Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə50/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Peyğəmbərdən (s) soruşdu: «Ey Allahın rəsulu (s) mən hansı 
məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?» 
Rəsulullah (s) ona cavabında buyurdu: Sən doğru yoldasan və 
haqqa tərəf hərəkət edirsən»... 
Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə 
buyurur: «Bu rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. 
Demək olar ki, yetmişdən çox mötəbər sənəd bu rəvayətin 
düzgünlüyünü isbatlayır. Və toplanmış bu sənədlərin böyük 
bir qismi, yəni qırxa yaxını, əhli-sünnə və otuzdan çoxu şiə 
mənbələri ilə sübuta yetirilmişdir
)3(
». 
Həmçinin böyük Qur`an müfəssiri Feyz Kaşani «təthir» 
ayəsinin Məhəmməd peyğəmbər (s), İmam Əli 
səh:186 
 
1
-
 [
1
 . ]
Alusi, «T ə fsiri ruhül-m ə ani”, c. 29, s ə h. 157, h ə 
mçinin bir çox m ə şhur sünni aliml ə ri o cüml ə d ə n F ə xr 
Razi, Beyzavi, Nişapuri, T ə b ə ri, Qurtubi v ə başqaları bu r 
ə vay ə ti öz kitablarında g ə tirmişl ə r . 
2
-
 [
2
 . ]
Ə hzab sur ə si, ay ə 33 . 
3
-
 [
3
 . ]
Ə llam ə T ə bat ə bayi, « Ə l- Mizan fi t ə fsiril-
Qur`an» c. 16, s ə h. 311 . 
(ə), Həzrət Fatimə (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) 
haqqında nazil olmasını belə açıqlayır: 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) 
barədə nazil olmasını təsdiqləyən şiə və sünni rəvayətlərini 
sayıb-qurtarmaq olmaz
)1(
». 
Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də «təthir» 
ayəsinin bu beş nəfər haqqında nazil olmasını söyləmişlər 
)2(
.
Və biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri 
onlarla rəvayətin yalnız birini burada yazırıq: 
«Peyğəmbərin (s) xanımı Ümm Sələmə (Allah ondan razı 
olsun) deyir: «Rəsulullah (s) mənim evimdə əbasını üzərinə 
atıb yatmışdı. Bu zaman Fatimə (Allah ondan razı olsun) 
əlində bir qab yeməklə gəldi. Peyğəmbər (s) ona buyurdu: 
«Ərini və iki oğlun Həsən və Hüseyni də çağır, gəlsinlər.» 
Həzrət Fatimə onları çağırdı və birlikdə oturub yemək yedilər. 
Bu zaman «Təthir» ayəsi («Həqiqətən də Allah-taala yalnız 
siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-
pakizə etmək istəyir») nazil oldu. Həzrət Peyğəmbər (s) öz 
əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa 
çıxarıb asimana işarə edərək, üç dəfə dedi: «İlahi, bunlar mənə 
məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. 
Çirkinlikləri bunlardan uzaq saxla, pakizə və təthir et»! 
Ümm Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün 
başımı əbadan içəri salıb dedim: «Ey Allahın Rəsulu, 
səh:187 
 
1
-
 [
1
 . ]
Möhsün Feyz Kaşani, «T ə fsiri-Safi», c. 4, s ə h. 189 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
-
 [
2
 . ]
M ə h ə mm ə d ibn C ə rir T ə b ə ri, «Cameül-b ə yan ə 
n t ə vilil-Quran», c. 12, s ə h. 6; İbn Ə bi Hat ə m Razi, «T ə 
fsiri-Quranil- ə zim», c. 9, s ə h. 3131; İsmail ibn K ə sir D ə 
meşqi, «T ə fsiri-Quranil- ə zim», c. 3, s ə h. 493; Ə li ibn 
Vahid Nişapuri, « Ə sbab ül-nuzul», s ə h. 295; C ə lal ə ddin 
Süyuti, « Ə d-Dür ə rül-m ə nsur fi t ə fsiril-m ə sur», c. 6, s ə 
h. 604 v ə  
 ...  
mən də sizinləyəm (Əhli-beytdən sayılıram)?» Həzrət 
buyurdu: «Sən doğru yoldasan və yaxşı qadınsan
)1(
». 
«Təthir» ayəsinin təfsirində deyilmiş onlarla şiə və sünni 
rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz 
Həzrət Məhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), 
Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) haqqında nazil olması 
aşkar olur. Və aydın olur ki, «Əhli-beyt»dən məqsəd yalnız bu 
şəxslərdir. Hətta Peyğəmbərin (s) xanımları belə «Əhli-
beyt»dən sayılmırlar. Allah-taala yalnız Əhli-beytin (ə) pak 
olmasını iradə etmişdir! 
4
 ) İmam Hüseyn (ə) «Məvəddət» ayəsində 
)2(
یَبْرُقْلا یِف َهَّدَوَمْلا اَّلِإ اًرْجَأ ِهْیَلَع ْمُکُلَأْسَأ اَّل لُق 
«(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ 
etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-
beytə sevgidən) başqa bir şey istəmirəm». 
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) iyirmi üç il 
müddətində Tanrı elçisi olub, bu ağır vəzifənin bütün 
çətinliklərinə qatlandı. Belə ki, Həzrətin (s) buyurduğuna 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
əsasən heç bir peyğəmbər onun qədər risalət ağırlığını 
daşımamış və peyğəmbərlik yolunda əziyyət çəkməmişdi. 
Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında hər 
hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və 
əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz 
Peyğəmbərimiz (s) peyğəmbərlik yolunda çəkdiyi zəhmətlərin 
qarşılığında ən yaxınlarına, Əhli-beytinə sevgi və eşq 
bəslənməsini istəyir. Lakin burada belə bir sual meydana gəlir 
ki, Həzrət Məhəmmədin (s) ən yaxınları kimlər sayılır? O 
Həzrət bu ayədə «ən yaxınlarım» 
səh:188 
 
1
-
 [
1
 . ]
İbn Ə bi Hat ə m Razi, «T ə fsiri-Qur`anil- ə zim», c. 9, 
s ə h. 3132 . 
2
-
 [
2
 . ]
Şura sur ə si, ay ə 23 . 
dedikdə, kimləri nəzərdə tutmuşdur? Şiə və əhli-sünnənin 
mötəbər mənbələrində zikr olunmuş saysız-hesabsız 
rəvayətlərə əsasən müqəddəs Peyğəmbərimiz (s) «ən 
yaxınları» dedikdə məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə 
(ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) olduğunu bəyan 
etmişdir. Sünni aləminin böyük Qur`an müfəssiri Zəməxşəri 
öz təfsir kitabında belə yazır: «Bir gün müşriklər öz aralarında 
deyirdilər: Görəsən Məhəmməd, peyğəmbərlik yolunda bu 
qədər əziyyət çəkdiyi üçün əcr-mükafat istəyirmi?» Bu zaman 
onlara cavab olaraq «məvəddət» ayəsi nazil oldu: 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə