Azərbaycan Dövlət İqtisad Universiteti
Tələbə: Kamran Əliyev
Sərbəst iş1: 1-ci sual
Təsərrüfat uçotuna tələbat insan cəmiyyəti inkişafının ən ilk mərhələlərində meydana gəlmiş və ictimai-
iqtisadi formasiyalarda öz təsirini göstərmişdir. Lakin müxtəlif ictimai-iqtisadi formasiyalarda təsərrüfat
uçotunun aparılması eyni formada olmamışdır. Hər bir ictimai formasiyada təsərrüfat uçotunun öz
məqsədi, vəzifəsi, forması olmuşdur.
Uçotun yaranmasının və inkişafının qədim inkişaf tarixi vardır. Arxeeoloqlar və tarixçilər müəyyən
etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə mövcud olmuşdur. Həmin dövr üçün uçot
qədim Rim dövlətində daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti inkişaf etdikcə uçotun aparılması və
maddi istehsal əməliyyatlarının əks olunmasının metodiki prinsipləri dəyişmişdir. İctimai-iqtisadi forma-
siyalar sistemi feodalizmin dağılması ilə əlaqədar olaraq köhnə şəhərlər canlanmağa və yenilərinin əmələ
gəlməsi ilə əlaqədar olaraq uçot yazılışlarının təkmilləşdirilməsi və inkişafını vacib etmişdir.
Dünya ölkələri iqtisadiyyatında baş verən dəyişikliklər uçotun sərbəst elmə çevrilməsinə və onun metodo-
loji prinsiplərinin tərkibinə şərait yaratmışdır. Kapitalizmin inkişafının ilk mərhələlərində mühasibat
uçotuna dair elmi mülahizələr irəli sürüldü.
1445-1515-ci ildə yaşamış, mühasibat uçotuna dair ilk əsərin müəllifi Luka Paçoli ikili sistem üzrə uçot
yazılışlarının aparılması qaydasını şərh etmişdir. Luka Paçoli tərəfindən yazılmış «Hesab, həndəsə
məbləği, bərabərlik və münasibətlər elmi haqqında» adlı əsəri vurma cədvəli kimi bütün ölkələr və xalqlar
üçün çoxsaylı elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən etmişdir. Bu əsər böyük
riyaziyyata açılış olmasına baxmayaraq, o, mühasibat üzrə ilk əsərin müəllifi kimi tanınmışdır. Həmin
əsərdən bir neçə əsr dövründə İtaliyada, Fransada, Almaniyada, İngiltərədə mühasibat uçot üzrə dərslik
kimi istifadə edilmişdir. Çox maraqlıdır ki, Luka Paçolinin 1494-cü ildə nəşr etdirdiyi «Məbləğ»
(«Summa») adlandırılan kitabının bir nüsxəsi XVI əsrdə Kiyevə gətirilmiş və Kiyev kollegində
dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Böyük alman şairi Qete ikili mühasibat yazılışını «İnsan
düşüncəsinin ən yüksək ixtirası» adlandırmışdır. Məşhur iqtisadçı və sosioloq Verner Zombart hesab edir-
di ki, «İkili yazılış həyatda Qaliley və Nyuton sistemi kimi» qəbul olunmuşdur.
Beləliklə, mühasibat uçotu bir iqtisadi elm olmaqla, ilk əvvəl onun əsası bir elm kimi Benedetto Kotruli
(1458) və Luka Paçolinin (1494) əsərlərində qeyd olunmuşdur. Onlar mühasibat uçotunun müəssisənin
idarə olunmasında mühüm vasitə olduğunu göstərmiş və universal metodiki elm kimi qiymətləndirmişlər.
Bununla yanaşı mühasibat uçotu bir iqtisadi elm kimi, onun nəzəri və metodiki əsasları daha sonra dünya
ölkələrinin alimləri və mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir. Mühasibat uçotu daima təkmilləşdi-
rilməklə bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının formalaşması, sahibkarlığın inkişafı və
idarəetmə sistemində mühüm amilə çevrilmişdir.
Mühasibat uçotu müxtəlif inkişaf mərhələlərində idarəetməni zəruri uçot informasiyaları ilə təmin edə bil-
mək üçün planlaşmanın, proqnozlaşmanın və təsərrüfat fəaliyyətinin təhlilinin tələblərinə uyğun
qurulmalıdır. Müəssisənin idarə edilməsində mühasibat uçotunun informasiyalarından daha səmərəli isti-
fadə edə bilmək üçün mühasibat uçotunun qabaqcıl uçot metodlarından, mühasibat uçotu beynəlxalq stan-
dartlarından istifadə olunması, uçot əməliyyatlarının kompüterləşməsi istiqamətində ətraflı iş aparılması
günün vacib məsələsidir.
Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu idarəetmə uçotuna çevrilir. Müasir şəraitdə iqtisadi cəhət-
dən yüksək inkişaf etmiş ölkələrdə mühasibat uçotu bir iqtisadi elm olmaqla özünün fəaliyyətində