Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 59,03 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü59,03 Kb.
#31324


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 94

′′16/18′′ 



BERLİN KONQRESİNDƏ  “ERMƏNİ MƏSƏLƏSİ” 

 

İSMAYIL MUSA 

Bakı Dövlət Universiteti 

afternoon1986@hotmail.com 

 

“Султан щюкумяти ермянилярин йашадыглары  



вилайятлярдя йерли ещтийаcларын зярури етдийи  

ислащатлары эеcикдирмядян щяйата кечирмяйи вя  

онларын асайишини, тящлцкясизлийини кцрдлярля  

чяркязлярдян горумаьы ющдясиня эютцрцр” (Berlin    

müqaviləsinin 61-ci maddəsindən)  

 

Məqalədə böyük və maraqlı dövlətlərin “erməni məsələsi”ni Berlin konqresində bey-



nəlxalq münasibətlərə gətirməsi məsələləri araşdırılır. İşdə başlıca diqqət Berlin müqaviləsi-

nin 61-ci maddəsinə dair elmi-siyasi baxışların təhlilinə yönəldilmişdir. Burada Osmanlı və 

digər dövlətlərin arxivlərinin müəyyən materialları təhlil edilmişdir.  

 

Açar sözlər: Berlin, sultan, kilsə, erməni, konqres 

 

Berlin konqresinin nəticələri beynəlxalq münasibətlər tarixinin aparıcı 



mövzularından biri hesab olunur. Konqresin ümumi yekunları  və bu kon-

tekstdə Berlin müqaviləsinin 61-ci maddəsi ilə bağlı məsələlərə dair də çoxlu 

elmi-siyasi dəyərləndirmələr meydana çıxmışdır. Konqresdə Bikonsfildlə 

Solsberi məşhur  Qorçakov üzərində  qələbə qazanmış  və Bismarka da üstün 

gəlmişdilər. Bu cür baxışlardakı həqiqətlər elə Bismark və Qorçakov tərəfin-

dən birbaşa və ya dolayısı ilə  də olsa etiraf edilmişdi. Belə ki, “konqresin 

mərkəzi fiquru kimdir?” sualına Bismark Dizraelini göstərərək diplomatcasına 

demişdi: “Bu, qoca yəhudi elə həmin adamdır”(2,136).  

Görünür həm də bununla bağlıdır ki, H.Kissincer “Diplomatiya” əsə-

rində Dizraelini “nə vaxtsa Bismark üzərində üstünlük qazana bilən yeganə 

dövlət xadimi” kimi dəyərləndirirdi. A.Qorçakov isə II Aleksandr üçün hazır-

lanan diplomatik sənəddə yazmışdı: “Berlin konqresi mənim  xidməti karye-

ramda  ən qara səhifədir”. Və çar da oraya “mənim də  həmçinin”  əlavəsini 

etmişdi (Panslavyanistlər konqresi “Berlin xəyanəti” sayırdılar).  

Osmanlıya “Kipr qiyməti”nə, ümumiyyətlə, 287.510 kv.km torpaq (Ana-

doluda da Qars, Ərdəhan, Batum) itkisinə və  Rusiyaya ödəniləcək 802 milyon 

frank (3; 173,176) hesabına başa gələn Berlin konqresi  Türkiyənin mövqeyini 

 

90




qismən də olsa möhkəmləndirdi. Belə  ağır itkilərlə yanaşı Osmanlıya üstəlik 

dövlətlərarası münasibətlərdə uzun sürəcək bir problem (tarixi başağrısı) – 

müəyyən dairələr tərəfindən “beynəlxalq hüququn əsas mövzularından sayılan 

“erməni məsələsi” də hədiyyə edildi”.  

Bununla böyük dövlətlər Osmanlının daxili işlərinə “müdaxilə hüququ” 

və bundan yararlanmaq üçün daha bir əlverişli imkan qazanmış oldular. Çünki 

digər tərəfdən, Berlin müqaviləsi (63-cü maddə) – Paris sazişinin (30.III.1856) 

“Osmanlının ərazi bütünlüyünə, müstəqilliyinə hörmət edilməsi və onun daxili 

işlərinə qarışmamaq” prinsipini (7-9-cu maddələri) aradan qaldırdığından və 

onun torpaqlarının bölüşdürülməsi üçün artıq “özünü doğrultmuş olan örnək” 

verdiyindən – daha əlavə  ərazilərin (Misir və s.) qoparılmasını da “açıq 

qoymuşdu”. Əslində, Berlin konqresi – müqaviləsinin yaratdığı sistem Osmanlı 

dövlətinin bölüşdürülməsi və tarixdən silinməsi məqsədini güdürdü (1914-cü 

ilədək davam edən bu sistem nəzərdə tutulan nəticə ilə də yekunlaşdı). 

Berlin müqaviləsinin 61-ci maddəsi “erməni məsələsi”nin beynəlxalq 

münasibətlərdəki yerini rəsmiləşdirsə də onun “həlli” uğrunda çalışanlar tərə-

findən birmənalı qarşılanmadı. Erməni dini və ictimai dairələrində şaxələnmiş 

baxışlar, mövqelər və  təkliflər səslənməyə başladı, qızğın mübahisələr getdi. 

Bu haçalanmış durumda araşdırmaçılardan B.Şimşir və digərlərinin də qeyd 

etdiyi kimi, iki istiqamət  özünü açıq-aşkar göstərirdi: 



1. Berlin konqresindən və 61-ci maddədən razılıq edənlər – ingilismeylli 

“nikbinlər”. 



2. Berlin müqaviləsindən və onun “islahatçı” maddəsindən məmnun qal-

mayanlar – Rusiya tərəfdarı olan “bədbinlər”.  

Berlin konqresiylə “qızıl mədəni” tapdıqlarını iddia edən “nikbinlər”in 

fikrincə, ermənilər bu müqavilədən (ələlxüsus da 61-ci maddədən) çox mühüm 

siyasi mənfəətlər qazanmışdılar. “Erməni məsələsi”nin beynəlxalq müna-

sibətlər sistemində bərqərar olması, qarşıya qoyulan “tarixi vəzifələr”in həyata 

keçirilməsinə ingilis himayəsinin vacibliyinin dərk edilməsi və bu sahədəki 

irəliləyişlər, strateji hədəflərə yetişilməsi üçün konqresdən ciddi dərslər 

alınması qazanılan mənfəətlər sırasında sadalananlardan idi.  

İngiltərənin Osmanlıdakı  səfiri  Layard öz dövlətinin XİN-i Solsberiyə 

ünvanladığı (16.VII.1878; №920) teleqramda yazırdı ki, “Osmanlı erməni-

lərinin istədikləri durum Berlin konqresində təminat altına alınmışdır. Onların 

İstanbulda çıxan “Lirakir” qəzetində gedən yazıda bundan məmnunluq bil-

dirilir və İngiltərəyə də minnətdarlıq izhar olunur”(4). 

Konqresin nəticələrini və 61-ci maddəni dəstəkləyənlər sırasında Os-

manlı ermənilərinin Berlin konqresindəki təmsilçilər heyətinin  tərcüməçi-

katibi N.Çerasın baxışları xüsusi ilə fərqlənir.  N.Çeras öz fikirlərini İstanbula 

döndükdən az sonra erməni dilində  nəşr etdirdiyi” Berlin konqresindən nə 

qazandıq?” kitabçasında açıqlamışdı. Sözgəlişi, ingilis səfiri Çerasın “Berlin 

konqresində erməni milləti üçün əkilən toxumun meyvələrini öncədən gör-

düyünü” yazırdı (1,346-350). N.Çerasın məsələlərə dair mövqeyi San-Stefano 

 

91




və Berlin müqavilələrinin ermənilər üçün nəticələrinin müqayisəsinə  əsas-

lanırdı. Onun toxunduğu problemlərin çoxluğunu və  rəngarəngliyini nəzərə 

alaraq müəyyən qruplaşma aparılmasında fayda görürük: 

Birincisi, ermənilərin Berlin konqresindən və 61-ci maddədən  əldə 

etdiklərinə dair fikirlərə nəzər salaq. Layard Solsberiyə yazırdı (21.XI.1879) ki, er-

mənilərin konqresin yekunları ilə bağlı ümidsizliyə qapılmalarına lüzum görməyən 

Çeras “erməni məsələsi” ilə əlaqədar qərarı verən Avropa heyətinin (Berlin konq-

resi nəzərdə tutulur – İ.M.) rəsmi qaynaqlarına əsasən bunu bəyan edir: ermənilər 

Berlində San-Stefanodan daha çox qazanmışlar. Çerasın qənaətincə, Berlin 

konqresi San-Stefano müqaviləsinin 16-cı maddəsini 61-ci maddə ilə dəyişdirməklə 

qalmadı, əslində irəlidə qurulacaq milli binanın (erməni dövləti nəzərdə tutulur – 

İ.M.) təməllərini qoydu.  Berlin konqresiylə bir qızıl mədəni qazandıq, bu mədəni 

işlətmək və qızılı çıxarmaq bizə qalır”(1, 346-350). 

Katib-tərcüməçi öz mövqeyini bu cür dəlillərlə  əsaslandırırdı: 16-cı 

maddə xahişlərdən yaranmışdısa, Berlin onu qərarlarla möhkəmləndirdi. Əgər 

San-Stefano Osmanlı ermənilərinin “problemlərinin həlli” üçün təkcə Rusiyanı 

məsul (qarant) edirdisə, bundan sonra digər böyük dövlətlər də bu missiyanı 

daşımalı idilər. Çerasa görə, Avropa ermənilərə gerçəkçi (həqiqi) muxtariyyət 

verməsə  də onlara öz məqsədlərinə yetişməyə  şərait yaradacaq bir maddə ba-

ğışlamışdı. Onun kitabçasında bu fikrin davamı olaraq yazılırdı ki, Osmanlı hö-

kumətinin ermənilərin yaşadığı yerlərdə Avropa dövlətlərinin nəzarəti ilə 

həyata keçirəcəyinə söz verdiyi islahatlar bir gün onları muxtariyyətə qovuş-

duracaqdır. 



İkincisi, ermənilərin İngiltərəyə bel bağlamalarının zəruriliyinə və onun 

əsaslandırılmasına dair mülahizələri də  nəzərdən keçirmək lazım gəlir. Sols-

berinin konqresöncəsi onlara kraliçanın arzusunu (“ermənilərin məmnunedici 

bir durumda, rifah və dinclik içində yaşamaları, azadlığa və muxtariyyətə sa-

hib olmaları”) çatdırdığını xatırladan Çerasın fikrincə, soydaşları ingilis baş 

diplomatına minnətdar olmalıdırlar. Çünki Solsberi “erməni məsələsi”ni bu 

millətin haqqı kimi ən mükəmməl bir şəkildə – ayrıca maddə olaraq ortaya 

qoymuşdu.  

Çeras yazırdı ki, Rusiyaya üstünlüklər verən San-Stefano müqaviləsi 

erməniləri nəzərə almadan “Şərq məsələsi”ni sona çatdıracaqdı. XVI 

maddədəki “Ermənistanda” kəlməsinin 61-ci maddədə “ermənilərin yaşadığı 

əyalətlərdə” ifadəsi ilə  əvəzlənməsini uğursuzluq (geriyə doğru addım) kimi 

səciyyələndirənlərə cavab olaraq kitabçada bildirilirdi: sultan hökuməti Berlin 

müqaviləsinə  əsasən ermənilər yaşayan hər yerdə islahat aparmağı öhdəsinə 

götürmüşdür. “Berlin konqresindən nə qazandıq?” kitabçasında ingilis-türk 

(Kipr) müqaviləsi də ermənilər üçün bir nemət sayılırdı. Çünki “Rusiya və 

Britaniya bundan sonra Ermənistanda (?! – İ.M.) nüfuz uğrunda bir-biri ilə 

yarışacaqdılar və erməni ünsürü də ondan yararlanacaqdı”. 



Üçüncüsü,  və  ən başlıcası isə, Çerasın soydaşlarına görməli olduqları 

işlərlə bağlı verdiyi “məsləhətlər” üzərində dayanmağa ehtiyac vardır. Bu 

 

92



“tövsiyələr”in  əsas qayəsi bütün millətə ünvanlanan belə bir açıq çağırışdan 

ibarət idi: “fəaliyyət, fəaliyyət, yenə fəaliyyət, Türkiyədə fəaliyyət, Avropada 

fəaliyyət, dayanmadan fəaliyyət”. Həmin fəaliyyətin konkret sahələrinə 

(istiqamətlərinə) dair verilən “məsləhətlər” də diqqətçəkicidir: 

 

cəsarətimizi itirməməli və bundan belə bizə verilənlərdən mümkün 



qədər çox faydalanmağı təmin etməli; 

 



ümidsizliyə düşməməli və bir yandan Ermənistanın (?!-İ.M.),  o biri 

yandan da Avropanın çalışmasına nail olmalı; 

 

Avropanın  əlimizə verdiyi silahı korşalmağa qoymadan ondan 



yararlanmalı; 

 



sultan hökuməti erməniləri kürdlər və  çərkəzlərdən müdafiəyə dair 

öhdəliyinə  əməl etməzsə (onları  cəzalandırmazsa), yenə  fəaliyyətə başlamalı 

və bunun İngiltərənin vəzifəsi olmasını unutmamalı; 

•  Berlin konqresiylə  əldə edilən qızıl mədənini işlətməli və  qızılı 

çıxarmalı. 

Berlin konqresinin nəticələrindən və 61-ci maddədən həyəcanlananların 

(“bədbinlər”in) həmfikirləri daha çox idi. Konqresdən gözlədiklərini ala 

bilməyən və Balkan xristianlarının  əldə etdiklərini qazanmayan ermənilərin 

xeyli hissəsi ”küskünlər”lə həmrəylik göstərirdi. S.Stepanyanın ”Alman impe-

rialist siyasətində ermənilər” kitabında (İrəvan, 1975; ermənicə) və s. əsərlərdə 

Berlin konqresi erməni faciəsinin başlanğıcı kimi dəyərləndirilirdi (5,186). Bu 

və digər  əsərlərdə diqqəti öncə “Berlin uğursuzluğu”nun səbəblərinə dair 

baxışlar cəlb edir.  

Fikrimizcə, bu səbəblər Eçmiədzin katolikosu  N.Varjabedyanın Man-

çester erməni komitəsinin başçısı Q.Papazyana məktubunda  ətraflı  və dürüst 

açıqlanmışdı. Patriarxın düşüncə  və  qənaətincə, konqresdəki “nəticəsizlik”, 

əsasən, aşağıdakı hallar (hərəkətlər) ilə bağlı idi (6,253): 

a) kor-koranə türk dostu (?!-İ.M.) olan Layardın  İngiltərə hökumətinə 

yanlış bilgilər verməsi. Bizcə, ingilis səfirinin “türk dostu” olması bir o qədər 

də inandırıcı görünmür (Elə katalikos özü Q.Papazyana başqa bir məktubunda 

“yanına gedərkən acı-acı  şikayətlər etdiyim Layard ermənilər üçün bir təklif 

hazırlamaq istəyirmiş” - deyə yazmaqla əslində bu fikrinin əleyhinə getmiş 

olurdu). Səfirin öz rəhbərliyinə yanlış  məlumatlar yollaması da faktlarla təs-

diqlənmir. Layardın, tərəfimizdən nəzərdən keçirilən, raport-məktub-teleq-

ramları (4) onun sadəcə bir diplomat kimi öz dövlətinin maraqlarına uyğun 

fəaliyyət göstərdiyini, ermənilərin “problemləri”nin (iddia və yalanlarının) 

mahiyyətini yaxşı bildiyindən bu məsələlərə çox da diqqət yetirmədiyini 

söyləməyə əsas verir; 

b)  İngiltərənin, konqresdə müzakirə edilən  əsas məsələlərlə bağlı Os-

manlıya onsuz da çoxlu və ciddi rahatsızlıqlar yaratdığından, ikinci dərəcəli 

işlərdə (“erməni problemlərinin həlli”ndə) ona xoş  rəftar göstərməsi (Bizcə, 

patriarx burada əsla yanılmamışdı); 

 

93



c) Osmanlı dövləti təmsilçilər heyətinin konfransda erməni iddia və is-

təklərinə cavab vermələri, sərt reaksiya göstərmələri, yunan əsilli Qarateodori 

paşanın isə  qəhrəmanlıq nümayiş etdirməsi (Təbii ki, bunu heyətin yardımçı 

hissəsindəki ermənilərə aid etmək olmazdı. Ancaq Osmanlı təmsilçiləri beynəlxalq 

şəraitin və öz dövlətlərinin durumunun imkan verdiyi səviyyədə çalışmışdılar); 

ç) ən başlıcası, İngiltərə ilə Osmanlı  arasında gizli müqavilənin – “Kipr 

sazişi”nin imzalanması (Doğrudur, bu müqavilə  İngiltərəni “erməni məsə-

ləsi”nin “həlli”ndə qarant etsə  də, Osmanlının Berlin müqaviləsini Kipr 

bahasına satın alması da danılmaz faktdır); 

d) konqresə göndərilən erməni təmsilçilər heyətinin bacarıqsızlığı, 

onların öz başları hesabına fəaliyyət göstərmələri və siyasətdə  təcrübəsiz 

olmaları. 

Sonuncu halla bağlı bunu demək olar ki, digər erməni mənbə və təhqi-

qatlarında da onların təmsilçilər heyəti “Berlin məğlubiyyəti”nin əsas günah-

karları – səbəbkarlarından biri sayılır. Leo, “Hırimyana əsla uyğun gəlməyən 

vəzifə… siyasi öndərlikdi” yazmaqla, onun istədiyi (“ermənilərin idarə edə-

cəyi müstəqil Ermənistan ) ilə bu yolda gördüyü işlərin uzlaşmadığını önə 

çəkirdi. Onun istədiklərini İngiltərə kraliçasının da arzuladığını (buna əvvəldə 

toxunmuşuq) deyən Leo keçmiş patriarxın buna görə  də Böyük Britaniya 

hökmdarını təqdir etdiyini vurğulayırdı.  

Araşdırmaçı keçmiş patriarxın Avropada apardığı “erməni davası”nı – 

göstərdiyi fəaliyyəti bu cür səciyyələndirmişdi: qüvvətliləri inandırmağa get-

mişdi, ancaq heç birinin üzünü görə bilmədi; katibi N.Çeras İtaliya Xarici  

İşlər nazirinin qəbulunda xeyli müddət gözləməli oldu; Almaniya imperatriça-

sı ermənilərin məruz qaldıqları zülmləri (?! – İ.M.) eşidincə ağlamış və kayzerin 

adından ona söz (yəqin ki, dəstək-himayə barədə – İ.M.) vermişdi; İngiltərədə ona 

möhtəşəm bir rəsmi qəbul təşkil olunmuşdu. Hırimyanın bütün bu fəaliyyətinə 

dair erməni tarixçisi tərəfindən gəlinən qənaət – verilən xülasə  də çox maraqlı 

idi: “Fəqət nəticə sıfır”.  

Təbii ki, Leonun çıxardığı  nəticə ilə birmənalı razılaşmaq mümkün-

süzdür. Çünki erməni heyətinin Avropadakı və az sonra konqresdəki “əməyini 

yerə vurmaq” heç də obyektivlik olmazdı. 61-ci maddə, bir çox maksimalist 

din adamları  və digər öncüllər kimi, Leonu da tam qane etməsə  də “erməni 

məsələsi” adı altındakı fitnə-fəsadlarla “Avropanın da aldadılması”nda mühüm 

addım sayıla bilər (Sözgəlişi, konqresin nəticələri və 61-ci maddənin  şərtləri 

ilə razılaşmayan leomövqeli ermənilər elə o vaxtdan “Bolqarıstan təcrü-

bəsi”ndən faydalanmaq xəttini əsas tutmuşdular) (7). 

Digər bir müəllif (S.Qabrielyan) siyasi problem kimi səciyyələndirdiyi 

“erməni məsələsi”nin “Avropa kabinələri (hökumətləri) qarşısında açıqlanmasını 

incə  və  çətin bir iş” sayırdı (Yeri gəlmişkən, Qərb tədqiqatçılarından F.Nansen 

1928-ci ildə Leypsiqdə  nəşr etdirdiyi ”Aldadılmış xalq” adlı kitabında  Avropa 

siyasətinə qarışmış olduqlarına görə ermənilərə acıdığını yazırdı) (5,86)..  

 

94



S.Qabrielyan yazırdı ki, ermənilərin siyasi həyatının yoxluğu və belə bir 

adamın sultan hökumətindəki  əfəndilər (təbii ki, orada çalışan ermənilərdən 

söhbət gedir – İ.M.) arasından seçilməsinin mümkünsüzlüyü patriarxı iki kilsə 

xadimi (Hırimyan və Narbey) üzərində dayanmağa məcbur etmişdi.  Maraqlı 

burasıdır ki, “Erməni böhranı və təkrar doğuş” əsərinin müəllifi Narbeyi “si-

yasi təcrübələrdən tamamilə məhrum və bu iş üçün xüsusi ilə uyğun olmayan 

adam” kimi səciyyələndirmişdi. Hırimyanı isə bir keçmiş patriarx kimi dar 

sahədə çalışan, ancaq “siyasi işlərdə təcrübə sahibi olan” şəxs saymışdı. 

Digərlərindən fərqli olaraq daha çox hədəfə götürülən Hırimyanın 

Avropada və konqresdəki fəaliyyəti Varjabedyan tərəfindən (keçmiş patriarxın 

vaxtı ilə ona göstərdiyi etimadsızlığa və s. baxmayaraq) yetərincə yüksək 

qiymətləndirilmişdi. N.Varjabedyanın erməni Milli Məclisinin  İstanbulda 

Berlin konqresindən az sonra keçirilən beşinci toplantısında oxunan məruzə-

sində yazılırdı ki, Hırimyan Ermənistanın şan və şərəfinin yasını, bəxtsizliyini 

məşhur bir səbrlə daşıyır, erməni millətinin keçmiş xatirələrlə titrəyən və yeni 

ümidlərlə vuran ürəyini təmsil edir (6;256,262). 

Hırimyanın özü isə Berlindən İstanbula döndükdən sonra vəziyyəti öyrənmək 

istəyənlərə  və ona ünvanlanan iradlara (ittihamlara) cavablarını belə bir obrazlı 

müqayisə ilə açıqlamışdı:  ”Berlində ölü ruhu üçün halva paylayırdılar (konqres 

masası üzərinə qoyulan “Müstəqillik yeməyi” kimi də ifadə olunur – İ.M.), məni də 

ermənilərə düşən payı alıb gətirmək üçün göndərdiniz. Mən də orada gördüm ki, 

Balkan xristianları  dəmir çömçə (qaşıq) ilə qablarını doldurdular (nəfis yeməkdən 

aslan paylarını aldılar). Siz mənə çömçə yerinə bir kağız parçası (memorandum) 

verdiniz. Onu isti halvaya nə qədər soxdumsa, bir o qədər də islandı, nəhayət, əzildi 

və dağıldı. Mən də boş buraxdım, gəldim (Ermənilər yalnız bir “kağız çömçə”, yəni 

ərizə ilə getdiklərindən “Müstəqillik yeməyi”ndən nəsiblərini ala bilmədilər). 

Əvvəldən bir neçə Zeytunlu üsyançı götürməyi unutdum. Onların çömçələri vardı. 

Qabın altından, kənarından bir şey qoparardılar”.  

Hırimyana görə, Berlin konqresinə  ərizə  və ya memorandumla getdik-

lərindən oradan əliboş qayıdan ermənilərdən fərqli olaraq silahlı mübarizə 

aparan Osmanlı Avropası (Balkan) xristianlarının müstəqillik qazanmaları 

təbii sayılmalıdır. Keçmiş patriarxın – Berlin konqresindəki erməni təmsilçilər 

heyətinin əsas siması olan — Hırimyanın bəzi sualları (“Heç bir xarici dil bil-

mədiyiniz halda bu siyasi vəzifəni necə aparacaqsınız və  nə cür danışaq-

caqsınız?”) cavablandırarkən dediyi fikir xüsusi ilə maraq yaradır. Bizcə, 

erməni tarixinin və xarakterinin mahiyyətini çox dəqiq açıqlayan bu cavaba 

(fikrə) dönə-dönə qayıdılması heç də yersiz sayıla bilməz: “Dünyanın bildiyi 

və eyni zamanda üzüntü, iztirab ifadə edən bir dil ilə danışacağam, yəni 

ağlayacağam”(6,255). 

                                                          

 

95



ƏDƏBİYYAT 

1.

 



B.Şimşir,  İngiliz Belgelerinde Osmanlı Ermenileri (1856-1880), İstanbul, “Bilgi 

Yayınevi”, 1986, 509 s. 

2.

 

Киссинджер Г. Дипломатия. М., Ладомир, 1997, 848 с. 



3.

 

M. Sarıca, Siyasal Tarih, 2.Baskı, İstanbul, “AR Yayım A.Ş.”, 1983, 279 s. 



4.

 

Türkiyə Cumhuriyyeti Başbakanlık Osmanlı Arxivi, Hariciye Nezareti, Endikatör: 



Siyasi-III, Karton no:185, iç no: 58/3 

5.

 



Türk Tarihinde Ermeniler Sempozyumu, İzmir, “İmge Yayımları”, 1983, 396 s. 

6.

 



E.Uras, Tarihte Ermeniler ve “Ermeni Meselesi”, İstanbul, “Belge Yayınları”, 1987, 798 s. 

7.

 



Osmanlı Belgelerinde Ermeniler, Cilt III, İstanbul, “Pınar Yayımları”, 1987, 527 s. 

 

 



«АРМЯНСКИЙ ВОПРОС» НА БЕРЛИНСКОМ КОНГРЕССЕ 

 

И.М.МУСА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуются  научно-политические  вопросы  связанные  со  статьей 61 

Берлинского договора. Здесь раскрывается сущность «армянского вопроса», сформули-

рованной этой статьей. 

Далее  в  ней  рассматриваются  главные  цели  великих  держав  (Англии,  России  и 

др.) в деле создания «армянского вопроса». Статья написана на основе изучения и ана-

лиза многочисленных дипломатических документов Османской империи и западных го-

сударств. 

 

Ключевые слова: Берлин, султан, церковь, армянин, конгресс 

 

“THE ARMENIAN QUESTION” AT BERLIN CONGRESS 

 

I.M.MUSA 

 

SUMMARY 

 

The article studies scientific-political questions on Article 61 of Berlin Agreement. The 



essence of “the Armenian question” is revealed. 

Furthermore, the article analyzes the major goals of great powers (as England, Russia 

etc.) in the formation of the “Armenian question”. The article researches a number of relevant 

diplomatic documents of the Ottoman Empire and Western states. 

 

Key words: Berlin, sultan, church, Armenian, congress 

 

 



96

Yüklə 59,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə