BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2014
TARİX
UOT 94/479.24
İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ
REPRESSİYALARIN YENİ DALĞASI.
HEYDƏR HÜSEYNOV HAQQINDA HƏQİQƏTLƏR
İ.X.ZEYNALOV, X.R.SƏFƏROVA
Bakı Dövlət Universiteti
Zeynalo
v İbrahim@hotmail.com
Elmi məqalədə İkinci dünya miiharibəsindən sonrakı dövrdə və 50-ci illərdə totalilar
rejimin inzibati amirlik idarəçiliyinin daha da gücləndiyi, Stalinin şəxsiyyətinə pərəstişin
art
dığı bir şəraitdə Azərbaycanın sosial-siyasi həyatında mövcud vəziyyət, repressiyaların
yenidən başlanması məsələləri nəzərdən keçirilir. Burada əsas diqqət M.C.Bağırov və onun
əlaltılarının əli ilə xalqımızın görkəmli hökumət, elm, mədəniyyət xadimlərinin təqib edilməsi,
çoxunun məhv edilməsi ilə bağlı məsələlərə nəzər yetirilir, Heydər Hüseynovla əlaqədar baş
verən hadisələrin öyrənilməsinə yönəldilir.
Açar sözl
ər: şəxsiyyətə pərəstiş, totalitar rejim, inzibati amirlik, Dövlət Təhlükəsizlik
Nazirliyi, “hakim mill
ət”, Azərb. KP MK, plenum, marksizm-leninizm, Üİ K(b) P MK, Marks-
Engels-Lenin
İnstitutu ( MELİ), “Ticarət evi”, Azərb. SSR XDİK, büro iclası, vitse-prezident,
Stalin
mükafatı, SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası, repressiya, SSRİ Nazirlər Soveti.
İkinci dünya müharibəsindən sonrakı dövrdə Azərbaycanın ictimai-siyasi
həyatında çox ziddiyyətli və mürəkkəb vəziyyət qalmaqda idi.
Stalinin
şəxsiyyətinə daha da güclənən pərəstiş, onun əlaltılarının dövlət-
çili
yə, demokratiyaya, humanizmə, insanların hüquq bərabərliyinə zidd fəaliy-
yətləri və özünü Stalinə ən yaxın adam, rəhbər kimi göstərən avantürist Beri-
yanın cinayətkar hərəkətləri, həmçinin müharibədən sonrakı dövrdə həyata ke-
çirilmiş bir sıra tədbirlər – 1949-cu ilin aprelində milis orqanlarında siyasi ida-
rələrin yaradılması, həmin ilin avqustunda respublikaların paytaxtlarında, о
cüm
lədən Bakıda milisə xüsusi hüquqların verilməsi, oktyabrın 13-də milisin
SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin tabeliyinə keçirilməsi və digər tədbirlər
44
SSRİ-də və müttəfiq respublikalarda totalitar rejimin daha da güclənməsinin
əsas təzahürlərindən idi.
Totalitar rejimin sərtləşməsinin təzahürlərindən biri də elm, ədəbiyyat,
incəsənət və tarix üzərində “Hakim millət” ideologiyasının başlıca şüara çev-
rilməsi idi. Şəxsiyyətə pərəstişin, totalitar rejimin ən ağır nəticələri humanitar
və bir sıra təbiət elmləri üzərində, xüsusilə də tarix elmində özünü daha bariz
göstərirdi.
1949-
cu ildə H.N.Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfı
fıkir tarixindən” adlı əsəri nəşr olunmuş və o, əsərində Şeyx Şamil hərəkatını
çari
zmin müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı kimi qiymət-
ləndirmişdi.
Bu ideya M.C.Bağırovu möhkəmcə qəzəbləndirmişdi. O, H.Hüseynovun
əsərinə cavab olaraq “Müridizm və Şamilin hərəkatının xarakteri haqqında mə-
sələyə dair’' adlı məqalə çap etdirdi və Heydər Hüseynovu ingilis casusu
adlandırdı. M.C.Bagırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
və Bakı Komitəsinin (Azərbaycan KP MK və BK) birgə plenumunda (1953,
12-
13 iyul) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara qeyri-ob-
yektiv münasibətdə və digər qeyri-insani, qeyri-humanist əməllərində təqsirkar
bilinib, on
minlərlə Azərbaycan vətəndaşının, yüzlərlə görkəmli ictimai-siyasi
və dövlət xadimlərinin, mədəniyyət işçilərinin qanunsuz olaraq məhv edil-
məsində günahkar hesab edilib, bu kimi cinayətkar əməllərinə görə tutduğu
vəzifədən uzaqlaşdırdı. O, bir müddət Kuybışev Neft Birliyinin rəis müavini
vəzifəsində işlədi. Bir qədər sonra Bakıda SSRİ Ali Məhkəməsinin hərbi
kollegiyası tərəfındən mühakimə edilib, 1956-cı il aprel ayında xalq düşməni
elan edilib
ölüm cəzasına-güllələnməyə məhkum olundu. Onun mühakimə
olunduğu məhkəmə iclaslarının materiallarında M.C.Bağırov Azərbaycan Xalq
Cüm
huriyyətinin dövründə Quba qəzasının komissarı Əli bəyin müavini
olmaqla, onunla birlik
də Quba şəhərində erməni əhalisinə divan tutulmasında
iştirakda təqsirləndirilmiş, Lavrenti Beriyaya dair sənədləri gizlətməkdə və
ləğv etməkdə ittiham olunmuşdur. Onu da qeyd edək ki, M.C.Bağırov bütöv-
lükdə totalitar sovet rejiminin yetişdirdiyi tipik icraçı bolşevik rəhbər idi.
Məhz bu tipik bolşevik rəhbərin və onun əlaltıları olan Markaryanların,
Qriqoryanların, Yemelyanovların, Sumbatov-Toporidzelərin, Atakişiyevlərin
əli ilə Azərbaycan xalqının ən qabaqcıl, nüfuzlu şəxsiyyətlərinə, görkəmli elm,
mədəniyyət, dövlət xadimlərinə qarşı repressiyalar heyata keçirilmişdir.
Repressiya qurbanlarından biri də istedadlı filosof, görkəmli alim və ictimai
xadim, akademik Heydər Nəcəf oğlu Hüseynov idi.
Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayında Yerevan (İrəvan ş.)
şəhərində anadan olmuşdu. O, 1944-cü ildə fəlsəfə elmi üzrə elmlər doktoru
alimlik
dərəcəsi almaqla, həmin ildə də professor vəzifəsinə irəli çəkilmişdir.
1945-
ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. H.Hüseynov
1931-
ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmiş, 1931-
1933-
cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura-
45
sında oxumuş və çox maraqlı elmi araşdırmalar aparmışdır. Həmçinin, о, 1936-
1940-
ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya
və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ EA Azərbaycan
fılialının sədr müavini, 1945-1950-ci illərdə isə Azərb. SSR EA-nın vitse-
prezi
denti və həmin illərdə həm də Azərbaycan KP MK yanında Partiya Tarixi
İnstitunun direktoru vəzifələrində çalışmışdır.
H.Hüseynov həm də, S.M.Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə
kafedrasının müdiri vəzifəsində işləmişdir.
H.Hüseynovun elmi-
tədqiqat fəaliyyəti olduqca çoxşaxəli və zəngin
olmuşdur. Onun fəaliyyəti fəlsəfə elminin görkəmli klassiklərinin irsinin öyrə-
nilməsində və təbliğində, Azərbaycan ictimai fıkrinin, ədəbiyyatının, tarixinin
tədqidi sahəsində, klassiklərin əsərlərinin tərcümə və nəşrinin təşkilində daha
səmərəli olmuşdur və ona böyük uğurlar gətirmişdir. H.Hüseynovun elmi ya-
radıcılığında fəlsəfi problemlərin araşdırılması və tədqiqi, İkinci dünya mü-
haribəsi mövzusu olduqca mühüm yer tutmuşdur. Onun II Dünya müharibəsi
dövründə “Faşizmin məhvi labüddür”, “Faşizmin irq nəzəriyyəsi ”(1941-1942),
“Faşist cəlladlarının fəlsəfəsi”(1941), “Faşizm elmin düşmənidir” (1941),“
Ə.Şıxlinski” (1944-1945) və b. elmi-kütləvi kitab və məqalələri çap olunmuş
və bu əsərlər H.Hüseynova böyük şöhrət qazandırmışdır. Onun Bəhmənyar,
N
.Gəncəvi, M.Füzuli, A.Bakıxanov, M.Kazım bəу, M.F.Axundzadə, H.Zərdabi
və b. haqqında tədqiqatları Azərbaycan ictimai-fəlsəfi elminə böyük töhfə idi.
Onun
“XIX əsr Azərbaycanda ictimai və fəlsəfı fıkir tarixindən” (1949) əsə-
rində Azərbaycan xalqının fəlsəfi və ictimai-siyasi fıkrinin əsas inkişaf mər-
hələləri müəyyənləşdirilmişdir. Bu əsərdə H.Hüseynov çox böyük yaradıcılıqla
M.Ş.Vazehin, A.A.Bakıxanovun, M.F.Axundzadənin, H.Zərdabinin və digərlə-
rinin dün
ya görüşlərini səciyyələndirmişdir. Eyni zamanda onun ədəbiyyatşu-
nas
lığa dair əhəmiyyətli əsərləri də olmuşdur. H.Hüseynovun Azərbaycan
dilində dialektik və tarixi materializmə dair yazdığı əsərləri uzun illər Azərbay-
can ali məktəblərində tələbələrin istifadə etdiyi əsas dərsliklərdən olmuşdur. O,
həmçinin ADU-nun tarix fakultəsinin nəzdində ilk fəlsəfə şöbəsinin təşkilatçısı
idi. H.Hüseynov həm də Azərb. SSR Ali Sovetinin (2-ci çağırış) deputatı
olmuşdur.
Arxiv sənədlərinin araşdırılması və bir sıra yeni sənədlərin üzə çıxarıl-
ması əsasında deyə bilərik ki, partiya sıralarında olduğu müddətdə o, heç bir
partiyaya zidd hərəkətlərə yol verməmiş, üzərinə düşən partiya və hökumət və-
zifələrini dövrün tələblərinə uyğun şəkildə intizamla yerinə yetirmişdir. Elmi
tədqiqat və elmi yaradıcılıq sahəsində böyük uğurlar əldə etmişdir. Klassiklərin
əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir (7, 1). Heydər Nəcəf oğlu Hü-
seynovla bağlı 1949-1950-ci illərdə irəli sürülən ittihamlar haqqında arxiv
materiallarını olduğu kimi təqdim edirik.
Arxiv materi
allarında (Azərbaycan Respublikası Prezidentinin İşlər İda-
rəsi Siyasi Sənədlər Arxivi: Fond l, siyahı 43, iş №76) göstərilir ki, ÜK(b)P
MK yanında MELİ-nin (Marks-Engels-Lenin İnstitutu) Azərbaycan filialının
46
direktoru –
Heydər Hüseynov partiya sıralarına daxil olarkən öz tərcümeyi-
halında qohumları haqqında dəqiq məlumat verməmişdir (6, 1). Guya sonradan
məlum olmuşdur ki, H.Hüseynovun atası – Hüseynov Nəcəf iri ticarətçi, böyük
manufaktura sahibi olub. O, öz böyük oğlu Yusiflə birlikdə Yerəvan şəhərində
“Ticarət evi”, mehmanxana, iki böyük meyvə bağına sahib olmuşdur. H.Hü-
seynovun iki böyük qardaşı Əkbər və Yaqub inqilabdan əvvəl və Azərbay-
canda Sovet hakimiyyəti qurulduqdan sonra da, 1920-1921-ci illərdə Bakı
şəhərində qənd və unun topdan satışı ilə məşğul olan ticarət mərkəzinə malik
olublar (6,
2). Heydər Hüseynovun hər iki qardaşı Türkiyənin vətəndaşlığında
ol
muşlar, Əkbər Hüseynov 1930-cu ildə Türkiyəyə getmiş və sonra XX əsrin
50-
ci illərində Tehranda yaşamışdır. Digər qardaşı – Yaqub Hüseynov isə
Bakıda yaşamış, 1937-ci ilədək Türkiyə paspotru daşımışdır.
Azərb.KP MK-nın 1949-cu il 2 fevral tarixli büro iclasında qeyd edilir ki,
hələ kiçik yaşlarında olanda Heydər Hüseynov valideynlərindən ayrılaraq Ba-
kıya gəlmiş, bir çox dostlarının dediyi kimi, o, Bakı şəhərində öz əməyi hesa-
bına yaşamışdır. Lakin buna baxmayaraq o, partiyaya daxil olarkən guya öz
yaxınlarının keçmişini, onların partiyaya zidd hərəkətlərini gizlətmişdir. Lakin
Azərb. KP MK-nın 1954-cü il 18 may tarixli büro iclasında qeyd edilmişdir ki,
H.Hüseynov partiyaya
daxil olarkən heç də qohumları ilə bağlı faktları gizlət-
məmişdir. Bunun əksinə olaraq, Azərb. KP MK-nın 1950-ci il 18 mart tarixli
büro iclasında qeyd edilmişdir ki, Böyük Vətən müharibəsi illərində Heydər
Hüseynovun
xaricdən məktub alması və bunu partiyadan gizlətməsi haqqında
Azərb. KP MK-ya məlumat daxil olmuşdur. Mərkəzi Komitənin Büro iclasında
bu məsələ müzakirə edilərkən H.Hüseynov xaricdən məktub alması faktını
təksib etmiş və partiyanı aldatmaq yolunu tutmuşdur. Həmçinin büroda qeyd
edilir ki, Heydər Hüseynov partiyaya daxil olarkən öz sosial vəziyyətini, xa-
ricdə qohumlarının olduğunu da gizlətmişdir.
Azərb.KP MK-nın bürosu qeyd etmişdir ki, H.Hüseynov arvadının atası
Abdullayev Süleymanın 1937-ci ildə Azərb. SSR XDİK-nin orqanları tərəfın-
dən əks-inqilabi fəaliyyətinə görə həbs olunması barədə məlumat verməmişdir
(8,
268). Azərb. KP MK-nın bürosu qeyd edir ki, H.Hüseynov ÜK(b)P MK ya-
nında MELİ-nin Azərbaycan filialının direktoru olmaqla siyasi cinayətlərə yol
vermişdir. O, Bakı bolşevik təşkilatının tarixi ilə bağlı materiallarla işləməyə
şübhəli şəxsləri cəlb edib və daşnak Avakyana arxivdə işləməyə şərait yaradıb.
Avakyan
isə sonra antisovet fəaliyyətinə görə dövlət təhlükəsizlik orqanları
tərəfındən həbs edilmişdir (8, 2). Bu faktlar Azərb. KP MK tərəfindən aşkar
edilən zaman Hüseynov özünü qeyri-səmimi aparmış, özünü təmizliyə çıxar-
mağa, məsuliyyəti başqa şəxslərin üzərinə atmağa çalışmışdır. Bu faktlarla
bağlı Azərb. KP MK-nın 1949-cu ilin fevralında keçirilmiş büro iclasında mə-
sələ müzakirə edilmiş və ona ciddi xəbərdarlıq olunmuşdur. H.Hüseynov isə
Azərb. KP MK-ya öz səhvlərini düzəldəcəyinə söz versə də, ona əməl
etməmişdir (8, 3).
47
Azərb. KP MK-nın 18 mart 1950-ci il tarixli büro iclasında qeyd edilir ki,
H.Hüseynov Azərb. KP MK-nın 1949-cu il fevral tarixli iclasının qərarından
heç bir nəticə çıxarmamış və özünün partiyaya zidd fəaliyyətini davam etdir-
mişdir.
Həmin tarixli büro iclasında daha sonra qeyd edilmişdir ki, ÜK(b) P MK
yanında MELİ-in Azərbaycan fılialının direktoru və Azərb.SSR Elmlər Aka-
demiyasının ictimai elmlər şöbəsinin rəhbəri olaraq H.Hüseynov öz vəzi-
fəsindən istifadə edərək antibolşevik məzmunlu, qeyri-elmi xarakterli, mürtəce
baxışları əks etdirən əsərlərin nəşrinə şərait yaratmış, 1949-cu ildə “dini və an-
ti
sovet” xarakter daşıyan, marksist, bolşevik ideyalarına zidd mövqedən yaz-
dığı “XIX əsr Azərbaycanda ictimai və fəlsəfı fıkir tarixindən” adlı əsəri ilə
özünün partiyaya zidd
hərəkətlərini davam etdirmişdir. Azərb. KP MK-nın
büro iclasında göstərilir ki, Hüseynov bu əsərdə kobud siyasi və nəzəri səhvlərə
yol vermiş və burjua mövqeyində durmuşdur. Həmçinin o, müridizmə düzgün
siyasi qiymət verməmiş, müridizmi mütərəqqi milli azadlıq hərəkatı kimi
səciyyələndirərkən pantürkistlərin, panislamistlərin və sovet xalqına düşmən
olan digər mürtəce xarakterli şəxslərin fikirlərini təkrar etmişdir.
Büro iclasında qeyd edilmişdir ki, Hüseynovun müridizmə verdiyi qiy-
mət müasir pantürkistlərin, panislamistlərin, ingilis-amerikan imperialistlərinin
müdafıə etdiyi türk mürtəcelərinin əlində əsas fakt kimi istifadə olunur.
Hüseynov Azərbaycanda ictimai və fəlsəfı fıkirlərin araşdırılmasını tarixi
şəraitdən kənarda axtarmışdır, tarixi şəraitin rolunu qiymətləndirməmiş, ideo-
log
iya sahəsində sinfı mübarizənin rolunu marksist nöqteyi-nəzərdən izah edə
bilməmiş, məsələlərin izahına idealist, millətçilik baxımından yanaşmışdır. Bü-
ro
nun iclasında о da qeyd edilir ki, H.Hüseynovun kitabı ideoloji sahədə par-
tiyanın qarşısında duran aktual problemlərlə bağlı yazılmamışdır. Hüseynov öz
kitabında islamın mürtəce rolunu açıqlamır, müasir idealist, mistik fəlsəfi cərə-
yanları tənqid etmir və təslimçi mövqe tutur. Əksinə o, kitab nəşr olunduqdan
sonra onu təbliğ edir, kitabın geniş dairələrdə, dostları, tanışları arasında yayıl-
masına, təriflənməsinə çalışırdı.
MK-
nın bürosunda xüsusi olaraq vurğulanmışdır ki, Hüseynov Azərb.KP
MK-
nın təbliğat şöbəsinin, respublika və SSRİ Elmlər Akademiyasının Fəlsəfə
İnstitutunun bir qrup elmi işçilərinin onun kitabı ilə bağlı tənqidi fıkirlərinə
əhəmiyyət verməmişdir. O, bu kitabında olan “nöqsanlar”, mürtəce fıkirlər"
haqqında izahat verməmiş, heç büronun iclasına da gəlməmiş və özünü xəs-
təliyə vurmuşdur. Azərb. KP MK-nın bürosunda qeyd edilmişdir ki, kitab haq-
qında tənqidi rəyin mövcud olduğu və bunun Azərb. KP MK-ya məlum
olduğunu bilə-bilə Hüseynov yenə də, belə bir rəyin olduğunu təkzib etmişdir.
Həmçinin o, bu tənqidi qeydlərdən, ona olan iradlardan nəticə çıxarmaq və bu
yoldan çəkinmək, nöqsanlarını, səhvlərini və partiyaya zidd hərəkətlərini etiraf
etmək əvəzinə, öz hərəkətlərində çaşaraq və məsuliyyətdən qaçaraq özünə sui-
qəsd - intihar etmişdir. Büroda qeyd edilmişdir ki, bütün bunlar sübut edir ki,
H.Hüseynov yanlış yolla partiya sıralarına daxil olmuş, O, partiyaya daxil
48
olmaqla, bundan öz maraqlarını, məqsədlərini həyata keçirmək üçün istifadə
etmişdir. Sonda Azərb. KP MK-ın 18 mart 1950-ci il tarixli büro iclası qərara
almışdır:
1. 1938-
ci ildən ÜK(b)P-nin üzvü (partiya bileti № 1471660), Hüseynov
Heydər Nəcəf oğlu partiyaya zidd hərəkərlərinə, qeyri-ciddiliyinə və partiya
qarşısında ikiüzlülüyünə görə partiya sıralarından kənarlaşdırılsın.
2. Hüseynov ÜK(b)P MK yanında MELİ-nin Azərbaycan fılialının direk-
to
ru və Azərbaycan Elmlər Akademiyasımn vitse-prezidenti vəzifəsindən uzaq-
laşdırılsın. Bu qərarın təsdiqi ÜK(b) P MK-dan xahiş edilsin.
3. H.Hüseynovun kitabına verilmiş Stalin mükafatının geri alınması ilə
bağlı ÜK(b) P MK-ya məktub hazırlanması Həsənov, Malyutin, Kirsanov və
Zevin yoldaşlara tapşırılsın.
Azərbaycan K(b) P
İmza:
MK-katibi
İ.V.Stalinin ölümündən (1953-cü il 5 mart) sonra N.S.Xruşşov Sov. İKP
MK katibi kimi nəzarət etdiyi partiya aparatının və ali hərbi rəhbərlərin köməyi
ilə siyasi rəqiblərinə - L.P.Beriyaya, Q.M.Malenkova və digər rəqiblərinə qalib
gələrək Sovet dövlətinə rəhbərliyi ələ keçirdi. N.S.Xruşşov 1953-cü ilin sentya-
brında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK)
birinci katibi seçildi. SSRİ-də siyasi rəhbərliyin dəyişməsi milli respublikalarda,
о cümlədən Azərbaycanda rəhbərliyin dəyişməsinə səbəb oldu.
M.C.Bağırov cinayətkar əməllərinə görə 1953-cü ildə tutduğu vəzifədən
uzaqlaşdırıldı və sonra Bakıda SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərə-
fındən ölüm cəzasına-güllələnməyə məhkum edildi (9, 1). Olkədə vəziyyət də-
yişdi. Günahsız repressiyanın qurbanları olmuş görkəmli partiya, hökumət, elm
və mədəniyyət xadimlərinə bəraət verildi.
Azərb.SSR Elmlər Akademiyasının 1956-cı il 15 may tarixli iclasında
Heydər Nəcəf oğlu Hüseynovla bağlı məsələ müzakirə edilmişdir. Həmin
müza
kirənin materiallarını təqdim edirik.
M.C.Bağırovun respublikanın təsərrüfat və mədəni quruculuq sahəsin-
dəki anormal və qüsurlu rəhbərliyinin nəticəsi olaraq 1950-ci ildə Azərbaycan
S
SR Elmlər Akademiyasının vitse-prezidenti, Akademiyanın həqiqi üzvü, fəl-
səfə elmləri doktoru, professor Heydər Hüseynov da ləkələnmiş, ona böhtan
atılmış, o da bu haqsızlıqlara dözməyərək öz həyatına son qoymuşdur. İclasda
qeyd edilmişdir ki, Heydər Hüseynov Azərbaycan fəlsəfə tarixi sahəsində çox
gör
kəmli mütəxəssis olmuşdur. O, Azərbaycan ictimai-siyasi və fəlsəfı fıkir
tarixinə, xüsusilə dialektik və tarixi materializm məsələlərinə dair çoxlu sayda
mo
noqrafıya və məqalələrin müəllifıdir. 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının təsis edilməsi ilə bağlı onun tərkibi müəyyən edilən zaman
professor
Heydər Hüseynov akademik və Azərbaycan SSR Elmlər Akade-
miyasının vitse-prezidenti təsdiq edilmişdir (11, 1). Azərb. SSR EA-nın iclasın-
da qeyd edilir
ki, H.Hüseynov uzun müddət Azərbaycan SSR Elmlər Akademi-
yasının ictimai elmlər şöbəsinə rəhbərlik etmiş, Sov. İKP MK yanında Marks-
49
Engels-Lenin
İnstitutunun Azərbaycan filialının direktoru, S.M.Kirov adına
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə
kafedrasının müdiri vəzifəsində çalışmışdır. О, Azərbaycan xalqının və onun
mədəniyyətinin, tarixinin öyrənilməsi sahəsində geniş, sanballı elmi tədqiqat
işləri aparmış, marksizm-lenizm klassiklərinin əsərlərini Azərbaycan dilinə
tərcümə etmiş, elmi kadrların yetişdirilməsində çox böyük rol oynamışdır.
Elmi kadrların hazırlanmasında yaxından iştirak etməklə, professor H.Hüsey-
nov böyük elmi irs qoyub getmişdir. Bu irsin bərpası, öyrənilməsi və təbliği
böyük elmi, siyas
i və praktiki, tərbiyəvi əhəmiyyətə malikdir.
Professor
H.Hüseynov ölümündən bir qədər əvvəl, məlum olduğu kimi,
bütün tutduğu vəzifələrdən uzaqlaşdırılmış, Elmlər Akademiyasının həqiqi
üzvlüyündən azad edilmiş, partiya sıralarından kənarlaşdırılmışdır.
Həmçinin ittifaq hökumətindən-SSRİ Nazirlər Soveti yanında ədəbiyyat
və mədəniyyət sahəsində Stalin mükafatı üzrə komitəsindən professor H.N.Hü-
sey
novun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fıkir tarixindən” adlı əsəri-
nə görə aldığı Stalin mükafatından məhrum edilməsi haqqında qərara yenidən
baxılmasını xahiş edirik
Azərbaycan SSR EA
Prezidenti:
M.M.Əliyev (14, 261).
ƏDƏBİYYAT
1.
Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 2005, 528 s.
2.
Az
ərbaycan Respublikası 1991-2001. Bakı: Azərnəşr, 2001, 360 s.
3.
Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı: Azərnəşr,
2004, 326 s.
4.
Az
ərbaycan tarixi, VII с. Bakı: Elm, 2003, 676 s.
5.
H
əsənli C. Azərbaycanda Milli Məsələ: siyasi rəhbərlik və ziyalılar 1954-1959. Bakı:
Adilo
ğlu, 2008, 544 s.
6.
“Xalq q
əzeti”, 1994, 5 oktyabr
7.
Zeynalov İ.X. Şimali Azərbaycan ikinci dünya müharibəsindən sonrakı dövrdə (1946-
1960-
cı illərdə). Azərbaycan tarixi. ХIХ-ХХI əsrin əvvəli Ali məktəblər üçün mühazirələr
kursu. Bakı: BDU, 2010, 544 s.
8.
Azorba
ycan Sovet Ensklopediyası. 10 cilddə, X c., Bakı:1987
9.
Az
ərbaycan Respublikası Prezidentinin işlər idarəsi siyasi sənədlər Arxivi, Fond 1, siyahı
43, iş 76, vərəq 276 (ARPİİSSA, F.l, Siy.43, iş 76, v.276).
10.
ARPİİSSA , F.l. Siy.43, iş 76,v. 269,270.
11.
M.C. Bağırovun Məhkəməsi.
12.
Az
ərb. SSR Elmlər Akademiyasının 15 may 1956-cı il tarixli iclası. ARPİİSSA, F.l,
Siy.43, iş.76,v.260-261
13.
ARPİİSSA,F.l, Siy.46, iş.88.
14.
ARPİİSSA, F.l, Siy.42, iş.79.
15.
ARPİİSSA, F.l, Siy.46, iş.78.
16.
ARPİİSSA, F.l, Siy.40, iş.l60.
17.
ARPİİSSA, F.l, Siy.45, iş.71.
50
НОВАЯ ВОЛНА РЕПРЕССИИ В ПОСЛЕВОЕННЫЕ ГОДЫ.
ПРАВДА О ГЕЙДАРЕ ГУСЕЙНОВЕ
И.Х.ЗЕЙНАЛОВ, Х.Р.САФАРОВА
РЕЗЮМЕ
В статье рассматривается обострение общественно-политической ситуации в рес-
публике послевоенные 1946-1956 годы, бесчинства М.Д.Багирова и его подручников в
условиях усиления командно-административного режима и культа личности И.В.Ста-
лина.
В статье также изучается новая волна репрессии против представителей интелли-
генции, государственных деятелей, деятелей культуры и науки как один из показателей
обострения тоталитарного режима в республике.
В статье главное внимание уделяется на рассмотрение доклада М.Д.Багирова на
заседании политического бюро АКП (б) от 18 марта 1950 года, сильно была критикована
и оклеймена книга известного азербайджанского философа, академика Гейдара Гусей-
нова “Из истории общественной философской мысли в Азербайджане в ХIХ веке», рас-
сматриваются принятые резолюции.
В статье также рассматривается новое политическое сложившиеся в республике
после смерти И.В.Сталина, смена в руководстве республики и реабилитация Г.Гусейно-
ва в 1956 году.
Ключевые слова: ЦК Аз.КП, пленум, съезд, Гейдар Гусейнов, философ, тотали-
тарный режим, реабилитация
A FRESH WAVE OF REPRESSION IN POST-WAR YEARS.
THE TRUTH ABOUT HEYDAR HUSEYNOV
I.Kh.ZEYNALOV, Kh.R.SAFAROVA
SUMMARY
The article studies aggravation of social-political situation in the republic in the postwar
1946 – 1956 years, atrocities by M.D.Baghirov and his hand assistants in the conditions of
command administrative regime and cult of I.V.Stalin’s personality.
Key words: Central Committee of Az. CP, congress, phylosophy, Heydar Huseynov,
totalitarian regime, rehabilitation
51
Dostları ilə paylaş: |