Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə46/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
-
« Allah özü sənə xeyir versin!...Mən sənin nəzərinə əsasən 
rəftar etməsəm də, sən xeyirxah və yaxşı insansan
)1(
» 
İmam Hüseyn (ə) hətta düşməni də ona nəsihət məsləhət 
edərkən, onu dinləyirdi. Məsələn, Mədinə şəhərində Mərvan o 
Həzrətə dedi: «Sənə nəsihət etmək istəyirəm». 
İmam buyurdu: «Eşidirəm səni». 
«-Yezidlə beyət et
)2(
»... 
Həmçinin Əbu Bəkr ibn Əbulrəhman İmam Hüseynə (ə) 
nəsihət etdikdə İmam (ə) ona təşəkkür edir
)3(

Əslinə qalanda İmam Hüseynin (ə) nə nəsihətə ehtiyacı var idi 
və nə də məsləhətə. Ona görə ki, o Həzrət, Allah-taalanın yer 
üzərində olan məsum İmamı idi. Uca Tanrı ona bütün 
həqiqətləri ilham edirdi. Və İmamın (ə) nəsihət edənləri və 
məsləhətçiləri dinləməsi, o Həzrətin sonsuz təvazökarlığını və 
insanlara olan hörmətini göstərirdi. 
səh:169 
 
1
-
 [
1
« . ]
Musu ə tü k ə limatil-İmamil-Hüseyn» s ə h. 284 . 
2
-
 [
2
 . ]
H ə min m ə nb ə , s ə h. 284 . 
3
-
 [
3
 . ]
H ə min m ə nb ə , s ə h. 288 . 
Təbiidir ki, bir şəxsin nəsihətini və məsləhətini dinləmək, ona 
əməl etməyin vacibliyini bildirmir. İnsan gərək Allahın kitabı, 
Peyğəmbərin (s) sünnəsi və vicdanının hökmünə uyğun 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
məsləhətlərə əməl etsin. Binlardan qeyri halda yalnız nəsihət 
və məsləhəti dinləyib öz doğru bildiyimizə əməl edəcəyik. 
Necə ki, İmam Hüseyn (ə) belə etdi. 
səh:170 
İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir ?
   
Həzrət İmam Hüseynin qəbrini ziyarət etməyin özünə məxsus 
fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik: 
1
-
  Bildiyimiz kimi Əhli-beytə (ə) olan sevgi və məhəbbət 
Qurani-Kərimdə vacib sayılmışdır 
)1(
 .Bundan əlavə əziz 
Peyğəmbərimizin (s) «Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş 
olur, məni sevən isə Allahı sevmiş olur 
)2(
».Və buna oxşar 
buyruqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə 
aparan yol, eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi 
məhəbbətdir. 
2
-
  Allah dostlarını unutmamaq , 
  İlahi şüarlarını daim yaşatmaq 
hər bir müsəlmanın borcudur. Necə ki, Qurani-Kərim 
buyurur: «Hər kəs
  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu 
qəlblərin və onun qəlbinin təqvasından xəbər verir
)3(
». 
səh:171 
 
1
-
 [
1
 . ]
Şura sur ə si, ay ə 23 . 
2
-
 [
2
« . ]
Möc ə mül-k ə bir», c. 22, s ə h. 274; “K ə nzül-
ümmal», c. 13, s ə h. 662 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
 . ]
Şü ə ra sur ə si, ay ə 23  
İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, 
şəhadət və izzət simvolu olaraq, müsəlmanların ziyarətgahına 
çevrilmişdir. 
3
-
  Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda 
özünü qurban vermiş İmam Hüseynin (ə) ziyarətinə gedərək 
onu Allaha vasitə qərar verir, dua və istəklərinin qəbul 
edilməsində yardım etməsini diləyirlər. 
Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa 
tapmış və neçə-neçə çətinliklərlə üzləşmiş şəxslərin 
müşkülləri həll olmuşdur. Belə ki, Qurani-Kərim də duanın 
tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti 
olan şəxsləri,vasitə etməyi məsləhət görmüşdür. Necə ki, 
Maidə surəsi, 35-ci ayədə buyurulur: «Allaha yaxınlaşmaq 
üçün vasitə axtarın». 
4
-
  İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz 
kövrəlir, səmavi hisslərlə dolur, və etdiyimiz bir çox pis 
əməllərimizə görə peşman oluruq. Allahın sevimli dostlarının 
ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı 
bizi düşünməyə və tövbə etməyə vadar edərək, sanki 
çirkinliklərdən yuyub təmizləyir. Xoş duyğular, səmavi hisslər 
insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu ab-havası 
bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla 
ziyarətinə gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, 
tövbə etməyən bir müsəlman tapmaq çox çətindir. Həzrət 
İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını ziyarət 
etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq 
hərəkətlər etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
ziyarəti həyatımızda Allaha dönüş nöqtəsi olaraq «hidayət 
edici» rolunu oynayır. 
Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman 
bizə, «sən Kərbəlayisən, bu sənə yaraşmaz!»-deyə 
səh:172 
müraciət olunur. Biz isə əməlimiz barəsində düşünür çox vaxt 
nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı buraxaraq 
işimizin doğru olub-olmadığı barədə tərəddüd edirik. 
Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: 
«Kərbəla müsəlmanlar üçün ibrət və qayıdış (tövbə) məkanı, 
qeyri-müsəlmanlar üçün isə adi səyahət yeridir. Amma əsl 
həqiqətdə belə müqəddəs torpaq mə`nəviyyatdan azca anlayışı 
olan hər insan övladının ziyarətgahına və onunla bərabər 
tövbə məkanına çevrilməlidir
)1(
». 
səh:173 
 
1
-
 [
1
 . ]
Mahmud Ə qqad, « Ə büş-ş ə hid», s ə h 144 . 
səh:174 
Niyə namaz qılarkən Kərbəla möhürünə səcdə edirik ?
   
Bu suala cavab verməzdən öncə torpağa səcdənin fəlsəfəsinə 
diqqət etmək lazımdır. Həqiqətən səcdə, bəndənin Allah 
qarşısında olan tükənməz ehtiramını və acizliyini yetirir. 
Səcdə, aciz qulun öz ağasına sonsuz itaətkarlığının, 
möhtaclığının simvoludur. Məhz elə buna görə də Allaha 
səcdə etmək ibadətlər arasında ən çox tə`kid olunmuş və 
olduqca dəyərli bir əməl sayılır. Deməli insan onu Yaradanın 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə