Biologiya 9 Qanın verilmiş funksiyalarından hansını bilavasitə qan plazması yerinə yetirir?



Yüklə 32,53 Kb.
tarix17.11.2017
ölçüsü32,53 Kb.


Biologiya 9

1.Qanın verilmiş funksiyalarından hansını bilavasitə qan plazması yerinə yetirir?

a) oksigenin daşınması b) hormonların daşınması c) antitellərin əmələ gəlməsi

d) faqositozu həyata keçirmək e) immuniteti yaratmaq

2.Tənəffüs yoluna aid deyil?

a) qırtlaq b) burun boşluğu c) diafraqma d) bronxlar e) nəfəs borusu

3. Nazik bağırsaqda həzm prosesi hansı ardıcıllıqla gedir?

I boşluq həzm II membran həzm III sorulma

a) I,III, II b) I, II, III c) III, I, II d) II, I, III e) II, III, I

4. İnsanın ağzında hansı ferment qidanı sürüşkən hala salır?

a) trioksin b) ptialin c) lizosim d) mutsin e) maltaza

5. Tənəffüs mərkəzi harada yerləşir?

a) beyin yarımkürələrinin dərin şırımlarında b) beyinciyin gicgah nahiyəsində

c) ənsə nahiyəsində d) alın payında e) uzunsov beyində

6. C vitamini ilə zəngin olan məhsulları seçin.

1. qaraciyər 2. limon 3. kələm 4. balıq yağı 5. taxıl bitkiləri 6. qarağat

a) 1,2,4 b) 4,5,6 c) 1,5,6 d) 2,4,6 e) 2,3,6

7. Hansı nazik bağırsağın xovlarından qana sorulmur?

a) yağ turşusu b) qlükoza c) C vitamini d) Na duzu e) amin turşusu

8.Sinir hüceyrələri necə adlanır?

a) peyk hüceyrəsi b) akson c) neyron d) dendrit e) myelin

9. Böyrək kapsulları yerləşir:

a) böyrəyin qabıq qatında b) böyrəyin daxili qatında c) böyrək ləyənində

d) piramidalarda e) sidik axarlarında

10. Sidik böyrək ləyənindən ifrazat orqanlarından hansına keçir?

a) sidik kisəsinə b) sidik axarına c) sidik kanalına

d) birinci dərəcəli qıvrım sidik borucuqlarına

e) ikinci dərəcəli qıvrım sidik borucuqlarına


Biologiya 10
1.Təbiətdə ən geniş yayılmış polisaxarid ...

a) saxarozadır b) qlükogendir c) fruktozadır d) sellüzozadır e) ribosomdir

2.Ribosomun tərkibində ola bilməz:

a) timin b) quanin c) sitozin d) urasil e) adenin

3. Hər hansı bir fermentin sintezi zamanı aşağıdakılardan hansının olması vacib deyil?

a) ATF b) m-Rnt c) n-RNT d) H2O e) amin turşusu

4. Blastula nədir?

a) mayalanmış yumurta hüceyrə b) daxilində boşluq olan kürəşəkilli rüşeym

c) iki qatdan təşkil olunmuş rüşeym c) mayalanmamış yumurta hüceyrə

e) ilk bağırsaqdan ayrılan rüşeym təbəqəsi

5.Mitozun hansı fazasında RNT-nin sintezi dayanır?

a) metafazada b) anafazada c) telofazada d) profazada e) anafaza və telofazada

6. Mezodermadan əmələ gəlir:

a) qaraciyər b) böyrək c) ağciyər d) baş beyin e) gözlər

7. Aşağıdakılardan hansıları entoderma mənşəlidir?

a) baş beyin, dəri, hiss orqanları b) böyrəklər, əzələ, cinsiyyət orqanları

c) ağciyər, qaraciyər, öd kisəsi d) skelet sümükləri, dırnaq, qan-damar sistemi

e) qalxanabənzər vəzi, dişlərin dentini, gözlər

8. Oparinin nəzəriyyəsinə görə həyatın əmələ gəlməsində sonuncu pillə hansıdır?

a) kimyəvi təkamül b) üzvi maddələrin abiogen yolla əmələ gəlməsi

c) koaservat damlalarının əmələ gəlməsi d) fotosintezin yaranması

d) özünütörətmə qabiliyyətinin meydana çıxması

9. Sürünənlərin hökmranlığı hansı eraya təsadüf edir?

a) arxeyə b) proterozoya c) paleozoya d) mezozoya e) kaynazoya

10. Bədən boşluğu hansı erada əmələ gəlmişdir?

a) proterozoyda b) mezozoyda c) kaynozoyda d) arxeydə e) paleozoyda


Biologiya 11
1. Gen haqqında hansı fikir səhvdir?

a) gen xətti quruluşa malikdir b) gen hissələrə bölünür c) gen daxilində krossinqover baş verir

d) gen hissələrlə mutasiyaya uğrayır e) gen elementar və bölünməyən quruluşa malikdir

2. Əlamətin modifikasiya dəyişkənliyi hüdudları nə adlanır?

a) variasiya əyrisi b) fotoperiodizm c) biologi saat d) bioloji ritm e) reaksiya norması

3.Bitki seleksiyasının metodlarına aid deyil?

a) hibridləşmə b) fərdi seçmə c) kütləvi seçmə d) sortlaşdırma e) əhliləşdirmə

4. Aşağıdakılardan hansı düyünün vətənidir?

a) Cənubi Asiya tropik mərkəzi b) And mərkəzi c) Şərqi Asiya mərkəzi

d) Aralıq dənizi mərkəzi e) Həbəşistan mərkəzi

5. Hansı prosesin gedişi pozulanda Daun xəstəliyi meydana çıxa bilər?

a) mitozun b) biosintezin c) transkripsiyanın d) meyozun e) DNT reduplikasiyasının

6. Nəslin həyat qabiliyyətinin zəifləməsinə məhsuldarlığın azalmasına və cırlamasına səbəb nədir?

a) öz-özünə tozlanan bitkilərin çarpaz tozlandırılması

b) çarpaz tozlanan bitkilərdə öz-özünə tozlanma, heyvanlarda yaxın qohum çarpazlaşdırma

c) nəsildə heteroziqotluluğun artması d) nəsildə homoziqotluluğun azalması

e) bitkilərdə çarpaz tozlanma, heyvanlarda qohum olmayan çarpazlaşdırma

7. Enliyarpaqlı meşənin biogeosenozunun yarusları haqqında deyilənlərdən hansı doğrudur?

a) yarus nə qədər azdırsa onu əmələ gətirən bitkilər bir o qədər kölgəyədavamlıdır

b) yarus nə qədər yuxarıdırsa bitki bir o qədər kölgəyədavamlıdır c) yarus nə qədər aşağıdırsa bitkilər bir o qədər işığa tələbkardır d) yarus nə qədər yuxarıdırsa, biogeosenoz bir o qədər biomüxtəlifdir e) yarusluluq sadəcə bitkilərin yer üstü hissəsinə aiddir

8.İpəkqurdu inkişafının hansı mərhələsində qışlayır?

a) yaşlı cücü b) yumurta c) sürfə d) pup e) qışlamır

9.Hansı uzaq hibridləşmə nəticəsində alınmamışdır?

a) qatır b) tritikale c) yak d) arxarmerinos e) bester

10. Kütləvi seçmə tətbiq olunan bitki: a) çovdar b) buğda c) arpa d) lobya e) noxud

Biologiya 9



1

2

3

4

5

6

7

8

9

10

b

c

b

d

e

e

a

c

a

b

Biologiya 10

1

2

3

4

5

6

7

8

9

10

d

a

d

b

d

b

c

d

d

a

Biologiya 11

1

2

3

4

5

6

7

8

9

10

e

e

e

a

d

b

a

b

c

a



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə