ALMAZ ÜLVİ
Ədəbiyyat ömrü yaşayan
əbədiyyat memarı
Bakı - 2004
«Nurlan» nəşriyyatı
Redaktor:
Nazim Süleymanov
Almaz ÜLVİ
Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı
Bakı - 2004, «Nurlan» nəşriyyatı, 80 səh.
Kitab görkəmli dövlət xadimi, dahi şəxsiyyət,
ümummilli liderimiz - Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Azərbaycan ədəbiyyatına böyük qayğısından,
himayədarlığından bəhs olunur.
qrıflı nəşr 4702000000
N(098)- 2004
© "Almaz Ülvi", 2004
Mənim ədəbiyyata olan münasibətimi sübut etməyə
elə bir ehtiyac yoxdur. Bunu Azərbaycanda yaxşı bilirlər.
Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir,
içimdən gələn hissiyyatlarımdır. Məndə həmişə — hələ
uşaq, gənc yaşlarımdan şerə, ədəbiyyata, incəsənətə,
mədəniyyətə çox böyük həvəs olubdur, həmişə
maraqlanmışam. İndi, dövlət işi ilə məşğul olanda da mən
bunun nə qədər əhəmiyyətli olduğunu bilirəm, dərk
edirəm. Ona görə də əlimdən gələni edirəm.
Heydər ƏLİYEV
21 may 1998-ci il.
Ədəbiyyat eşqi
Kəbə yaşantısıdır
Bu kitab əslində böyük bir şəxsiyyətə olan sonsuz ehtiramdan,
məhəbbətdən yarandı. Onun ömürlüyündən min karvan yolu ayrılır. O
min yoldan biri əbədiyyata gedən ədəbiyyat yoludur. Dahi insan
Heydər Əliyevin ədəbiyyata göstərdiyi qayğı, məhəbbət, diqqət sözə
sığışa olmasa da bir yarpaq duyğu çələnginə bələyib oxuculara
yetirmək istədim. Dəryadan bir damla kimi. Onun Azərbaycana
rəhbərlik etdiyi 34 il ərzində, o cümlədən on il müstəqil Azərbaycan
Respublikasının Prezidenti olan zamanda ədəbiyyata etdiyi hamiliyi
bir-bir gözümdə, könlümdə yaşadım. Doğrudur ki, dahi insanlar
dahiyanə işlər görərlər. Bəli, Heydər Əliyevin ədəbiyyat ömürlüyü
ədəbiyyat, əbədiyyat tariximizdə Kəbə yaşantısıdır.
Almaz ÜLVİ,
filologiya elmləri namizədi
Azərbaycan ədəbiyyatını öz qayğı və diqqəti ilə himayə edən şəxsiyyətlərdən biri də Heydər
Əliyevdir. O, ədəbiyyata — ədəbiyyat elminə xidməti ilə bu haqqı qazanıbdır. Nizami, Füzuli, Sabir,
Mirzə Cəlil... fəlsəfəsini istənilən alimdən də, yazıçıdan da, tənqidçidən də, filosofdan da gözəl açan,
saf-çürük etməyi bacaran, necə deyərlər, xırdalayıb tökən söz sərrafı — fikir memarıdır. Yubiley
məclislərində, görüşlərdə, müxtəlif tədbirlərdə onun ədəbi-bədii təfəkkürünə, fəlsəfi baxışlarına,
ədəbiyyat dünyasına — istər Azərbaycan, istərsə də dünya ədəbiyyatına dərin bələdçiliyinə heyran
qalırsan. O, söz xiridarıdır. Sözə qiymət verməyi bacaran böyük insandır.
Tarixi yaşadan, əsrdən-əsrə ötürən söz — ədəbiyyat olub. Sözü — ədəbiyyatı isə yaşadan,
ucaldan, tarix səhifələrinə yazan söz, fikir dahilər olub. Heydər Əliyev dövlət rəhbəri kimi belə
şəxsiyyətləri bir daha qiymətləndirir, söz ucalığında dəyərləndirir. XX əsr dünya meridianlarında
Azərbaycan adı öz
[7-9]
klassikləri vasitəsilə bir daha göründü — məhz Heydər Əliyevin xidmətləri,
gördüyü unudulmaz işləriylə. YUNESKO xətti ilə neçə-neçə ehtişamlı görüşlər, məclislər quruldu.
Azərbaycan klassikləri dönə-dönə nəşr olundu, adları bir daha əbədiləşdirildi, abidələri ucaldıldı və s.
Eləcə də dövrümüzdə yaşayıb-yaradan sənətkarlarımızı daim hörmətli, şərəfli tutdu. Respublika, eləcə
də keçmiş SSRİ miqyasında Azərbaycan ədəbiyyatı xadimlərini ən yüksək diqqət mərkəzinə çəkdi.
Neçə yazarlarımız SSRİ-nin ən ali mükafatlarını aldılar. Söz yox ki, bunlar Heydər Əliyevin təqdimatı,
qayğısı sayəsində olmuşdur.
Onun Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, ədəbiyyat dünyasına göstərdiyi xidmətlər
saysız-hesabsızdır. Ədəbiyyat nümayəndələri ilə daim təmasdadır. Çünki söhbətlərində də, çıxış və
nitqlərində də dəfələrlə deyib ki, Azərbaycanı dünya boyda ucaltmaq, dünya durduqca yaşatmaq üçün
onun ədəbiyyatını qorumaq və yaşatmaq lazımdır. Sözünün sahibidir. Ədəbiyyatın istər yaşlı, istər
gənc nəsli
[9-10]
üçün həmişə hüdudsuz söz meydanı verib. Sovet ideologiyasının tüğyan etdiyi vaxtda
belə onlara qoruq-qadağa qoyulmayıb. Belə deyək ki, Heydər Əliyev deyilən sözün, yaranan
ədəbiyyatın mənəvi köməkçisi, qoruyucusu olub.
Sovet imperiyası zamanında, yana-yana "azadlıq, azadlıq" deyə hayqıran Xəlil Rzaya toxunan
olmadı, Bəxtiyar Vahabzadəni, Anarı, digər istiqlalçı ədəbiyyatçıları qoruyaraq
[10-13]
dedi:
"Ədəbiyyat varsa Azərbaycanda — onun mədəniyyətində, dilində tərəqqi, inkişaf olacaqdır... Əgər şair
Azərbaycanı vəsf edirsə və Azərbaycanın nə qədər gözəl, nə qədər qüdrətli, nə qədər iftixar hissi
doğuran bir ölkə olduğunu öz şerində göstərirsə, demək bu, hər bir azərbaycanlıda öz Azərbaycanına,
vətəninə, torpağına məhəbbət hissi yaradır".
Ədəbiyyat vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbidir. Ədəbiyyat Vətənin canıdır-
qanıdır. Məhz bu məntiqdən o, ədəbiyyatı bütün elmlərdən ucada saxlayır. Bütün bunları vətən, torpaq,
Azərbaycanın istiqlalı naminə edir. Heydər Əliyev ədəbiyyatımızı göz bəbəyi kimi qoruyur,
şərəfləndirir. Onun bu sahədəki xidmətlərini sadalamaqla başa gələn deyil. Bir ordunun görə biləcəyi
iş qədər onun ədəbiyyatımız qarşısında xidmətləri vardır. Bütün bunları yığıb-yığışdırıb bir məqaləyə
yerləşdirmək qeyri-mümkündür. Bu yazı isə onun bu sahədə gördüyü işlərdən ilk olaraq fikrimə gələn,
ürəyimdə-könlümdə dolaşan, xatirimdən çıxmayan qeydlərimdir.
[13-15]
AZƏRBAYCAN DİLİ ilk dəfə Heydər Əliyevin respublikada rəhbər olduğu zamanda həqiqi
dövlət dili statusu aldı və Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Danılmaz
həqiqətdir ki, mənəvi mədəniyyətin tərəqqisi ədəbi dilin tərəqqisi ilə mümkündür. Müstəqil
dövlətimizi qurduğumuz zamanda
[15-16]
ən böyük uğurlarımızdan biri də odur ki, bizim öz dilimiz
var. Dilimizin formalaşmasında, inkişafında, belə yüksək səviyyəyə yetməsində qələm adamlarımızın,
xüsusən, şair və yazıçılarımızın, ədəbiyyatşünas və dilçi alimlərimizin xidmətləri daha çoxdur.
Təsadüfi deyil ki, hələ sovet dövründə ilk dəfə Yazıçılar İttifaqının qurultayında ölkə başçısı Heydər
Əliyevin Azərbaycan dilində nitq söyləməsi böyük, sevindirici, fərəhləndirici hadisə kimi qarşılandı.
Çünki o vaxtlar dövlət adamları yüksək tədbirlərdə ancaq rus dilində danışırdılar. Azərbaycan dili isə
dövlət dili yox, ancaq xalq dili və ədəbiyyatın dili olmuşdur.
Bu fakt Azərbaycan ədəbi dilinin saflığının qorunmasına, inkişafına böyük təkan idi. "Yazıçı
dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır... Mətbuat, radio, televiziya, teatr,
kino işçilərinə, mühazirəçilərə və müəllimlərə xüsusi tələbkarlıqla yanaşmaq " lazımdır ki, dil
xətalarına yol verməsinlər. 20 il əvvəl ölkə rəhbəri olduğu zaman — sovet ideologiyası vaxtında bu
tapşırıq milli
[16-19]
ləyaqətin, milli qürurun hər şeydən ucadan dayandığına gözəl sübutdur.
"Niyyətin hara, mənzilin ora". Bu hadisədən düz 20 il sonra isə onun taleyində unudulmaz, tarixi
məqam yaşandı. Müstəqil dövlətimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
Fərmanı imzaladı.
Bu fərmana əsasən Respublika Prezidenti yanında Dövlət dili Komissiyası yaradıldı. Eyni
zamanda "Azərbaycan Respublikasında Dövlət Dili haqqında" Qanun layihəsinin hazırlanması
tapşırıldı. Həmin layihə mütəxəssislər tərəfindən hazırlandı, bir ildən çox dəfələrlə müzakirə olundu.
Nəhayət, 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında Dövlət Dili haqqında"
Azərbaycan Respublikasının Qanunu imzalandı. H. Əliyevin dil siyasəti aydın və qətidir: "Bizim
birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. ... Budur
müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, mərkəzdən Azərbaycan KP II katibi vəzifəsinə rus
millətindən olan adamlar gəlirdi. Mən
[19-21]
onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara
neçə dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün
Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir, İngiltərənin, Fransanın səfiri öyrənir... Bunların
hamısı böyük hadisədir, nailiyyətdir".
Danılmaz həqiqətdir ki, dövlət müstəqilliyimiz, milli azadlığımız Azərbaycan dilini
əbədiləşdiribdir.
AZƏRBAYCAN YAZIÇILARININ QURUL-TAYLARINDA. "Azərbaycan xalqının milli
sərvəti və intellektual mülkiyyəti, eyni zamanda Azərbaycan ədəbiyyatıdır, mədəniyyətidir. Bizim
iqtisadi potensialımız olduğu kimi, bir potensialımız da — intellektual potensialımız da vardır. Bizim
mənəvi potensialımız — ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir.
Bunu yaradanlar var". Bu kontekstdən yanaşanda ölkə başçısının yazarları dinləməsi, şəxsi və ümumi
qayğılarına ürəkdən yanaşması təbii və səmimi görünür. Eyni zamanda bu yanaşma qələm
[21-25]
əhli
üçün də ruh mənbəyinə çevrilir. Heydər Əliyev ilk dəfə ölkə rəhbəri kimi 1971-ci ildə Azərbaycan
yazıçılarının qurultayında (V qurultay) iştirak etsə də, ondan əvvəlki qurultaylarda da kənarda
olmamışdı. V, VI, VII qurultaylarda iştirak etmiş və nitq söyləmişdi. 1991-ci ildə keçirilən IX
qurultaya isə yazıçıların dəvəti ilə qonaq kimi gəlmişdir.
Nəhayət, Azərbaycanın dövlət müstəqilliyi, azadlığı şəraitində keçirilən ilk qurultayında ölkə
Prezidenti kimi iştirak etmək də qismətinə düşdü. Bu, Yazıçılar Birliyinin X qurultayı idi və buradakı
nitqində o, bildirdi ki, "bəziləri birinci gündür qurultaydadırlar, mən isə üç gündür ki, qurultaydayam,
amma bundan məmnunam". Ədəbiyyata, mədəniyyətə canıdildən bağlı olan, ona daim qəlbində,
ruhunda hörmət, məhəbbət bəsləyən ziyalı üçün bunlar yorulmaz, unudulmaz görüşlərdir. O,
qurultaydan əvvəlki günlər yazıçılarla əvvəlcə yaşlı, sonra isə gənc nəsillə görüşlərini nəzərdə tuturdu.
Ədəbiyyat qayğıkeşi sovet dövründə yazıb-yaratmış sənətkarlarla bu gün
[25-26]
— dövlət
müstəqilliyimiz günündə üzbəüz söhbət edərkən də ürəyi rahatdır: "Azərbaycanda dissident
olmayıbdır. Amma Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz.
Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu,
[26-29]
əhval-ruhiyyəni qaldıra
bilməzdiniz. Bunları nəzərə alsaq, ən böyük dissidentlərdən biri mən olmuşam ".
Sənət hamisi gənc nəsillə görüşündən məmnunluğunu bildirməkdən çəkinmədi: "Bəzən sənət
ustalarına hədsiz vurğun oluruq, sənət ustasının, yaxud böyük bir ədəbiyyat xadiminin olması bizi
sevindirir. Düşünürsən ki, bundan sonra nə olacaqdır. Amma görürsən ki, ondan sonra yeni, ona
bənzər, bəlkə, ondan da parlaq bir insan gəlir. Bu bizim xalqımızın böyük istedada, fitri potensiala
malik olmasını göstərir". Məhz bu amalla o, gənc yazarlara prezident təqaüdləri ayırdı, bir neçə gəncin
ev problemini həll etdi. Gənclik orqanı "Ulduz" un nəşrinə başlandı, onların kitablarını çap etdirdi,
xüsusi qayğı, diqqət göstərdi. Bu, ata nəzəri idi. Müstəqilliyin lövhələrindən biri də o idi ki, həmin gün
— qurultay günü hamı "heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq" sərbəst şəkildə
milli ədəbiyyatımızı, milli mədəniyyətimizi araşdırır, müzakirə edirdi.
[29-30]
Yubileylər, görüşlər, qayğılar. Azərbaycan ədəbiyyatı tarixində elə bir ədib yoxdur ki,
Heydər Əliyev onun yaradıcılığına, şəxsiyyətinə biganə yanaşsın. Bu, yaxşı mənada həm qələm
adamları, həm də Heydər Əliyev üçün böyük xoşbəxtlikdir. Birinci qisim daim diqqət mərkəzində
olduqlarından, hörmət,
[30-31]
izzət gördüklərindən nə qədər məmnundurlarsa, Heydər Əliyev də bir o
qədər mənəvi rahatlığından məmnun qalır və təmənnasız olaraq etdiyi yaxşılıqlarından səsin, sözün
yetdiyi ucalığacan ucalır.
Dahi sənətkarların yubileylərini Heydər Əliyev dünya, respublika miqyasında yüksək
səviyyədə keçirir. Respublika rəhbəri olduğu müddətdən bu yana yazıçıları, şairləri yubiley günlərində
təltif edir, təbrik məktubu göndərir, şəxsən özlərini qəbul edir — hal-əhval tutur, dərdləşir. Yubilyara
əsl bayram ovqatı bəxş edir. Ölkə rəhbəri üçün bunlar az iş deyil.
[31-34]
Min bir qayğı içindən vaxt,
macal tapıb bu işləri görmək üçün gərək qəlbində nur olsun, əhval-ruhiyyə olsun. O, bunları edir,
çünki qəlbində ədəbiyyat sevgisi var. Onun Məmməd Araza, Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə,
Nəriman Həsənzadəyə, Hüseyn Abbaszadəyə, Anara, Maqsud və Rüstəm İbrahimbəyovlara, Mirvarid
Dilbaziyə, Xəlil Rzaya, Yusif Səmədoğluna, Vaqif Səmədoğluna, İsmayıl Şıxlıya, İlyas Əfəndiyevə,
Əkrəm Əylisliyə, Zəlimxan Yaquba, Qabilə... yubiley təbrikləri, görüşləri, yubiley məclislərində
iştirakı və nitqləri elə qayğı, hörmət-izzət deyilmi?
Qabaqkı nəsillərə — S. Vurğuna, M. İbrahimova, S. Rüstəmə, R. Rzaya, Nigar Rəfibəyliyə...
unudulmaz münasibəti ədəbiyyatımıza, xalqımıza, mənəviyyatımıza ali xidmətdir. Şüvəlanda
Yazıçıların Yaradıcılıq Evinin açılışı (1981) yazıçıların həyatında böyük hadisə idi. Yaradıcılıq Evinin
açılışında Yazıçılar İttifaqının bütün üzvləri ilə görüşmüş və onlara cansağlığı, gözəl əsərlər yazmağı
arzulamışdı.
[34-35]
Nə yazıq ki, həmin binada 90-cı illərdə Sovet hərbçiləri, indi isə qaçqınlar
yerləşib. Gün gələr, aydınlıq doğar.
ALİ MİLLİ MÜKAFATIMIZ DA İLK DƏFƏ ƏDƏBİYYATA
VERİLDİ. Yazıçılar,
şairlər — ədəbiyyat fədakarları öz təfəkkürlərinin məhsulu olan bədii əsərləri üçün ölkənin, bir vaxtlar
SSRİ-nin ən ali mükafatlarını almaq şansları qazanıblar.
[35-36]
Söz yox ki, Moskvaya bu təqdimatlar
respublika rəhbərliyi xətti ilə çatdırılardı. Hamını yaxından tanıdığından ölkə başçısının özünün də rəyi
olurdu. Bu gün adlan bizə doğma olan yaşlı nəsildən hər kəs istər SSRİ dövlətinin, istərsə də
respublikanın ən ali mükafatlarına layiq görülmüşdü. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın ən
yüksək ordeni
[36-37]
— "İstiqlal" ordeni ilə də ilk dəfə ədəbiyyat xadimləri — Bəxtiyar Vahabzadə,
Məmməd Araz, mərhum Xəlil Rza təltif olunmuşlar.
Əldə etdiyimiz milli azadlıq milli oyanışın, milli dirçəlişin, milli ruhun canlanması ilə
qazanılmışdır. Bu isə birbaşa ədəbiyyat adamlarının — xüsusən də şairlərin nailiyyətidir. Xalqın
mübarizlik duyğulanın öz şerləri ilə coşdurmuşdular, ona görə də ali mükafat ilk növbədə sözün — söz
cilalayıcılarınındır. Heydər Əliyevin düşündüyü, söz yox ki, bu məntiq olub.
YUNESKO ənənəvi olaraq hər il görkəmli ziyalıların, o cümlədən yazıçıların, şairlərin
yubileylərinin qeyd olunması haqqında qərarlar qəbul edir. "Dədə Qorqud Kitabı", Nizami, Nəsimi,
Füzuli... yubileylərinin keçirilməsi haqqında da YUNESKO-nun xüsusi qərarları olub. Bu isə o
deməkdir ki, həmin yubilyarlar bütün dünyada təbliğ olunub, yubiley məclisləri keçirilib, kitabları nəşr
olunub — bir sözlə, imkan çatan hər vasitə ilə dünyada anılıb. Belə tədbirlərin daha geniş,
[37-39]
daha yaddaqalan keçirilməsi, bütün imkanlardan səmərəli istifadə olunması söz yox ki, hər bir ölkənin,
xalqın özündən asılıdır. Məhz məsələyə xüsusi diqqətin ayrılması yüksək nəticə verə bilir.
1994-cü il YUNESKO xətti ilə Füzuli ili elan olundu. Respublika rəhbəri isə "Füzulinin 500
illik yubileyinin yüksək səviyyədə
[39-40]
keçirilməsi üçün" xüsusi komissiya yaratmışdı. Füzulinin
500 illik yubileyi yüksək səviyyədə dünyanın çox-çox ölkələrində keçirildi. Moskvada, Sankt-
Peterburqda, Kərbəlada, Kərkükdə, Bağdadda, Ankarada, İstanbulda, İranda, Tehranda, Gürcüstanda,
Özbəkistanda, Dərbənddə, Mahaçqalada, Parisdə, YUNESKO-nun baş qərargahında, Bakıda keçirilən
tədbirlər əsl bayram idi. Azərbaycan adı dünyanın hər yerində anılırdı. Füzuli poeziyası vasitəsilə
həmin günlər milli mədəniyyətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin bayrammı qeyd edirdik.
Yaxın illərin yaddaşı olduğundan, yəqin ki, hər kəsin xəyalında qalar. Bu tədbirlə bağlı ölkə rəhbərinin
hər adi şey üçün narahatçılığını unutmaq olmaz: Dahi Füzulinin kitablarının nəşrinə xüsusi diqqət
yetirildi. "Füzuli ensiklopediyasının" hazırlanması, "Füzuli" beynəlxalq mükafatının təsis olunması,
Füzuli qəbrinin Bakıya köçürülməsi... bir çox məsələlərə münasibət bildirildi və s. Füzuli yubileyi
şərəfinə bütün dünyadan Azərbaycana qonaqlar gəldi. Şərqə məxsus
[40-41]
qonaqpərvərliklə
qarşılanan qonaqlar müstəqil Azərbaycan ölkəsini bir daha gözləriylə gördülər. Bu müqəddəs yurdun
azadlığının, milli müstəqilliyinin, poeziya gözəlliyinin şahidi oldular.
O vaxtdan çox-çox illər qabaq — 1973-cü
[41-42]
ildə YUNESKO xətti ilə Nəsiminin 600 illik
yubileyi keçirilirdi. Heydər Əliyev o günləri belə xatırlayır: "Nəsiminin 600 illik yubileyini
keçirdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət
600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. (Nəsiminin məzarını ilk dəfə şair
Rəsul Rza gedib tapmışdı - A. Ü.). İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır.
Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə,
dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir". 1970-ci illərdə
Suriyaya səfəri ərəfəsində xüsusi olaraq Hələb şəhərinə gedib Nəsiminin qəbrini ziyarət etməsi Heydər
Əliyevin Azərbaycan adına, onun poeziyasına, böyük şəxsiyyətlərinə məhəbbətindən başqa bir şey
deyil. O, məhz bunlarla — milli-mənəvi sərvətlərimizlə qürurlanaraq ucalara ucalmışdır.
Ötən yaxın illərdə isə YUNESKO-nun qərarı ilə möhtəşəm "Dədə Qorqud Kitabı"
[42-44]
dastanının 1300 illiyinin qeyd olunması faktı da böyük hadisə idi. Türkdilli ölkələr dünyasında bu
abidə kitabın yubileylərinin yüksək səviyyədə keçirilməsi də Heydər Əliyevin birbaşa diqqəti ilə
bağlıdır. Onun dediyi fikirlər — "Biz bu gün iftixar hissi keçiririk. Çünki bizim "Kitabı Dədə-Qorqud"
kimi böyük tarixi abidəmiz vardır. Çünki biz bu gün sərbəstik, azadıq, müstəqilik və öz tarixi
keçmişimizi, öz mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə
və gələcək nəsillərə çatdırmağa qadirik" Nizami yubileyləri Azərbaycanın günəş kimi bərq vurduğu
illərdir. Bu dünya miqyaslı yubileylərin keçirilməsinin arxasında Azərbaycanını — dahilərini oğul
məhəbbəti ilə duyan bir ürək sahibi dayanır.
NƏŞRLƏR — QƏZETLƏR, JURNALLAR, KİTABLAR. İctimai – iqtisadi - siyasi
hadisələr dövrü mətbuatımıza, məhz dövlət büdcəsindən maliyyələşən mətbu orqanlarımıza da öz
mənfi təsirini göstərdi. Xüsusən ədəbi orqanlarımızın 90-cı illərin əvvəllərinədək vəziyyətini
[44-46]
xatırlayıram. 1990-cı il hadisələri baş verdi. 1991-ci ildə milli müstəqillik Aktı imzalandı. Sonra...
dövlət büdcəsində maliyyə çatışmamazlıqları yarandı. Ədəbi orqanların nəşri dayanırdı. Özəl
qəzetlərin, jurnalların nəşri isə baş alıb getdi. "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" və s.
jurnalların nəşri isə sonra az qala tamamilə dayanırdı. Halbuki daha çox bu orqanlar vasitəsilə biz yeni
ədəbiyyatla — yeni yazılmış ədəbi əsərlərlə tanış olurduq, çap olunurduq və nəhayət, yazarların üz
tutduqları yeganə mətbu orqanlar idi.
Nəşrlərin dayanması ilə bağlı onların həyatlarında — mənəvi və maddi yaşayışlarında böhran
yarandı. Halbuki bu nəşrlər dərc olunsaydı həm yazarlar üçün rahatlıq olardı, həm də oxucuların —
insanların yeni həyata baxışları dolaşıq düşməzdi. Amma qəribədir, hamıda belə bir hiss var idi ki, bu
proses uzun sürməyəcək, hər şeyin sonu olacaq, xilas yolu da yetişəcək. Belə də oldu. Heydər Əliyev
hakimiyyətə qayıdandan sonra bu məsələlər az sonra öz yoluna düşdü. Halbuki ədəbiyyata,
[46-48]
mədəniyyətə diqqət, qayğı əskilməsəydi heç çox şeylər də baş verməzdi. Bunlar elə şeylərdir ki, ən
ağır zamanda belə diqqətdən qala bilməz. Çünki mənəviyyatsız, ədəbiyyatsız bir addım da o yana
mübarizə aparmaq, irəliyə getmək olmaz.
H. Əliyev hakimiyyətə gələndə 20 Yanvar da baş vermişdi, ölkədə hərc-mərclik səngimirdi, ən
dəhşətlisi isə o idi Azərbaycan adlı bir məmləkət didilib parçalanırdı. 20 faiz torpaqlar
[48-49]
itirilmişdi. Ölkə əhalisinin üçdən biri qaçqın-köçkün olmuşdu. H. Əliyev hakimiyyətə gəldi. Ölkəyə
rəhbərlik etdiyi müddətdə həm bu işləri nizama saldı (böyük çətinliklər bahasına), həm də əvvəlki
illərdə olduğu kimi, ədəbiyyata, incəsənətə — mənəviyyat aləminə xüsusi diqqət ayırdı. 1995-ci ildə
istiqlal şairimiz Məmməd Arazın yubiley gecəsində şairlərlə görüşündə qəti olaraq bildirdi ki, maliyyə
çətinliklərinə baxmayaraq, dövlət büdcəsi hesabına "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz",
"Qobustan" jurnalları dərc olunmalıdır.
Ədəbiyyat dünyasında yaşayanlar üçün — yazarlar, tənqidçilər, alimlər, oxucular üçün bu
əvəzolunmaz bir bayram idi. Yeni nəşr olunan — "Dədə Qorqud—1300" yubileyinin xatirəsi olan
irihəcmli "Dədə Qorqud" jurnalı da ədəbi-elmi həyatımız üçün böyük tövhədir.
"Qobustan" jurnalının ilk nəşr günlərini, illərini xatırlayaq. Hamı qeyri-adi bir jurnalın
nəşrindən danışırdı: "Qobustan "da elə yazılar çap olunur ki, tezliklə onun baş redaktorunu,
[49-51]
yazıçı Anarı həbs edəcəklər" və bu kimi arada gəzən söz-söhbətlər indi də yadımdadır. Azərbaycan
yazıçılarının X qurultayında (1997) Heydər Əliyev bu məsələni bir daha xatırlatdı və məsələyə
müəyyən aydınlıq gətirdi və onda bildim ki, Qobustanın baş redaktoru niyə "tutulmadı", "qələmi
əlindən alınmadı" və jurnalı bağlanmadı? Prezident özü illər keçəndən sonra o dövrü belə xatırlayır:
"Oyarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. ...Biri gəlirdi ki, nə bilim millətçilik
ideyaları yayır, biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən
gəlirdi. Mən də götürürdüm baxırdım bu "Qobustan" jurnalına, görürdüm burada bunların dedikləri
şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan " jurnalı yaşadı.
"Qobustan " jurnalı o vaxt çox böyük işlər gördü. Amma təkcə "Qobustan" jurnalı deyildi.
"Azərbaycan", "Ulduz" jurnalını götürün. Bunlar dövlət jurnalları idi, amma bu jurnallarda siz nə
istəyirdiniz, onu da dərc edirdiniz, heç bir məhdudiyyət,
[51-52]
yox idi. Kim nə istəyirdi, onu da dərc
edirdi... Mən bu gün iftixar hissi ilə deyə bilərəm: 1969-cu ildən Azərbaycanın rəhbəri olduğum
zamandan indiyə qədər bir şairin, bir yazıçının əsəri qadağan edilməyib ". Bütün bunların şahidi
olduqca dərk edirsən ki, bəli, hər əsərdə, hər nəşrdə — hər ədəbi məhsulda onun ömrü yaşanır. Bu,
Allahın ona, onun ürəyinə, qəlbinə verdiyi müqəddəs paydır.
[52-53]
ƏDƏBİYYAT KÖRPÜSÜ MƏNƏVİ BAĞLILIQ, QIRILMAZ TELLƏR, AYRILMAZ
KÖNÜLLƏRDİR. Tarixin təkəri bəzən elə fırlanır ki, ana-baladan, bala ata-anadan, yurddan, eldən
ayn düşür. Tarix doğma Azərbaycanımızın
[53-55]
şimal və cənubi hissəsinə məhz belə bir ayrılıq
nəsib edib. İllərlə insanlar — doğmalar, sonra nəsillər bir-birindən ayrı yaşadı. Üzə-gözə həsrət, bir
ağız sözə həsrət-həsrət bu ayrılığa illərlə dözdülər, dözdülər. O həsrəti S. Rüstəm şerlərində duymuşuq,
cənubdan bura gəlib və qayıda bilməyən şairlərimizin — S. Tahirin, B. Azəroğlunun, M. Gülgünün...
[55-58]
misralarında yaşamışıq. Nəhayət, Heydər Əliyevin hakimiyyəti dövründə biz ilk dəfə
Azərbaycanın Cənub hissəsindən ucadan danışa bildik. Milyonlarla cənublu həmvətənimizin qayğıları
ilə yaxından dərdləşdik. Məhz onun əməyidir ki, 70-ci illərin ortalarında Azərbaycan EA-nın
Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan
[58-59]
ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan
tarixi şöbələri yaradıldı. Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katiblik
təsis edildi.
Müstəqil Azərbaycan dövlətində dahi Şəhriyarın 90 illik yubileyi keçirildi. 1998-ci ildə
keçirilən bu yubiley məclisində Heydər Əliyevin dediyi fikirlər dərin mənaya malikdir:
[59-60]
"Bu
günkü və gələcək nəsillərin yüksək mənəvi dəyərlərlə zənginləşdirilməsində böyük rola malik olan dahi
sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin
müqəddəs borcudur". Bəli, bu sözlər təkcə Şəhriyar yaradıcılığına yox, cəmi cənubda yaşayıb-yaradan
ədiblərimizin yaradıcılığına, eyni zamanda gənc nəsillərin qarşılıqlı
[60-61]
münasibətlərinə,
doğmalaşmasına, gələcək taleyinə aiddir. Heydər Əliyev bütöv Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin, tarixinin qayğıkeşidir. Onun bu yöndəki işləri yaşadığımız dövr üçün sərkərdə xidməti
dəyərindədir. Hələ 1981-ci ildə o, yazıçıların qurultayında yüksək kürsüdən sovet ideologiyasından
çəkinməyərək bildirmişdir ki, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin,
mənəvi yaradıcılığın bütün sahələrində geniş
[61-62]
əlaqələri inkişaf etdirmək lazımdır.
EV-MUZEYLƏRİ, ABİDƏLƏR, MƏQBƏRƏLƏR. Bir ara belə söhbət gəzdi ki, "Nəriman
Nərimanov Azərbaycanın ictimai-siyasi həyatında müsbət şəxs kimi qəbul edilmir və ona görə də onun
ev-muzeyi də heç kəsə lazım deyil". (Əzəmətli heykəli haqqında isə şükür ki, söz-söhbət hələ yox idi).
Sən demə, bu ev 1992-ci ildə yüksək vəzifəyə gələn adamlardan kiminsə xoşuna gəlibmiş. İndi də
muzeyi
[62-64]
ləğv edib özü üçün mənzil edəcəkmiş. Heç bir məntiqə, heç bir mənəviyyata
sığışmayan hadisə idi. Qarşısı alındı. Əvvəla, xalq nifrətindən çəkindilər, sonra isə macal olmadı. N.
Nərimanov əsrimizin tanınmış ziyalılarından idi — o, elm, mədəniyyət xadimi olub, böyük bir ədəbi
irs yiyəsi olub. Ona görə də onun bu şəhərdə 1972-ci ildən ucalan heykəlinə də, ev-muzeyinə də haqqı
çatır.
Cəfər Cabbarlının, C. Məmmədquluzadənin, Səməd Vurğunun, Hüseyn Cavidin, R. Rza və N.
Rəfıbəylinin... ev-muzeylərinin yaradılması, abidələrinin ucalması ədəbiyyatımızın qayğısı —
qorunub-saxlanması deyilmi? 1982-ci ildə şəhərin mərkəzində — Bakı vağzalının qabağında C.
Cabbarlının əzəmətli heykəli qoyuldu. Heydər Əliyev o vaxt dedi: "Əbədiyyət və abidə bir kökdən olan
sözlərdir. Bu gün açdığımız abidə bir daha sübut edir ki, Cəfər Cabbarlı xalqın qəlbində və
hafizəsində yaşayacaqdır". Bu heykəlin daşı uzaq Ukraynadan məxsusi olaraq gətirildi. Birbaşa ölkə
rəhbərinin nəzarəti ilə heykəl
[64-65]
hazırlanaraq Bakıda ucaldıldı.
Hüseyn Cavidə oğul qayğıkeşliyi, vətəndaş qeyrəti ilə edilən xidmət sözə sığışası deyil.
Hələbdə Nəsiminin qəbri, Kərbəlada Füzulinin qəbri üçün narahatçılıqlar keçirən bu ədəbiyyat
keşikçisi Hüseyn Cavidin qəbri üçün də eyni narahatlığı keçirdi. Nəsimi də, Füzuli də qədim isti Şərq
torpağında uyuyurlar. Amma Hüseyn Cavid uzaq Sibirdə donub öldü, indi də qəbri donurdu. Ona isti
Ana Vətən
[65-66]
qucağı gərəkdir. Heydər Əliyev bunu etdi. Uzaq Sibirdən min-min qəbir içindən
onun qəbrini tapdırdı, Bakıya, oradan da Naxçıvana aparıb dəfn etdirdi, zəngin ev-muzeyini yaradırdı.
Bakıda əzəmətli heykəlini, Naxçıvanda
[66-67]
məqbərəsini ucaltdırdı. Onun yeganə yadigarı Turan
xanımı mənən göylərə qaldırdı. O qadın, bəlkə də, həyatda təkliyini unutdu.
Nizami və Nəsiminin heykəli, Füzulinin heykəli, Vaqif və S. Vurğunun heykəlləri gələcək
nəsillər üçün qan yaddaşı, mənəvi ucalıqlardır. Vaqifin vəfatından 200 il sonra Şuşada onun məzarı
üzərində əzəmətli məqbərə ucaldıldı. Gəncədə Nizaminin məqbərəsi yenidən
[67-76]
tikildi, Bakıda 20
Yanvar şəhidlərinə Şəhidlər Xiyabanında məqbərə yaratdı.
20 YANVARA ƏDƏBİ ABİDƏ. Ədəbiyyatdan söhbət açarkən 20 Yanvar faciəsindən yan ötə
bilmərik. Çünki məhz ədəbiyyatın — şerin qələbəsi idi ki, xalq milli müstəqillik, demokratiya və milli
azadlıq uğrunda mübarizəyə qalxmışdı. Milli özünüdərk, milli oyanış o zirvəyə qalxmışdı ki, düşmən
tankı ilə üz-üzə dayandı. Sovet ordusunun tankları Bakıya təcavüz edərkən, xalq özünü sipər etdi.
Tanklar əhalini əzib Bakıya soxuldusa, millətin, xalqın əzmini qıra bilmədi. Əksinə insanlarda
mübarizlik hissi daha da coşdu, çağladı. O gecə insanlar şəhid olmuşdu.
Heydər Əliyev o vaxtlar sovet imperiyasının siyasəti ilə təcrid olunmuşdu. Ancaq o, bu
hadisənin ertəsi günü Moskvada yürüşə çıxan on minlərlə həmvətənimizin ön sırasında getmiş,
bəyanatla çıxış edərək, xalqımızın haqq səsini dünyaya çatdırmışdı.
O günlərdən bir hadisə də daim ürəyimdə dolanır. Evimizin körpəsi Ülvi — Xarici Dillər
İnstitutunun
[76-77]
20 yaşlı tələbəsi Ülvi Bünyadzadə o gecə şəhid olmuşdu. Ağla gəlməyən dəhşətli
hadisə ilə üz-üzə qalmışdıq. Evimizə-həyətimizə minlərlə insan axını var idi. Amma heç kəs heç nə ilə,
heç bir sözlə bizi ovuda bilmirdi. Ürəyimiz, gözümüz qan ağlayırdı. Yanvarın 21-i gecə saat 11 olardı.
Birdən kimsə dedi ki, Heydər Əliyev "Azadlıq" radiosu ilə danışır, xalqa başsağlığı, təskinlik verir. Elə
bil üstümüzə su ələndi, bir anlıq ayıldıq və o çıxışa qulaq asdıq. Bu, bizə böyük, çox böyük təskinlik
verdi. Ülvi də şair qəlbli oğlan idi. Onun şerləri, pyesləri, poeması, hekayələri, tərcümələri var. Çox
istedadlı, vətəncanlı, insanlara qarşı istiqanlı, məhəbbətli gənc idi. O, vətənə "Vətən And"ı içdi və o
gecə şəhid oldu. Onun 1989-cu ilin sentyabrında cib dəftərcəsinə yazdığı "And"ı milli gənclik adından
imperiyaya tutarlı cavabdır. O "And" o gecənin məntiqi idi, o gecə mübarizəyə qalxan xalqın səsi,
topu-tankı idi.
Milli kökə bağlılıq, milli özünüdərkə qayıdış məhz ölkəmizdə həmişə yüksəkdə
[77-78]
dayanan ədəbiyyatdan keçibdir. Heydər Əliyev bürün bunları uzaq Moskvadan duydu, bizi sakitləşdirə
biləcək təsəlli sözünü dedi. Respublikaya dönəndən sonra da hər il həmin günü milli azadlıq günü kimi
dövlət səviyyəsində qeyd edir. Onun Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaltdığı "məqbərə"
Ülvi "And"ına, Şəhidlər ruhuna — Ədəbiyyatdan Əbədiyyata gedən yola, azadlıq eşqinə möhtəşəm
abidədir — ƏDƏBİ ABİDƏ.
aprel 2003,
"Xalq qəzeti".
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən Vətənin yüksək
mükafatları ilə təltif olunan ədiblərin siyahısı
"İstiqlal" ordeni ilə
Xəlil Rza Ulutürk — 15.04.1995
Məmməd Araz — 15.04.1995
Bəxtiyar Vahabzadə — 15.04.1995
Mirvarid Dilbazi — 18.08.1997
Anar — 13.03.1998
İsa Hüseynov — 11.06.1998
"Şöhrət" ordeni ilə
İsmayıl Şıxlı — 04.07.1994
Maqsud İbrahimbəyov — 27.03.1995
Fikrət Qoca — 26.06.1995
Nəbi Xəzri — 17.12.1995
Yusif Səmədoğlu — 19.12.1995
Sabir Rüstəmxanlı — 23.05.1996
Qabil — 15.08.1996
Balaş Azəroğlu — 17.03.1997
Hüseyn Abbaszadə — 22.11.1997
Rüstəm İbrahimbəyov — 04.02.1999
Zəlimxan Yaqub — 17.01.2000
Məmməd Aslan — 05.04.2000
"Tərəqqi" medalı ilə
Əmir Mustafayev — 11.03.1996
Teymur Əhmədov — 22.12.2000
"Xalq yazıçısı" fəxri adı ilə
Elçin — 23.05.1998
Maqsud İbrahimbəyov — 23.05.1998
Rüstəm İbrahimbəyov — 23.05.1998
Əkrəm Əylisli — 23.05.1998
Anar — 23.05.1998
Yusif Səmədoğlu — 23.05.1998
"Xalq şairi" fəxri adı ilə
Hökümə Bülluri — 23.05.1998
Fikrət Qoca — 23.05.1998
Söhrab Tahir — 23.05.1998
Vaqif Səmədoğlu — 09.12.1999
Cabir Novruz — 09.12.1999
Fərdi təqaüd ilə
Balaş Azəroğlu — 22.12.1997
Mirvarid Dilbazi — 22.12.1997
İsa Hüseynov — 22.12.1997
Qabil — 22.12.1997
Bəxtiyar Vahabzadə — 22.12.1997
Hüseyn Abbaszadə — 22.02.1998
Nəbi Xəzri — 22.02.1998
Əzizə Cəfərzadə — 22.02.1998
Sabir Əhmədov — 22.02.1998
Akif Əhmədgil — 22.02.1998
Fəxri Əliyev — 22.02.1998
Mübariz Cəfərov — 22.02.1998
Əhməd Oğuz — 22.02.1998
Musa Urud — 22.02.1998
Akif Səməd — 22.02.1998
Güllü Yoloğlu — 22.02.1998
Salam — 22.02.1998
Orxan Fikrətoğlu — 22.02.1998
Ələviyyə Babayeva — 29.05.1998
Hökümə Bülluri — 28.05.1998
Qılman İlkin — 29.05.1998
Manaf Süleymanov — 29.05.1998
Natəvan Dəmirçiqızı — 06.12.1999
Qurban — 06.12.1999
Səhər — 06.12.1999
Cavanşir Əliyev — 06.12.1999
Nuri Əlizadə — 06.12.1999
İbrahim Hacıyev — 06.12.1999
Paşa Əlioğlu — 06.12.1999
Yalçın Fikrətoğlu — 06.12.1999
Vasif Süleyman — 06.12.1999
Qulu Ağsəs — 06.12.1999
Fikrət Sadıq —06.12.1999
Xanımana Əlibəyli — 18.12.1999
Murad Köhnəqala — 22.02.1998
Dostları ilə paylaş: |