Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə56/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, 
dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan 
mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada 
izah verib, açıqlayır. 
İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, 
dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini 
mükəmməl şəkildə cavablandırır. 
İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların 
rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici 
qərarlara sahibdir. 
İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi 
höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət 
vasitəsidir. 
səh:203 
Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən 
gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər 
bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə 
bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala 
tərəfindən tə`yin olunur. 
İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. 
Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur. Deməli 
biz nə qədər onun gözəl, qiymətli xüsusiyyətlərindən 
danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab yazılsa belə 
onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə buna 
görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bə`zi 
əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik: 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
1
- İbadət 
َو َهاَکَّزلا اوُتْؤُیَو َهاَلَّصلا اوُمیِقُیَو ءاَفَنُح َنیِّدلا ُهَل َنیِصِلْخُم َهَّللا اوُدُبْعَیِل اَّلِإ اوُرِمُأ اَمَو
 َکِلَذ
ِهَمِّیَقْلا ُنیِد 
«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona 
məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət 
etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din 
budur
)1(
»! 
Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış 
hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi 
şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini 
yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi 
)2(
.Keçən 
bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada 
həcc ziyarətinə getmişdi
)3(

səh:204 
 
1
-
 [
1
 . ]
B ə yyin ə sur ə si, ay ə 5  
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 421; İbn Ə bu Rabbuh, « 
Ə qdül- f ə rid», c. 2, s ə h. 220; Seyyid ibn Tavus, «Lühuf», s 
ə h. 105 ;  
3
-
 [
3
 . ]
İbn Cövzi, «Sif ə tüs-s ə fv ə », c. 1, s ə h. 321; İbn Ə 
sir, «Usdül- ğab ə », c. 3, s ə h. 20; İbn S ə d, «T ə rcüm ə tül-
imamul Hüseyn ( ə )», s ə h. 158 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və 
Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə 
yetirirdi
)1(
». 
İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə 
yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, 
gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu
)2(
». 
Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc 
və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi». 
Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) 
təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə 
məşğul olardı
)3(
»... 
2
- Güzəşt və mərhəməi 
َأَو اَفَع ْنَمَف اَهُلْثِّم ٌهَئِّیَس ٍهَئِّیَس ُءاَزَجَو
هَّللا یَلَع ُهُرْجَأَف َحَلْص
 
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. 
Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) 
barışsa, onun mükafatı Allaha aiddir
)4(
». 
Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli 
olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən 
şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik 
göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş 
etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi 
sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə 
qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini 
anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, 
təqsirinə göz yummuşdur. İmamın (ə) 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
səh:205 
 
1
-
 [
1
 . ]
İbn Abdullah, « Ə l-istiyab», c. 1, s ə h. 393 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 6, s ə h. 273 . 
3
-
 [
3
 « . ]
Ə ll ə mu övlad ə kum bi m ə h ə bb ə ti ali R ə sul (s) 
», s ə h. 133 . 
4
-
 [
4
 . ]
Şura sur ə si, ay ə 40 . 
saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir 
neçəsinə işarə edirik: 
a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: 
«Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn 
ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, 
əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt 
onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan 
düşmənçilik hissim indi daha da alovlanmağa başladı. 
Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya 
bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə 
istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. 
Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr 
yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq 
mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi ?
»  
Dedim: Hə, nə olub ki? 
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın 
şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan 
Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala 
buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil 
şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə