Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   50   51   52   53   54   55   56   57   ...   118

 
165 
lış təfəkkür formalaşdırıb, təfəkkürün əsarəti altına alınmış şüur 
dərk etmək imkanından məhrum olunub. 
Din belə halları İblisin adı ilə bağlayır. İblis isə olmayan 
şeylərə inam yaratmaq üçün istifadə olunan bir məvfumdur. 
Bununla yanaşı texniki tərəqqi paralel olaraq, elmin müx-
təlif  sahələrində  mövcud  qaranlıq  məsələlərin  araşdırılmasına 
imkan yaradır. Son 50-60 il ərzində ixtira olunmuş texniki vasi-
tələrin imkanlarına uyğun olaraq  "elmin" təbiətə  kor-təbii mü-
daxilələri artıq öz nəticələrini biruzə verməkdədir. Təbiətdə isə 
adi  gözlə  görünə  biləcək  gözlənilməz  dəyişiklikləri  gizlətmək 
mümkün deyil. 
Etiraf etmək lazımdır ki, hegemonluq iddiasında olan şo-
vinizm meyilli qüvvələrin və bəzi "elm" xadimlərinin şəxsi ma-
raqları  heç  də  ümumbəşəri  maraqlarla  üst-üstə  düşmür.  Bu  və 
digər  səbəblərdən  artıq  Kainat  da  insan  əməlləri  qarşısında 
acizdir. Odur ki,  yalnız təbiət  hadisələrinin  həqiqi  (mütləq hə-
qiqətlər) dərki maddi aləmi bu bəlalardan xilas edə bilər. 
Təbii fəlakətlər, Yer səthinin müxtəlif ərazilərində müşa-
hidə olunan qeyri-mövsümi və ya bəzi ərazilər üçün xarakterik 
olmayan  təbiət  hadisələri  haqqında  ümumbəşəri  problemlərin 
həllində həlledici mövqe nümayiş etdirirlər. 
Əlimizdə  olan  elmi-təcrübi  anlayışlara  əsaslanaraq  deyə 
bilərik ki, Antarktidanın əriməsi və Yer səthinin müxtəlif ərazi-
lərində qeyri-mövsümi, yaxud qeyri-xarakterik təbiət hadisələ-
rinin  baş  verməsi  ilə  əlaqəli  oykoloji  yozumların  (fərziyyələ-
rin), "İstixana effekti", yaxud "Qlobal istiləşmə" adlandırılması 
təbiət  və  təbiət  hadisələri  haqqındakı  mövcud  anlayışların 
birtərəfli olmasındadır. 
Əgər havanın, yaxud ətraf okean sularının istiləşməsi An-
tarktidanın  əriməsinə  səbəb  olursa,  onda,  Antarktidanın  peri-
metri  boyu  susəthi  buzların  əriməsi  mövsümi  (Antarktidada 
"yay" mövsümü) xarakter daşımalıdır. Bu isə "Xüsusi narahat-
lıq" üçün əsas sayıla bilməz. 


 
166 
Buzlaqların  əriməsi  ilə  əlaqəli  okean  səviyyəsinin  nisbi 
artımı  isə  yalnız  Okeanhövzəsi  çökəklik  ərazilərdə  yaşayış 
məskənləri üçün cüzi problemlər yarada bilsə də, ümumi nara-
hatçılığa əsas vermir. 
Bizə məlumdur ki, təbiətdə müəyyən qazların hal çevril-
mələri, hərəkəti və molyar həcm dəyişmələri özünəməxsus so-
yuqluq yaradır. 
Yer səthini əhatə edən hava (yermənşəli qazların qarışığı) 
əks tərəflərdən boşluqla (materiyasız mühit) əhatə olunduğun-
dan sferik forma alır (atmosfer). Yerin su səthinə paralel sferik 
şəffaf hava təbəqəsi ("çökük-qabarıq linza") Günəş işığını işıq 
şüasına  çevirərək  Yer  səthinə  ötürür.  İşıq  şüasının  təsirindən, 
işıq mənbəsinə nəzərən (Günəş), şüanın düşmə bucağından ası-
lı olaraq, Yerin işıqlı hissəsində (gündüz) səthin tərkibinə, rən-
ginə,  relyefınə  və  yersəthi  soyuq  mənbələrin  nüfuz  sahələrinə 
uyğun  hərarət  (istilik)  yaranır.  Yer  səthinin  qızması  əsasən  at-
mosferin alt hissəsinin isinməsinə səbəb olur. 
Havanın  əsas  tərkib  hissəsi  olan  Azotun  (N2)  həcmi  ge-
nişlənməsi  və  hərəkəti  Atmosferdə  soyuqluq  yaradır.  Soyuq 
hava isə Yer səthini soyudur. 
Havanın nisbi rütubətinin təbii xassələri Yer səthinin ifrat 
qızmasına (qum qasırğası), Karbon qazının (C02) təbii xassələ-
ri isə havanın ifrat soyumasına (qar qasırğası) imkan vermir. 
Bəllidir ki, gecə ilə gündüz arasındakı nisbi temperaturlar 
fərqi Yerin atmosferdaxili fırlanma hərəkətini yaradır. Belə ki, 
atmosferin  kiçilməsi  havanın  tərkibinin  dəyişməsi  ilə  yanaşı 
Yerin  atmosferdaxili  fırlanma  hərəkətlərinə  də  təsir  göstərir. 
Ona  görə  də,  təbiətdə  son  vaxtlar  müşahidə  olunan  müxtəlif 
ərazilər üçün qeyri-xarakterik və ya qeyri-mövsümi təbiət hadi-
sələri baş verir. 
Havanın tərkibində karbon qazının nisbi artımı insan öm-
rünün qısalmasına səbəb ola bilər. Mülayim iqlim şəraitli zən-
gin  floraya  məxsus  yüksəklik  ərazilərdə  yaşayan  insanların 
uzunömürlü  olmaları  belə  qənaətə  gəlməyə  əsas  verir.  Lakin, 


 
167 
dəqiq araşdırmalar aparılmadan qəti fikir söyləmək düzgün ol-
mazdı. 
Həm  də  havanın  (atmosferin)  tərkibini  təşkil  qazların 
ümumilikdə xassələrini və onların təbiətdəki yerini dəqiqləşdir-
məyədə ehtiyac vardır. 
Bu  tədqiqatlardan  sonra  "İstixana  effekti"  və  ya  "Qlobal 
istiləşmə" ifadələrindən harada və necə istifadəsi dəqiqləşir.  
Antarktida  və  şimal  əbədi  buzlaqları  Planetimizin  möv-
cud il periodik  tsiklini  təmin edir. Antarktidanın bir günü (ge-
cə-gündüz) bir ilə tamamlanır. Əcdadlarımız Antarktidada gecə 
yarıdan–gecəyarıya,  yaxud  günortadan-günortaya  zaman  vahi-
dini  il  (364-365  gün)  adlandırıblar.  Antarktidada  günəşin  bat-
ması Şərq təqvimində yeni ilin başlanğıcı kimi qəbul olunmuş-
dur (Novruz bayramı). Şərti fəsil anlayışları da məhz bu səbəb-
dən yaranmışdır. 
Antarktida  buzlaqları  olmadan  şimal  qütbün  günəşə 
doğru çevrilməsi mümkün deyil. 
Antarktidanın ərimə ehyimalı böyükdür, amma qarşısının 
alınması  da  mümkündür.  Bunun  üçün  burada  bizim  açıqlama 
vermədiyimiz elmi-təcrübi tədqiqatlarımızdan bəhrələnmək hər 
an  mümkündür.  Müəlliflik  hüququ  hələki,  öz  həllini  tapmadı-
ğından şərh verilmədi.  Məsələ  Bəşəri əhəmiyyət  kəsb etdiyin-
dən onun dövlət səviyyəsində öz həllini və tətbiqini tapmalıdır. 
Qeyd  edək  ki,  belə  olduğu  halda  Azərbaycan  ölkəsi 
böyük  gəlirlər  əldə  etmiş  olar  və  bir  çox  elmi  istiqamətlər 
tədqiqatlarında korrektə etməyə üstünlük vermiş olarlar.  
Əks  halda  təbiət  Arktikaya  əbədi  qaranlıq-qış,  Antarkti-
daya isə əbədi işıqlı yay "bəxş edəcək". Havanın tərkibi kəskin 
dəyişəcək, canlı aləm oksigen qıtlığı ilə üzləşəcək! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə