5
Əli ibn Əbu Talib
ƏRƏBLƏR, ĠSLAM, ĠLK YÜRÜġLƏR...
VII əsrin ortalarına yaxın qədim Azərbaycan torpağında ağır faciə baĢ verdi;
Ərəbistan çöllərindən əsən acı səmum küləyinin alovsaçan nəfəsi dağları-dərələri
aĢdı, yandırdığını yandırdı, viran qoyduğunu viran qoydu. ġəhərlər, kəndlər, obalar
yerlə-yeksan oldu. Bol məhsul verən bərəkətli qara torpaq – al oldu, qocalar,
qadınlar, uĢaqlar qolu bağlı qul oldu. Anaların ahı, naləsi göylərə ucaldı. Səmum
hər Ģeyi külə döndərmək istədi, dini aldı, dili aldı, əməllərə qandal vurdu,
mənəviyyatı alçaltdı, lakin torpağa, Vətənə bağlılıq hissini buxovlaya bilmədi;
növratımızı pozdusa da, varlığımıza xələl gətirə bilmədi.
Qoca dünya çox zülmlərin Ģahidi olub, çox kəsilmiĢ baĢlar, çıxarılmıĢ
gözlər görüb. Doğma müqəddəs torpağımız çox yağıların izlərini sinəsində
saxlayıb, çoxlarının gözü onda qalıb. Lakin azərbaycanlılar həmiĢə torpağını
tapdalayan ayaqları kəsmiĢ, onda qalan gözləri çıxarmıĢlar.
Bu dəfəki bəla da qəfildən gəldisə də taleyin hökmü ilə çox keĢməkeĢlərə
sinə gərmiĢ ulu babalarımıza qeyri-adi görünmədi: axı qədim yurddaĢlarımız Vətən
torpağının dəfələrlə ayaqlandığının Ģahidi olmuĢ, uzağın-yaxının qılıncının zərbini
dadmıĢ, zülm və əsarətin ağrısını çəkmiĢdilər. Dünya fatehi Makedoniyalı
Ġsgəndərin iĢğalından daha geniĢ torpaqları əhatə edən, təsir gücü ilə onu arxada
qoyan bu dəfəki fütuhat təkcə azərbaycanlıların deyil, məğribdən məĢriqədək
ucsuz-bucaqsız ərazidə yaĢayan onlarla xalqın tarixi taleyində köklü çevriliĢ etdi,
onların bir çoxunu, xüsusilə Ərəbistan hüdudlarından uzaqda yaĢayanları bu
vaxtadək tanımadıqları, haqqında heç bir Ģey eĢitmədikləri naməlum cənub xalqı
ilə üz-üzə qoydu. Tarixə VII əsr dünyasının qoluzor fatehi kimi daxil olmuĢ bu
cənub xalqı, o dövrdə Ərəbistan yarımadasının oturaq və “əhl əl-bədv” – “bədəvi”
adlanan köçəri sakinləri olan ərəblər idi. Bugünkü və dünənki tariximizin
gediĢatında həlledici rol oynamıĢ bu xalq haqqında biz nə bilirik?
Fütuhatdan sonrakı dövrlərdə ərəbləĢmiĢ müasir ərəb ölkələri xalqlarından
fərqli olaraq həmin ərəblər o zaman yalnız Ərəbistan yarımadası ərazisində
yaĢayırdılar. Tədqiqatçıların hesablamalarına görə VI – VII əsrlərdə o yerlərdə
təqribən 4 milyon oturaq, üç milyon köçəri ərəb həyat sürürdü. Ta qədimdən onlar
iki böyük etnik qrupa ayrılırdılar – erkən orta əsrlərdə himyərilər adlandırılan
cənublular və yarımadanın qala hissələrində yaĢayan, qonĢu xalqların təqribən b. e.
ə. VII əsrdən ərəb adlandırdıqları köçərilər. Müsəlman rəvayətinə görə
yarımadanın Ģimalında yaĢayanların soy kökü Ġbrahimin oğlu Ġsmayıl vasitəsilə
Ədnandan cənubda yaĢayanların soy kökü isə Qəhtandan baĢlayırdı. Bu bölgüyə
uyğun olaraq ərəblər nizarilər və maadilər adlanan Ģimal qəbilələrinə və yəmənilər
adlanan cənub qəbilələrinə ayrılırdılar. ġimal ərəbləri bir çox tayfa və qəbilələrə