Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   2   3   4   5   6   7   8   9   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Yezid hətta İslam dininin əsas qanunlarını tapdalamaqdan da 
çəkinmirdi. O öz şerlərinin birində deyir: 
«Əgər şərab İslam dinində haramdırsa, 
Biz onu xristian dininə görə içərik
)4(
». 
Ömər ibn Rəbiə deyir: «Yezid atasının zamanında həcc 
ziyarətinə gedir və həcdən qayıtdıqdan sonra yenə şərab 
içməyə başlayır
)5(
». 
Müaviyə ölməmişdən qabaq Bəsrə şəhərinin valisi Ziyad ibn 
Əbiyhə məktub yazıb ondan bəsrəlilərdən Yezidin gələcək 
hökumətinə beyət almasını tələb edir. 
səh:12 
 
1
-
 [
1
 . ]
M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 18 . 
2
-
 [
2
 . ]
M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 77; İbn 
Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164 . 
3
-
 [
3
 . ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164 . 
4
-
 [
4
 « . ]
Ə nsab ül- ə şraf», c. 2, s ə h. 3 . 
5
-
 [
5
 . ]
İbn Ə sir, «Kamil», c. 3, s. 318 . 
Ziyad onun məktubunun cavabında yazır: «Məktubunu aldım. 
Axı mən camaatı Yezidin beyətinə dəvət edərək onların 
rişxəndli suallarına necə cavab verim?! Onlar məndən Yezidin 
it və meymunbaz olduğu, qadın paltarı geyinib şərab içdiyi, 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
gecə-gündüz rəqqasə qadınlarla əyləndiyi barədə soruşsalar nə 
cavab verim
)1(
»? 
Yezid öz iyrənc əməllərindən utanmayıb hələ İmam Hüseyn 
kimi dahi bir şəxsiyyətdən öz hökuməti üçün beyət istəyirdi. 
Belə olan halda əgər İmam Hüseyn (ə) Yezidə beyət etsəydi, 
xalq İmam Hüseynə (ə) inandıqları üçün Yezidin bütün 
iyrənc, eybəcər əməllərini İslam dininə bağlayıb, İmam 
Hüseyn (ə) Yezidlə beyət edib və onu təsdiq edib deyə Yezidi 
dindar və onun hakimiyyətini dini hökumət sanacaqdılar. 
Bununla da İslam dini təhrifə uğrayacaqdı. 
İmam Hüseyn (ə) İslamı təhrifdən qorumaq və müsəlmanları 
çaşqınlıqdan azad etmək üçün Yezidin hakimiyyətinə qarşı 
qiyam etdi. 
İkinci: Kufəlilərin İmamdan (ə) kömək istəmələri: 
Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə 
camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) 
Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını 
eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər 
seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili, 
Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin 
əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi
)2(
 . 
Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə 
İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla 
birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir 
gündə İmamın əlinə 600 məktub 
səh:13 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
1
-
 [
1
 . ]
İbn Ə sir, «Kamil», c. 3, s ə h. 505; «Tarixi-T ə b ə ri», 
c. 5, s ə h. 302 . 
2
-
 [
2
 . ]
Şeyx Müfid, «İrşad», s ə h. 203 . 
yetişirdi. Nəhayət on səkkiz min məktub Kufəlilər tərəfindən 
İmama (ə) yazıldı
)1(
 . 
İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız 
qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən 
camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir 
məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi 
Kufəyə göndərib orada olan vəziyyəti onun vasitəsi ilə 
yaxından öyrənməyi məsləhət gördü. 
Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı 
zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını 
gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun 
arxasınca məscidə girib onunla beyət etdilər. 
Müslim qırx günə qədər Kufədə qalıb oranın vəziyyətini 
yaxından öyrəndikdən sonra İmama (ə) belə bir məzmunda 
məktub yazır: 
«Bu şəhərdə istənilən qədər sizi sevən və arxanızda duran 
könüllülər var. Kufəlilər hər bir cəhətdən sizə kömək etməyə 
hazırdırlar. Artıq Məkkədə qalmayın və yeni hökumət təşkil 
etmək üçün Kufəyə gəlin
)2(
» . 
İmam Hüseyn (ə) zil-həccə ayının səkkizinə qədər Məkkədə 
qalıb xalqı, Yezidin müsəlmanlara hakimiyyət etməyə 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
səlahiyyəti olmadığı üçün ona qarşı çıxmağa çağırdı. Və sonra 
Kufəyə tərəf hərəkət etdi. 
Yezid Müslimin Kufədə camaatı başına yığıb İmam Hüseynə 
(ə) kömək üçün beyət aldığından xəbərdar oldu. O, dərhal 
Kufənin hakimi Noman ibn Bəşiri, Müslimin fəaliyyətlərinin 
qarşısını ala bilmədiyi üçün icra 
səh:14 
 
1
-
 [
1
 . ]
İbn Tavus, « Ə l-Lühuf», s ə h 15 . 
2
-
 [
2
 « . ]
Ə l- Ə xbarüt-t ə vil», s ə h. 219 . 
hakimiyyətindən kənarlaşdırıb onun yerinə qəddar 
dostlarından olan Ubeydullah ibn Ziyadı təyin etdi
)1(
 . 
Ubeydullah Kufə əhlinin qorxaq və ikiüzlü olduqlarını bildiyi 
üçün onları hədələyərək Müslimin ətrafından uzaqlaşdırıb və 
hətta onun əleyhinə qaldırdı. İş o yerə çatdı ki, İmam Hüseynə 
(ə) məktub yazıb onu Kufəyə dəvət etdilər, amma əllərinə 
silah götürüb İmamın yeganə nümayəndəsi Müslimi şəhid 
etdilər
)2(

İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdiyi yolda, öz 
zamanının məşhur şairlərindən olan Fərəzdəq ibn Qaliblə 
üzbəüz gəldi. Fərəzdəq İmama(ə) ərz etdi: «Ey Peyğəmbər 
balası, niyə kufəlilərə etibar edirsən? Onlar sənin əmioğlu 
Müslimi və onun tərəfdarlarını öldürdülər» . 
İmam (ə) Müslümün şəhadət xəbərini eşitdikdə buyurdu: 
«Allah Müslimə rəhmət etsin! O, Tanrıya qovuşdu. Və öz 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə