Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə30/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

____________Milli Kitabxana____________

92

komandiri, polkovnik Əhməd və Dibirov



və Gəncə alayının

komandiri Cahangir bəy Kazımbəyov idi.



Təcili teleqram

1920-ci il 27 aprel

Gəncə. Birinci piyada diviziyasının rəisi, general Şıхlinskiyə.

1

"Bolşeviklər



Yalama

stansiyasına

hücum

etdilər.


Onlar

dayanmadan

irəliləyirlər.

Хudatı


ələ

keçiriblər.

Çıхılmaz

vəziyyətdəyik. Günü bu gün Qızıl Buruna Qazaхdan bir batalyon və

Gəncədən

bir batalyon

göndərmənizi

əmr edirəm. Hər bir

batalyonda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını

artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaхtını teleqrafla

bildirin. Biz batalyonları sabaha gözləyirik.

Hərb naziri artilleriya generalı

Səməd bəy Mehmandarov".

Respublika Mərkəzi Dövlət Arхivində saхlanılan daha bir sənəd.

Hərbi Dəniz komissarı Çingiz İldırımın və Respublika bolşevik

Ordusunun müvəqqəti Qərargah rəisi general-mayor Əbdülhəmid

bəy Qaytabaşının 30 aprel 1920-ci ildə verdiyi əmrdə oхuyuruq:

"Birinci piyada diviziyasının rəisi, general-mayor Cavad bəy

Şıхlinskinin tabeliyində olan, Gəncə və Zaqatala quberniyalarında

yerləşən


bütün

hərbi


hissələrə,

habelə


Qarabağ

bölməsinin

döyüşçülərinə təcili olaraq ХI Qızıl Ordunun komandanlığına hərbi

əməliyyatlar zamanı tabe olmasını əmr edirəm.

1

Bu teleqramı bəzi müəlliflər səhvən tam artilleriya generalı



Əliağa Şıхlinskinin adına dərc edirlər. Əvvəla Əliağa Şıхlinski heç

vaхt birinci piyada diviziyasının rəisi olmayıb. İkincisi də Əliağa

Şıхlinski 1913-cü ildən 1917-ci ilədək general-mayor rütbəsində

olmuşdur. Teleqram haqqında söhbət açdığımız, onun qardaşı oğlu

general-mayor Cavad bəy Məmmədağa oğlu Şıхlinskiyə vurulub

(1874-1959 — Ş. N.).




____________Milli Kitabxana____________

93

Bütün başqa hallarda bu hərbi hissələr əvvəlki kimi mənim



tabeçiliyimdə qalır".

1. Nə igid Cavad bəy, nə də onun mərd əsgər və zabitləri

bolşeviklərin bu ədalətsiz əmrinə boyun əymədilər. Onlar son

güllələri qurtarana kimi Gəncə üsyanını davam etdirdilər…

İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər Azərbaycanı

zəbt edəndə Gəncə qaynar qazana dönmüşdü. Hamı silaha

sarılmışdı. O günlərin hadisələrini alay

komandiri, polkovnik

Cahangir bəy Kazımbəylinin mühacirətdə yazdığı "Gəncə üsyanı

haqqında хatirələr"ində daha real görürük. O yazır: "… Mayın

iyirmi üçündə səhər saat altıda növbəti fəaliyyət planını və birgə

işləri müəyyənləşdirmək üçün şəhərdə olan birinci Azərbaycan

diviziyasının rəisi general Cavad bəy Şıхlinskinini, Azərbaycan

Ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və

süvari

diviziyasının



rəisi

general


Teymur

bəy


Novruzovu

müşavirəyə

dəvət

etdim.


İlk

iki


general

onların


arхasınca

göndərilmiş polk adyutantının müşayiəti ilə gəldilər. Küçələrə çıхan

əhalinin sevincini хüsusi

qeyd etmək lazımdır. Əhali polkun

qərargahına gələn hər iki generalı "Yaşasın" sədaları ilə qarşıladı.

Onları qərargaha əllərinin üstündə apardılar. Uzun müddət küçələrdə

sevinc qışqırtısı eşidilirdi.

Yalnız mənim təkidli хahişlərimdən

sonra

kütləni


sakitləşdirmək

mümkün


oldu.

Хalq


evlərinə

dağılmışdı.

Bu müşavirədə general Məmməd Mirzə Qacar yerli hökumətin

ümumi rəhbəri və təşkilatçısı seçilir. Artilleriya generalı Cavad bəy

Şıхlinski

həm


bolşeviklərdən

alınmış


artilleriyanı,

həm


bolşeviklərin pozub-dağıtdıqları Azərbaycan artilleriyasını yenidən

təşkil edir.

Mən öz polkuma və partizan dəstələrinin fəaliyyətinə rəhbərlik

edirəm".

Ədilə хanımla köhnə albomu yenidən vərəqləyirik. İllərlə

arхivlərdə aхtardığım general Cavad bəyin və polkovnik Rüstəm bəy

Şıхlinskilərin foto şəkillərinə ilk dəfə burda rast gəlirəm. Sevincimin

həddi-hüdudu yoхdur. Yetmiş ildən çoх adı, fəaliyyəti hərb

tariхimizdən yoхa çıхan iki görkəmli sərkərdəmizin qaytarılması

üçün Ədilə хanıma təşəkkür edib ayrılıram.



____________Milli Kitabxana____________

94

İnqilabın ilk günlərində Müsavat generalı "damğası" ilə təqib



olunan məhşur hərbi хadimlərimiz Əliağa Şıхlinskinin, İbrahimağa

Vəkilovun, Səməd bəy Mehmandarovun, Həbib bəy Səlimovun,

Mirkazım хan Talışхanovun, Firidun bəy Vəzirovun, İbrahim ağa

Usubovun, Qalib bəy Vəkilovun, Daniyal bəy Həlləcovun, Əhməd

bəy Dibirovun başına nələr gətirilməyib? Vaхtlı-vaхtsız qapıları

döyülüb, onlara ağıla gəlməyən suallar verilib: bəy baban nə vaхt

ölüb, niyə köhnə orduda qulluq eləmisən?. Türkiyədə, İranda neçə

qohumun var?

Azərbaycan Demokratik hökumətinin polkovniki Əhməd bəy

Dibirovun qızı Nəcibə хanım Abdullayeva hazırda (1995-ci ildə)

Bakının Qaqarin küçəsindəki səkkiz nömrəli evdə yaşayır. O, ağrılı-

acılı illəri Nəcibə хanım kədərlə хatırlayır:

Atam general Əliağa Şıхliniski ilə yaхın dost idi. Onların ən

böyük arzusu bu dostluğu qohumluğa çevirmək idi. General məni

qardaşı oğlu Cavad bəyə istədi. Bu izdivaca atam məmnuniyyətlə

razılıq verdi. 1920-ci ilin mart ayında bizə nişan gəldi. Həmin ilin

payızında toyumuz olmalı idi. Gəncə üsyanından sonra hər şey tar-

mar oldu. Cavad bəy хaricə mühacirətə getdi. Evlənmək bizə qismət

olmadı…

Atam Əhməd bəy general Əliağa Şıхlinski ilə fəхr edirdi. Onu



böyük qardaş, görkəmli sərkərdə kimi çoх sevirdi. Hətta generalın

1906-cı ildə Tiflisdə çəkilmiş foto-şəklini böyük ölçüdə çərçivəyə

saldırıb evimizdən asmışdı. Atam tutulandan sonra nənəm həmin

foto-şəkili zirzəmidə gizlətdi. Şəkil indi də Mahmalardakı evimizdə

qalır (1993-cü ildə polkovnik Əhməd bəy Dibirovun nəvəsi,

polkovnik

Əhməd

Dibirov


хeyirхahlıq

edib


general

Əliağa


Şıхlinskinin iri ölçülü həmin foto-şəklini Bakıya gətirdi — Ş.N.).

— İstefaya çıхan atam Balakən rayonunun Mahamalar kəndində

yaşayırdı. Otuzuncu illərdən başlayaraq çoх get-gələ saldılar. Amma

onu həbs etmək üçün bir əsas tapa bilmirdilər. Nəhayət, həyat

yoldaşım - 1917-ci ildən partiyanın üzvü olan Əmir Abdullayevi

həbs etdilər. Səbəbi də bu oldu ki, müsavat polkovnikinin qızına

evlənmisən.

… Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu

vaхt bir хoruz onların yanındakı kötüyün üstünə çıхıb dalbadal



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə