Balalar-Az. Com Seyid Əzim Şirvani. Şeirlər. Xəlifə bə Bəhlul1



Yüklə 7,28 Kb.
tarix14.05.2018
ölçüsü7,28 Kb.
#43469

Balalar-Az.Com

Seyid Əzim Şirvani. Şeirlər.
Xəlifə bə Bəhlul1
Etdi Harun2 bir gün əzmi-şikar,
Gəldi dərya kənarın etdi qərar.
Gördü bir əl çıxıbdı dəryadən,
Düşdülər heyrətə təmaşadən.
Beş ədəd barmaq olmuş onda əyan,
Bu müəmmayə qaldılar heyran.
Atdılar gərçi xeyli tupü tüfəng
Leyk barmaqlar olmadı münfək.
Kimsənə bilmədi bu əsrarı,
Qaldılar şah-mat elcarı.
Dedilər kim, bunu bilər Bəhlul,
Bunu eylər tila kimi məhlul.
Şah Bəhlulə qasid etdi rəvan,
Ta gəlib eyləsin bu rəmzi bəyan.
Oldu Bəhlul qarğı atə süvar,
Səyrədə-səyrədə gəlib rəhvar.
Etdilər ta ki, macəranı bəyan,
İki barmağını bu etdi əyan.
Görcək ol əl çəkildi dəryayə,
Qaldılar mat bu müəmmayə.
Dedi Bəhlulə şəh ki, ey dana,
Bu nə işdir, buna nədir məna?
Nə il idi o kim, əyan oldu,
Sən ki əl tutdun ol nihan oldu?
Bu rümuzun nə idi mənası,
Nə idi ol işarə iyamsı.
Dedi Bəhlul: - Ey şəhi-dövran,
O ki beş barmaq olmuş idi əyan,
O işarə edirdi, ey sərvər,
Nə qədər ki, çətin ola işlər,
Beş könül olsa cəm, asandır,
Cəmlikdən ədü pərişandır.
İki barmağımı mən etdim əyan,
Eylədim mən ona bu rəmzi bəyan,
Yəni ki, bu cahanda iki könül
Cəm ola, xeyli əmrdir müşkül.
Bildi mənanı, batdı dəryayə.
Seyyida, afərin bu inşayə!
_____________________
1Bəhlul – “Bəhlul danəndə” və “Bəhlul divanə” ləqəbi ilə məşhur olmuş və 9 əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, Harun-ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır.
   2Harun – Harun-ər-Rəşid (763-809) Abbaso xəlifələrindən birincisidir. Onun dövründə elmə, ədəbiyyata xüsusi əhəmiyyət verilmişdir. O, “Min bir gecə” adlı məşhur ərəb nağılının qəhrəmanıdır.



Balalar-Az.Com

Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə