Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Zeynalov Rəmal Qrup



Yüklə 49,75 Kb.
tarix30.12.2023
ölçüsü49,75 Kb.
#165778
7569- Vətəndaş cəmiyyəti anlayışı və onun formalaşması şərtləri


AZƏRBAYCAN DÖVLƏT
PEDAQOJİ UNİVERSİTETİ

Tələbə: Zeynalov Rəmal
Qrup: 2004 B
Müəllim: Həsənli Elşad
Fənn: Politologiya
Mövzu: Vətəndaş cəmiyyəti anlayışı və onun formalaşması şərtləri
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera.
Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur.
Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar:
İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K.İ.V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi.
Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar:

  1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.

  2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması.

  3. Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi.

  4. Hakimiyyətin legitimliyi və demokratik xarakteri.

  5. Hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət.

  6. Siyasi və ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu.

  7. K.İ.V-nin müstəqilliyi, fikir, söz, mətbuat azadlığı.

  8. Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri və öhtəlikləri.

  9. Sinfi sülh, əməkdaşlıq və milli barışıq.

  10. İnsanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət.

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.
Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştirakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.
İnkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.
Müasir dövrdə Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti institutlarının formalaşması Dağlıq Qarabağ münaqişəsinin başlandığı və sovetlərin süqutu dövrünə təsadüf edir. Həmin dövrdə yaranmış “Qayğı”, “Qarabağa Xalq Yardımı Komitəsi” kimi vətəndaş cəmiyyəti təsisatları xalqın taleyüklü problemlərinin həllində yaxından iştirak edirdilər. GHT-lərin ölkənin ictimai həyatında fəal iştirakının təmin edilməsi baxımından 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun və 2007-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının müstəsna əhəmiyyəti vardır. Məqalədə ümumilikdə siyasi partiyaların cəmiyyətdə tutduğu mövqe, siyasi maariflənmə və ictimai rəyin formalaşması işində rolu, Azərbaycanda dövlət tərəfindən onların fəaliyyəti üçün daha münasib şərait yaradılması məqsədi ilə qanunvericilik sənədlərinin qəbul oluması şərh olunur. Vətəndaş cəmiyyətinin digər bir struktur elementi olan dini icma və birliklərin sərbəst fəaliyyəti ölkə konsitutusiyasının vicdan azadlığı haqqında maddəsi ilə təsbit olunur. Dövlətin dini icma və birliklərlə bağlı siyasətinin əsas istiqaməti dini tolerantlığın gücləndirilməsi, mövcud dini konfessiyaların dəstəklənməsi və dini dəyərlərin qorunmasından ibarətdir. Ən geniş yayılmış vətəndaş cəmiyyəti institutlarından biri olan həmkarlar ittifaqlarının Azərbaycan cəmiyyətində social sabitliyi təmin edəcək bir struktur kimi rolu artmaqdadır. Öz üzvlərinin əmək hüquqlarını müdafiə edən həmkarlar ittifaqları əmək, sosial və iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak edirlər. Vətəndaş cəmiyyətinin əsas struktur elementlərindən biri də vətəndaşların geniş informasiya mənbələrinə çıxışını təmin edən qeyri-dövlət kütləvi informasiya vasitələri hesab edilir. Azərbaycanda dövlətin söz, fikir, informasiya azadlığı, həmcin kütləvi införmasiya vasitələrinin dəstəklənməsi istiqamətindəki tədbirləri cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində onların yaxından iştirakını təmin edir. Müəllif məqalədə Azərbaycanda mövcud olan əsas vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı məsələləri təhlil etmiş, dövlət hakimiyyətinin onların inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərə aydınlıq gətirməyə çalışmışdır. Vətəndaş cəmiyyətinin struktur elementlərinin tədqiqi müasir Azərbaycan cəmiyyəti üçün aktual əhəmiyyət daşıyır, çünki vətəndaş cəmiyyətinin inkişaf tempi və formalaşma vektorları, ölkə əhalisini bu sadə olmayan prosesdə iştirakı xeyli dərəcədə onun düzgün dərk olunması və dəyərləndirilməsindən aslıdır. Ənənəvi olaraq tədqiqatçılar vətəndaş cəmiyyəti sisteminə əsasən siyasi (partiya və hərəkatlar) və iqtisadi (sahibkar birlikləri, korporasiyalar) birlikləri, dini təsisatlar, qeyri-dövlət sosial-mədəni təşkilatları, qeyri-dövlət KİV və həmkarlar ittifaqları kimi qeyri-dövlət subyektlərini daxil edirlər. XX əsrin 80-ci illərinin ortalarında keçmiş sovetlər imperiyasında baş verən ictimai-siyasi proseslər cəmiyyətin həyatında ciddi dəyişikliklərə, siyasi, iqtisadi və mədəni sahələrdə yeni meyillərin yaranmasına səbəb oldu. Belə bir şəraitdə, 1988-ci ildə Ermənistan Moskvadakı himayədarlarına arxalanaraq ölkəmizə qarşı qarşı ərazi iddiaları irəli sürdü və Dağlıq Qarabağ münaqişəsini başlandı. Ölkənin sərhəd toxunulmazlığı ilə bağlı təhlükənin yarandığı belə bir mürəkkəb şəraitdə o zamankı Azərbaycan rəhbərliyinin qətiyyətsiz, qeyriprinsipial mövqeyi vətənpərvər insanları yaranmış problemləri həll etmək üçün cəmiyyətlər yaratmağa və ictimai təşkilatlarda birləşməyə məcbur etdi. 80-ci illərin sonlarında “Qayğı” və “Qarabağa Xalq Yardımı Komitəsi” kimi cəmiyyətlərin yaradılması ölkədə vətəndaşların ictimai proseslərə cəlb olunması üçün ciddi bir stimul oldu. İstər 15 avqust 1989-cü il tarixində yaradılmış “Qarabağa Xalq Yardımı Komitəsi”nin, istərsə də həmin ilin dekabr ayında yaradılmış Qaçqınlar cəmiyyətinin Dağlıq Qarabağ müharibəsi nəticəsində öz yurdlarından qaçqın düşmüş məcburi köçkünlər üçün maddi və mənəvi dəstəyinin təmin olunmasında müstəsna rolu oldu. Həmçinin Komitənin dəstəyi ilə həmin dövrdə ilk qeyrihökumət mətbuatı olan “Azərbaycan” qəzeti nəşr olunmağa başladı. Milli, əxlaqi və demokratik dəyərləri təbliğ edən bu qəzet vətəndaşlarda vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətli rol oynadı. Sovetlər imperiyasının müxtəlif bölgələrində başlanan demokratik və milli yönlü hərəkatlar nəticəsində bu imperiya 1991-ci ildə süquta uğradı və nəticədə Azərbaycan da dövlət müstəqilliyi əldə etdi. Belə bir şəraitdə yeni kapitalist iqtisadi münasibətlərinin yaranması ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün siyası, iqtisadi və ictimai baxımdan əlverişli şərait yaranmış oldu. Müstəqilliyin ilk illərində yaranmış ictimai birliklər, yəni vətəndaş cəmiyyəti strukturları əsasən qaçqın və məcburi köşkünlərin yerləşdirilməsi, onların gündəlik yaşayış problemlərinin həlli, ölkənin ayrı-ayrı bölgələrində humanitar və siyası böhranın aradan qaldırılması, hüquq müdafiəsi və informasiya yayımı sahəsinə boşluğun doldurulmasına cəhd edir və bu sahədə ixtisaslaşmağa çalışırdılar. Ölkənin müqəddəratının həll olunduğu olduqca mürəkkəb ictimai-syasi şəraitdə, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra siyasi (çoxpartiyali sisteminin, informasiya azadlığının inkişaf etdirilməsi və s.) və sosial-iqtisadi sahədə (bazar iqtisadiyyatına keçid, orta təbəqənin genişləndirilməsi, əlverişli investisiya mühitinin yaradılması və s.) islahatların həyata keçirilməsinə ciddi əhəmiyyət verilməyə başladı. Azərbaycanda bazar iqtisadiyyatına malik olan hüquqi, demokratik və sosial dövlətin yaradılması paradiqmasına uyğun olaraq ölkədə vətəndaş cəmiyyətinin inkişafına və onun sosial-iqtisadi tərəqqiyə cəlb olunmasına yönəlmiş dövlət siyasəti həyata keçirilməyə başlandı.
Vətəndaş cəmiyyətinin inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədi vətəndaşların ictimai iştirakçılıq və özünütəşkil formalarının dəstəklənməsi və inkişafı üçün informasiya, hüquqi, təşkilati və infrastruktur şəraitin təmin edilməsindən ibarətdir idi. Vətəndaş cəmiyyəti struktur elementlərinin ölkənin ictimi-siyasi və mədəni həyatında fəaliyyətinin genişlənməsində, təbii ki, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması da az rol oynamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda, Mülki Məcəlləsinin, kütləvi informasiya vasitələri, siyasi partiyalar və qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), informasiya azadlığı haqqında qanunların və digər mühüm qanunvericilik aktlarının qəbul edilməsi ölkəmizdə siyasi partiyaların, dini icmaların, KİV və s. qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmış, GHT-lərin beynəlxalq standartlara uyğun qurul-masını şərtləndirmişdir.1992-ci ildə “İctimai birliklər haqqında” qanunun qəbul edil¬məsi vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyətinin təmin edilməsi və onların üzləşdiyi problemlərin həll edilməsi sahəsində irəliyə doğru mühüm bir addım oldu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün lazımi hüquqi baza yaradılmış oldu. Doğrudur, konstitusiyada “vətəndaş cəmiyyəti” istilahı işlədilmir, lakin məhz elə bu Əsas Qanunda əks olunan hüquqi normalar bu cəmiyyətinin struktur elementlərinin formalaşması və inkişafı üçün hüquqi əsas yaradır. Konstitusiyanın 12-ci maddəsində göstərilir: ”İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” ( Konstitusiya, 2021: 7). Beləliklə, dövlət vətəndaş cəmiyyəti üçün zəruri olan siyasi və hüquqi şərtləri təmin etməyi öz öhdəsinə götürür. Məlum olduğu kimi, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün xüsusi mülkiyyətinin zəruri şərt olduğu hələ Yeni dövr mütəfəkkirləri tərəfindən xüsusi olaraq qeyd edilmişdir. Bu baxımdan Əsas Qanunun 13-ci maddəsində dövlət mülkiyyəti ilə yanaşı, xüsusi mülkiyyətin və bələdiyyə mülkiyyətinin təsbit olunması orta təbəqənin say etibarilə çoxalması və cəmiyyətdə mövqeyinin möhkəmlənməsi baxımından vətəndaş cəmiyyətinin iqtisadi bazası üçün əhəmiyyətlidir. Vətəndaş cəmiyyətinin mövcud olmasının zəruri şərti kimi bunları qeyd etmək olar: birincisi, əhalinin vətəndaş mədəniyyəti səviyyəsinin inkişaf etməsi, öz hüquq və azadlıqlarını dərk etməsi; ikincisi, siyasi qərarların hazırlanması və qəbul edilməsinə vətəndaşların təsir göstərməsinə imkan verən açıq xarakterli siyasi sistemin mövcud olması; üçüncüsü, ictimai aktorların dövlət hakimiyyətindən aslı olmaması və iqtisadi bazis kimi xüsusi mülkiyətin təsbit olunması. Bu baxımdan Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan II bölmənin 3-cü fəslində öz inikasını tapmış maddələri qeyd etmək lazımdır (Konstitusiya, 2021: 10-24). Burada ölkə vətəndaşlarının cəmiyyətin ictimai və siyası həyatında fəal mövqeyini, siyas iştirakçılıq və sosiallaşmanı təmin edəcək demokratik azadlıqlar təsbit olunmuşdır. Vətəndaş cəmiyyətinin inkişafı baxımından əsas hüquqi baza olan 58-ci maddə xüsisi əhəmiyyətə malikdir. Bu maddədə hər bir vətəndaşın istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ təsbit olunur ( Konstitusiya, 2021: 19-20). Qeyd etmək lazımdır ki, qanuna zidd və hüquqi noramaları pozmaqla fəaliyyət göstərən hər hansı bir birləşmə və ya cəmiyyət vətəndaş cəmiyyətinin strukturuna aid edilə bilməz. Respublikamızın demokratik inkişaf, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı nailiyyətlər, məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan möhkəm təmələ əsaslanır Vətəndaş cəmiyyətinin struktur elementləri içərisində qeyri-hökumət təşkilatları mühüm yer tutur. Ölkədə 90-ci illərinin birinci yarısında qəbul edilmiş hüquqi aktlar vətəndaş cəmiyyətinin inkişafını təmin etmək baxımından yetərli olmadığına görə, 1999-cu ildə 95 təşkilat tərəfindən Milli QeyriHökumət Təşkilatları Forumu (MQF) təsis edildi. Bu qurumun başlıca məqsədi QHT-lərin maraqlarının təmsilçisi kimi çıxış etmək, onları fəaliyyətlərinə səmərəli təsir göstərə biləcək zəruri informasiya ilə təmin etmək və yaranmış problemləri kollegial şəkildə həll etməkdən ibarət idi. Azərbaycanda 13 iyun 2000-ci il tarixində Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və bu qanun əsasında milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradılması vətəndaş cəmiyyətinin inkişafı istiqamətində irəliyə doğru mühüm bir addım oldu. Sonrakı illərdə Hökumət, QHT-lər və mütəxəssislər mövcud şəraitdən doğan tələbi nəzərə alaraq donor təşkilatın yaradılması istiqamətində araşdırmalar apardıqdan sonra konkret rəy və təkliflər hazırladılar. Belə bir donor qurum Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası oldu. 27 iyul 2007-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”na görə, dövlət dəstəyinin prioritet sahələri aşağıdakılardan ibarətdir: azərbaycançılıq ideyasını təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması; siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının təmin edilməsi; söz, fikir və ifadə azadlığının genişləndirilməsi; təhsil, elm, texnika, mədəniyyətin inkişaf etdirilməsi və s. (Konsepsiya, e-qanun.az, 2020) QHT-lərin fəaliyyətinin hüquqi bazasının genişləndirilməsi və bu istiqamətdə çalışan qurumlar üçün yeni perspektivlərin yaradılması baxımından “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun da müstəsna əhəmiyyəti vardır. Qanunun 2-ci maddəsində qeyrihökümət təşkilatlarının ictimai birlik və fondlardan ibarət hesab edildiyi göstərilir (QHT-lər, e-qanun.az, 2020). Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən sosial-iqtisadi və siyasi dəyişikliklər istiqamətində ardıcıl siyasi iradə nümayiş etdirdi. Ölkə rəhbərinin dəstəyi, təşəbbüsü və tövsiyəsi ilə QHTlərlə dövlət orqanları arasında təmasların qurulmasında, qarşılıqlı inam və etimadın yaradılmasında mühüm uğurlar əldə edildi, QHT-lərin fəaliyyət mexanizmləri beynəlxal standartlara uyğun şəkildə quruldu, təkmilləşdirildi. 2000-ci illərin əvvəlləri üçün QHT-lərin inkişafında ən mühüm cəhət onların konkret sahələr üzrə ixtisaslaşmasının başa çatması oldu. Bu qurumlar ölkədə vətəndaş cəmiyyəəti quruculuğu, demokratik və hüquqi dövlətin formalaşması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, insan haqlarının qorunması, sosial və iqtisadi islahatların aparılması, qaçqın və məcburi köçkün problemlərinin həll edilməsi, elm, təhsil və mədəniyyət sahələrindəki boşluqların doldurulmasına yardım etməklə 24 fəaliyyət istiqamətini əhatə edə bildilər. Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi dövr ərzində QHT-lər tərəfindən irəli sürülmüş çoxlu sayda təşəbbüsün reallaşdırılmasını və maliyyələşdirilməsini təmin etmişdir. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq QHT-lərin öz təşəbbüs və layihələrini həyata keçirmək üçün dövlətdən maliyyə dəstəyi almaları onların fəaliyyətində yeni mərhələnin əsasını qoymuş, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təsir göstərmişdir. Şuranın yaradılması ilə GHT-lərin fəaliyyəti üçün geniş perspektivlər açıldı. Ölkədə QHT-lərin cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilməsində QHT Şurasının məqsədyönlü fəaliyyəti də az rol oynamadı. 2007-ci il iyun ayını 27-də isə Prezidentin müvafiq sərəncamı ilə ” Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiqi ilə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində hüquqi, siyasi və iqtisadi şərtlərin təmin edilməsi baxımdan yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu konsepsiyanın qəbul olunması ilə vətəndaş cəmiyyətinin inkişafı üçün yeni perspektivlərin açılması ilə yanaşı, dövlət orqanlarının vətəndaş cəmiyyətinin QHT-lərə aid struktur elementləri ilə qarşılıqlı əlaqələrdə vəzifə və səlahiyyətləri də konkretləşmiş oldu. Ümumilikdə, Dövlət Dəstəyi Şurası sosial müdafiə istiqamətində konkret əhali qruplarına yardımın təşkil olunmasında, səmərəli və demokratik idarəetmə qaydalarının təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılmasına xüsusi diqqət ayırırdı. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapmış “Makroiqtisadi sabitlik və iqtisadi artım”, “Məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi”, İnsan kapitalının inkişafı və sosial tərəqqi”, “İnstitisional siyasət və səmərəli idarəetmə” kimi müddəalar vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, onun möhkəmlənməsi işində mühüm amil olan orta təbəqənin nisbi göstəricisin artması baxımından əhəmiyyətlidir. Belə hesab etmək olar ki, Şuranın yaradılması ilə QHTlərin yaranması və inkişafında yeni mərhələ başlanmışdır. Bu mərhələdə QHT-lərdə kəmiyyət və keyfiyyət baxımında ciddi dəyişiklik baş verdi. Bu mərhələnin günümüzədək davam etdiyini söyləmək olar. QHT-lərin sayı da əhəmiyyətli dərəcədə artmış oldu. Qeyd etmək lazımdır ki, QHT-lər təkcə kəmiyyətcə artmamış, onların həm də fəaliyyət növü istiqamətində differensasiyası artmışdır. QHT-lərin sayca artmasını dövlət dəstəyi ilə yanaşı, eyni zamanda onların beynəlxalq fond və təşkilatlar tərəfindən maliyyə cəhətdən dəstəklənməsi ilə izah etmək olar. Hal-hazırda ölkədə 300-dən artıq QHT fəaliyyət göstərir. Bu gün üçüncü sektorda tam şəklidə 15 min nəfər, müvəqqəti olaraq (ekspert və məsləhətçi kimi) 25 min nəfərə yaxın, könüllü kimi 40 min nəfərdən artıq insan çalışır. Ölkə QHT-lərinin fəaliyyətinin təhlili göstərir ki, hal-hazırda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən GHT-lərin kifayət qədər sabit qrupu formalaşıb. Dövlət tərəfindən himayə olunan QHT-lərin prioritet istiqamətlərini bunlardan ibarət hesab etmək olar: ekoloji, uşaq, gənclər, təhsil, sosial, gender, hüquqi mudafiə və tibbi. Bunların faiz göstəriciləri təqribi olaraq belədir: ekoloji15 faiz, uşaq və gənclər- 13,6 faiz, qadın- 13,3 faiz, tibbi- 13,1 faiz, mədəniyyət, incəsənət elm və təhsil- 12,5 faiz, hüquq müdafiə- 7,6 faiz, sosial müdafiə-6,8 faiz, ictimai təşəbbüsü müdafiə- 6 faiz, çoxprofilli- 4,7 faiz, tibbi kömək -7,4 faiz. Dövlət GHT-lərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək üçün onlara lazımi dərəcədə maliyyə dəstəyi göstərir. Məhz bu siyasətin nəticəsidir ki, onların vətəndaş cəmiyyəti quruculuğu işində ölkə həyatına töhfə vermələri artan templə inkişaf etməkdədir. Bununla belə, QHT-lərin bölgələrdə, xüsusən də kənd yerlərində paytaxta nisbətən zəif inkişafı problemi qalmaqdadır. Onlardan təqribən 8% bölgələrdə fəaliyyət göstərir ki, bu da ictimai təşəbbüsün inkişafı üçün kifayət deyil. QHT-lərlə bağlı qəbul edilmiş qanun və qərarlar onların bölgələrdə fəaliyyətini canlandırmaqla əhalinin işlə təmin olunmasına və sosial infrastrukturun inkişafına kömək etmiş olacaq. QHT-lərin himayə olunmasından əsas məqsəd Azərbaycan Respublikasında sosial siyasətin həyata keçirilməsində yeni model formalaşdırmaq, sosial təmayüllü QHT-lərə onlarla dövlətin fəal əməkdaşlığı yolu ilə səmərəli köməklik göstərmək, onların sosial əhəmiyyətli məsələlərin həllinə cəlb olunması, informasiya-məsləhət, metodik, təşkilatitexniki yardım göstərilməsi, habelə dövlət sosial sifarişi vasitəsilə onlara köməklik göstərilməsindən ibarətdir. Dövlət tərəfindən QHT-lərin himayə olunması bir qayda olaraq qanunilik, əməkdaşlıq, şəffaflıq, bərabərhüquqluluq, qarşılıqlı razılıq və cavabdehlik prinsiplərinə əsaslanır.


MƏNBƏ:

  1. Azərbaycan Respublikasının Konstitusiyası (2021), Bakı: “Hüquq Yayın Evi”.

  2. HÜSEYNOV, R (2017). Hüquqi dövlət və vətəndaş cəmiyyəti. Bakı: “ Elm və Təhsil”.

  3. NOEL-NOYMAN, E. (1996). Obşestvennoe mnenie. Otkrıtie spirali molçaniya. Moskva: Proqress-akademiya.


Yüklə 49,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə