Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə45/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
itaət edər. Belə bir şəxs həmişə Allahından razı və Allahı da 
ondan razıdır. Qur`ani-Kərimin bir çox ayələri bu məsələni 
aydın şəkildə bəyan etmişlər: «Həqiqətən Allaha iman gətirib 
gözəl əməl edənlər yaranmışların ən yaxşılarıdırlar. Onların 
İlahi dərgahına olan mükafatları aşağısından çay axan 
bağlarda (cənnətdə) əbədi qalmalarıdır. Allah onlardan və 
onlar da Allahdan razıdırlar. Bütün bunlar öz Rəbbinin 
qüdrətini tanıyıb (məsuliyyət hissindən) qorxanlara şamil 
olur.» (Bəyyinə, 7-8) Biz bu razılığın və Tanrı hökmünə 
boyun əyməyin ən gözəl nümunəsini Kərbəla qiyamında 
müşahidə edirik. İmam Hüseyn (ə) Məkkə şəhərini tərk etdiyi 
zaman xütbə oxuyuraraq, belə buyurur: «Allah nə istəyirsə, 
biz Əhli-beyt ona razıyıq 
)1(
».Həmçinin Aşura günü döyüşün 
ən çətin anında və İmamın (ə) ən yaxınlarının şəhadət vaxtı o, 
üzünü Uca yaradana tutub ərz edir: «İlahi, sənin hər bir 
hökmünə razı və hər bir əmrinə təslimik. Ey möhtacların 
dadına çatan, səndən başqa heç bir məbud yoxdur
)2(
». 
Belə əhval-ruhiyyənin İmamın (ə) əhli-beytində və digər 
səhabələrində də olması heç bir tarixşünasa gizli deyil. Necə 
ki, Məhəmməd Qəzzali deyir: «İmam Hüseyn (ə) 
qəhrəmanlıqla şəhid olaraq tarixin ədalət axtaranlarına yeni 
doğru yolu göstərdi». 
səh:166 
 
1
-
 [
1
 . ]
Cavad Müh ə ddisi, «Aşura d ə rsl ə ri», s ə h. 164 . 
2
-
 [
2
« . ]
H ə maseye-Hüseyni», c.3, s ə h. 345 . 
7
 ) Əxlaqi səciyyələrə riayət etmək 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Həzrət Peyğəmbər (s) uşaqlıq vaxtından vəfatına qədər, ədəb-
əxlaq qaydalarına o qədər gözəl riayət etdi ki, Allah-Taala 
onun vəsfində belə buyurdu: «Sən çox üstün əxlaqi dəyərlərə 
maliksən.» (Qələm, 4-cü ayə) Allahın rəsulu (s) öz besətinin 
(peyğəmbərliyinin) məqsədini bəyan edərkən də 
buyurmuşdur: «Mən əxlaqi dəyərləri kamilləşdirmək üçün 
peyğəmbərliyə seçildim
)1(
» 
Deməli, Həzrət Məhəmmədin (s) risalətindən məqsədi ədəb-
əxlaq dəyərlərini kamilləşdirmək olmuşdursa, o zaman İslam 
dininə «Ədəb-əxlaq dini» demək, məntiqli və düzgün 
sayılardı. 
Kərbəla qiyamına gəldikdə isə, burada əxlaqi dəyərlərin ən 
yüksək formada cilvələnməsini müşahidə etmək olar. 
Aşağıdakı bir neçə nümunəyə diqqət yetirin: 
a) İmam Hüseyn (ə) Yezidin hakimiyyətinə qarşı qiyam 
məqsədi ilə Mədinəni tərk etmək istədiyi zaman, əvvəl babası 
Rəsulullah (s
)2(
)sonra anası Həzrət Fatimeyi-Zəhra (ə) və 
qardaşı İmam Həsənin (ə) mübarək qəbirlərini ziyarət etdi, 
onların məzarları kənarında İlahı dərgahına namaz qılaraq 
onlarla xudahafizləşdi 
)3(
.Və bununla da öz ədəbini böyükləri 
qarşısında nümayiş etdi. 
b) Aşura günü məlunlardan biri İmama (ə) söyüş söyəndə, o 
Həzrət həmin şəxsi nifrin edib, ondan tanrı dərgahına şikayət 
edərdi. Və heç bir zaman söyüşə söyüşlə cavab verməzdi
)4(

v) İmam Hüseyn (ə) artıq Hürrün qoşunu ilə üzbəüz idi ki, 
namaz vaxtı yetişdi. İmam (ə) onlar xəcalət 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
səh:167 
 
1
-
 [
1
 « . ]
Ə l-İsab ə », s ə h. 26 . 
2
-
 [
2
« . ]
Biharül- ə nvar», c. 4. s ə h. 312 . 
3
-
 [
3
 . ]
M ə h ə mm ə d Ə li Rizayi, «Aşuradan t ə rbiy ə d ə rsl 
ə ri» s ə h. 109 . 
4
-
 [
4
« . ]
Musu ə tü k ə limatil-İmamil-Hüseyn», s ə h. 501 . 
çəkməsinlər deyə, buyurdu: «Ey Hürr, əgər istəyirsənsə biz 
burada namazımızı qılaq və sizə hara rahatdırsa orada öz 
qoşununuzla namazınızı qılın.» İmam Hüseyn (ə) istəmədi ki, 
ona Peyğəmbərin (s) nəvəsi olduğu üçün iqtida etmək 
məcburiyyətində qalsınlar. Və bu, Həzrətin yüksək ədəb-əxlaq 
sahibi olduğunu göstərir. Lakin Hürr də öz ədəbini İmamın (ə) 
qarşısında qoruyaraq dedi: «Siz öz səhabələrinizlə namaza 
başlayın, biz sizə iqtida edəcəyik». 
Sonra hər iki qoşun İmama (ə) iqtida etdilər
)1(

c) Məkkə şəhərinin valisi Səid İmama (ə) bu məzmunda 
məktub yazır: «Məkkədə qal, çalış buranı tərk etmə. Sən 
burada amandasan.» İmam (ə) onun təklifini qəbul etməsədə 
İslam ədəbini riayət edib ona təşəkkür edərək belə buyurur: 
«Əgər sən bu məktubunla mənə yaxşılıq etmək istəyirsənsə, 
Allah sənə dünya və axirətdə xeyir versin
)2(
». 
g) Şimr ibn Zilcovşən İmam Hüseynin (ə) qardaşlarını 
özlərinə cəlb etmək üçün səsləyir və onların İmamdan 
(ə)ayrıldıqları halda amanda olacaqlarını bildirir. İmam 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Hüseyn (ə)öz qardaşlarına buyurur: «Hətta o fasiq də belə 
olsa, baxın-görün sizinlə nə işi var
)3(
»... 
8
 ) Başqalarını dinləmək 
İnsanlarla məsləhətləşmək və onların məntiqli məsləhətləri 
əsasında rəftar etmək, İslam dininin dəyər verdiyi ədəblərdən 
biri sayılır. Hətta Mehriban Allah, ən üstün bəşər və ismətində 
heç bir şəkk-şübhə olmayan Müqəddəs Peyğəmbərimizə (s) 
işlərində müsəlmanlarla məsləhətləşməyə əmr edir. Necə ki, 
Qur`ani-Kərimdə buyurur: «Müsəlmanların səhvlərini bağışla. 
(İlahi 
səh:168 
 
1
-
 [
1
 . ]
H ə min m ə nb ə , s ə h. 355 . 
2
-
 [
2
 . ]
H ə min m ə nb ə , s ə h. 322 . 
3
-
 [
3
« . ]
Aşuradan t ə rbiy ə d ə rsl ə ri» s ə h.32  
dərgahından) bağışlanmalarını istə və işlərində onlarla 
məsləhətləş...» (Ali-İmran, 159). 
Biz bu məsələnin əhəmiyyətini Kərbəla qiyamında da 
müşahidə edirik. Məsələn, Kərbəla qiyamı ərəfələrində İbni 
Əbürrəhman İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: 
Gəlmişəm ki. sənə məsləhət edəm, əgər məsləhət qəbul 
edirsənsə sənə məsləhət «vermək istəyirəm». 
İmam (ə) buyurdu: «Söylə». 
-
« İraqa getmə! İraq camaatı dinar və dirhəm quludurlar». 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə