Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə57/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, 
mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, 
mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və 
bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək 
edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. 
Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq 
yoluna irşad edərəm». 
Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) 
səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında 
səh:206 
utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, 
peşman oldum. 
İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif 
peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni 
oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət 
yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən 
mərhəmətlisidir». 
Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə 
o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer 
yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə 
ədəbsizcəsinə davranmyaydım
)1(
». 
b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə 
bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul 
ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə 
dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) 
tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın». 
Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar» . 
İmam (ə) buyurdu: «Səni bağışladım». 
Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini 
sevir
)2(
». 
İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra 
isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad 
etdi
)3(
». 
v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə 
sağ qulağımın yanında təhqiramiz söz deyə və sol 
səh:207 
 
1
-
 [
1
« . ]
Münt ə h ə l- ə `mal», s ə h. 350; « Ə xlaq f ə ls ə f ə 
si», s ə h. 25-26; «M ə alis-sibteyn», c.1, s ə h. 60 . 
2
-
 [
2
 . ]
Ali İmran sur ə si, ay ə 134 . 
3
-
 [
3
 . ]
Nizamulmülk, «Siyas ə tnam ə », s ə h. 93; H ə zr ə mi, 
«V ə sil ə tül- ə mal», s ə h. 183 . 
qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr 
istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin 
Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr 
istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ 
bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız
)1(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
- Səxavət 
 َیِنَلاَعَو اًّرِس ْمُهاَنْقَزَر اَّمِم ْاوُقَفنَأَو َهولَّصلا ْاوُماَقَأَو ْمِهِّبَر ِهْجَو َءاَغِتْبا ْاوُرَبَص َنیِذَّلاَو
 ًه
ِّیَّسلا ِهَنَسَحْلاِب نوُؤَرْدَیَو
راَّدلا یَبْقُع ْمُهَل کِئَلْوُأ َهَئ
 
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda 
bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) 
namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı 
olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq 
etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır
)2(
». 
İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, 
maddi imkani az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və 
daim onların köməyinə çatırdı. Bəzi nümunələr: 
a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn 
Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) 
şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış 
yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin 
əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına 
çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad 
(ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və 
yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz 
insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar 
söylədiyim kisələrin izləridir
)3(
» . 
səh:208 
 
1
-
 [
1
« . ]
İhqaqül-h ə qq», c. 11, s ə h. 241; Z ə r ə ndi, «Dür ə 
rül-müs ə ttin», s ə h. 209 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
-
 [
2
 . ]
R ə d sur ə si, ay ə 22 . 
3
-
 [
3
« . ]
M ə naqib», c. 4, s ə h. 70 . 
Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), 
Şəhidlər ağası Hüseyni  (ə) «yetimlərin baharı və sevinci» 
adlandırmışdır
)1(

b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim 
Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə 
(ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir 
ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, 
yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən 
qalxmadı». 
v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) 
hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: 
«Ey Əba Abdullah (ə)! Beş yüz dinar borcum var. Borclu 
olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu 
ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, 
onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana 
qədər gözləsinlər». 
İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət 
etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş 
yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz 
həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan
)2(
». 
q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda 
xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. 
Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah 
çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə