Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə47/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qarşısında alnını torpağa qoyub səcdə etdikdə, özünü Tanrı 
qarşısında kiçildərək, gücsüz bir bəndə və pak niyyətli qul 
olduğunu bəyan etmək istəyir. Bir cümlə ilə desək, bəndə 
Allah qarşısında səcdə etməklə, Onun
  bütün əmrlərinə baş 
əydiyini bildirir. 
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: «Sizlərin 
hər biri namaz qılarkən qürur və təkəbbürü özündən 
uzaqlaşdırmalı, tə`zim məqsədilə alnını, burnunu torpağa 
qoymalıdır
)1(
». 
səh:175 
 
1
-
 [
1
 . ]
İbn Ə sir, « Ə n-Nihay ə », s ə h. 144 . 
Həmçinin, insan bu yolla hər bir qüdrətin Allaha tabe 
olduğuna tə`kid etməklə, özünün torpaqdan yarandığını yada 
salaraq İlahi qüdrətinə həmd-səna söyləyib, onun qulu 
olmamasına e`tiraf edir. İmam Sadiq (ə) buyurur: «Torpağa 
səcdə edin! Çünki səcdə Allah-taalanın hüzurunda itaət və 
bəndəçilik nişanəsidir. Bilin, yeməli, geyməli şeylərə səcdə 
etmək heç cür dəyərli ola bilməz. Bəndənin, dünyaya vurğun 
olan kəslərin mə`buduna (yeməli, geyməli əşyalara) alın 
qoymağı düzgün deyil. Yerə (torpağa) səcdə isə daha fəzilətli 
olub Allah qarşısında son dərəcə tə`zim və kiçiklik 
nümunəsidir 
)1(
».Elə buna görə də şiələr namazda Allaha səcdə 
edərkən hansısa pak torpaqdan istifadə etməyi lazım bilirlər. 
İndi isə hər şeyini azca tərəddüd etmədən, faciəli şəkildə Tanrı 
yolunda qurban vermiş şəxslərin uyuduğu Kərbəla torpağının 
Allah yanında necə dəyərli olduğunu düşünün. Namazda 
Allah dostlarının dəfn olunduğu Kərbəla torpağına alın 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qoymağımız, onlara və onların yoluna, hədəfinə, amalına olan 
sevgimizi yetirir. Bu isə Allaha olan eşqimizin, 
bəndəliyimizin birgə təzahürü deməkdir. Və bir bəndə olaraq 
Allaha, dostlarına, həm də İlahi əmrlərinə sayğımızdır. 
Biz Kərbəla türbətinə səcdə etməklə, onları İlahi bəndəçilikdə 
özümüzə nümunə seçirik. 
Həmçinin başqa cəhətdən baxanda Qurani-Kərimin Maidə 
surəsi, 35-ci ayəsində buyurduğu: «Allaha yaxınlaşmaq üçün 
vasitə arayın» əmrinə əməl edir, Allaha əziz olan bu şəhidlərin 
hörmətinə and verir, Ona daha da yaxınlaşır, bununla da 
dualarımızın tezliklə qəbul olunmasını sığortalayırıq. 
səh:176 
 
1
-
 [
1
« . ]
Biharül- ə nvar», c. 85, s ə h. 147 . 
Burada əhəmiyyətli olan digər nöqtəni də xatırlatmaq 
lazımdır. Biz Allaha səcdə etdiyimiz torpağın Kərbəla türbəti 
olduğunu bildikdə, qəlbimiz kövrəlir, Allahın sadiq 
bəndələrini düşünərək, İtaət, rəhmət, güzəşt, ədalət, şəhadət və 
sair kimi insani-mə`nəvi hisslərə dalırıq. Bu da mə`nəvi 
tərbiyəmizə sözsüz ki, müsbət tə`sirini qoyur. Tanınmış İslam 
alimi Məhəmməd Hüseyn Ali Kaşiful-ğita yazır: «Namaz 
qılan şəxs alnını Kərbəla möhürünə qoyur. İmam Hüseynin 
(ə) və dostlarının fədakarlığını xatırlayır. Bəndənin Tanrı 
yolunda özünü necə qurban verdiyini düşünür. Allaha ən 
yaxın olduğu bir vaxtda, səcdə halında ikən, daha da gözəl 
mə`nəvi hisslərə qapılır ...
   Elə buna görə də, məsumlarımız 
İmam Hüseynin (ə) türbətindən düzəldilmiş möhürə səcdə 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
etmək, yeddi şeytan maneəsini yırtır deyə buyurmuşlar 
)1(
».
Bütün bunlar İmam Hüseyn (ə) möhürünə səcdə etməyin 
fəlsəfəsindən açıqlamalar idi. 
səh:177 
 
1
-
 [
1
 . ]
Bu h ə dis imam Sadiq ( ə ) a m ə xsusudur. «Biharül- ə 
nvar», c. 101, s ə h. 135, « Ə l- Ə rzu v ə t-türb ə tül-
Hüseyniyy ə », s ə h. 32-33  
səh:178 
Quranda İmam Hüseynə aid ayələr mövcuddurmu? 
Qurani-Kərimdə İmam Hüseynin (ə) şə`ni və fəziləti barədə o 
qədər ayələr mövcuddur ki, əgər biz onların hamısını şiə və 
sünni təfsirlərinə istinad edərək burada zikr etsək o zaman 
bizim bu kitabımız Qurani-Kərim haqqında yazılmış təfsir 
kitabına bənzəyər. Elə buna görə də, (burada, «təfsir» yazmaq 
məqsədimizdə olmadığı üçün) biz o ayələrdən yalnız bir 
neçəsini siz əziz oxucularımıza bəyan edirik: 
1
 ) İmam Hüseyn (ə) «Mübahilə» ayəsində 
 ْلَعْجَن َف ْلِهَتْبَن َّمُث ْمُکَسُفْنَأ َو انَسُفْنَأ َو ْمُکَءاسِن َو انَءاسِن َو ْمُکَءانْبَأ َو انَءانْبَأ ُعْدَن اْوَلاعَت ْلُقَف
)1(
َنیِبِذاکْلا یَلَع ِهَّللا َتَنْعَل 
«(Ey Peyğəmbər!) Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra 
səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və 
mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib 
mübahilə edək və Allahın lənətini yalançılara diləyək». 
səh:179 
 
1
-
 [
1
 . ]
Ali İmran sur ə si, ay ə 61 . 
Müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmməd (s) hicrətin 
doqquzuncu ili Hicazın Nəcran məntəqəsində yaşayan xristian 
keşişlərinə məktub yazaraq onları İslam dinini qəbul etməyə 
dəvət etdi. Əks təqdirdə isə, İslam dövlətində yaşayıb 
müsəlmanlara aid olan imkanatlardan istifadə etdiklərinə görə 
cizyə (vergi) vermələrini tələb etdi. Lakin xristian keşişləri nə 
müsəlman olmağı, nə də cizyə verməyi qəbul etdilər. Bu 
zaman Allah-taala əziz Peyğəmbərimizə (s) onlar ilə 
mübahilə 
)1(
etməyə əmr etdi: «Onlara ki, sənə İlahi vəhy 
gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz 
oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və 
mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı 
gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək». 
Sünni məzhəbinin böyük müfəssiri Fəxr Razi bu ayənin 
təfsirində yazır: 
Allahın Rəsulu (s) özünün və İslamın haqq olma dəlillərini 
Nəcran xristianları üçün bəyan etdi. Lakin onlar inad edərək 
öz nadanlıqlarını davam etdirdilər. Bu zaman Həzrət 
Peyğəmbər (s) buyurdu: «Tanrım mənə göstəriş verib ki, əgər 
mənim dəlillərimi qəbul etməsəniz sizinlə mübahilə edim»! 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə