Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə49/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə 
mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə 
günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. Ağaclarının 
kölgəsi üstlərinə düşəcək, meyvələri də onların qarşılarında 
olacaqdır. Gümüş və büllur qablar onların ətrafında 
dolanarlar. Gümüşdən olan
  elə billur (qədəhlərlə) ki, 
(xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən 
etmişlər. Onlar behiştdə zəncəfil ilə qarışmış
  su kasasından 
içərlər .Bu su çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada 
onların dövrəsində behişt cavanları dolanar ki, əgər onları 
görsəniz (yerə) səpilmiş mirvarilərə bənzədərsiniz. Əgər oranı 
(behişti) görsəniz çoxlu nemətləri və əzəmətli hakimiyyəti 
müşahidə edərsiniz !  Onların üzərlərində taftadan və atlazdan 
(nazik və qalın ipəkdən) yaşıl libaslar vardır. Və gümüş, 
bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak bir su içirdər. 
Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz 
qiymətləndirilir
)1(
». 
Şiə və sünni təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət 
Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların 
xadiməsi Fizzə xanımın şənində nazil olmuşdur. 
səh:183 
 
1
-
 [
1
 . ]
İnsan sur ə si, ay ə 5-d ə n 22-y ə q ə d ə r . 
Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 
150-dən çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, 
yuxarıdakı ayələrin adlarını zikr etdiyimiz şəxslərin şənində 
nazil olmasına dəlalət edirlər. Biz isə bu məzmunda onlarla 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
sünni mənbələrində yazılmış rəvayətlərdən yalnız bir rəvayəti 
nəzərinizə çatdırırıq: 
Böyük sünni təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər 
sənəd ilə nəql edir: 
«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları 
Məhəmməd (s) Əbu Bəkr və Ömər ilə birlikdə Həsən və 
Hüseynin görüşünə gəldilər. Başqa səhabələr də, onların 
görüşünə gəlmiş idilər. Onlar Əliyə (Allah onu əziz etsin) 
dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması üçün nəzr 
et! 
Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması 
üçün üç gün şükür orucu tutmağı nəzr etdilər. 
Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr 
etdilkəri oruclarını tutmaq istəsələr də, iftar etmək üçün 
evlərində heç bir şey yox idi. Əli (ə) vəziyyəti belə gördükdə 
Yəhudi Şəmun Xeybərinin yanına gedib 3 «sa» arpa borc aldı 
və Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Fatimə 
ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev sakinlərinin 
adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə 
məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. 
Hamı bir yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir 
yolçu onların qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey 
Məhəmmədin (s) Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, 
mənə yemək verin. Tanrı sizə behişt yeməkləri əta etsin»! 
Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və 
gecəni belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
tutdular. Fatimə yenə də ayağa qalxıb iftar üçün çörək bişirdi. 
Əli Peyğəmbər (s) ilə şam namazını 
səh:184 
məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə 
çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam 
olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mühacir 
övladlarından olan bir yetiməm. Mənə yemək verin. Allah da 
sizə behişt təamlarından versin»! 
Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə 
iftar etdilər. 
Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam 
etdilər. Fatimə (Allah ondan razı olsun) son qalan arpadan un 
düzəldib çörək bişirdi. Əli(Allah ondan razı olsun) yenə də 
Peyğəmbər ilə şam namazını məsciddə qılıb evə qayıtdı. Elə 
ki, süfrə açıldı və çörəklər süfrəyə gəldi, bu anda bir əsir 
onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun sizə ey 
Məhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan 
edin ki, Allah da sizə ehsan etsin»! 
Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə 
açdılar. 
Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni 
özü ilə birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah 
(s) onların aclıqdan quşlar kimi titrədiklərini görüb buyurdu: 
«Ey Əbul Həsən, sizi bu vəziyyətdə görmək mənim üçün çox 
çətindir»! 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan 
razı olsun) yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə 
yapışmış halda mehrabda ibadət edən gördülər. Hətta onun 
aclıqdan gözləri belə içəri batmışdı. Peyğəmbər (s) onların bu 
halına çox narahat olub, kədərləndi. 
Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: 
«Ey Məhəmməd, al bunu, Uca Tanrı sənin Əhli-beytinə 
hədiyyə etdi». 
səh:185 
Həzrət Məhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu 
anda Cəbrayıl «Həl əta ələl insan» surəsini ona qiraət etdi
)1(

3
 ) İmam Hüseyn (ə) «Təthir» ayəsində 
Uca Tanrı Qurani-Kərimdə buyurur: 
اریِهْطَت ْمُکَرِّهَطُی َو ِتْیَبْلا َلْهَأ َسْجِّرلا ُمُکْنَع َبِهْذُیِل ُهَّللا ُدیِرُی امَّنِإ 
 «Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və 
çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək 
istəyir
)2(
 ». 
Saysız-hesabsız şiə və sünni rəvayətlərinə əsasən «Təthir» 
ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında 
Ümm Sələmə xanımın evində nazil olmuşdur. Həzrət 
Peyğəmbər (s) bu ayə ona nazil olduqdan sonra Həzrət Əli (ə), 
Həzrət Fatimə (ə), Həzrət Həsən (ə), və Həzrət Hüseyni (ə) öz 
əbasının altına alıb buyurdu: «İlahi, bunlar mənim Əhli-
beytimdir...» Bu vaxt möminlər anası Ümmü Sələmə Həzrət 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə