www.monitor-systems-engineering.com
Monitor Systems
ABERDEEN : NORWAY : DUBAI : SINGAPORE : MEXICO
Mündəricat
Giriş
Keyfiyyət
Gəmi İdarəetmə Sistemi (GİS)
Ballasta Nəzarət və Çənin Ölçülməsi
Gəmi Dibinin Ölçülməsi və Nəzarət
Estakada Faza Differensialı Monitorinqi (EFD)
Ərazidə Tədqiqat, Təmir, Dizayn və Tikinti
Səpmə Yükü Çəninə Nəzarət və Monitorinq
Tullayışa Qarşı Preventor (TQP) nəzarəti
Su Keçirməz Qapının Monitorinqi və Nəzarət
Burğu və Boşluqda Sızıntı Aşkarlama
Dəyərlər
Lövbər Braşpili Monitorinqi
Avadanlıq Həyəcan Siqnalı Monitorinqi
Yanğın Əleyhinə Arakəsmələrin Monitorinqi Sistemi
Qazma Məlumatının Əldə Olunması
Quyuya Nəzarət (HPHT)
Yenilikçi Mühəndislik
Əks Osmos Suhazırlayıcıları
Helikopter Sahəsi və Ətraf Mühit Monitorinqi
Kran və Sifariş Əsasında Hazırlanan Yük Monitorinq
Piratçılıq Əleyhinə Mexanizm və Dənizdə Təhlükəsizlik
Layihə İdarəetməsi
Mənbə və Təchizat
04 - 05
06 - 07
08 - 09
10 - 11
12 - 13
14 - 15
16 - 17
18 - 19
20 - 21
22 - 23
24 - 25
26 - 27
28 - 29
30 - 31
32 - 33
34 - 35
36 - 37
38 - 39
40 - 41
42 - 43
44 - 45
46 - 47
48 - 49
50 - 51
www.monitor-systems-engineering.com
02 - 03
Giriş
M
onitor Systems Scotland Limited, 1997-ci ildə Aberdində açıq
dənizdə qazma buruqları və platformalarında etibarlı, keyfiyyətli,
fərdiləşdirilmiş təhlükəsizlik avadanlıqlarına nəzarət, eləcə də
təhlükəli və təhlükəsiz mühitlərin müşahidəsi məhsullarına artan
tələbatı ödəmək üçün təsis olunmuşdu.
Təsis olunandan bəri, Monitor Systems özünü bir
çox sənaye sahələrini təmsil edən kiçik və çoxmillətli
təşkilatlar üçün sifariş əsasında hazırlanan təhlükəsizlik
üzrə elektrik/elektron nəzarəti və müşahidə alətlərinin
aparıcı təchizatçısı kimi doğrultmuş, inkişafa görə
artıq üçüncü dəfədir ki, Deloitte Technology Fast 50
mükafatına layiq görülmüşdür.
www.monitor-systems-engineering.com
04 - 05
Keyfiyyət
M
onitor Systems prosedurları daim nəzarətdə saxlamaqla, mütəmadi
keyfiyyət proqramına sadiqdir. Biz, BS EN ISO 9001 və First Point
sertifikatlarına malikik. Monitor Systems, müştəriləmizin dünya səviyyəli
məhsullar və xidmətlərə olan tələbatını ödəmək üçün tələb olunan,
fəaliyyətlərin və proseslərin tamamını əhatə edən keyfiyyətə nəzarət
sistemindən istifadə edir. Təhlükəsizliyə çox böyük önəm verməklə yanaşı,
Monitor Systems, öz işçiləri və podratçılarının yerinə yetirdikləri bütün
fəaliyyətləri müəyyən edən təhlükəsizlik prinsipləri toplusunu qəbul etmişdir.
Şirkət, göstərilən xidmətlərin və hazırlanan məhsulların keyfiyyətinin ən yüksək
standarta, yerli və beynəlxalq standartlara uyğun olmasını və müştərinin
ehtiyaclarına və müqavilə tələblərinə cavab verməsini təmin etməkdə qərarlıdır.
Monitor Systems, Keyfiyyətə Nəzarət Sistemimizə uyğun olaraq səmərəli iş
keyfiyyəti üçün bacarıqlı, ixtisaslı mühəndislərimizin və işçi heyətimizin mütəmadi
olaraq müşahidə və nəzarət olunmasını təmin edir.
www.monitor-systems-engineering.com
06 - 07
Gəmi
İdarəetmə
(GIS)
B
izim Gəmi İdarəetmə Sistemimiz bütün gəmidə müxtəlif sistemləri və prosesləri
müşahidə və onlara nəzarət etmək üçün tərtib olunub. Ballast, Səpmə Yükünü
Ötürmə, Gəmi Dibi, Yanacaq Ötürməsi, Təmiz Su, Yağlı Su Ayırıcıları, Avadanlıq
Həyəcan Siqnalı Sistemləri, eləcə də Ziyansızlıq və Sabitlik üzrə Proqram
Təminatı tək Nəzarət Sisteminə inteqrasiya oluna bilər.
Ərazidə sınanmış sensorlar və avadanlıq ilə yanaşı, rezerv emal qurğusunun və
proqram təminatının istifadəsi vasitəsilə etibarlılıq təmin olunur. Nəzarət Stansiyaları
gəmidə müxtəlif yerlərdə yerləşdirilə bilər. HMİ-lar fərdi sistem nəzarətini və göstəricini
təmin etmək üçün yerli stansiyalara inteqrasiya oluna bilər. Tam və ya məhdud nəzarət
funksiyaları ilə çoxsaylı nəzarət stansiyaları qurula bilər. Məlumatlar real vaxt rejimində
qiymətləndirilə bilər və ya ixrac və kənar təhlil üçün bərk diskdə saxlanıla bilər.
www.monitor-systems-engineering.com
08 - 09
BALLASTA
NƏZARƏT VƏ
ÇƏNİN
ÖLÇÜLMƏSİ
M
onitor Systems bütün dünyada yarım-sualtı qurğular üçün Ballasta Nəzarət
Sistemlərinin və Özüqalxan Platforma üçün Yükləmə Öncəsi Çən Ölçülməsinin dizaynı,
layihə idarəetməsi, quraşdırma və işə salınması üzrə sınanmış keçmişə malikdir. Bizim
Ballasta Nəzarət Sistemi, ballast çəni səviyyəsinin dəqiq ölçüsünü verməklə Çən
Ölçməsini ehtiva edir. Ballast Nasosları, Ballast Klapanları və Ötürücülərinə nəzarət
operatora bütün Ballast Sisteminə nəzarət imkanı verir. Əməliyyatları gücləndirmək üçün
axın sürəti və boşalma təzyiqi müşahidə oluna bilər. Düyməyə basmaqla əməliyyatçının
müvafiq həcmi doldurması və ya boşaltmasına şərait yaratmaq üçün avtomatlaşdırılmış
doldurma və boşaltma şablonları əlavə oluna bilər.
Bizim Çən Ölçmə Sistemimiz Ballastda, Dizel Yağında, Mədən Suyu Yağında, Mədən
Məhlulunda, Drenaj Suyunda, İçməli Suda və Qazma Su Çənində suyun həcminin müşahidə
və qeyd olunması üçün etibarlı və sadə bir metod təmin edir. Çən səviyyəsinin mütəmadi
olaraq ölçülməsi çətin manual zondla tədiq etmə zərurətini aradan qaldırır. Çən Həcmi və
Çəkisi, Çən Səviyyəsindən əldə olunur və HMİ ekranlarında qrafiki şəkildə nümayiş olunur.
www.monitor-systems-engineering.com
10 - 11
Gəmi
Dibinin
Monitorinqi
və Nəzarət
G
əmi Dibinin Monitorinqi, gəmi dibi suyunun uzaqdan sadə və səmərəli
monitorinqini təmin edir. Əməliyyatçı sahəsində yerləşən HMİ-lar bütün gəmi
dibi çənlərinin statusunu aydın göstərir, eləcə də su basması barədə xəbərdarlıq
etmək üçün səsli həyəcan siqnalları buraxır.
Gəmi Dibi Nəzarəti, artıq suyu təhlükəsiz şəkildə çıxarmaq üçün ejektorlara və klapanlara
nəzarət etmək üçün asanlıqla Gəmi Dibinin Monitorinqi sisteminə inteqrasiya oluna bilər.
Tam əvəzedici rezerv sistemi təmin olunur. Gəmi dibi sensorları, çox səmərəli aşkarlama
sistemini təmin etmək məqsədi ilə həm mütəmadi xəta müşahidəsi cihazı həm də
uzaqdan idarə olunan sınaq avadanlığıdır, beləliklə də istismar və sınaq üçün əlçatmaz,
uzaq yerlərə girmək ehtiyacı aradan qalxmış olur.
Gəmi Dibi Nəzarət Sistemləri mövcud gəmi dibi klapanlarına asanlıqla birləşdirilə bilər və
ya yeni işə salınmış klapanlar təchiz oluna bilər.
www.monitor-systems-engineering.com
12 - 13
Estakada
Faza
Differensialı
Monitorinqi
(EFD)
(RPD)
Y
ükqaldırma əməliyyatları zamanı Estakada Faza Differensialının monitorinqi
mümkün dayağın həddən artıq yüklənməsi barədə öncədən məlumat verə bilər.
Yükqaldırma əməliyyatları zamanı mütəmadi manual Estakada Faza Ölçməsinin
yerinə yetirilməsi həm çətindir, həm də xəta ehtimalı böyükdür. Estakada Faza
Differensialı Monitorinq Sistemi hər bir dayaqda Estakada Faza Fərqini qeydə almaq
və ölçmək üçün dəqiq elektron/mexaniki sistem təmin edir.
Monitoring Systems M1000 Estakada Faza Differensialı Monitorinq Sistemi, dayağın
işə salınmasının avtomatlaşdırılmış real-vaxt monitorinqini təmin etməklə, müntəzəm
manual ölçmə ehtiyacını əvəz edərək işə salma vaxtını böyük ölçüdə azaldır. EFD (R.P.D)
Monitorinq Sistemi EFD xətalarını aşkar edir və xətaları dayandırmaq üçün lazım olan
korrektiv tədbirləri yönləndirir. EFD (R.P.D.) Monitorinq Sistemi həmçinin Rezerv Dayağı,
Gövdədən Aşağıda olan Dayaq, Uca Qədər Olan Məsafə və Dayağın Penetrasiyası kimi
parametrləri təmin etməklə dayaq mövqeyini izləyir və bu barədə məlumat verir.
www.monitor-systems-engineering.com
14 - 15
Açıq Dənizdə Özüqalxan
Platformalar, Yarım-sualtı qurğular,
FPSO-lar və platformalar üçün
Təhlükəsizliyə Nəzarət və
Monitorinq Sistemlərinin
yerində Tədqiqatı, Təmiri,
Dizaynı və Quraşdırılması
... etdiyimiz hər şey
missiyamız, dəyərlərimiz və gələcəyə
baxışımızdan ilhamlanır.
www.monitor-systems-engineering.com
16 - 17
Səpmə
Yük Çəninə
Nəzarət və
Monitorinq
B
izim Səpmə Yük Çənini Monitorinq Sistemimiz, Qazma Mayesi və
Sement Qarışdırma Əməliyyatları üçün Səpmə Yükünün (Barit, Bentonit,
Sement və s.) miqdarını ölçür. Müvafiq Çənə uyğun olması üçün müxtəlif
sensorlardan istifadə oluna bilər. İdarə Olunan Dalğa Radarı ən çox istifadə
olunan ölçmə metodu olsa da, Hidravlik Yük Sensoru, Deformasiya
Sensoru, Həcmə Əsaslanan Sensorlar və s. istifadə oluna bilər.
Müxtəlif proses klapanlarını idarə etmək üçün Səpmə Yükü Çəninə Nəzarət,
Səpmə Yükünün Monitorinqi Sistemlərinə inteqrasiya oluna bilər. Tarazlaşdırıcı
Çən Çəkisi, mövcud Hidravlik Yük Sensorlarından əldə oluna bilər. Səpmə
Yükünün Ötürülməsi sürətinə proporsional drossel (tənzimləyici) klapanlarından
istifadə etməklə nəzarət oluna bilər.
www.monitor-systems-engineering.com
18 - 19
Tullayışa
Qarşı
Preventor
a Nəzarət
(TQP)
(BOP)
M
onitor Systems TQP Nəzarət Sistemi, həm bizim təkrarsız incə basma düyməsi
panel dizaynı, həm də yüksək riskli ərazilərdə işləmək üçün tam rezervli PLC nəzarət
vasitəsilə quyuya nəzarət üçün müştərilərini etibarlı, fərdiləşdirilmiş interfeys ilə
təmin edir.
Yüksək riskli sahə üzrə Qazma Qurğularına Nəzarət Panelləri və Diverter Panelləri, basma
düyməsinə nəzarət və bütün blok funksiyaları ilə bağlı LED indikatoru ilə təmin olunur.
Sistem Təzyiqi Qığılcım Təhlükəsi Olmayan Ölçü Cihazlarında göstərilir. Axın sürəti və
həyəcan siqnalı da təmin edilir.
Qazma Ustası İmitatoru panelləri də tam və ya məhdud funksiyalar ilə təchiz oluna bilər.
Fövqəladə Hala Nəzarət Panelləri də Təxliyyə Çıxışı və Xilasedici Qayıq Stansiyalarında
həlledici funksiyalar üçün təchiz olunub. Fərdiləşdirilmiş Təzyiq Düyməsi, Təzyiq Sensoru
və Solenoid Panellər, bütün fərdi tələblərə cavab verməsi üçün Koomey bölməsinə birbaşa
bağlantı ilə təmin oluna bilər.
Qazma Ustası Paneli Qazmaçı Paneli
www.monitor-systems-engineering.com
20 - 21
Sukeçirməz
Qapı
Monitorinqi
və Nəzarət
S
ukeçirməz/Havakeçirməz Qapı və Lyukların idarə olunması gəminin
toxunulmazlığını və stabilliyini saxlamaq üçün çox vacibdir. Sistem bütün qapı və
lyukların mütəmadi monitorinqini və qeydə alınmasını təmin edir.
Ekranlar hər bir qapının və lyukun statusunu və yerini göstərir, beləliklə əməliyyatçı
hansının açıq və ya qapalı olduğunu müəyyən etməkdə çətinlik çəkmir. Müəyyən edilmiş
vaxtdan sonra hər hansı qapının açıq qalması durumunda həyəcan siqnalı qurula bilər.
Sistem ayrıca istifadə oluna bilər və ya Gəmi İdarəetmə Sisteminə inteqrasiya oluna
bilər. Əgər tələb olunarsa, lokal indikatorlar və lokal səsli həyəcan siqnalları da ayrı-ayrı
qapılarda quraşdırıla bilər.
www.monitor-systems-engineering.com
22 - 23
Burğu və
Boşluqda
Sızıntı
Aşkarlama
B
urğu və Boşluqda Sızıntı Aşkarlama Sistemimiz gəminin sukeçirməzliyinin mütəmadi,
avtomatik monitorinqini aparır.
Yüksək rezerv səviyyəsi, SİL təsdiqli sensorlar ilə birgə çox effektiv və etibarlı bir sistemi təmin
edirlər. Tam gəmi sukeçirməzliyini müşahidə etmək üçün sızıntı aşkarlama detektorları Burğulara,
Gəmi Dibi Qablarına və ya Boşluqlara sonradan yerləşdirilə bilər.
Sızma sensorları, çox səmərəli aşkarlama sistemini təmin etmək məqsədi ilə həm mütəmadi
xəta müşahidəsi cihazı həm də uzaqdan idarə olunan sınaq avadanlığıdır, beləliklə də istismar
və sınaq üçün əlçatmaz, uzaq boşluqlara girmək ehtiyacı aradan qalxmış olur.
Monitor Systems-in Burğu və Boşluqda Sızıntı Aşkarlama Sistemi üstün funksionallığı təmin
etmək məqsədi ilə bizim Gəmi Dibinə Nəzarət Sistemi ilə asanlıqla inteqrasiya oluna bilər.
www.monitor-systems-engineering.com
24 - 25
“
Məqsədlərimiz
aşağıdakılara görə müştəriləmiz tərəfindən
tanınmağımızdır:
°
əla mühəndislik
°
xidmətimizin keyfiyyəti
°
işçilərimizin təcrübəsi
°
innovasiya və mükəmməlliyin ən yaxşı forması
°
mühəndislik üzrə bazarda aparıcı iş keyfiyyəti
°
ROİ (investisiyaya görə mənfəət) əsaslı layihə
idarəetməsi
°
inteqrasiya olunmuş təchizat sistemlərinə sadiqlik
°
təklifimizin rəqabətliliyi
°
insanların və aktivlərin təhlükəsizliyi
.... iş keyfiyyətinin ölçülməsi vasitəsilə ilbəil
təkmilləşdirmələr.”
Dəyərlər
Mədəniyyətimizin özəyini
mütəxəssis dəniz alətləri
üzrə öncül mühəndislik
şirkəti olmaq barədə
qətiyyətimiz təşkil edir.
www.monitor-systems-engineering.com
26 - 27
Lövbər
Braşpilinin
Monitorinqi
B
izim Lövbər Braşpilinin Monitorinqi Sistemi bucurqad növlərinin monitorinqi üçün
istifadə oluna bilər. Sistem, əsasən lövbər zəncirinin Yüklənməsini, Uzunluğunu və
Sürətini müşahidə etmək üçün istifadə olunsa da, tələb olunarsa əyləclərə nəzarət,
fövqəladə hallarda söndürmə funksiyaları da əlavə oluna bilər.
Hər bir bucurqad köşkündə olan lokal HMİ stansiyaları əməliyyatçıya istənilən bucurqad
barədə məlumatları görmək imkanı verir, beləliklə də təhlükəsizlik barədə məlumatlılığı artırır.
İstifadəçilərə xəbərdarlıq etmək üçün bucurqad barədə bütün məlumatlar nəzarət otağındakı
mərkəzləşdirilmiş HMİ-ya ötürülə bilər. Məlumatlar qeyd olunur və kənar təhlil üçün ixrac
oluna bilər.
Lövbər Bucurqadının Monitorinqi Sistemi, Yük Sensoru, Yük Ölçmə Sancağı, Şifrələyici və ya
Yaxınlıq Sensoru kimi mövcud və ya yeni sensorlarla bağlantı qura bilər. Biz həmçinin Lövbər
Bucurqadının Monitorinqi Sistemlərimiz üçün tam kalibrasiyanı da təmin edə bilərik.
www.monitor-systems-engineering.com
28 - 29
Avadanlıq
Həyəcan
Siqnalı
Monitorinqi
B
izim Avadanlıq Həyəcan Siqnalı Monitorinqi Sistemimiz, mühərriklərin,
nasosların, ventilyatorların və digər elektro-mexaniki vasitələrin əməliyyat
statusunu əhatə edən görüntülü və səsli idarəetmə alətidir.
Buruq avadanlıq və cihazlarında sürət, temperatur, yağ təzyiqi, vibrasiya,
tullantı qaz, su soyuducu, dayaq temperaturu və s. kimi əsas funksiyaları ölçür.
İdarəetmə məlumatı, tələbə əsasən Nəzarət Otaqlarında, Mühərrik Otaqlarında,
Seminarlarda və digər yerlərdəki toxunuşlu ekrana malik HMİ panellərinə
ötürülür. Bütün həyəcan siqnalları və əsas parametrlər qeyd olunur və kənar
təhlil üçün ixrac oluna bilər. Proqram təminatı tərtibatı müvafiq yerlərdə müvafiq
həyəcan siqnalının işə salınmasını təmin edir.
30 - 31
www.monitor-systems-engineering.com
30 - 31
Yanğın
Əleyhinə
Arakəsmələ
rin (Damper)
Monitorinq
Sistemi
Y
anğın Əleyhinə Arakəsmələrin statusunun monitorinqi əməliyyatçılar
tərəfindən yanğının və qazın yayılmasının qarşısının alınması baxımından
vacibdir və xüsusilə fövqəladə hal zamanı təhlükəsiz sığınacaqların
qorunması üçün önəmlidir. Yanğın Əleyhinə Arakəsmələrin statusu
fövqəladə hallarda çıxış marşrutlarının planlaşdırılması üçün çox önəmli
ola bilər.
Bizim Yanğın Əleyhinə Arakəsmələrin Monitorinqi Sistemimiz bütün vacib
yanğın arakəsmələrinin dəqiq, mütəmadi real-vaxt rejimində monitorinqini
aparır.
Əsas məlumat Nəzarət Otaqlarında və Təhlükəsiz Sığınacaq Yerlərində
yerləşən HMİ-larda aydın şəkildə göstərilir. Yanığın Arakəsməsi məlumatı təhlil
və təlim məqsədilə qeyd oluna bilər.
30 - 31
www.monitor-systems-engineering.com
32 - 33
Qazma
Məlumatının
Əldə
Olunması
B
OHR İnstrument Systems BV ilə əməkdaşlıq çərçivəsində Monitor
Systems şirkəti Tam Qazma Məlumat Sistemi olan Drill-Pro-nun təchiz
olunmasını, quraşdırılmasını və işə salınmasını təmin edir. Monitor
Systems 1998-ci ildən bəri BOHR-un distribusiya əməkdaşıdır və sistem
satışlarını, quraşdırma və dəstəyi, zavodda təlim görmüş texnikləri,
ehtiyat hissələrini və istehlak mallarını təmin edir.
Drill-Pro (Qazma Məlumatının Əldə Edilməsi Sistemi) qazma əməliyyatları,
qazma prosesi və digər mədən məhluluna həssas fəaliyyətlər zamanı vacib
qazma parametrləri barədə vaxtında, dəqiq məlumat təmin edir. Drill-Pro,
qazmaçı heyəti kompakt 19 düym TFT monitoru vasitəsilə vacib qazma
məlumatı ilə təmin edir.
Sistemin Tam Satışı və ya Kirayəsi təklif olunur.
30 - 31
www.monitor-systems-engineering.com
34 - 35
Quyuya
Nəzarət
(HPHT)
B
izim Quyuya Nəzarət panelləri və pultları ötən zaman ərzində etibarlı
dizayna malik, yüksək keyfiyyətli məhsul olduqlarını sübuta yetirmişlər.
Monitor Systems müştərinin tələblərinə cavab verən, inteqrasiya olunmuş həll
variantı olan elastik dizayn təklif edir. Bütün panellər yüksək-riskli Zona 1 və
2-də, həm də Təhlükəsiz Sahədə işləmək üçün dizayn oluna və hazırlana bilər.
Biz öz üzərimizə HPHT Monitorinqini, Qlikol İnjectorunu, Manifold Təzyiq və
Tempratur Monitorinqini, Hidravlik Sürgü Monitorinqi, Göyərtə Üstü Klapana
Nəzarət, TQP (Tullayışa Qarşı Preventor) Tədqiqi, Nasos Gediş Sayğacı və
Ştruser Nəzarətini götürürük.
16
30 - 31
www.monitor-systems-engineering.com
36 - 37
Yenilikçi
Mühəndislik
... Neft və qaz, dənizçilik sahələrində
sifariş əsasında hazırlanmış
təhlükəsizliyə nəzarət və monitorinqin
idarə olunması sistemi üzrə
mütəxəssislər
30 - 31
www.monitor-systems-engineering.com
38 - 39
Əks Os-
mos Su
Hazırlayıcıları
C
’Treat Watermakers-in eksklüziv Avropa distributor əməkdaşı
olduğumuza görə çox qürurluyuq. 1980-ci ildə təsis olunmuş C’Treat,
innovativ dizayn, ərazidə sınaqlar və əks osmos sahəsində ən son,
sınanmış texnologiya ilə yenilikləri birləşdirərək sürətli inkişafı təmin edir.
Monitor Systems açıq dənizdə neft və qaz sənayesi üçün ən sadə, etibarlı və
qənaətcil istifadəsi olan əks osmos su hazırlayıcılarını təchiz edə bilər.
Əlavə olaraq, Monitor Systems-də 24/7/365 gün rejimində əks osmos duzdan
arındırma suhazırlayıcılarını quraşdıran, xidmət göstərən və işə salan (zavodda
təlim görmüş) mühəndisləri var.
30 - 31
www.monitor-systems-engineering.com
40 - 41
Helikopter
Sahəsi və Ətraf
Mühitin
Monitorinqi
M
onitor Systems açıq dənizdə çoxçeşidli gəmilər üçün helikopter
sahəsi və ətraf mühitin meteoroloji monitorinqi sistemlərinin təcrübəli
təchizatçısıdır.
Helikopter Sahəsi Monitorinq Sistemləri, helikopter əməliyyatlarının
təhlükəsizliyini artırdığına görə açıq dəniz mühiti üçün xüsusilə əhəmiyyətlidir.
Təchiz olunan bütün Helikopter Sahəsi Monitorinq Sistemləri CAA CAP437
daxil olmaqla, dünyadakı bütün qayda və qanunlara uyğundur.
Ətraf Mühit Monitorinq Sistemləri vacib meteoroji və hava proqnozu məlumatını
təmin edir. Külək, Temperatur, Barometrik Təzyiq, Dəniz Cərəyanı, Dalğa
Hündürlüyü, Aşağı/Yuxarı İstiqamətlər və Rotasiya, Görüntü və Bulud
Hündürlüyü dəqiqliklə ölçülə bilər və istifadəçi üçün asan anlaşılan şəkildə
təqdim oluna bilər.
30 - 31
www.monitor-systems-engineering.com
42 - 43
Kran və
Fərdiləşdirilmiş
Yük Monitorinqi
B
iz istənilən çəki sistemləri və əməliyyatları üçün monitorinq sistemlərini təmin
edə bilərik. Tipik sistemlərə braşpil xəttinin, Kanatın, Gəmi Lövbər Yüklənməsinin,
Yanalma Üzgəci Yüklənməsinin, Gəmi Yedəkləmə Yüklənməsinin, Modul üzrə
Tərəzidə Çəkmənin, Dənizaltı Şumlamanın və Kabel Bərpa Sistemlərinin yük
monitorinqi daxildir.
Kran Üçün Təhlükəsiz Yük indikatorları Çıxışsız Yük Sensorları, Kanat Tenzometrləri, Yük
Sancaqları, Kranın Oxunun Uzunluğu Sensorları, Kranın Oxunun Bucağı Sensorları, İkili
Blok Əleyhinə Qurğu, və Küləyin Sürətinin Müşahidəsi Cihazı kimi müxtəlif opsiyalarla
təchiz oluna bilər. Bizim Təhlükəsiz Yüklənmə İndikatorlarının tamamlayıcısı olaraq, Monitor
Systems Kran CCTV sistemlərini də təklif edə bilər.
Monitor Systems, bütün yük monitorinqi avadanlığı üçün tam satış, təchizat, quraşdırma
və işə salma xidmətini təmin edir. Bizim təcrübəli texniki, elektron və elektrik mühəndisləri
heyətimiz məhsul çeşidinə tam bələddirlər və bütün düynayada çoxlu müştərilər üçün sifariş
əsasında hazırlanan sistemləri quraşdırmış və işə salmışlar.
30 - 31
www.monitor-systems-engineering.com
44 - 45
Piratçılıq
Əleyihinə
Mexanizm
və Dənizdə
Təhlükəsizlik
M
onitor Systems Dənizdə Təhlükəsizlik Aşkarlama Sistemlərini dizayn, təchiz edir
və quraşdırır. Bizim sistemimiz, gəmilərin işlədiyi istənilən yerdə gəmiləri, buruqları,
platformaları və boruları terror akları, girov götürmə, piratçılıq və digər təhlükələrə
qarşı xəbərdar edən göyərtə üstü təkmil həyəcan siqnalına malik əhatəli, çoxsəviyyəli
təhlükəsizlik yanaşması ilə təmin edir.
Perimetr sensorları, infra-qırmızı izləmə, gün/gecə görüntülü kameralar və göyərtə üstü
radar avadanlığından istifadə etməklə, bizim aşkarlama sistemimiz gəmidən kənar hissələri
də əhatə edən təhlükəsiz perimetr şəbəkəsini təmin edir.
30 - 31
www.monitor-systems-engineering.com
46 - 47
Layihə
İdarəetməsi
S
abit və uğurlu layihə icrası tam öhdəlik tələb edir. Monitor Systems
şirkəti olaraq biz, layihə riskini azaltmaqla və investisiyaya görə
mənfəəti artırmaqla, gündəlik olaraq bu öhdəliyi nümayiş etdirən Layihə
İdarəetməsi sistemini təmin edirik.
Müştərilərimizin ehtiyaclarını başa düşmək və mümkün və dəqiq layihə planları
hazırlamaq, eyni zamanda layihələri həm vaxtında həm də büdcəyə görə bütün
dünyada çatdırmaq üçün tələb olunan resursları toplamaqda böyük təcrübəmiz
var.
30 - 31
www.monitor-systems-engineering.com
48 - 49
Mənbə
və
Təchizat
M
onitor Systems dünyanın istənilən yerinə keyfiyyətinə zəmanət verilən,
neft və dənizçilik sənayesi avadanlığını, ehtiyat hissələrini və istehlak
mallarının sürətli və səmərəli “tək mənbədən” təchizatını təmin edir.
Monitor Systems bir çox OMİ (orijinal məhsul istehsalçıları) şirkətləri ilə uzun-
müddətli təchizat müqavilələrinə malikdir və neft və dənizçilik mühitində işləyən
müştərilərinin tələblərinə cavab verməkdə çox səriştəlidir.
Bizim iri xidmət və istehsal şirkətləri ilə “distributor müqavilələri” və “alqı-satqı
müqaviləri”miz var.
30 - 31
www.monitor-systems-engineering.com
50 - 51
Monitor Systems Scotland Limited
3 Merkland Road East
Aberdeen, AB24 5PS
Scotland, UK
www.monitor-systems-engineering.com
Monitor Systems S.E. Asia Pte Ltd
Level 26, PSA Building
460 Alexandra Road
Singapore, 119963
www.monitor-systems-asia.com
Dostları ilə paylaş: |