|
Microsoft Word Proqnozlar[1]. doc
Xəzər Universiteti
İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi
AZƏRBAYCANDA QISA VƏ ORTA
MÜDDƏTLİ
MAKROİQTİSADİ PROQNOZLAR
Buraxılış №5
İyun - Dekabr
2007
Xəzər Universiteti
İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi (İBTTM)
Buraxılış -5
AZƏRBAYCANDA İSTEHLAKÇI VƏ BİZNES
GÖZLƏMƏLƏRİN DƏYİŞİMİ
İnkişaf edən ölkələrin cari iqtisadi durumunun təhlili və gələcək inkişafının
proqnozu onların idarə edilməsində mühüm rol oynayır. Son illər Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın mühüm hissəsini neft istehsalının
artımı təmin edir. Ölkəmizin inkişaf tempinin dəyişkən xarakter daşıdığını və
tədricən azaldığını nəzərə alsaq, qısa və orta müddətli proqnoz verilməsi xüsusi
maraq kəsb edir.
Hər hansı bir iqtisadiyyatın inkişafında obyektiv faktorlarla bərabər bir sıra
subyektiv amillər də rol oynayır. Bu baxımdan proqnozların verilməsində mühüm
faktorlar kimi istehlakçı və bizneslərin subyektiv gözləmələrini xüsusilə qeyd
etmək olar. Məsələ ondan ibarətdir ki, gözləmələr yaxın gələcəyə dair qərarlara, bu
qərarların nəticələri isə öz növbəsində sabahın iqtisadi durumuna təsir göstərir.
İBTTM 2005-ci ildən Azərbaycanda istehlakçı və biznes gözləmələrinə dair
sorğular keçirir. Bu dövr ərzində inkişaf nöqteyi-nəzərindən ölkəmizdə mühüm
hadisələr baş verib. Bu dəyişiklərin sorğuların nəticələri ilə əlaqəsini araşdırmaq
iqtisadi durum baxımından maraqlıdır.
Biznes gözləmələri indeksi (BGİ) ötən üç il ərzində baza müddətinə (2005-ci
ilin III-IV rübləri) nisbətən geniş diapazonda variasiya edib. Məsələn, 2006-cı ilin
I-II rüblərində 2,4 faiz enib, 2006-cı ilin III-IV rüblərində 0,8, 2007-ci ilin 1-2
rüblərdə 8,7 faiz artıb və nəhayət son iki rübdə 0,3 faiz enib. İndeksin 2007-ci ilin
birinci yarısındakı yüksək artımı 2006-cı ilin ümumi daxili məhsulun (ÜDM)
mühüm dərəcədə artması və bu artımdan sonrakı eniş isə artım tempin azalması və
artımdan irəli gələn gözləmələrin qismən doğrulmamağı ilə əlaqələndirmək olar.
Ümumiyyətlə, geniş miqyaslı dəyişim ÜDM-in artım tempi, seçkilərin təsiri, enerji
daşıyıcılarin qiymətlərinin artımı və tam doğrulmamış ümidlərlə bağlıdır.
BGİ-nin dəyişim qanunauyğunluğu ondan ibarətdir ki, stabil iqtisadiyyatı olan
və yaxud da stabil inkişaf edən ölkələrdə BGİ-nin və ÜDM-in dəyişimləri bir-
birinə oxşar olur. Azərbaycan üçün biz bunu 2006-cı ilin ortalarından müşahidə
edirik.
Şəkil 1. BSİ və ÜDM-in artımı
Şəkil 1-dən göründüyü kimi, BSİ və ÜDM-in dəyişmə dinamikası tədricən uzlaşmağa
başlayır və 2007-ci ilin sorğusuna görə, BSİ-nin artımı ÜDM-in artımını qabaqlayır.
Sorğuya uyğun olaraq biznesin gözləmələrində istehsal həcmi, satış və
investisiyalara uyğun dəyişikliklər baş verir. Dəyişiklərin dinamikası göstərir ki,
sorğularda itirak edən kiçik və orta bizneslərin rəyinə uyğun olaraq makroiqtisadi
inkişaf ilə biznes mühiti arasında müəyyən uyğunsuzluq mövcuddur.
İstehlakçı gözləmələri indeksi (İGİ) 2006-cı ilin ikinci yarısından başlayaraq
artmağa başlayıb. 2007-ci ilin birinci yarısında baza ilinə nisbətən ən yüksək
qiymət –11,3 faiz əldə edilib və bundan sonra göstərici tədricən 7,8 faizə qədər
azalıb. Bu indeksin dəyişim xarakteri ÜDM-in və ev təsərrüfatların maliyyə
vəziyyətinin dəyişim forması ilə uyğundur. Respondentlərin fikrincə, onların cari
maliyyə vəziyyəti və iş tapmaq imkanlarında ciddi dəyişiklər yoxdur. Buna uyğun
olaraq ümumi makroiqtisadi inkişafın tempi yüksək olsa da, yüksək gözləmələrin
doğrulmamağı müşahidə olunur. Bütövlükdə baza ilə nisbətən ümumi nikbinlik
artsa da, gözləmələr və reallıq arasında kifayət qədər fərq var.
Professor Fuat Rəsulov
İqtisadi və Biznes Tədqiqatları
və Təhsili Mərkəzi, Direktor
BŞİ və ÜDM
128.3
125.2
129.4
139.5
128.7
126.4
136.3
134.4
136.2
125
100.0
105.0
110.0
115.0
120.0
125.0
130.0
135.0
140.0
145.0
(3-4)Q05
(1-2)Q06
(3-4)Q06
(1-2)Q07
(3-4)Q07
%
BŞİ
ÜDM Artımı
İSTEHLAKÇI RƏYİ
(Sorğular Yaponiyanın Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə keçirilib)
Respondentlərin sayı: 800 nəfər
Sorğular keçirilib: Bakı, Sumqayıt, Ləkəran, Şəki, Zaqatala, Gəncə, Tovuz
və Quba şəhər və qəsəbələrində.
Sorğuların nəticələri (Qısa xülasə):
1. Maliyyə vəziyyəti
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Yaxşılaşacaq
46.1 36.4
Dəyişməyəcək
39.0 48.8
Pisləşəcək
14.9 14.8
Yaxşılaşıb
28.5
Dəyişməyib
54.9
Pisləşib
16.6
Əhalinin maliyyə vəziyyətinə gəldikdə isə keçən 6 ayla mügayişədə gəlirlərin
artmasına baxmayaraq, hazırkı maliyyə vəziyyəti respondentləri tam qane etmir,
amma respondentlər gələcək 6 ayda maliyyə vəziyyətlərinin yaxşılaşacağına inanırlar.
Respondentlərin 28.5% təsdiqləib ki, maliyyə vəziyyəti yaxşılaşıb, bu isə hər 4
nəfərdən biri deməkdir. Eyni zamanda , keçən dövrlə müqayisədə “maliyyə
vəziyyətim pisdir” cavabını verənlərin də sayı biraz artıb: 2007-ci ilin ortalarında –
13.8%, 2007-ci ilin dekabr ayında isə - 16.6%. Cədvəldən göründüyü kimi, gələcək
6 ayla bağlı düşüncələr müxtəlif olsa da, daha çox müsbət tendensiyalıdır. Bu
göstəricilərdə ölkədə gedən müsbətyönümlü iqtisadi prosseslər öz təsirini göstərib.
Şəkil 2. “İndiki maliyyə vəziyyəti”- illər üzrə dinamika.
İndiki maliyyə vəziyyəti:
14,3
19,7
57,2
54,3
58,8
57,1
62,6
21,6
26,0
19,1
23,8
17,9
20,1
19,5
21,2
0
10
20
30
40
50
60
70
(3-4) Q05
(1-2) Q06
(3-4) Q06
(1-2) Q07
(3-4) Q07
%
Yaxşı
Qənaətbəxş
Pis
Qeyd: Q-kvartal deməkdir. (3-4)Q05- deməkdir “2005-ci il, 3-4-ci kvartallar”
Respondentlərin 62,6%-nin fikrincə, indiki maliyyə vəziyyəti “Qənaətbəxş”,
19,5%-nin fikrincə, “Pis”, 17,9%-nin fikrincə isə “Yaxşı”dır. Ümumiyyətlə, bu
tipli sualları analiz edərkən, istehlakçıların standart anlayışlarına diqqət yetirmək
lazımdır. Bəzən ola bilər ki, daha az qazancı olan ev təsərrüfatı özünün maliyyə
vəziyyətini yaxşı, daha çox qazancı və iddiaları olan ev təsərrüfatı isə özünün
maliyyə vəziyyətini pis olaraq qiymətləndirsin.
2. İş tapmaq imkanları
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr 2007-
cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Yaxşıdır 39.2
38.3
Qənaətbaxşdir 42.6
49.7
Pis 18.2
12
Yaxşılaşıb
12.5
Dəyişməyib
42.9
Pisləşib
44.6
Nəticələrdən aydındır ki, respondentlər bütövlükdə əmək bazarının vəziyyətindən
narazıdırlar, amma 38.3% gələcək 6 ayda iş tapmaq imkanlarının yaxşılaşacağına
inanırlar. Qeyd edmək lazımdır ki, işsizlik ölkədə, əsasən, “friksion” xarakter
daşıyır, bu isə ölkədəki mövcud olan peşə hazırlığı sisteminin zəifliyini göstərir.
Şəkil 3. “Gələcək iş tapmaq imkanları”- illər üzrə dinamika.
Gələcək 6 ayda iş tapmaq imkanları:
20,8
29,3
37,6
39,2
38,3
36,5
48,6
40,2
42,6
49,7
15,9
22,0
22,2
18,2
12,0
0
10
20
30
40
50
60
(3-4) Q05
(1-2) Q06
(3-4) Q06
(1-2) Q07
(3-4) Q07
%
Yaxşılaşacaq
Dəyişməyəcək
Pisləşəcək
Respondentlərin 38,3%-i gələcək 6 ayda iş tapmaq imkanlarının
yaxşılaşacağına, 49,7%-i dəyişməyəcəyinə, 12%-i isə pisləşəcəyinə inanır. Gələcək
iş tapmaq imkanları haqqında respondentlərin rəyləri prinsipcə müsbət
tendensiyalıdır. Onu da nəzərinizə çatdıraq ki, əvvəlki sorğulardan fərqli olaraq,
Gİİ İRİ-ni təşkil edən komponentlər arasında ən çox (5,3%) artma göstərərək
126.3 qiymətinə malik olmuşdur. Əvvəlki sorğulardan fərqli olaraq, İRİ-ni təşkil
edən komponentlər arasında Gİİ ən çox (5,3%) artma göstərərək 126.3 qiymətinə
malik olmuş və GMV-ni qabaqlayaraq ən yüksək qiymətə malik olmuşdur..
İndi isə hazırkı və gələcək iş tapmaq indikatorlarını analiz edək.
Şəkil 4. Hazırki və gələcək iş tapmaq indikatorları
Qrafikdən göründüyü kimi, 2005-2007-ci illər ərzində gələcək iş tapmaq
imkanlarınin artımı davam edib amma son dövrdə hazırki iş tapmaq imkanları isə
azalmışdır.
İş tapmaq imkanı indikatorları
57,6
61,4
68,5
78,7
67,9
106,8
107,3
115,5
120,9
126,3
0
20
40
60
80
100
120
140
(3-4)05
(1-2)06
(3-4)06
(1-2)07
(3-4)07
Hİİ
Gİİ
3. Qiymətlərin dəyişimi və inflyasiya
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Artacaq
73.3 85.5
Dəyişməyəcək 17.2
9.5
Azalacaq
9.5 5.0
Artıb
92.1
Dəyişməyib
6.2
Azalıb
1.6
Qiymətlərin artmasına gəldikdə isə respondentlərin böyük əksəriyyəti keçən
6 ayda qiymətlərin artdığını təsdiqləyir və gələcək 6 ayda da qiymətlərin artımını
gözləyirlər. Eyni zamanda, onlar ümid edirlər ki, qiymətlərin artım tempi azalacaq.
ÜDM sürətlə artan zaman inflyasiyanın idarə olunması mürəkkəb bir
problemdir və onun həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
Aydındır ki, ÜDM-in, M2-nin və büdcə xərclərinin misli görünməmiş sürətilə
artımı inflyasiyanın artımına güclü təkan vermişdir.
4. Pulun qənaəti, borc verilmə və alınması
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Pula qənaət etmişəm 45.5
51.2
Banka pul qoymuşam 7.0
4.2
Borc pul almıçam 29.2
23.0
Borc pul vermişəm 13.4
10.1
Respondentlərin 51.2%-i pula qənaət edib, 4.2%-i banka pul qoyub, 23,0%-i
borc pul alıb, 10,1%-i borc pul verib. Müşahidə dövrü ərzində pula qənaət edən
respondentlərin sayı keçən dövrə nisbətən artıb. Sözsüz ki, 2007-ci ilin yanvarında
ki Tarif Şurasının qərarı və sonrakı baş verən inflyasianın nəticəsi olaraq müşahidə
dövrü ərzində pula qənaət edən respondentlərin sayı ilin birinci yarısında azalmış,
ancaq sonraki dövr yenidən artmışdır. Eyni zamanda, keçən dövrlərə nisbətən,
banka pul qoyan respondentlərin faiz göstəricisi nisbətən azalıb.
5. Uzun müddətli əşyalar almaq üçün uyğun vaxtdırmı?
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Bəli 24.4
23.1
Xeyr 55.0
46.5
Deməyə çətinlik çəkirəm 19.8 30.4
Alınıb:
Mobil
telefon
18.6 19.9 11.2
Qızıl-gümüş 7.9
7.5
5
Səyahətə çıxmaq
7.3 6.9 9.9
Kompüter 8.1
8.2
13.6
Televizor
5.6 6.6 5.6
Paltaryuyan maşın
7.8 7.4 6.3
Soyuducu/kondisioner 4.1
3.8 4
Ev təmiri 6.9
7.2
14.3
Torpaq sahəsi
4.2 4.0 4.8
Maşın
3.0 3.4 6.1
Mebel
5.8 5.1 5.9
Respondentlərin əksəriyyəti hesab edir ki, cari vəziyyət onların
uzunmüddətli əşyalar alması üçün münasib deyil (46.5%). Təkcə 23.1% hesab edir
ki, uyğun vaxtdır. Eyni zamanda hansı əşyalara və xidmətlərə üstünlük verilməsi
kifayət qədər maraqlıdır.
Gördüyünüz kimi, “mobil telefonlar”birinci yerdə durub. Sonra isə
kompüter, qızıl, paltaryuyan maşın, ev təmiri, səyahətə çıxmaq və s. gəlir. Ancaq
gələcək 6 ayın proqnozlarına baxaraq vacib dəyişikləri müşahidə edirik. Mobil
telefonlara, qızıla, paltaryuyan maşınlara maraq azalan da, marag
kompyuterlərə,ev təmirinə, səyahətlərə (geyd edək ki burada həm xarici, həm də
daxili səyahətlər nəzərdə tutulur), yenidən maşınlara, və mebelə xeyli artır.
Biznes Gözləmələri
(Sorğular Yaponiyanın Sasakava Sülh Fondunun maliyyə dəstəyi ilə keçirilib)
Respondentlərin sayı: 200 şirkət
Sorğular keçirilib: Bakı, Sumqayıt, Ləkəran, Şəki, Zaqatala, Gəncə, Tovuz və
Quba şəhər və qəsəbələrində.
Sorğu hesabatı Azərbaycanda 2007-ci ilin ikinci yarısında mövcud olan və 2008-ci
ilin birinci yarımilliyində gözlənilən biznes şəraiti haqqında biznes qurumlarının rəy və
fikirlərini ümumiləşdirir.
Sözsüz ki, həm yüksək templi inflyasiya, həm manatın möhkəmlənməsi həm də
enerji daşıyıcılarının qiymətinin artması yerli istehsalçılara öz mənfi təsirini
göstərməyə bilməzdi. İqtisadiyyatın qeyri-neft sektorların artım templəri neft
sektoruna nisbətən o qədər də yüksək olmamış və bu da öz növbəsində qeyri-neft
sektorundan toplanmış informasiya əsasında hesablanan Biznes Şəraiti İndeksinin
(BŞİ) nisbətən daha kiçik artımına səbəb olmuşdur. BŞİ-nin əvvəlki dövrə
nisbətən azalması biznes qurumlarının Azərbaycandakı biznes şəraitinə və yaxın
gələcəkdəki iqtisadi vəziyyətə dair inamlarının tədricən azaldığını və ümidlərinin
qismən də olsa, doğrulmadığını əks etdirir.
BŞİ-nin səkkiz komponentin hamısında azalma müşahidə olunmuşdur.
Müqayisə üçün qeyd edək ki, ötən dövrdə ancaq bir komponentdə cüzi azalma
müşahidə olunmuş, digər bütün komponentlər nəzərəçarpacaq qədər artmışdı.
Sorğuların nəticələri (Qısa xülasə):
1. İstehsal/satış/xidmət həcmi
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Artacaq
51.9 37.1
Dəyişməyəcək
41.8 58.4
Azalacaq
6.3 4.6
Artıb
38.1
Dəyişməyib
49.2
Azalıb
12.7
Şəkil 5. İstehsal güclərinin istifadəsi
Hal hazırda istehsal sahələri:
12,3
11,5
13,7
46,8
52,3
53,4
71,2
65,0
41,6
35,4
17,3
21,3
6,3
23,0
23,6
0,0
10,0
20,0
30,0
40,0
50,0
60,0
70,0
80,0
(3-4)Q05
(1-2)Q06
(3-4)Q06
(1-2)Q07
(3-4)Q07
%
Gücündən yuxarı səviyyədə işləyir
Tam gücü ilə işləyir
Gücündən aşağı səviyyədə işləyir
Keçən 6 ayla müqayisədə, istehsalın artımı barədə məlumat verən və ya artıma
ümid edənlərin sayı azalıb. Biznes qurumları mövcud istehsal güclərindən istifadə
edilməsinə daha çox fikir verirlər. Respondentlərin 65% tam gücü ilə, 13.7% isə
gücündən yuxarı səviyyədə işlədiyi barədə məlumat verib. Bu isə o demək dir ki,
yaxın zamanda istehsalatda böyük artım gözləmək olmaz. Artım mümkündir yalnız
yeni istehsalat müəssələrin açılması, yaxud mövcud şirkətlərdə istehsalat gücünü
artırılması vasitəsilə. Bu nöqtəyi-nəzərdən, investisiya qoyuluşuna sahibkarların
münasibəti maraq kəsb edir.
2.İnvestisiya
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Artacaq
62.0 54.8
Dəyişməyəcək
32.7 41.6
Azalacaq
5.3 3.6
Artıb
39.1
Dəyişməyib
54.3
Azalıb
6.6
Respondentlərin 39.1% investisiya xərclərinin artdığını, 54.8% isə gələcək altı
ayda artacağını güman edirlər. Eyni zamanda, təşkilatların 6.6 %-də investisiyalar
azalıb. Ümumiyyətlə, yerli kompaniyalarda investisiyalarin artımı müşahidə
olunur. Özəl və dövlət sektorlarına, xüsusilə, qeyri-neft sektoruna qoyulan
investisiyaların həvəsləndirilməsi və stabilləşdirilməsi istiqamətində xüsusi
tədbirlərin həyata keçirilməsi investisiya axınının artmasını təmin edə bilər.
3. Satışlar
Yanvar-iyul
2007-cı ildə
gözlənilirdi ki,
İyul-dekabr
aylarında
%
İyul-dekabr
2007-cı ildə
təstiqləyiblər,
%
Yanvar-iyul
2008
(Gözləntilər), %
Artacaq
60.6 48.7
Dəyişməyəcək
34.6 48.7
Azalacaq
4.8 2.5
Artıb
41.1
Dəyişməyib
45.2
Azalıb
13.7
Şirkətlərın 41 %-dən çoxu satışların artımı haqqında məlumat verir. Eyni
zamanda, 48.7 % isə artımı gözləyir. Buna baxmarayaq satışların artımına dair
ümidlər əvvəlki dövrə nisbətən daha aşağı səviyyədədir.
4. İşçi sayı və maaşlar (Yanvar-iyul 2008)
Şəkil 6. İşçi sayı
Respondentlərin böyük qismi – 57,7%-i hesab edir ki, işçilərin sayı
dəyişməyəçək. Eyni zaman, baxmayaraq ki 33.5%-ə yaxını 6 ayda işçilərin
maaşlarının artacağını bəyan edirlər, 65.5% maaşlarının artırılmasını planlaşdırmır.
Nəticə
Ümumiyyətlə, sorğunun nəticələri Azərbaycanın makroiqtisadi inkişafında baş
verən müsbət tendensiyaları əks etdirir
.
İşçi sayı gələcək 6 ayda:
36,5
57,7
5,8
0,0
10,0
20,0
30,0
40,0
50,0
60,0
70,0
Artacaq
Dəyişməyəcək
Azalacaq
(1-2)Q08
Xəzər Universiteti
İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzi (İBTTM)
Azərbaycan üzrə bəzi makroiqtisadi
qöstəricilərin
ortamüddətli (2008-2011-ci illər) proqnozları.
İnkişafımız: Reallıq və Gözləmələr
İnsanların əksəriyyəti gələcəyə ümidlə baxır və hesab edirlər ki, bu gün nail
olmayanı sabah əldə etmək olar, arzularına nail olmaq üçün onlar müxtəlif planlar
düzüb qoşurlar. Ayrı-ayrı şəxslər və ailələr səviyyəsində bu məsələlərin həlli
miqyas baxımından qismən sadə xarakter daşıyır.
Müəssisə, təşkilatlar və xüsusilə dövlət səviyyəsində gələcəyin proqnozu və
proqnoz əsasında inkişaf planların hazırlanması çox ciddi bir problemdir. Keçid
dövrü yaşayan və eyni zamanda iqtisadiyyatı misli görünməmiş sürətlə artan
Azərbaycanda əsaslandırılmış proqnozların hazırlanması əhəmiyyətlik və
mürəkkəblik baxımından müstəsna xarakter daşıyır.
Məlumdur ki, 2006-cı ildə ÜDM-in artımı 36,6%, son üç il ərzində isə orta
artım 28% təşkil etmişdir. Bu görünməmiş artım tempindən başlayaraq, artım
tədricən azalır və 2011-ci ilə qədər ekspertlərin fikrincə artım tempinin 2-3% qədər
enməsi gözlənilir. Neft ÜDM-i yüksək artım templərinə malikdir, lakin qeyri-neft
sektorunun artım tempi neft sektorunda mövcud olan artımla müqayisəolunmaz
dərəcədə aşağıdır. ÜDM-in yüksək artımı eyni zamanda inflyasiyanın sürətli artımı
ilə müsayiət olunur. Ötən üç il ərzində inflyasiya 9,6%-dən 18%-ə qədər artmışdır.
Proqnoz baxımından iqtisadyyatımızın aşağıdakı xüsusiyyətləri qeyd etmək
olar:
• neft istehsalının və ÜDM-in 2005-ci ildən başlayaraq sürətli artımı;
• sürətli artımın müvəqqəti xarakteri;
• keçid dövründə iqtisadi inkişafa dair məhdud həcmli etibarlı məlumatın əldə
edilməsi imkanları;
• investisiyaların qeyri-müntəzəm xarakteri;
• qeyri-neft sektorun inkişafına dair uzun müddətli proqramın olmaması;
• ikirəqəmli inflyasiya və sürətlə artan büdcə xərcləri;
• ÜDM-in yüksək artım tempinin ancaq neftin hesabına təmin olunması;
• əlverişsiz biznes mühiti;
• Holand sindromunun ilk əlamətləri.
Qeyri-adi inkişaf şəraiti proqnoz baxımından xüsusi bir yanaşma tələb edir.
İndiyə kimi Azərbaycanın iqtisadi inkişafın proqnozu üçün Beynəlxalq Valyuta
Fondu (BVF), İqtisadi İnkişaf Nazirliyi (İİN) və digər təşkilatlar müxtəlif
yanaşmalara əsaslanan bir sıra modellər tətbiq etmişlər. Hər bir modelin müəyyən
üstünlük və çatışmazlıqları var.
Məlumdur ki, ümumiyyətlə onlarla müxtəlif inkişaf modelləri mövcuddur.
Lakin keçid dövrünü yaşayan Azərbaycanda məhdud həcmli etibarlı statistik
məlumatın mövcudluğu proqnoz modelinin qurulma imkanlarını məhdudlaşdırır.
Belə şəraitdə qismən sadə modellərin işlənilməsi məqsədəuyğundur.
Qeyd olunanları nəzərə alaraq, Xəzər Universitetinin İqtisadi və Biznes
Tədqiqatı və Təhsil Mərkəzində (İBTTM) ölkəmizdə toplanılmış və beynəlxalq
təcrübəyə əsaslanaraq simulyasiya yanaşmasına əsaslanan proqnoz modeli
işlənilmişdir. Modelin əsas üstünlüyü ondan ibarətdir ki, o dəyişkən iqtisadi mühiti
nəzərə almaqla müxtəlif inkişaf ssenarilərini nəzərdən keçirməyə imkan verir.
Model əsasında hər bir iqtisadi göstərici üçün gözlənilən qiymət və onun dəyişmə
intervalı müəyyən edilir.
Ssenarilərin sayı müxtəlif ola bilər, hər bir ssenari üçün əvvəlcədən bəzi
mühüm amillər müəyyən olunmalıdır, məsələn dünya bazarın vəziyyətinin
ölkəmizin inkişafı üçün uyğunluğu, neftin qiymətləri, ölkəmizin iqtisadi siyasətin
keyfiyyəti və s.
Əlverişli inkişaf şəraiti: Əsaslandırılmış iqtisadi siyasət, münasib şərait, neftin
hər barelin qiyməti 90$ və s. Bu ssenaridə neftin qiyməti sabit olaraq 90$
götürülüb, bunun əsas səbəbi 2007- ci ilin sonunda neftin qiymətinin bu səviyyəyə
çatması idi. Modelin digər fərziyyəsi isə ondan ibarətdir ki, neft istehsalını istisna
etməklə, yaxın dörd ildə digər şərtlər təqribən eyni səviyyədə qalacaq.
Əlverişsiz inkişaf şəraiti: Orta səviyyəli idarəetmə və iqtisadi şərait, neftin hər
barelinin qiyməti 60$ və s. Məlumdur ki, 1990-cı ildən başlayaraq bu günədək
neftin qiymətində eniş ancaq 1997-1999-cı illərdə müşahidə olunub. Çox güman
ki, geopolitik vəziyyəti, digər ölkələrin inkişaf tempini və s. nəzərə alsaq,
qiymətlərin ciddi enişin ehtimalı kifayət qədər aşağıdır. Bununla belə ekspertlərin
rəyinə görə neft qiymətlərinin 60$ qədər enməsi inkişafi neft hasilatı ilə təmin
olunan ölkə üçün kritik xarakter daşıyır və məhz bu səbəbə görə ssenaridə bu
qiymət nəzərə alınıb. Bu ssenaridə eyni zamanda digər xoşagəlməyən əlamətlərin
artımının mümkünlüyü da nəzərə alınıb.
Hər iki ssenaridə qeyri-neft sektorunun ÜDM-də payının tədricən artması
güman edilir, əlverişsiz ssenaridə 2011-ci ilə qeyri-neft sektorunun ÜDM-də
payının 46-48% radələrində və əlverişsiz ssenaridə isə bu rəqəmin ancaq 40-42%
olması fərz edilir.
Cədvəl 1. 2008-2011-ci illər üzrə makroiqtisadi göstəricilərin proqnozu
Makroiqtisadi göstəricilər
Ssenari
2008 2009 2010 2011
Əlverişli
30,5-31,1 35,5-36,1 37,9-38,5 39,6-40,5
Sabit qiymətlərdə ÜDM, (mlrd. AZN)
Əlverişsiz 27,4-27,0 30,6-31,1 32,5-33,0 33,2-33,8
Əlverişli 22,7-23,7 13,6-14,3 9,5-10,0 3,0-3,2
ÜDM-in real artımı, %-lə
Əlverişsiz 20,7-21,8 13,1-13,8 8,1-8,5 2,7-2,8
Əlverişli
18,5-18,9 21,2-21,6 21,4-21,9 20,9-21,5
Sabit qiymətlərdə neft ÜDM-i (mlrd.
AZN)
Əlverişsiz 16,1-16,4 18,7-19,0 19,5-19,9 19,4-19,7
Əlverişli
12,2-12,6 14,1-14,6 16,4-16,9 18,6-19,2
Sabit qiymətlərdə qeyri-neft ÜDM-i
(mlrd. AZN)
Əlverişsiz 10,3-10,6 11,6-12,0 12,6-13,0 13,5-14,0
Əlverişli
6,2-6,6 7,3-7,7 7,6-8.0 8,4-8,9
Kənd təsərrufatın real artımı, %-lə
Əlverişsiz
5,4-6,0 6,2-6,7 6,7-7,3 7,6-8,2
Əlverişli
14,3-14,4 14,6-14,7 15,0-15,1 15,3-15,4
Ticarətin real artımı, %-lə
Əlverişsiz 13.2-13.4 13,6-13,9 13,9-14,1 14,3-14,5
Əlverişli
7,2-7,6 9,0-9,5 9,2-9,6 8,3-8,7
Tikintinin real artımı, %-lə
Əlverişsiz
6,5-6,9 8,4-8,9 8,3-8,9 7,9-8,4
Əlverişli
31,3-31,9 19,0-19,6 7,1-7,7 -(0,9-
0,3)
Sənayenin real artımı, %-lə
Əlverişsiz 30,1-30,9 18,1-18,9 6,3-7,1 -(1,5-0,9)
Əlverişli
16,4-17,0 12,8-13,5 11,4-12.0 8,4-9,1
İnflyasiya, %-lə
Əlverişsiz 18.5-19,3 17,0-18,1 15,5-16,5 11,9-12,9
Əlverişli
7,6-7,8 9,0-9,1 9,8-10,0 10,2-10,5
Büdcə xərcləri (mlrd. AZN)
Əlverişsiz
6,7-6,8 7,8-7,9 8,2-8,3 8,6-8,8
Bəzi iqtisadi göstəricilər üçün BVF, Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyi və İBTTM tərəfindən hazırlanmış proqnozların müqyisəsi aşağıdakı
cədvəldə verilib:
Cədvə 2. Bəzi makroiqtisadi proqnozların müqyisəsi
ÜDM-in real artımı, %-lə İnflyasiya, %-lə Kənd təsərüfatın real artımı, %-lə
İl
İMF
İİN
İBTTM
İMF İBTTM
İİN
İBTTM
2008 23,1 22,3 22-23
17 16,6-17,1 9,5
6,2-6,6
2009 13,6 14,5 13,4-14
13 12,9-13,4 9,5
7,3-7,7
2010 4,5 6,2 9.5-9,9
12 11,2-11,7 9,5
7,6-8
2011 -0,8 -
3-3,2
12 8,6-9,1
-
8,4-8,8
Hesabatlar göstərir ki, gələcək dörd il ərzində əlverişli və əlverişsis inkişaf
istiqamətləri arasında bəzi göstəricilərdə mühüm fərq yarana bilər. Məsələn, ÜDM-
də bu fərq 7 mlrd.AZN, inflyasiyada 3.8 faiz, ÜDM-də qeyri-neft sektorun payında
isə fərq 12.9 faizə çata bilər.
NƏTİCƏ
İqtisadiyyatın inkişaf mərhələsi, informasiyanın keyfiyyəti, modelin cavab
verəcəyi suallardan asılı olaraq, artım və inkişafı proqnozlaşdırmaq məqsədilə
müxtəlif yanaşma və modellərdən istifadə etmək olar. Bütün bu modellər mümkün
olan situasiyalarda universal vasitə kimi istifadə oluna bilməz. Azərbaycan
iqtisadiyyatının əldə etdiyi təcrubə bir daha göstərir ki, əksər hallarda digər ölkələr
üçün yaradılan modellər yerli şəraitə uyğunlaşdırılanda münasib olmur.
Bu sahədə əldə edilmiş təcrübəni ümumiləşdirərək simulyasiya modeli
qurulmuşdur. Model iqtisadiyyatın iki inkişaf ssenarisinin simulyasiyası üçün
istifadə edilmişdir – əlverişli və əlverişsiz iqtisadi şərait.
Simulyasiya nəticəsində iqtisadi göstəricilərin interval qiymətləri müəyyən
olunmuşdur. Model vasitəsilə proqnozlaşdırılmış göstəricilərin bir qismi BVF və
İqtisadi İnkişaf Nazirliyinin proqnozları ilə müqayisə edilmişdir. Proqnozlar
kifayət qədər bir-birinə yaxındır.
Proqnozların reallıq ilə uzlaşmasını təmin etmək üçün iqtisadi indikatorların
sayı, statistik məlumatın və simulyasiya prosedurlarının keyfiyyətinin artırılması
zəruridir. Model əsasında alınmış proqnozlar dəyərləndirmək məqsədilə
ekspertlərə təqdim olunmalıdır.
Azərbaycanın inkişafının yüksək dinamikasını nəzərə alaraq üç illik orta
müddətli proqnozların verilməsi və hər bir ilin sonunda əldə edilmiş informasiyanı
nəzərə alaraq proqnozun yeniləşdirilməsi məqsədəuyğundur.
Professor Fuat Rəsulov
İqtisadi və Biznes Tədqiqatları
və Təhsili Mərkəzi, Direktor
Dostları ilə paylaş: |
|
|