Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə5/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   2   3   4   5   6   7   8   9   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
« . ]
Divani-İqbal Lahuri», s ə h. 103 . 
Nə üçün İmam Hüseyn Müaviyənin dövründə qiyam etmədi ?
   
Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri 
törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların 
qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər 
nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu 
tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. 
Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, 
əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn 
Əbu Süfyanın xeyrinə tamamlandı. İyirmi il ərzində Şama 
hökumət edən Müaviyə, Osmanın qanlı köynəyini əlində 
bəhanə edib bayraq tutmaqla yeni xilafətə yetişmiş Həzrət 
Əlini (ə) bu qətldə təqsirkar tanıtmağa çalışdı. Təəssüflər 
olsun ki, o öz hiyləgər proqramları ilə bir çox müsəlmanları 
və xüsusilə də Şam camaatını aldada bildi. Və bununla da 
İslam hökumətinin daxilində yerləşən Şam şəhərində yeni 
dövlət təşkil etdi. 
Hicrətin 40-cı ili Ramazan ayının 21-ci gecəsi Həzrət Əli (ə) 
şəhadətə yetişərək hamını matəmə qərq etdi. O zaman 27 
yaşında olan İmam Həsən (ə) məscidin minbərinə çıxıb 
atasının fəzilətləri haqda söhbət etdi. Daha 
səh:19 
sonra imamət və rəhbərlik məqamının özünə aid olduğu 
barədə camaata anlayış verdi. Və bu rəhbərliyə boyun əyən 
xalqa buyurdu: «Hər kimlə müharibə etməyi məsləhət görsəm 
müharibə edəcək, yox əgər sülhü məsləhət görsəm sülh 
edəcəksiniz. Xalq bu şərti qəbul edərək İmamın rəhbərliyinə 
səs verdilər. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Şamda dövlətim içində dövlət qurmuş Müaviyə camaatın 
Həzrət Əlinin (ə) şəhadətindən sonra onun oğlu Həzrət Həsəni 
(ə) xəlifə seçdiklərini eşidib qəzəbləndi. Və İmamı (ə) tez bir 
zamanda devirmək üçün müxtəlif məkrli planlar hazırlamağa 
başladı. 
İmam Həsən (ə) Müaviyəyə məktub yazıb ona nəsihət verdi. 
İmam (ə) Müaviyəni onun hakimiyyətinə itaət etməyə çağırdı. 
Müaviyə nəinki İmamın (ə) nəsihətini qəbul etmədi, üstəlik 
İmamla (ə) müharibə etmək üçün böyük bir qoşunla İraqa 
tərəf yola düşdü. Bundan xəbərdar olan İmam (ə) camaatı 
məscidə yığıb buyurur: «Müharibə üçün hazır olmalı, dininizi 
və şərəfinizi qorumalısınız». 
Rahatlıq sevən və döyüşə ruhən hazır olmayan müsəlmanlar 
giley və narazılıqla müharibəyə hazır olduqlarını elan etdilər. 
Bu vəziyyəti görən İmam Həsən (ə) buyurdu: «Mən Nüxeylə 
tərəfə hərəkət edirəm. Bilirəm ki, sözünüzün üstündə 
durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Lakin buna 
baxmayaraq kim istəyirsə mənimlə birlikdə döyüşə gəlsin». 
Elə İmam söylədiyi kimi də oldu. Nəhayət Müaviyə zilləti 
qəbul etməklə dünya rahatlığına yetişmək istəyən xalqı 
aldatdı. Hətta iş o yerə yetişdi ki, İmam Həsəni (ə) öz 
dəstəsindən olan bir nəfər yaraladı. 
İmam Həsən (ə) artıq müharibə etməkdə heç bir fayda 
görməyib Müaviyə ilə sülhü qəbul etmək məcburiyyətində 
qaldı. Lakin İmamın (ə) Müaviyə ilə sülh etməsi ona tabe olub 
cinayətlərini qəbul etmək mənasına deyildi. Bu sülh 
səh:20 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
yalnız atəşkəs xarakteri daşıyırdı. İslamın qorunması və 
müsəlmanların canının hifz olması naminə İmam Həsən (ə) 
tərəfindən imzalanmış sülh müqaviləsini İmam Hüseyn (ə) də 
imzaladı. 
Bir müddət keçdikdən sonra İmam Həsən (ə) Müaviyənin 
hiylələri nəticəsində öz arvadı tərəfindən zəhərlənib şəhadətə 
yetişir. Və bununla da ümmətə İmamət və rəhbərlik etmək 
məsuliyyəti İmam Hüseynin (ə) öhdəsinə düşür. 
İmam Hüseyn (ə) İslamın Müaviyə tərəfindən təhrif 
olunmasını bilsə də, Müaviyə özünü xalqa İslamın yeganə 
qurtuluşçusu kimi tanıtdırırdı. Buna görə də İmam (ə) çalışırdı 
ki, Müaviyənin hiyləgər simasını xalqa tanıtdırıb onları 
cəhalətdən ayıltsın. 
İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) vaxtında 
Müaviyə ilə sülh müqaviləsinə imza atması və xalqın uzun 
müddət keçməsinə baxmayaraq Müaviyənin riyakarlıqlarına 
aldanıb onu dindar və xilaskar sanmaları, İmam Hüseynin 
Müaviyəyə qarşı qiyam etməsinə mane oldu. Buna 
baxmayaraq İmam (ə) Müaviyənin törətdikləri cinayətləri 
camaata anlatmaqla onu el arasında rüsvay etməyə çalışırdı. 
Bu məsələni İmamın Müaviyəyə yazdığı məktublara diqqət 
etməklə daha yaxşı başa düşmək olar. Elə bunun üçün də 
aşağıdakı bir neçə nümunələrə diqqət yetirmək lazımdır: 
1
« ) Ey Müaviyə! Sən həmişə camaata kimliyi məlum olmayan 
İbni Ziyadı öz qardaşın və atanın haramzadə oğlu 
tanıtdırmadınmı? Doğrudan da sən zatının natəmiz olduğunu 
çox gözəl bilirsən. Və sənin kimilərin müsəlmanlara rəhbər 
olmağa səlahiyyəti yoxdur
)1(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
« ) Ey Müaviyə! Sən özünü xəlifə olmağa daha layiq bilirsən. 
Bir halda ki, sən Əzra çölündə Hicr ibn Ədiy və 
səh:21 
 
1
-
 [
1
 . ]
Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 76 . 
onun kimi dahi şəxsiyyətləri öldürdün. Bəli, sən qatilsən, 
üsyankarsan, səni cəzalandırmaq lazımdır. Sənin İslam 
ümmətinə xəlifə olmağa ləyaqətin yoxdur
)1(
». 
3
 ) Müaviyənin və onun qəddar tərəfdaşlarının bolluq, 
firavanlıq və əyləncə içində yaşadığını, lakin yoxsul 
müsəlman xalqın isə bir tikə çörəyə belə möhtac olduğunu 
görən İmam (ə) hiddətlənərək, Yəməndən xəlifəyə hədiyyə 
aparan böyük karvanın önünü kəsdi. Karvanı Mədinəyə doğru 
yönəldib, bütün malları fağır və miskin insanlara payladı. 
Sonra Müaviyəyə belə məzmunlu məktub yolladı: “Hüseyn 
ibn Əlidən (ə) Müaviyəyə: «Allaha həmd və sitayiş olsun. 
Yəməndən sənə aparılan qiymətli hədiyyələrlə dolu karvan 
bizim yanımızdan keçirdi. Sənə çoxlu mal, qızıl-zinət əşyaları, 
ənbər və növbə-növ ətirlər gətirirdi ki, sən onları Dəmeşqdəki 
anbarlarına yığasan. Onunla xalqa aid olan mallarla atanın 
«övladları»nın qarnını doyurasan. Amma bu mallar mənə 
lazım oldu və hamısını müsadirə etdim. Vəssəlam
)2(
». 
4
« ) Sən Yezid kimi sarsağı müsəlmanlara rəhbər etmək 
arzusundasan. Və bu iyrənc əməlin üçün camaatdan zorla da 
olsa belə beyət alırsan. Bununla da sən İlahi dinini təhrif edib 
insanların taleyi ilə oynayırsan
)3(
» . 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə