Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə44/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
İslam dininə görə özü ehtiyaclı və ya çətin vəziyyətdə olduğu 
halda başqalarını düşünərək, onlara kömək etmək, yaranmış 
yaxşı vəziyyətdən digərlərinin xeyirinə istifadə etmək ən 
gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı 
insanların xeyirini öz mənfəətinə üstün bilmək çox böyük 
fədakarlıq sayılaraq, dini terminlərdə «iysar» adlandırılır. 
Qur`ani-Kərim buyurur: «Öz nəfslərinə (çətinlik çəkdirib) 
iysar edirlər (başqalarının xeyirini öz xeyirlərinə üstün 
sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs 
simiclik etməsə nicat tapmış (qurtulmuş)dur
)2(
». 
Heç kimə gizli deyildir ki. Kərbəla qiyamındakı iysarın, 
fədakarlığın ən kamil nümunələri bütün dünyaya ibrət 
dərsidir. Burada onlardan bir-neçəsinə işarə edirik: 
1
- İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və 
vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu 
halda əzab-əziyyətlə özünü suya yetirdi, amma ailəsini çətin 
vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta 
sürətlə geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi
)3(

2
- Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb, 
Əmr ibn Həccacın başçısı olduğu silahlı qoşunun qəsb etdiyi 
çaya doğru irəlilədi. Əmr ibn Həccac onu görüb dedi: «Sən və 
yanındakı dostların istədiyiniz qədər 
səh:163 
 
1
-
 [
1
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 116 . 
2
-
 [
2
. ]
 
H ə şr sur ə si, ay ə 9 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
 . ]
Müq ə rr ə m,«M ə qt ə l», s ə h. 346-347 . 
su içə bilərsiniz. Amma Hüseyn ibn Əliyə bir damcı da, su 
aparmağınıza icazə verməyəcəyəm». 
Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə 
baxmayaraq, dedi: «And olsun Allaha ki, Həzrət Hüseyn (ə) 
susuz olduqca, mən bu sudan içməyəcəyəm.» Sonra o, 
vuruşaraq zorla su alıb, xeymələrə gətirdi 
)1(
.Həzrət Abbas 
)2(
və Büreyd ibn Xəzir 
)3(
də, su gətirmək niyyətilə çaya 
getdikdə, düşmənin eyni təklifi ilə üzləşdi. Lakin bundan 
imtina edərək düşməni məyus etdi. 
3
- Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin 
qardaşlarının həyatını qorumaq, hətta az da olsa onların 
həyatını uzatmaq üçün çalışırdı. 
Aşura gecəsi Həzrət Abbas Bəni-Haşim cavanları ilə birlikdə 
sabahkı gün hər kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına 
gəldilər. Onlar başqa qəbilələrdən olan insanların həyatını 
düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa qərar 
verdilər. 
Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də, 
başqa döyüşçüləri bir yerə toplayaraq, dedi: «Sabah savaş 
başladığı zaman biz gərək birinci olaraq döyüş meydanına 
çıxaq. Çünki Bəni-Haşimi qorumaq bizim borcumuzdur.» 
Məclisdəki silahdaşları Həbibin sözünü təsdiqlədilər
)4(
». 
5
 ) İslami dəyərlərin qorunması 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan 
məsələlərdən biri də insanları, irqinə, millətinə, qohumluq 
əlaqəsinə və maddi şəraitinin yüksək olmasına görə deyil, 
ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir. 
səh:164 
 
1
-
 [
1
« . ]
Tarixi- Ə bi Müxn ə f», c. 1, s ə h. 488 . 
2
-
 [
2
 . ]
Müq ə rr ə m, «M ə qt ə l»,s ə h. 366 . 
3
-
 [
3
« . ]
M ə alis-sibteyn», s ə h. 319-321 . 
4
-
 [
4
« . ]
Kibritül- ə hm ə r», s ə h 497; «Musu ə tü k ə limatil-
İmamil-Hüseyn ( ə )», s ə h 408- 409 . 
Həmçinin irqi-milli
  və sair kimi məsələlərə diqqət edərək, 
insanların zəhmətlərini, gözəl əməllərini heçə vermək, 
lazımınca dəyərləndirməmək İslam dininə ziddir. Qur`ani-
Kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün 
insanlar bir atanın (Adəm (ə)) və bir ananın (Həvva) (ə) 
övladıdır. Zahiri-maddi imtiyazlar heç vaxt üstünlük meyarı 
ola bilməz. Üstünlük yalnız saleh əmələ, ləyaqətli şəxsiyyətə, 
pak və təmiz qəlbə, bir sözlə «təqva» ya görə olmalıdır.«Ey 
camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-
qrup və qəbilə-qəbilə böldük ki, bir-birinizi tanıyasınız. Sizin 
Allah yanında ən üstün olanınız, daha çox təqvalınızdır
)1(
». 
Bu meyar Əhli-Beyt (ə) İmamları tərəfindən daim 
dəstəklənmiş və xüsusi əhəmiyyət verilərək ictimai həyatda 
ön plana çəkilmişdir. Böyük və əzəmətli məktəb olan Aşura 
qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında 
məhz bu meyar əsasında davranmışdır. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can 
verərkən atası Həzrət Hüseyn (ə) oğlunun yanına gedib, 
öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua etdi
)2(

İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı 
qulunun can verdiyini görüb, onun yanına gedib başını 
qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub, ona da dua 
etdi
)3(

Gördüyünüz kimi İmam (ə) öz döğma oğlu ilə türk əsilli qulun 
arasında heç bir fərq qoymadan, onlarla ləyaqətləninə görə 
davrandı. Bu da bizə insanlara gözəl əməllərinə, layiqli 
işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın, 
mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi, 
digər insanların işlərini də həqiqi 
səh:165 
 
1
-
 [
1
 . ]
Hücurat sur ə si, ay ə 13 . 
2
-
 [
2
« . ]
Lühuf», s ə h 167  
3
-
 [
3
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 30; Müq ə rr ə m, «M ə qt 
ə l», s ə h. 308 . 
şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami 
dəyərlərin qorunub saxlanmasını ön plana çəkir. 
6
 ) Tanrı hökmünə baş əymək 
Allahın əzəmətini tanıyan, onun sonsüz qüdrətindən, elmindən 
və hikmətindən xəbərdar olan bir şəxs, heç vaxt Tanrı 
hökmünə qarşı çıxmaz və Onun bütün əmrlərinə sevə-sevə 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə