Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə51/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
«(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin 
qarşılığında ən yaxınlarıma sevginizdən başqa heç bir şey 
istəmirəm». 
Zəməxşəri sözünün davamında yazır: 
«Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra 
Peyğəmbərdən (s) soruşdular: «Ey Rəsulullah, bizə sevgi və 
məhəbbətləri vacib olan ən yaxın adamların kimlərdir ?
»  
Peyğəmbər (s) onların cavabında belə buyurdu: 
«Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların 
iki oğlu Həsən və Hüseyndən ibarətdir
)1(
». 
Həmçinin tanınmış sünni müfəssiri Fəxr Razi yazır: «Təfsiri-
Kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s) buyurur: 
«Hər kəs Ali-Məhəmməd eşqilə ölsə şəhid sayılır, hər kəs Ali-
Məhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır. 
Bilin ki, hər kəs Ali-Məhəmmədi sevən halda ölsə tövbə 
edənlərdən hesablanır. 
Bilin ki, Ali-Məhəmməd eşqi ilə ölən, imanı kamil olmuş 
şəkildə dünyadan getmişdir. 
Bilin ki, nəkir və münkər və ölüm mələyi Ali-Məhəmməd 
sevgisi ilə ölənə cənnət müjdəsi verirlər. 
səh:189 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
1
-
 [
1
 . ]
Z ə m ə xş ə ri, «T ə fsiri-K ə şşaf», Şura sur ə si, 23-cü 
ay ə nin t ə fsirind ə   . 
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy 
evinə ötürən kimi behiştə tərəf ötürərlər. 
Agah olun! Hər kəs Ali-Məhəmməd sevgisi ilə ölsə, Allah-
taala o şəxsin qəbrini mələklərin ziyarətgahı qərar verər. 
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən, İslama və 
Peyğəmbərin sünnəsinə əməl etmiş halda ölmüşdür. 
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinlə ölsə, 
qiyamət günü iki gözünün arasında «İlahi rəhmətdən məyus!» 
yazılmış halda məhşur olar. 
Agah olun! Hər kim Ali-Məhəmmədlə düşmənçilik edib ölsə 
kafirdir. 
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinli olsa behiştin 
iyini belə hiss etməyəcək». 
Bu rəvayətlərin hamısını «Təfsiri-Kəşşafın»müəllifi nəql 
etmişdir. 
Mən (Fəxr Razi) isə deyirəm: «Ali-Məhəmməd» Peyğəmbər 
(s) ilə rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz 
ki, Əli, Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha 
çox o Həzrətlə rabitələri və bağlılıqları var idi. Bunun inkar 
olunmaz bir həqiqət olması bütün müsəlmanlar tərəfindən 
qəbul olunmuşdur. Deməli, Ali-Məhəmməd adlarını zikr 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
etdyimiz şəxslərdir. Lakin bəzilərinin fikrincə ayədə zikr 
olunmuş («Əl-qurba»- ən yaxınlar) dan məqsəd «qohum-
əqraba» və bəzilərinin nəzərincə «ümmət»dir. Yenə də hər iki 
halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-
Məhəmməddən sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və 
Hüseynin Ali-Məhəmməd olması haqda heç bir şəkk-şübhə 
yoxdur. Amma bunlardan başqalarının Ali-Məhəmməd olub-
olmaması haqda müxtəlif fikirlər vardır. 
...Ümumiyyətlə bir çox dəlillərə əsasən «məvəddət» ayəsi Əli, 
Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur
)1(
». 
səh:190 
 
1
-
 [
1
 . ]
F ə xr Razi, «T ə fsiri-k ə bir», Şura sur ə si, 23-cü ay ə 
nin t ə fsirind ə   . 
Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, «məvəddət» 
ayəsi nazil olduqdan sonra, müsəlmanlar Peyğəmbərin 
ətrafına cəmləşib soruşdular: “Ey Allahın rəsulu, məhəbbət və 
sevgisi vacib olan yaxınlarından məqsəd kimlərdir? Həzrət 
Məhəmməd (s) onların cavabında buyurdu: 
«Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn
)1(
» 
Təbiidir ki, Ali-Məhəmmədə həqiqi məhəbbət o zaman olar 
ki, onların buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz 
məhəbbət Qur`an və Peyğəmbərin məntiqi ilə heç bir şəkildə 
uzlaşmır. Necə ki, Qurani-Kərimdə deyilir: “Əgər Allahı 
sevirsizsə, o zaman mənə (Peyğəmbərə) itaət edin
)2(



Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
5
 ) İmam Hüseyn (ə) və «Ülul-əmr» ayəsinin həqiqəti 
)3(
ْمُکنِم ِرْمَلأا یِلْوُأَو َلوُسَّرلا ْاوُعیِطَأَو َهّللا ْاوُعیِطَأ 
«Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) 
sahiblərinə itaət edin» ! 
Bir çox mötəbər rəvayətlərə əsasən bu ayədə itaətləri 
müsəlmanlara vacib sayılan «ülul əmr» yəni əmr sahibləri 
Əhli-beyt (ə) İmamlarıdır. İmam Sadiq (ə) buyurur: Bu ayədə 
zikr olunmuş əmr sahiblərindən məqsəd Əli ibn Əbi Talib (ə), 
Həsən (ə), Hüseyn (ə)... (və axıra qədər İmamların adını zikr 
edir) 
)4(
Buna oxşar rəvayət İmam Rzadan (ə) da nəql 
olunmuşdur
)5(

İmam Hüseyn (ə) Müaviyəyə ünvanladığı məktubda yazır: 
“Biz Əhli-beyt, Allahın dostları, Peyğəmbərin ailəsi 
səh:191 
 
1
-
 [
1
« . ]
Z ə xairül-üqba fi m ə naqibi z ə vil-qürba» s ə h. 25; H 
ə mçinin bu h ə dis başqa sünnü m ə nb ə l ə rind ə d ə n ə ql 
olunmuşdur: Z ə m ə xş ə ri, «Möc ə mi-k ə bir», c. 1, s ə h. 
125; Heys ə mi, «M ə cm ə üz-z ə vaid», c. 2, s ə h. 25; İbn C 
ə bbar Maliki, « Ə l- Füsulül-mühimm ə », s ə h. 29; Qürtubi, 
« Ə l-cami ul- ə hkamül-Qur`an», c. 16, s ə h. 21 v ə  
 ...  
2
-
 [
2
 . ]
Ali İmran sur ə si, ay ə 31 . 
3
-
 [
3
 . ]
Nisa sur ə si ay ə 56 . 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə