Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ŞİkayəT ƏRİZƏSİ



Yüklə 18,59 Kb.
tarix08.04.2023
ölçüsü18,59 Kb.
#104772
SHİKAYET ERİZESİ




Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına


ŞİKAYƏT ƏRİZƏSİ
(“Sumqayıt Bulvar” MMC-nin rəhbərliyindən)
Hörmətli cənab Prezident!
Bu şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək
Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Bu barədə deputat Vüqar Bayramov bildirib.
Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.
Lakin bu qanuna baxan yoxdur. Sumqayit Şəhər icra hakimiyyətinin başçısının tabeliyində olan “Sumqayit Bulvar” MMC –nin işçilərinə heç kim bele pul yox ödəməyəck deyirlər.
Xahiş edirik orda işləyən hər kəs kasıb ailənin üzvləridir. Xahiş ediriki ki, bizə bu pulun ödənməsi üçün göstəriş verəsiniz. Hər birmizin çünki bu pula ehtiyacı var. Burda işləyən müdür və müdür köməkçilər prezident qanunlarını heçə sayır.


İmza:
Sumqayıt Bulvar”
MMC-nin bir qrup işçiləri adından
Əlaqələndirici şəxs bu adamdır:


Sumqayıt şəhər, Bulvar küçəsi 58 (Əlaqələndirici şəxs:
Şahin Mehbalıyev,
telefon :(018) 655-04-75)
Yüklə 18,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə