1
-
 [
1
 . ]
Ali İmran sur ə si ay ə 97 . 
yüksək əmniyyətli bir şəhərə ehtiyac duyulurdu. İmam 
Hüseyn (ə) bu ehtiyacı aradan qaldırmaq üçün Məkkə 
şəhərinə getdi. Həmçinin Məkkədən Kufə və Bəsrə kimi 
böyük şəhərlərlə rabitə saxlamaq daha asan idi
)1(

3
-
  Məkkə şəhəri ziyarət şəhəri olduğuna görə ölkənin bütün 
yaxın və uzaq məntəqələrindən insanlar Kəbə evini ziyarət 
etmək üçün bu şəhərə təşrif gətirirdilər. Və xüsusi ilə də İmam 
Hüseynin (ə) Məkkə şəhərinə daxil olduğu vaxt vacib «həcc» 
əməlini yerinə yetirmək zamanına bir neçə ay qalırdı. İmam 
Hüseynin (ə) bu fürsətdən istifadə edib milyonlarla həcc 
ziyarətinə gələn insanlara öz qiyamının məqsədini bəyan 
etməsi zəruri idi. 
Bunlardan əlavə İmam Hüseyn (ə) Məkkə şəhərinə getdiyi 
zaman hələ Kufə şəhərindən dəvət almamışdı. Təbiidir ki, 
belə olan halda İmamın (ə) Məkkə kimi əmniyyətli bir şəhərə 
getməsi daha məntiqə uyğun sayılırdı. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Nəhayət İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının 
üçündə Məkkə şəhərinə daxil oldu 
)2(
.Və Kufə şəhərinə 
gedənə qədər öz moizə və çıxışları ilə Məkkə camaatını və bu 
şəhərə gələn hacıları İslam qanunlarını dirçəltməyə dəvət etdi. 
İmam Hüseyn (ə) hicrətin 60-cı ili Zilhiccə ayının səkkizi 
Məkkə şəhərini tərk edib Kufəyə tərəf yola düşdü 
)3(
.Və 
hamının zehnində belə bir sual qaldı ki, nəyə görə İmam 
Hüseyn (ə) həcc əməlini yerinə yetirməyə bir gün qalmış 
Məkkə şəhərini tərk etdi? Bu sualın cavabını isə belə 
açıqlayırıq: 
1
-
  İmam (ə) Məkkə şəhərində qan tökülməsini istəmirdi: 
İmam Hüseynin (ə) bəzi söhbətlərindən məlum olur ki, o 
Həzrət dövlət muzdurlarının onu qətlə yetirmək 
səh:28 
 
1
-
 [
1
« . ]
V ə q ə tüt-T ə f», s ə h. 103 . 
2
-
 [
2
 . ]
H ə min m ə nb ə , s ə h. 88 . 
3
-
 [
3
 . ]
H ə min m ə nb ə , s ə h. 88 . 
istəmələrindən xəbərdar idi və İmam (ə) heç bir halda bu 
şəhərdə qan tökülməsini istəmirdi. İmam (ə) Məkkə şəhərinin 
İslam aləmində müqəddəs və əmniyyətli məkan olduğu üçün 
öz şəhadətinin də bu şəhərdən kənarda olmasını arzulayırdı. 
Necə ki, İmam Hüseyn (ə) İbni Abbasla söhbətində belə 
buyurur: «Mən istəyirəm ki, məni Məkkədə yox başqa 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
şəhərdə şəhadətə yetirsinlər və mən belə bir şəhadəti 
arzulayıram
)1(
». 
Həmçinin O, Abdullah ibn Zubeyrə buyurdu: «And olsun 
Allaha ki, mənim üçün hər bir məkanda qanımın tökülməsi 
Məkkə şəhərində şəhid olmaqdan daha sevimlidir
)2(
». 
Məlumdur ki, İmam Hüseynin (ə) Məkkə şəhərində və ya 
Kərbəla çölündə şəhadətə yetişməsinin o Həzrətin dini 
vəzifəsini yerinə yetirməsində və mənəvi məqamında heç bir 
rolu yox idi. O Cənabın Məkkə şəhərinə bu qədər diqqət 
göstərməsi İslam dəyərlərinin qorunub saxlanması üçün 
olmuşdur. Baxmayaraq ki, bu mənfur işi zalım cinəyətkarlar 
həyata keçirəcəkdirlər. 
2
-
  İmam (ə) həcc zəvvarlarını heyrətləndirmək istədi: 
Bildiyimiz kimi həcc ziyarəti İslam dininin ən çətin, eyni 
zamanda böyük əhəmiyyət daşıyan mədəni, ictimai və siyasi 
ibadəti sayılır. Kəbə evi tarix boyu insanların Allaha 
yaxınlaşma məkanı olmuşdur. Hətta İslamdan qabaqkı dinlər 
də bu evin Allaha məxsus olduğunu söyləmişdilər. İslam dini 
gəldikdən sonra isə həcc ziyarətinə xüsusi əhəmiyyət vermiş 
və imkanı olan surətdə həcc əməlini tərk edən müsəlmanı 
kafir saymışdır. Elə bu inanc əsasında müsəlmanlar əsirlər 
boyudur ki, dünyanın hər hansı bir güşəsində olmalarına 
baxmayaraq öz ölkə və şəhərlərindən Kəbə evinin ziyarətinə 
səh:29 
 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
1
-
 [
1
 . ]
İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 
159 . 
2
-
 [
2
« . ]
V ə q ə tüt-T ə f” s ə h. 152 . 
gəlir və həcc əməlini yerinə yetirməklə öz bəndəçiliklərini 
Tanrı qarşısında nümayiş edirlər. 
Əhli-beyt İmamları (ə) da bu ziyarətə xüsusi əhəmiyyət 
vermiş və heç bir zaman həcc əməllərini yerinə yetirməyin 
mənəvi ləzzətindən doymamışlar. Məxsusən, İmam Hüseynin 
(ə) bu əməlləri yerinə yetirməyə olan məhəbbəti 
müsəlmanların arasında məşhur olmuşdu. Hətta tarixçilərin 
yazdığına əsasən o Həzrət həcc səfərinə daha çox savab 
qazanmaq üçün iyirmi beş dəfə piyada getmişdir 
)1(
.Lakin 
İmamın (ə) həccə bu qədər eşq bəsləməsinə baxmayaraq, o 
Həzrət həcc əməllərinin başladığı vaxtda Kəbə evini tərk edib 
Kufəyə tərəf yola düşdü və bu işi ilə bütün zəvvarları heyrətdə 
qoydu. Allahın evinin ziyarətinə gələnlərin hamısı 
soruşurdular: «Nə üçün İmam Hüseyn (ə) bu qədər həcc 
əməllərini sevən halda onu tamamlamadan Məkkə şəhərini 
tərk etdi? Görəsən İmam Hüseyn (ə) Yezidlə beyət etmədiyinə 
görə dövlət muzdurlarının o Həzrəti terror edəcəklərindən 
xəbərdar olduğu üçünmü həcc əməllərini yarımçıq qoydu? 
Axı necə ola bilər ki, Peyğəmbər balası Kəbə evində terrora 
məruz qalmasından amanda deyil? Bu necə İslam 
hakimiyyətidir ki, bu ölkədə nə Allahın evinin hörməti 
qorunur, nə də onun Peyğəmbərinin?» Və bu kimi suallar 
zəvvarların dilində gəzirdi. Bu da Yezidin qəsb etdiyi dövlətin 
hələ başlanğıcdan xalq tərəfindən xətərə düşməsi demək idi. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə