49
VI FƏSĠL
ƏTRAF MÜHĠT HAQQINDA BEYNƏLXALQ
SAZĠġLƏR VƏ DÖVLƏTLƏARASI ƏLAQƏ
6.1. Beynəlxalq saziĢlər və dövlətlərarası əlaqə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra
ətraf mühitin mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya,
geologiya, balıqartırma və sair sahələrdə beynəlxalq və höku-
mətlərarası sazişlərin imzalanması mümkünlüyü yarandı.
09 iyul 2004-cü il tarixində "Ətraf
mühitin mühafizəsi sa-
həsində Azərbaycan Respublikası Höküməti və Türkiyə Res-
publikası Höküməti arasında Razılaşma", 05 avqust 2004-cü il
tarixində "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət-
lər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Depar-
tamenti arasında Anlaşma Memorandumu", 08 dekabr 2004-cü
il tarixində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven-
siyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində
əməkdaşlıq haqqında Azərbaycan Respublikası Höküməti və
Danimarka Krallığı Höküməti arasında Anlaşma Memorandu-
mu" imzalanmışdır.
25 oktyabr 2004-cü il tarixində "Azərbaycan Respublika-
sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Ma-
liyyə Əməkdaşlığı (KFW) təşkilatı arasında "Cənubi Qafqaz
üçün Ekoregional Təbiəti Mühafızə Proqramı"nın hazırlanması
üzrə Anlaşma Memorandumu" və 03 dekabr 2004-cü il tarixin-
də Avropa Şurası ilə "Zümrüd şəbəkəsi" potensialının yaradıl-
masına dair Saziş layihəsi imzalanmışdır.
Ölkənin bölgələrində yayılması məqsədi ilə tükənməyən
enerji mənbələrindən istifadə sahəsində Kanada Beynəlxalq İn-
kişaf Agentliyinin dəstəyi ilə Pirallahı Meteoroloji Stansi-
yasında 2 külək və 2 günəş qurğusu quraşdırılmışdır və Türki-
yə Respublikasının özəl şirkətləri tərəfindən respublikamızda
bioqazın istehsalı ilə əlaqədar pilot layihələr həyata keçirilmiş
50
və artıq bir çox bölgələrdə bioqaz qurğuları quraşdırılmışdır.
Bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq
təşkilatlarla olduqca mühüm sazişlər imzalanmışdır.
Belə ki, 2006-cı ilin sentyabr ayında Ukrayna Respubli-
kası və Azərbaycan Respublikası arasında Ətraf təbii mühitin
mühafızəsi sahəsində əməkdaşlıq üzrə Saziş imzalanmışdır.
Almaniyanın Cənubi Qafqaz üçün Ekoregional Təbiəti
Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli
Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə və Xüsusi
müqavilələr imzalanmışdır.
2007-ci ilin fevral ayında Moldova Respublikası
və Azər-
baycan Respublikası arasında Ətraf mühitin mühafizəsi sahə-
sində əməkdaşlıq üzrə Saziş, aprel ayında Azərbaycan Respub-
likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya
Respublikasının Ehtiyatlar Korporasiyası və Koreya Respubli-
kasının Mineral Ehtiyatlar Geoelmlər İnstitutu arasında mineral
ehtiyatların işlənməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair An-
laşma Memorandumu, may ayında Azərbaycan Respubli-
kasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb
Respublikasının Misir Mineral Ehtiyatlar Qurumu arasında
Texniki Əməkdaşlığa dair Protokol, oktyabr ayında Azərbay-
can Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ko-
reya Respublikası Tikinti və Nəqliyyat Nazirliyi arasında Yeni
İnzibati Şəhərin Salınması sahəsində Əməkdaşlığa dair Anlaş-
ma Memorandumu və Almaniya Federativ Respublikasının Ət-
raf Mühit, Təbiətin Mühafızəsi və Nüvə Təhlükəsizliyi üzrə
Federal Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi arasında təmiz inkişaf mexanizmi la-
yihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanmışdır.
2008-ci ilin 11 sentyabr tarixində Azərbaycan Respubli-
kası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Res-
publikası Təbiətin Mühafızəsi üzrə Dövlət Komitəsi arasında
Ətraf Mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş im-
zalanmışdır.
51
Türkiyə Respublikası və Azərbaycan Respublikası
arasında Ətraf mühitin mühafizəsi sahəsində imzalanmış Saziş
çərçivəsində təcrübə mübadiləsi aparılır və bu sahədə fəaliyyət
davam etdirilməkdədir.
2007-ci ilin may ayında Bakıda Xəzər dənizinin su mühi-
tinin qorunması üzrə çərçivə konvensiyasının Tərəflərin 1-ci
konfransı və 4-5 oktyabr 2007-ci il tarixlərində Almaniya Fe-
derativ Respublikasının dəstəyi ilə Bakıda keçirilən "Xəzər də-
nizinin davamlı inkişafı üçün strategiyalar" mövzusunda bey-
nəlxalq konfrans olmuşdur və bu işlər hazırda da uğurla həyata
keçirilir.
6.2. Ətraf mühit haqqında beynəlxalq konvensiyalar
Buraya:
-"Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edil-
məsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət
məhkəməsinin açıq keçirilməsi haqqında" Orhus Konvensiyası;
-BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşın-
masına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Kon-
vensiyası;
-"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yaba-
nı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyası;
-"Ozon qatının qorunması haqqında" Vyana Konvensiyası;
-"Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"
-BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası;
-Texnologiyaların
ötürülməsi;
-"Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Kon-
vensiya;
-Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin
mühafizəsi və istifadəsi
üzrə Konvensiya;
-Biomüxtəliflik üzrə Konvensiya;
-"Davamlı Üzvi Çirkləndiricilər haqqında" Stokholm
Konvensiyası;
-BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyası;