\ Azərbaycan tarixi üzrə mənbələr



Yüklə 230,23 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü230,23 Kb.
#67899


 



\



                   Azərbaycan tarixi üzrə mənbələr 

 

Azərbaycan  tarixinin  ayrı-ayrı  dövrlərinin  dərindən  öyrənilməsi  üçün  tarixi 

qaynaqların  əhəmiyyəti  şəksizdir.  Tarixi  ədəbiyyatlarda  qaynaqların  müxtəlif 

təsnifat prinsiplərindən istifadə olunur. Azərbaycanın qədim və orta əsrlər tarixini 

öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar: 

1)Yazıyaqədərki qaynaqlar. 

2)Yazılı qaynaqlar. 

 

 Yazıyaqədərki  qaynaqlar.  Yazıyaqədərki  qaynaqlar  əsasən  arxeoloji 

materiallar və qismən etnoqrafik məlumatlardan ibarətdir.  

Yazıyaqədərki  məxəzlərin  mütləq  əksəriyyətini  müxtəlif  dövrlərdə 

Azərbaycan  ərazisində  aparılmış  arxeoloji  qazıntılar  zamanı  əldə  edilmiş  maddi 

mənbələr  təşkil  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  arxeoloji 

baxımdan öyrənilməsi tarixini əsasən dörd dövrə bölmək olar: 

1.

 



XIX əsrin I yarısından 1920-ci ilə qədərki dövr. 

2.

 



1920-1941-ci illər. 

3.

 



1945-1991-ci illər. 

4.

 



1991-ci ildən sonrakı dövr. 

Bu dövrlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, I dövrdə 

Azərbaycanın  arxeoloji  tədqiq  ilə  əsasən  əcnəbi  həvəskar  arxeoloqlar  məşğul 

olmuş və onların araşdırmaları heç də Azərbaycan tarixini öyrənmək yox “dəfinə” 

axtarmaq, qarətçilik xarakteri daşımışdır. 1834-cü ildə İsveçrə səyyahı Dub ya de 

Manperinin Xanlar, 1848-ci ildə rus şərqşünası Xanıkov Bərdə, Naxçıvan, 1862-ci 

ildə  fransız  səyyahı  A.  Berjenin  Muğan,  1879-cu  ildə  Polyakovun  Naxçıvan, 

Selosoninin  Bərdə,  Blekin  Daşkəsən,  Gədəbəy,  1880-ci  ildə  Jak  de  Morqanın 

Talış,  1892-1903-cü  illərdə  E.  Resleril  Qarabağ  və  Gəncəçay,  Rozendorfun 

Gəncəçay bölgəsində apardığı arxeoloji tədqiqatlar əsasən həmin məqsədə xidmət 

etmişdir. Doğrudur bu tədqiaqatlar zamanı əldə edilmiş qiymətli materiallar xarici 

ölkə  muzeylərinə  aparılsa  da  Azərbaycanın  arxeoloji  baxımdan  tədqiqi 

istiqamətində ilk addımlar demək olar ki, atılmışdır. 

Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulmasından  sonra  arxeoloji 

tədqiqatların  yeni  bir  mərhələsi  başlandı.  1923-cü  ildə  yaradılmış  Azərbaycan 

arxeoloji Komitəsi respublika ərazisində olan tarixi abidələri qeydə alaraq onların 

elmi tədqiqi istiqamətində fəaliyyətə başladı. Yerli mütəxəssislərin olmadığı üçün 

mərkəzdən  tanınmış  arxeoloq  Meşşaninovun  dəvət  olunması,    böyük  maddi 

çətinliklərə baxamayaraq XX əsrin 20-30-cu illərində Mil düzünə, Kiçik Qafqazın 

cənub-şərq  ətəklərinə,  Naxçıvan  bölgəsinə,  Azərbaycanın  qərb  bölgələrinə  təşkil 

edilən ekspedisiyalar  nəticəsində  zəngin tədqiqat  materialları  əldə  edildi. Bu  işdə 

Meşşaninov,  Miller,  İesse,  Passek,  Latınin  kimi  rus  arxeoloqları  ilə  yanaşı 

Azərbaycanın  gənc  arxeoloji  kadrlarından  Ələkbərov,  İ.  Cəfərzadə,  Şərifov, 

Qazıyev, Hummelin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Bu mərhələdə 

Azərbaycanın  arxeoloji  rədqiqinə  sistemli  şəkildə  başlansa  da  Böyük  Vətən 

müharibəsinin başlanması prossesin yarımçıq qalmasına səbəb oldu. 




 

Azərbaycanın  arxeoloji  baxımdan  tədqiq  olunmasının  yeni,  keyfiyyətcə 



mühüm  mərhələsi  Böyük  Vətən  müharibəsindən  sonrakı  dövrə  təsadüf  edir.  Bu 

dövrdə  Azərbaycanın  məşhur  arxeoloqları  Vahidov,  İ.  Cəfərzadə,  Həbibullayev, 

İesse,  M.  Hüseynov  və  digərlərinin  rəhbərliyi  ilə  təşkil  edilmiş  arxeoloji 

ekspedisiyalar  nəticəsində  Azərbaycanın  paleolit,  mezolit,  neolit,  eneolit  və  tunc 

dövrlərinə  aid  zəngin  maddi  mənbələr  aşkar  edilmişdir.  M.  Hüseynovun  gərgin 

əməyi  nəticəsində  Damcılı,  Daşsalahlı,  Tağlar,  Azıx  düşərgələrində  paleolit 

dövrlərinə aid nadir tapıntıların aşkar edilməsi Azərbaycanın antropogen zonasına 

daxil  olduğunu  sübut  etdi.  Azərbaycan  arxeoloqlarının  məhsuldar  fəaliyyəti  ilə 

Qobustan, Mingəçevir, Kültəpə, Əliköməktəpə, Meynətəpə, Qaraköpəktəpə, İlanlı 

təpə, Çalağan təpə, Sulutəpə, Üçtəpə, Mişarçay, Töyrətəpə, Şomutəpə, Babadərviş, 

Qarğalar  təpəsi,  Sərkərtəpə,  və  s.  yaşayış  məskənlərindən  əldə  edilən  tapıntılar 

Azərbaycanda  icma  yaşayışının  müxtəlif  dövrlərinin  dərindən  öyrənilməsi  üçün 

əsaslı  zəmin  yaratmışdır.  Bu  dövrdə  Azərbaycanın  antik  və  erkən  orta  əsrlər 

tarixinin  öyrənilməsi  üçün  Yaloylutəpə,  Cəfərxan,  Qəbələ,  Mingəçevir, 

Torpaqqala,  Govurqala,  Beyləqan  və  s.  arxeoloji  abidələrinin  araşadırılması  da 

zəngin  faktiki  material  vermişdir.  Sovet  rejiminin  tənəzzülünün  başlanması 

nəticəsində  XX  əsrin  80-ci  illərinin  sonundan  etibarən  arxeoloji  tədqiqat  işləri 

dayandırıldı. 

Azərbaycanın arxeoloji baxımdan öyrənilməsinin yeni mərhələsi müstəqilliyin 

əldə  edilməsindən  sonrakı  dövr  hesab  olunmalıdır.  Doğrudur  bu  mərhələdə  çox 

böyük  sosial-iqtisadi,  siyasi,  erməni  təcavüzü  kimi  problemlərlə  üzləşən  gənc 

respublika  ilk  dövrlərdə  arxeoloji  tədqiqatlara  vəsait  ayıra  bilməsə  də,  hazırda 

həyata keçirilən uğurlu siyasət bu sahəyə diqqətin ayrılmasına səbəb olmuşdur. 

 

 Yazılı  qaynaqlar.  Arxeoloji  materiallardan  fərqli  olaraq  yazılı  qaynaqlar 

Azərbaycanın  yalnız  sosial-iqtisadi,  maddi-mənəvi  mədəniyyət  tarixi  haqqında 

deyil, həm də siyasi tarixi haqqında zəngin məlumatlarla xarakterizə olunur.  

Yazılı mənbələr aşağıdakı hissələrdən ibarətdir: 

1.

 



Salnamə tipli mənbələr (nəsrani mənbələr). 

2.

 



Memuar xarakterli mənbələr. 

3.

 



Sənədli materiallar. 

 Salnamə  tipli  qaynaqları  dil  prinsipinə  uyğun  olaraq  bir  neçə  qrupa  bölmək 

olar: 

a)

 



Mixi yazı parçaları 

b)

 



Antik tarixi-coğrafi ədəbiyyat 

c)

 



Erməni və gürcü dilli qaynaqlar 

d)

 



Yerli qaynaqlar 

e)

 



Orta əsr ərəb, fars və türk dilli qaynaqlar 

 

1.  Yazılı  qaynaqların  böyük  bir  qismi  salnamə  xarakterli  qaynaqlardan 



ibarətdir.  Nəsrani  qaynaqların  xronoloji  baxımdan  birinci  qismi  hərbi-salnaməçi 

mənbələrlə  –  şumer-akkad,  Assur,  Urartu  mixr  yazı  parçaları  ilə  təmsil 

olunmuşdur.  Hərbi  yürüşlər  zamanı  hökmdarların  diktəsi  ilə  yazılan  bu  yazı 

parçalarında  adətən  hadisələr  bir  tərəfli  təsvir  olunmuşdur.  Bununla  belə  mixi 



 

yazılarda Aərbaycan ərazisində erkən etnik birliklər, dövlətlər, onların qonşuları ilə 



sosial-iqtisadi  və  siyasi  münasibətləri,  maddi  və  mənəvi  dünyaları  haqqında 

maraqlı məlumatlar öz əksini tapmışdır. Şumer dastanlarında, Akkad çarları Böyük 

Sarqonun, Naram Suenin, Assur hökmdarlarından Aşşurnasirpalın, Adadnirarinin, 

Tiqlatpalasarın,  Salmanasarın,  Sarqonun,  Aşşurbanipalın,  Urartu  çarlarından 

Menuanın, İşpuininin, Arkiştinin, Sarduri və Rusanın mixi yazı parçalarında kuti, 

lullubi,  turukki  tayfaları  və  Manna  dövlətinin  tarixi  haqqında  çox  qiymətli 

məlumatlar verilmişdir. 

Nəsrani  qaynaqların  diqqəti  cəlb  edən  bir  qismini  də  antik  tarixi-coğrafi 



ədəbiyyat  təşkil  edir.  Yunan-İran  müharibəsinin  başlanmasından  sonra  Şərq 

ölkələrinə  marağın  artması  nəticəsində  qədim  yunan  və  Roma  müəlliflərinin 

əsərlərində  Azərbaycan  haqqında  məlumatlar    yer  almağa  başlamışdı. 

Makedoniyalı  İsgəndər,  Qney  Pompey  və  Mark  Antoninin  yürüşləri  bu 

məlumatların  daha  da  genişlənməsinə  səbəb  olmuşdu.  Antik  tarixçi  və 

coğrafiyaçıların  əsərlərində  Azərbaycan  ərazisində  məskunlaşmış  tayfalar,  qədim 

şəhərlər,  Atropaten  və  Alban  dövlətləri,  əhalinin  adət-ənənələri,  dini  inancları, 

təsərrüfat həyatı, Parfiya-Roma münasibətləri sistemində Azərbaycan dövlətlərinin 

mövqeyi,  Atropaten-Alban-Roma  münasibətləri  haqqında  zəngin  məlumatlar 

verilmişdir.  Bu  baxımdan  Miletli  Hekateyin  “Yerin  təsviri”,  Herodotun  “Tarix”, 

Knidli  Ktesinin  “Persika”,  Siciliyalı  Diodorun  “Tarixi  kitabxana”,  Polibinin 

“Tarix”, Tit Livinin “Roma tarixi”, Pompey Troqun “Filippin Tarixi”, Kvint Kursi 

Rufun  “Böyük  Aleksandrın  tarixi”,  Pomponi  Melanın  “Yerin  təsviri”,  Böyük 

Plininin  “Təbiət  tarixi”,  Plutarxın  “Müqayisəli  tərcümeyi-hallar”,  Korneli  Tasitin 

“Annallar”, “Tarixlər”, Flavi Arrianın “Anabozis” Klavdi Ptolomeyin  “Coğrafiya 

dərsliyi”,  Strabonun  “Coğrafiya”,  Dion  Kassinin  “Roma  tarixi”,  Appianın 

“Mitridatın  müharibələri”  əsərləri  böyük  maraq  doğurur.  Antik  müəlliflərdən 

Dionisi  Perieget,  Yuli  Solin,  İosif  Flavi,  Klavdi  Elian,  Ammian  Marselin  və 

başqalarının əsərlərində də Alban və Atropaten dövlətləri haqqında bir sıra maraqlı 

məlumatlarla rastlaşmaq mümkündür. 

Nəsrani qaynaqlar içərisində qədim erməni və gürcü dillərində yazılmış tarixi 

əsər və salnamələrin də özünəməxsus yerini qeyd etmək lazımdır. Erkən orta əsr 

erməni  salnamələri  “Böyük  Ermənistan”  ideologiyası  əsasında  yazıldığı  üçün 

qonşu  ölkələrə,  xüsusilə  də  Albaniyaya  qarşı  əsassız  ərazi  iddiaları  ilə 

xarakterikdir.  Bununla  belə  həmin  salnamələrdə  Albaniya  tarixinin  siyasi,  sosial-

iqtisadi,  mədəni  problemləri  haqqında  zəngin  faktiki  materiallar  öz  əksini 

tapmışdır. XI-XVII əsrlərə aid erməni mənbələrində də Azərbaycan tarixi haqqında  

maraqlı  məlumatlarla  rastlaşmaq  mümkündür.  Bu  mənada  erməni  salnamələri 

içərisində  Aqafangelin  “Ermənisatn  tarixi”,  Koryunun  “Moştosun  həyatı”, 

Yegişenin “Vardan və erməni müharibəsi”, Fovstos Buzandın “Ermənistan tarixi”, 

Lazar  Paranetsinin  “Ermənistan  tarixi”,  Moisey  Xorenlinin  “Ermənistan  tarixi”, 

Sebeosun  “İraklın  tarixi”,  Gevondun  “Xəlifələr  tarixi”,  Ananiya  Şiraklının 

“Coğrafiya”,  Vardanın  “Ümumi  tarix”,  Gəncəli  Kirakosun  “Tarix”,  Mesoplu 

Fomanın  “Teymurləng  və  onun  varislərinin  tarixi”,  Təbrizli  Arakelin  “Tarixlər 

kitabı”,  Kənəkirli  Zəkəriyyənin  “Xronika”  və  s.  əsərləri  xüsusi  qeyd  etmək 

lazımdır. 



Yüklə 230,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə