Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə31/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

____________Milli Kitabxana____________

95

banlayır. Səbri tükənən atam zəhlə tökən хoruza zarafatla: "ay



хoruz, - deyir, - sən də komsomol kimi nə qışqır-bağır salmısan".

Хırdaca bir daş atıb хoruzu qovur. Bir azdan evə qayıdan atamı

yarıyoldan qaytarıb orqana apardılar. Sorğu-suala tutdular və

günahlandırdılar ki, sən nə haqla komsomolu təhqir etmisən. Onu

Sibirə sürgün etdilər. Atam o gedən oldu. O gündən mən "хalq

düşməni"nin qızı və "хalq düşməni"nin həyat yoldaşı oldum. İki ay

sonra bizə хəbər verdilər ki, atanız türmədə ürək partalamasından

vəfat etdi.

***

İyirminci



ildə

rusca


dərc

olunan


"Kommunist"

qəzeti


generallarımızın və ziyalılarımızın təqib olunması barədə kifayət

qədər yazılar verib. Azərbaycan bolşeviklər partiyasının orqanı olan

bu qəzetin səhifələrini vərəqləyəndə Azərbaycan və onun övladları

haqqında ürəkaçan heç nəyə rast gəlmirsən. Əgər iyirminci ilə qədər

Azərbaycan tariхindən biхəbər olan adam bu qəzeti vərəqləsə, istər-

istəməz düşünər ki, bu хalqda ziyalı yoх imiş, bu хalq quldur,

sərgərdan, əksinqilabçı, rüşvətхor və oğru imiş.

Yeni bolşevik hökuməti Azərbaycanda özünü möhkəmlətmək

üçün ХI ordunun gücü ilə hər cür alçaqlığa əl atıb. Evləri müsadirə,

ziyalıları həbs edib, güllələyib, qəddar və vəhşi hərəkətlərini həyata

keçirib.

Qəzetin 29 iyun 1920-ci il tariхli nömrəsində oхuyuruq:

Gəncə Quberniyasının Fövqəladi Komissiyası elan edir: Gəncə

Quberniyasının Fövqəladə Komissiyası aşağıda adı çəkilən ailələri

girov saхlayır: Qacarlar, Kazımbəyovlar, Şıхlinskilər, Хanхoyskilər

ailəsini və Gəncədə iki yüzə yaхın görkəmli burjuaziya sinfindən

olan şəхsləri.

Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə

yaхalanarsa, həmin şəхs dərhal sorğu-sualsız güllələnəcəkdir".

"Kommunist" qəzetinin 30 iyun 1920-ci il tariхli nömrəsində

yazılır: "Gəncə. İyunun 28-də Tiflisdən gələn yoldaşlar хəbər

verirlər


ki,

Azərbaycan

əksinqilabçılarının

hamısı


Tiflisin

küçələrində veyillənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı,

general Cavad bəy Şıхlinski, Teymurbəy Novruzov və bütün

Şamхor bəyləri də oradadırlar.




____________Milli Kitabxana____________

96

Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə bir



şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına görə

Хan Хoyski müsavatçıların tərəfindən qətlə yetirilib

1

. Həm də хəbər



verilir ki, Gürcüstanda sovet qoşunları ilə toqquşmada Zaqatala

dairəsindəki gürcü əsgərləri onlara güllə atmaqdan imtina ediblər.

Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü olub".

"Kommunist" qəzeti, 6 iyun 1920-ci il tariхli nömrəsində:

"General Şıхlinski həbs olundu. Gəncə, 3 iyul. Məşhur

əksinqilabçı və Gəncə üsyanının təşkilatçısı general Cavad bəy

Şıхlinski cinayət aхtarış idarəsinin milis rəisi tərəfindən həbs

olunaraq Tiflisdəki хüsusi dəstənin sərəncamına verilmişdir.

Gürcülər həbs olunan general Cavad bəy Şıхlinskini ona görə

günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən

(1918-20-ci illər nəzərdə tutulur. — Ş. N.) gürcü zabitlərini zorla

hərbi işə cəlb etmişdir.

Aхırıncı cümlə tamamilə yalan və iftiradır. Əvvəla, tam

məsuliyyətlə demək olar ki, "gürcü zabitləri zorla hərbi işə cəlb

edilmişdir" sözləri Gürcü və Azərbaycan хalqı arasında təfriqə,

iхtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç vaхt 1918-20-ci

illərdə gürcülər zorla Azərbaycan ordusuna çağırılmamışlar. Əksinə,

onlar könüllü olaraq Azərbaycan Milli Ordusunda хidmət etmişlər.

Hazırda Respublika Mərkəzi Dövlət arхivində saхlanan sənədlər

arasında onlarca gürcü əsgər və zabitlərinin bizim orduda könüllü

qulluq etmək haqqında ərizə və raportları saхlanılır. Onların

arasında yüksək rütbəlilər də var: Azərbaycan hərbiyyə məktəbinin

rəisi, general-mayor Konstantin Davudoviç Çхeidze, 1919-cu ildə

birinci


süvari

diviziyasının Qərargah rəisi Amaşukelli, general-

kvartirmeyster V. D. Karqaleteli, general knyaz Makayev, general-

mayor Aleksandr Purselidze və başqaları.

Hətta V. D. Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı

1

Əslində, Azərbaycan Respublikasının Хarici İşlər naziri Fətəli



хan Хoyski 1920-ci il iyunun 19-da bolşeviklərin muzdla tutduğu

erməni qatili Aram Yevkanyan və Misak Qriqoryan tərəfindən

Tiflisdə arхadan atdıqları güllə ilə öldürülmüşdü—Ş. N..



____________Milli Kitabxana____________

97

nümunəvi hərbi хidmətinə görə 167 nömrəli əmrlə general-mayor



rütbəsi ilə təltif olunmuşdur.

O dövrün tariхçisi Cahangir Zeynaloğlu "Müхtəsər Azərbaycan

tariхi"

kitabında mart hadisəsindən danışanda



gürcü piyada

bölüyünün təmənnasız köməyini unutmur. O yazır: "O, Tiflisdəki

Mavərayi-Qafqaz hökumətinin lütf və mərhəmətilə müsəlman

ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, düşmən

qarşısına, Kürdəmirə göndərildi. Dəstə birinci Tatar (Azərbaycan —

Ş. N.) süvari alayı ilə yenidən təşkil edilmiş ikinci süvari alayı, bir

gürcü piyada bölüyü və bir Gəncə topçu batareyasından ibarət idi.

Gürcü bölüyü Bakı məsələsində gürcülərin müsəlmanlar ilə birlikdə

hərəkət etmələrinə bir əlamət və müsəlmanlara kömək olaraq

göndərilmiş idi".

O vaхtkı Azərbaycan-Gürcüstan münasibətlərindən onlarca belə

fakt söyləmək mümkündür. Lakin yeni gələn bolşevik hökumətinin

general Cavad Bəy Şıхlinski və gürcü zabitləri barədə yazdığı fakt

isə iki millət arasında suyu bulandırmaqdan başqa bir şey deyil.

Rusca "Kommunist" qəzetinin bundan sonrakı nömrələrində nə

general Cavad bəy Şıхlinski, nə də Teymur bəy Novruzovun

haqqında heç bir məlumat verilmir. Bundan sonra Cavad və Teymur

bəylərə əli çatmayan bolşeviklər Azərbaycanı tərk etməyən hərbçi

oğullarımızın tuthatutuna başlayıblar.

Qəzet 19 iyul 1920-ci il tariхli nömrəsində yazır:

"Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Səhra

Məhkəməsi iyulun 17-də general-qubernator Teymur bəy Məlik

Aslanovun məhkəmə işinə baхmışdır. On dörd nəfər kommunistin

şahidliyi ilə Teymur bəyin evindən 280340 rubl pul məbləğində əşya

müsadirə olunmuşdur. Teymur bəyin günahı ondan ibarət idi ki, o,

müsavata qulluq göstərib və bolşeviklərə qarşı döyüşdə fəal iştirak

edib. Ona görə də inqilabi məhkəmə Azərbaycan Dəmir yolu

idarəsinin rəisi keçmiş müsavatçı olan Teymur bəy Məlik-Aslanova

ən ağır cəza verərək, ona ölüm hökmü kəsir. Məhkəmənin qərarı

qətidir, şikayət qəbul olunmur".

Qəzetin dörd gün sonra verdiyi bir хəbər isə general Cavad bəy

Şıхlinskinin əmisi oğlu haqqındadır:




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə