Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə43/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qoşulsa şəhid olacaq. Və hər kəs mənə qoşulmasa, fəthə yetişə 
bilməyəcək.» (Yə`ni əbədi səadəti, behişti fəth edə 
bilməyəcək.)
)1(
 
Bəşər övladını ilahi kamilliyə səsləyən İmam Hüseyn (ə) 
onlara dünyanın zahiri közəlliklərinə, keçici-müvəqqəti 
ləzzətlərinə uymağa tövsiyə edir. Dünyanın maddi ləzzətlərinə 
aldanan insanlara, bu həyatın yuxu kimi qısa və aldadıcı 
olduğunu söyləyərək, onları gerçək və əbədi həyata doğru 
səsləyir. Həzrət Hüseyn (ə) buyurur: «Doğrudan da, dünyanın 
acısı və şirini yuxu kimidir. Kerçək ayıqlıq və həyat axirət 
aləmindədir. Həqiqi xoşbəxt o şəxsdir ki, axirətdə xoşbəxt ola. 
Həqiqətən o insan bədbəxtdir ki, axirət dünyasında bədbəxt 
ola 
)2(
.Ölüm yalnız o biri dünyaya bir keçid, körpü sayılır. 
Allah yolunda çəkdiyimiz bütün çətinliklər insanı behiştə və 
onun saysız-hesabsız nemətlərinə doğru aparır 
)3(
.Elə bil ki, 
sanki dünya heç başlanğıcdan yox idi. Amma axirət həmişə 
olub, olacaqdır
)4(
». 
  
3
 ) Səbr və dözüm dərsi 
İnsan övladı həyatı boyu şirin xatirələrlə birgə acı anları da 
yaşamalı olur. Çox zaman nəinki xəyallarında yaşatdığı 
arzularına yetişmir, hətta ağır, məşəqqətli həyat sürməsinə 
baxmayaraq, gözlənilməz bəlalara da düçar ola bilir. Dinimiz 
belə hallarda səbirli olmağa, küfr etməməyə tövsiyə edir 
)5(
 .
Amma buna hər kəsin qüdrəti çatmır. Hətta 
səh:160 
 
1
-
 [
1
 . ]
İbn Ş ə hri Aşub, «M ə naqib», c. 4, s ə h 76  


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
2
-
 [
2
« . ]
Musu ə tü k ə limatil-İmamil-Hüseyn ( ə )» s ə h 397  
3
-
 [
3
« . ]
N ə fsül-m ə fhum», s ə h. 135  
4
-
 [
4
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 87  
5
-
 [
5
 . ]
B ə q ə r ə sur ə si, ay ə 155 . 
bəzi zəif iradəli insanlar bunun qeyri-mümkünlüyünü 
vurğulayan ifadələr də işlədirlər. Lakin biz İmam Hüseynin 
(ə) qiyamının əvvəlindən sonunadək, ən çətin anlarda belə 
misli görünməmiş səbir və mətanətin şahidi oluruq. Bu isə 
bütün insanlara layiqli ibrət, qiymətli həyat dərsi sayıla 
bilər . 
  İmam (ə) Kərbəla səfərində hamıdan əvvəl Kufəlilərin 
vəfasızlığını ona xəbər verən, ərəb şairi Fərəzdəqə belə 
buyurur: «Bütün işlərin hakimi Allahdır. Allah bizi 
sevdiyimiz, xoşladığımız işlərə qovuşdursa, ona təşəkkür 
etməli, ne`mətlərinə görə minnətdarlığımızı bildirməliyik. 
Əgər bizi ümidlərimizdən, arzularımızdan uzaq saxlasa yenə 
də niyyəti pak, təqva sahibi olan şəxs İlahi iradəsinə baş 
əyərək, onu bəyənməlidir. İstər bu yolda öldürülək, istərsə də 
qələbə çalaq, hər bir halda Tanrı iradəsini xeyir bilirik
)1(
». 
Əmisi oğlu Müslim ibn Əqilin şəhid olduğunu ona xəbər 
verdikdə buyurdu: «Hamımızı Allah yaratmış və hamımız 
Onun dərgahına dönəcəyik! Allah onlara rəhmət etsin
)2(
»! 
O, Aşura gecəsi Bəni-Haşim qəbiləsini oradakı üzvlərinə və 
sədaqətli silahdaşlarına, sabahkı gün şəhid olacaqlarını 
anladaraq buyurdu: «Allah-taalaya ən gözəl şəkildə şükür 
edirəm. Çətinliklərə, asudəliklərə, əzablı zamanlarımıza və 
rahat vaxtlarımıza və bizlərə əta etdiyi nemətlərinə görə ona 
minnətdaram». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə 
və ailəsinə xəbər verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: 
«Bacı, səbirli və mətanətli ol! Bil ki, dünyanın bütün insanları 
bir gün ölümə məhkumdur. Göylərin sakinləri (mələklər) də, 
əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız 
aləmi öz qüdrətilə xəlq 
səh:161 
 
1
-
 [
1
« . ]
Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 366; 
« Ə yanüş-şi ə », c. 1, s ə h. 597; «Tarixi-T ə b ə ri», s ə h. 
290 . 
2
-
 [
2
 . ]
Şeyx Müfid, «İrşad ,» 
etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. 
Atam, anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları 
halda o biri dünyaya köçdülər. Mən, onlar və bütün 
müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də 
əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü-Gülsüm, Fatimə, 
Rübab! Mən öləndən sonra yaxanızı cırmayın! Üzünüzə şillə 
vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin
)1(
»! 
İmam Hüseyn (ə) Aşura günü ən həssas, kədərli anlarda belə 
yüksək dözüm və yenilməzliklə Allaha həmd-səna söyləyib, 
zikrlər oxuyurdu. Düşmən ordusu İmamın (ə) altı aylıq körpə 
oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə o Həzrət 
belə buyurdu: «Bu müsibət də mənim üçün asandır. Çünki 
Allah görür
)2(
». 
 Bəli, İmam Hüseyn (ə) və onun silahdaşları kimi seçilmiş 
bəndələr, ən çətin zamanlarda, belə Yaradanın hər bir 
hökmünə baş əyib, yalnız Ona pənah apararaq, həmd-səna 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
oxuyurlar. Onlar bəlaların və müsibətlərin bizə üz gətirdiyi 
vaxt dözümlü olmağı, möhkəm iradə göstərərək, rəşadət 
nümayiş etdirməyi öz əməlləri ilə öyrətdilər. Şəhidlər ağası 
Həzrət Hüseynin (ə) Aşura günü son nəfəsini çəkərək 
söylədiyi kəlamlar bəşər övladına ən dəyərli amal kimi 
ərməğan olundu: «İlahi, sənin qəzavü-qədərin qarşısında 
səbirliyəm. Ey şəriki və misli olmayan Allah! Ey fəryad 
edənlərin köməyinə çatan! Mənim səndən başqa mə`budum 
yoxdur. Sənin hökmünə, təqdirinə dözümlü və səbirliyəm 
)3(
» .
İmam Hüseynin (ə) bacısı xanım Zeynəbin (s) İbn Ziyadın 
məsxərə ilə «Gördünmü Kərbəlada Allah 
səh:162 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 7, s ə h. 324; «Kamil», c. 3, s ə h. 
285; Xar ə zmi, «M ə qt ə l», c. 1, s ə h. 327; «Tarixi-Y ə 
qubi», c. 2, s ə h. 224 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 7, s ə h. 660; «Kamil», c. 3, s ə h. 
285; Xar ə zmi, «M ə qt ə l», c. 2, s ə h. 32; «Musu ə tü-k ə 
limatil-İmamil Hüseyn ( ə ) » s ə h. 477 . 
3
-
 [
3
« . ]
Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə ) » s ə h. 514 . 
sizinlə nə etdi?» sualına verdiyi cavab isə, insanı heyrətə 
gətirərək düşünməyə vadar edir. O, bu sualın cavabında tam 
vüqarla belə buyurdu: «Mən Kərbəlada gözəllikdən başqa bir 
şey görmədim
)1(
»! 
4
 ) Fədakarlıq dərsi 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə