142
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
T
əbiət elmləri seriyası
2012
UOT 55:502.55
SUMQAYITÇAY –
CORAT QƏSƏBƏSİ SAHİL
PLYAJ LAND
ŞAFTININ GEOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ
N.R.TAĞIYEVA
Ekologiya v
ə Təbii sərvətlər Departamenti
nezaket@rocketmail.com yahoo
D
əniz dibi və sahil çöküntülərinin miqdarı spektral analizinin məlumatları və onların
statistik işləmələri əsasında bir sıra ağır metalların miqrasiya və konsentrasiyasının kəmiyyət
v
ə keyfiyyət etibarilə geoekoloji qiymətləndirilməsi yerinə yetirilib.
Açar sözl
ər: geoekologiya, ağır metallar, çirklənmə səviyyəsi, yovşan.
Sumqayıtçay – Sarıqayabaşı burnu sahil zolağında Sumqayıt kimya sə-
na
ye kompleksi, Sumqayıt şəhəri, həmçinin mərkəzi şəhər çimərliyi cəmlən-
mişdir.
Kimy
əvi elementlərin miqdarının həmin landşaft komponentlərində əsas
geoekoloji göst
əricilərdən biri konsentrasiya klarkıdır (KK) ki, bu da onların
yer qabığında olan litosfer klarkına nisbətdə hesablanıb. Bu qiymətə görə
d
əniz dibi və sahil çöküntülərinin bu və ya başqa elementlə zənginləşmə dərə-
c
əsi müəyyən edilir. Dəniz və sahil profilləri üçün tərtib edilmiş KK sıraların-
dan görünür ki, d
əniz profili üzrə Pb (KK= 4,4), Mo (KK=2,3), Co (KK=1,9),
v
ə Cu(KK=1,7) öz klarklarından xeyli yüksək miqdarda aşkar edilmişdir.
Cr (KK=1,2), Mn(KK=1,0), v
ə V (KK=1,0) klarkətrafı səviyyələrdədir,
Mi(KK=0,7) v
ə Zn (KK=0,5) öz litosfer üzrə klarklarından xeyli aşağıdır.
Sahil çöküntül
ərində Pb (KK=2,5), Co(KK=2,1) və Mo (KK=1,8) öz
klarklarından yüksəkdirlər. Klarkətrafı səviyyədə Cu (KK=1,3) və Mn
(K
K=0,9) aşkar edilib, Cr, Ni, Zn və V aşağı miqdardadır (KK=0,7-dən 0,3-ə
q
ədər). Klark göstəricilərinə görə dəniz dibi çöküntüləri, göstərilən elementlər-
l
ə, sahil çöküntülərinə nisbətən daha artıq çirklənib.
Bu geoekoloji amil yekun hesablama
əmsalı ilə təsdiq edilir: dəniz
profili üçün - 1,63, sahil profili üçün - 1,18, y
əni dıniz dibi çöküntüləri sahil
143
çöküntül
ərinə nisbətən ağır metallarla təxminən 1,5 dəfə çox zənginləşmişdir
(şəkil 1). Pb, Co, Mo və Cu-in yüksək KK əsasında fərz etmək olar ki, bu hal
Sumqayıt kimya sənaye kompleksinin Sumqayıtçay ilə Xəzərə axıdılan
texnogen tullantılar ilə əlaqədardır.
Su mühitind
ə mikroelementlərin miqrasiya qabiliyyətinə təsir edən əsas
fiziki-kimy
əvi göstərici qələvi-turşu şəraitləridir. Öyrənilən ərazidə dib və
sahil çöküntül
ərində qələvi-turşu şəraitləri neytral və zəif qələvi hüdudundadır,
y
əni pH 6,7-dən 8,3-ə qədər dəyişir (3). Bu hal, demək olar ki, dənizin bütün
sahil plyaj zonası üçün səciyyəvidir. Öyrənilən mikroelement qrupu 18
elektronlu kompleks
əmələgətirən elementlərə aiddir. Sahil landşaftının arid
iqlim şəraiti elə xüsusiyyətə malikdir ki, o, ekoloji vəziyyətə təsir edir və bu da
özünü mikroelementl
ərinin miqrasiya xassələrində göstərir. Plyaj zonasının
arid iqlim şəraiti və mövcud qələvi-turşu şəraitləri kompleks əmələgətirən ele-
mentl
ərin miqrasiyası üçün az əlverişlidir. Öyrənilən əraziyə kimyəvi element-
l
ərin ən sadə növü olan mexaniki miqrasiya xasdır. Dəniz dibi və sahil çökün-
tül
ərinin ağır metallarla zənginləşməsini daha dəqiq öyrənmək məqsədilə fiziki-
coğrafi və geoloji xüsusiyyətlərinə görə oxşar olan Z.Tağıyev qəsəbəsi – Sum-
qayıtçay sahil plyaj zonası ilə geokimyəvi müqayisəsinin təhlili aparılmışdır.
Şək. 1. Sumqayıtçay-Sarıqayabaşı dəniz dibi (1) və sahil plyaj (2)
çöküntül
ərində mikroelementlərin konsentrasiya klarkları (KK)
Bu sah
ə bir qədər şimal-qərb tərəfə yerləşmiş və Sumqayıt kimya sənaye
kompleksinin axıntı xarakterli tullantılarının təsiri altında deyildir, çünki həm
144
əsas küləklərin istiqaməti, həm də əsas dəniz dibi axınının istiqaməti cənub-
şərq və cənub-qərb tərəfdir. Bunun əsasında Z.Tağıyev qəsəbəsi – Sumqayıt-
çay sahil landşaftının mikroelement məlumatları bu işdə şərti olaraq fon kimi,
y
əni yerli klarklar kimi qəbul edilib. Bu da müqayisəli geoekoloji təhlil zama-
nı çöküntülərin mikroelementlərlə zənginləşmə dərəcəsi haqqında litosfer
klark
larına nisbətən dəqiq qiymət təqdim edir. Bu halda yerli KK (KK
y
) he-
sab
lanıb və tədqiq edilən landşaftın çöküntülərində olan mikroelement miqda-
rının, onun yerli fona məxsus çöküntülərdə olan miqdara nisbətindən ibarətdir.
Alınan məlumatlara görə (cədvəl 1) KK
y
sırası belədir:
Buradan birm
ənalı şəkildə qeyd etmək olar ki, Pb və Co miqdarları
texnogen xarakterlidir, çünki onların ərazisinin dəniz dibi çöküntülərində olan
yüks
ək miqdarı ilə yanaşı, bu qiymətlər fona nisbətdə də yüksəkdir (6,3 və
3,2). Maraqlıdır ki, hər iki landşaftın dəniz dibi çöküntülərində Zn, V və Mn
az miqdarına baxmayaraq, tədqiq edilən landşaftda onların miqdarına nisbətdə
2,5-1,7 d
əfə yüksəkdir. Qalan bütün ağır metallar hər iki landşaftın dəniz dibi
çöküntül
ərində təxminən bərabər miqdardadır.
KK
y
gör
ə sahil zonasında (quruda) xromu (KK
y
=7,0) ayırmaq olar :o
öyr
ənilən ərazinin sahil qumlarında fona nisbətən 7 dəfə artıqdır, baxmayaraq
ki, h
ər iki landşaftın çöküntülərində onun KK xeyli artıqdır. KK
y
yüks
ək olan
metallara Pb, Cu v
ə Zn və Mo aid etmək olar (KK
y
=3,6-2,0).
Göst
ərilən iki landşaftın müqayisəli geokimyəvi təhlili əsasında qeyd etmək
olar ki, t
ədqiq edilən texnogen landşaftın dəniz dibi çöküntülərində fona nisbətən
yüks
ək miqdarlarda Pb, Cu, Zn və V, sahil çöküntülərində isə Cr, Pb, Cu, Zn və
Mo aşkar olunur. Bu metalların çöküntülərdə olan yüksək miqdarları, şübhəsiz,
texnogen xarakter daşıyır və Sumqayıt kimya sənaye kompleksi sənaye axıntı
su
larının Sumqayıtçay vasitəsilə Xəzər dənizinə ötürülməsi ilə bağlıdır.
Bel
əliklə, Sumqayıtçay – Sarıqayabaşı burnu sahil plyaj landşaft çöküntü-
l
ərində Pb, Co, Mo və Cu yüksək miqdarda aşkar edilmişdir (KK=4,4-1,7). Orta
yekun geokimy
əvi əmsala görə dəniz dibi çöküntüləri öyrənilən ağır metallarla
sahil çöküntül
ərinə nisbətən 1,5 dəfə çox zənginləşmişdir. İstehsal proseslərinin
k
əskin ixtisarı şəraitlərində ağır metalların miqdarı, demək olar ki, 10-15 il
bundan
əvvəl mövcud olan (4) səviyyəyə uyğun gəlir. Və əlbəttə, çox da önəmli
geoekoloji
əhəmiyyət kəsb etmir. Bu hal başqa səbəblərlə yanaşı, dəniz sə-
viyy
əsinin qalxması nəticəsində sahilin yuyulması ilə əlaqədar əlavə çirklənmə
m
ənbəyinin yaranması ilə bağlı ola bilər. Qələvi-turşuluq təsnifatı üzrə, öy-
r
ənilən zona neytral və zəif qələvi mühitinə daxildir ki, bu da ağır metalların
miqrasiyası üçün əlverişli deyildir. Ərazidə mikroelementlərin miqrasiyasının
mexaniki tipi mövcuddur ki, bu d
əniz dibinin ağır metallardan təmizlənməsində
145
v
ə geoekoloji mühitin optimallaşmasında müəyyən rola malikdir.
Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj zonası. Bu ərazi Sarıqa-
ya
başı burnu – Corat qəsəbəsi arasında dəniz plyaj zolağıdır. Burada xvalın –
yeni X
əzər yaşlı çöküntülər yayılmışdır. Relyef dənizə doğru meyllidir. Dəni-
z
ə yaxın qumlar, bir qədər kənarlarda zəif torpaq əmələgəlmə əlamətləri olan
qumlar yayılmışdır. Bitki örtüyü, demək olar ki, çox zəifdir, ara-sıra efemer-
l
ərin nümayəndələri müşahidə olunur. Dəniz qumları küləklərin təsiri altında
f
əal deflyasiyaya məruz qalır. Sahil zolağının geoekoloji qiymətləndirilməsi
m
əqsədilə bütün sahil (profil) boyu dəniz dibi və sahil çöküntülərində ağır
metalların miqdarı öyrənilmişdir.
Çöküntül
ərdə mikroelementlərin miqdarının başlıca geokimyəvi göstəri-
ci
si onların konsentrasiya klarklarıdır (KK) ki, bu da qeyd olunduğu kimi
litosferd
ə olan uyğun orta miqdarlar (2) əsasən hesablanmışdır. Dəniz dibi və
sahil çöküntül
ərində mikroelementlər üçün alınan KK onların bu və ya digər
mikroelementl
ə zənginləşmə (çirklənmə) dərəcəsini göstərir. Dəniz dibi və
sahil çöküntül
ərinin miqdarı spektral analizinin nəticələri və mikroelement-
l
ərin konsentrasiya klarkları 2 saylı cədvəldə verilmişdir.
Bütün sahil zonası üçün tərtib edilmiş konsentrasiya klarkları sıraların-
dan görünür ki, d
əniz çöküntülərində bütövlükdə, profil üzrə yüksək kon-
sentra
siya klarkları qurğuşuna (KK=5,0), kobalta (2,5), molibdenə (2,4), misə
(1,8) m
əxsusdur. Xrom klark səviyyəsindədir (1,1), klarkətrafı miqdar
manqana, vanadiuma (0,9) v
ə nikelə (0,8) məxsusdur. Öz klarkından xeyli az
miqdarda (0,5) sink qeyd
ə alınıb.
Sahil çöküntül
ərində yüksək konsentrasiya klarkları mobilden (3,0),
qurğuşun (2,5) üçün müəyyən edilib. Yalnız mis üçün klark səviyyəsində
miqdar qeyd
ə alınıb. Öz klarklarından bir qədər az səviyyə manqana (0,8) və
nikel
ə (0,7) xasdır. Aşağı miqdarda xrom (0,6), sink (0,75) və vanadium (0,2)
t
əyin edilmişdir.
Bütövlükd
ə, Sarıqayabaşı burnundan Corat qəsəbəsinə qədər olan sahil
plyaj landşaftı üzrə müşahidə edilir ki, öyrənilən mikroelement sıraları üzrə
d
əniz dibi çöküntüləri sahil çöküntülərinə nisbətən daha artıq zənginləşmişlər
(c
ədvəl 2). Bu geokimyəvi amil hesablanmış cəm geokimyəvi əmsallar üzrə də
t
əsdiq olunur: dəniz profili üçün 1,77, sahil profili üçün isə 1,27 edir, yəni
d
əniz dibi çöküntüləri sahil çöküntülərinə nisbətən ağır metallarla 1,5 dəfə
artıq çirklənib.
146
C
ədvəl 2
Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftının dəniz
dibi v
ə sahil çöküntülərində mikroelementlərin miqdarı (
X
)
konsentrasiya klakları (KK)
Keyfiyy
ət etibarilə geokimyəvi qiymətləndirmə zamanı landşaftların,
dem
ək olar ki, bütün komponentlərin struktur və tərkibinə təsir edən mühüm
geokimy
əvi proses hipergenez zonasında mikroelementlərin miqrasiyası, ya-
xud miqrasiya qabiliyy
ətinə təsir edən əsas göstərici suyun qələvi-turşu şərai-
tidir.
Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftı və Azərbayca-
nın başqa landşaftları üzrə alınan məlumatlar üçün təbii suların qələvi-turşu
şəraitlərinə əsaslanan mikroelement təsnifatı mövcuddur ki, (3), burada müəl-
lif su mühitinin q
ələvi-turşu şəraitləri əsasında onları 4 əsas qrupa bölür: 1.
güclü turşu (pH=3-ə qədər); 2. turş və zəif turş (pH=3-6,5); 3. neftral və zəif
q
ələvi (pH=6,5-8,5); 4. güclü qələvi (pH=5-dən artıq).
C
ədvəl 3
Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftının dəniz dibi və
sahil çöküntül
ərində mikroelementlərin texnogen sahələr üzrə orta
miqdarı (
X
) v
ə konsentrasiya klakları (KK)
Yuxarıda göstərilən təsnifat əsasında Sarıqayabaşı burnu – Corat qəsəbə-
si sahil plyaj landşaftının dəniz dibi və sahil çöküntülərində öyrənilən mikro-
ele
ment qrupunun su miqrasiyası üçün qələvi-turşu mühiti neytral və zəif
D
əniz
T
ədqiqat
zonası
Sahil
T
ədqiqat
zonası
147
q
ələvi arasındadır, pH=7,2-dən 7,8-dək dəyişir. Qeyd olunduğu kimi, suların
neytral v
ə zəif qələvi su mühiti həm tədqiq edilən landşafta, həm də Xəzər
d
ənizinin bütün sahil plyaj zonasına xasdır.
Mikroelementl
ərin miqrasiyası su mühitinin həm qələvi-turşu mühitin-
d
ən, həm də elementlərin onda mövcudluq formasından bilavasitə asılıdır.
D
əniz dibi və sahil çöküntülərində müəyyən edilmiş mikroelement sırası (1)
18 elektronlu kompleks
əmələgətirən elementlərə, yəni ağır metallara aiddir.
Arid zonasının landşaftlarında, üzvi maddənin az miqdarının olduğu
halda (Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftı çöküntüləri
üçün bu s
əciyyəvidir), 18 elektronlu kompleks əmələgətirən elementlərin ək-
s
əriyyəti zəif qələvi mühitdə həll ola bilən birləşmələr əmələ gətirmirlər, zəif
müt
əhərrikdirlər və özlərini tipik kationogen mikroelementlər kimi aparırlar
ki, bunlarınn miqrasiyası üçün turş mühit əlverişlidir.
Yuxarıda göstərilənlərə əsaslanaraq qeyd etmək lazımdır ki, Sarıqayabaşı
burnu –
Corat sahil plyaj landşaftının dəniz dibi və sahil çöküntülərində kompleks
əmələgətirən elementlərin miqrasiya qabiliyyətinə çöküntülərin üzvi maddə ilə
kasıblığı və qələvi-turşu mühitinin uzlaşması böyük təsir göstərir. Bu halda
kompleks
əmələgətirən elementlər həll ola bilən birləşmələr əmələ gətirir və
özl
ərini tipik kationogen mikroelementlər kimi göstərir. Bununla əlaqədar, tədqiq
edil
ən sahil plyaj zonasına mikroelementlərin yalnız mexaniki miqrasiyası xasdır.
Bu is
ə Sumqayıt sənaye kompleksindən Corat qəsəbəsinə doğru sualtı dəniz dibi
axınları, çöküntülərin sualtı yerdəyişmələri ilə əlaqədardır.
Mexaniki miqrasiyanı izləmək və mikroelementlərin dəniz və sahil
profill
əri üzrə sonrakı paylanmasını öyrənmək nəticəsində bəlli olur ki, Sarıqa-
ya
başı burnunun əvvəlindən Corat qəsəbəsinin başlanğıcına qədər, demək olar
ki, bütün mikroelementl
ərin miqdarı qalan sahələrə nisbətən (Corat qəsəbəsi-
nin
əvvəlindən onun axırına qədər) daha yüksəkdir. Bunun əsasında biz, Sarı-
qaya
başı burnundan Corat qəsəbəsinin sonuna kimi olan sahil plyaj landşaftını
iki geokimy
əvi zonaya (sahəyə) ayırırıq: 1-ci zona – Sarıqayabaşı burnundan
Corat q
əsəbəsinin başlanğıcına qədər və 2-ci zona – Corat qəsəbəsinin başlan-
ğıcından onun sonuna qədər.
Ayrılıqda bu zona üzrə mikroelementlərin yayılmasını nəzərdən keçirək.
D
əniz və sahil profillərinin hər bir zonası üçün spektral məlumatların ayrıca
statistik hesablamaları yerinə yetirilmişdir (cədvəl 3).
Buradan görünür ki, 1-
ci zonanın dəniz dibi çöküntülərində çox böyük
miqdarda qurğuşun (KK=6,3), böyük miqdarda kobalt (KK=3,3), molibdən
(KK=3,0) v
ə mis (KK=2,3) vardır. Öz klarklarından bir qədər yüksək səviyyə-
l
ərdə xrom (KK=1,4) və vanadiumdur (KK=1,2). Nikel və manqan litosfer
klarkı səviyyəsindədir (KK=1,0) və yalnız sink 1-ci zonanın dəniz çöküntülə-
rind
ə öz klarkından aşağıdır (KK=0,7).
2-
ci zonanın çöküntülərində olduğu kimi, öz klarkından xeyli yüksək
s
əviyyədə qurğuşundur (KK=3,7), molibden və kobaltın miqdarı uyğun olaraq
öz klarklarından 1,8 və 1,7 dəfə yüksəkdir. Manqan və xrom klarkətrafı
148
s
əviyyədə (KK=0,8), nikel, vanadium və sinkin miqdarları isə 2-ci zonanın
d
əniz dibi çöküntülərində öz klarklarından xeyli aşağıdır (KK= 0,7-0,4).
Sahil çöküntül
ərində öyrənilən mikroelement sırasının konsentrasiya
klarklarına görə, dəniz çöküntülərinə oxşar geokimyəvi mənzərə aşkar olunub.
1-
ci zonanın sahil çöküntülərində miqdar cəhətcə yenə də molibden (KK=3,6),
qurğuşun (KK=3,1), kobalt (KK=2,2) və mis (KK=1,5) üstünlük təşkil edir.
Klark
ərtafı miqdarda manqan və nikel (KK=0,9), öz klarklarından aşağı xrom
(KK=0,7), sink (KK=0,6) v
ə vanadium qeyd olunur.
Şək. 2. Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftının dəniz
dibi v
ə sahil çöküntülərində mikroelementlərin konsentrasiya klakları (KK)
2-ci zon
anın sahil çöküntülərində öz klarklarından yuxarı səviyyədə
qurğuşun, molibden və kobalt (KK=1,9-1,7) aşkar edilib. Bütün qalan mikro-
elementl
ər – manqan, mis, nikel, xrom, sink və vanadium sahil çöküntülərində
çox az miqdarlarda (KK=0,6-0,2) qeyd olunur.
Zonalararası geokimyəvi müqayisə əsasında aydın olur ki, 1-ci zonanın
çöküntül
əri 2-ci zonanın çöküntülərinə nisbətən ağır metallarla daha çox zən-
ginl
əşiblər. Bu geokimyəvi amili mikroelementləri orta cəm geoekoloji əmsalı
da t
əsdiq edir: bu, 1-ci zonanın hissəsi üçün 2,24, 2-ci zona üçün isə 1,32-dir
149
ki, bu da 2 d
əfə artıq fərq deməkdir. Oxşar geoekoloji mənzərə sahil çöküntü-
l
əri üçün də müşahidə olunur, burada orta cəm statistik əmsal 1-ci zona üçün
1,53-
ə, 2-ci zona üçün isə 0,9-a bərabərdir. Göründüyü kimi 1-ci zonanın həm
d
əniz, həm də sahil çöküntüləri 2-ci zonanın çöküntülərinə nisbətən ağır metal-
larla 2-9 d
əfə çox zənginləşiblər. Bu, şəkil 2 və 3-dən də aydın sürətdə görünür.
Şək. 3. Sarıqayabaşı burnu – Corat qəsəbəsi sahil plyaj landşaftının
d
əniz dibi (A) və sahil (B) çöküntülərində (1) və fon (2) zonalarda
mikroelementl
ərin konsentrasiya klakları (KK)
Alınan məlumatlar əsasında qeyd etmək olar ki, Sarıqayabaşı burnunun
d
əniz və sahil zolağı çöküntülərində (zona-1) ağır metal sırasında yüksək miq-
darların ağkar olunması texnogen xarakter daşıyır və şübhəsiz, Sumqayıt sə-
naye kompleksinin tullantılarının sualtı çöküntü yerdəyişməsi, suda asılı mad-
d
ələrin daşınması və onların nisbətən sakit, mexaniki maneələrin mövcud ol-
duğu yerlərdə saxlanılması ilə əlaqədar olmaqla müəyyən geoekoloji əhə-
miyy
ət kəsb edir.
ƏDƏBİYYAT
1.
Крайнов C.Ф., Швец В.М.. Гидрогеохимия. М.: Наука, 1992, 464 с.
2.
Виноградов А.П. Среднее содержание химических элементов в главных типах по-
150
род земной коры. Геохимия. 1962, №3, с. 555-571.
3.
Перельман А.И., Касимов Н.С. Геохимия ландшафта. Учебн. пос., М.: Астрея- 2000,
1999, 768 с.
4.
Султанов Р.Р. Микроэлементы донных осадков Сумгаитского взморья. Материалы
конф. По итогам НИР 1995 года. БГУ, географич. фак-т. Баку, 1995, с. 39-43.
ГЕОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ПРИБРЕЖНОГО ПЛЯЖЕВОГО
ЛАНДШАФТА СУМГАЙЫТЧАЙ – ПОС. ДЖОРАТ
Н.Р.ТАГИЕВА
РЕЗЮМЕ
На основе статистической обработки данных количественного спектрального
анализа морских донных осадков, а также береговых отложений проведена оценка гео-
экологической обстановки на участках прибрежных ландшафтов Сумгайытчай – м. Са-
рыгаябаши и м. Сарыгаябаши – пос. Джорат, выявлены малоконтрастные аномалии
свинца, молибдена, кобальта, меди и др. тяжелых металлов.
Ключевые слова: геокология, тяжелые металлы, уровень загрязнения, растительность.
GEOEGOLOGİCAL FEATURES OF THE COASTAL
LANDSCAPE OF SUMGAYITCHAY- SARIGAYABASHI
N.R.TAGHIYEVA
SUMMARY
On the base of the statistical data of quantitative spectral analysis of marine data of
precipitation and coastal sediments, geoecological conditions in the areas of coastal
landscapes of Sumgayitchay-Sarigayabashi and Sarigayabashi-Jorat are assessed and low
contrast anomalies of plumbum molybdenum, cobalt, copper and other heavy metals are
identified.
Key words: geoecology, heavy metals, lewel of contamination, wormwood.
Redaksiyaya daxil oldu: 18.09.2012-ci il.
Çapa imzalandı: 23.10.2012-ci il.
Document Outline - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- ƏDƏBİYYAT
- ПРИОРИТЕТНЫЕ НАПРАВЛЕНИЯ ГЕОЛОГО-РАЗВЕДОЧНЫХ
Dostları ilə paylaş: |