Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini,
prinsiplərini, istiqamətlərini, təşkilati
-
hüquqi əsaslarını müəyyən edir və bu
sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal
iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai
-siyasi, sosial-iqtisadi,
təşkilati
-
hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
1.0.2. gənclər
-
yaşı 14
-
dən 29
-
dək olan şəxslər;
1.0.3. gənc ailə
-
yaşı 35
-
dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan
ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35
-
dən çox olmayan tək valideyn;
1.0.4. istedadlı gənclər
-
təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə
xüsusi qabiliyyəti olan gənclər;
1.0.5. gənclər təşkilatları
-
gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi
tələbatlarının ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada
yaradılan qeyri
-
hökumət təşkilatları (ictimai birliklər və fondlar).
Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ
-
hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Gənclər siyasətinin məqsəd və
prinsipləri
3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli
və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına,
sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək
etməkdir.
3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri
əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət
-
ənənələrinə, dövlət dilinə və
rəmzlərinə, milli
-
mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;
3.2.2. cəmiyyətin ictimai
-siyasi, sosial-
iqtisadi və mədəni həyatında gənclərin fəal
iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümu
mmilli
problemlərin həllinə səfərbər olunması;
3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq
bərabərliyinə riayət edilməsi;
3.2.4. qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin
hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi.
Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri
4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının
hazırlanması və həyata keçirilməsi;
4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;
4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması
sahəsində tədbirlərin həyata keçirilməsi;
4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti,
bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata
keçirilməsi;
4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi;
4.0.6. gənclərin hərbi xidmətə hazırlanması;
4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi;
4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi
araşdırmaların aparılmasının təşkili;
4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o
cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına
imkan və şəraitin yaradılması;
4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın
gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və
humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər
Fondunun yaradılması
4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının təmin olunması;
4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və inkişafına yönəldilmiş tədbirlərin
həyata keçirilməsi;
4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin
verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi.
II fəsil
Gənclər siyasətinin əsas istiqamətləri
Maddə 5. Gənclərin mənəvi
-
əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı
5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi
məqsədi ilə hərbi
-
tətbiqi idman növlərinin və hərbi
-
idman oyunlarının keçirilməsi,
gənclərin mədəni
-
kütləvi tədbirlərə cəlb edilməsini.
5.2. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi
-
əxlaqi tərbiyəsinə
yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin
hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.
5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi
-
əxlaqi tərbiyəsi, onlar arasında
cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan
qaldırılması, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial
adaptasiyası üçün tədbirlər həyata keçirirlər.
5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq
emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra
hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.
5.5. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və
asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya
yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.
Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı
6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin
təhsilini davam etdirməsinə dövlət təminat verir.
6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra
qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından
kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait
yaradır.
6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə
bilərlər.
Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı
7.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi,
asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir.
7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil
müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi
müayinədən keçirilməsini təmin edirlər.
7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən
i
stifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən
istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.
Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi
8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma
və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək
göstərir. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti
məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını
təşkil edirlər.
8.2. Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad
olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə
bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar
hazırlanır və həyata keçirilir.
8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və
digər sahibkarlara yardım edir.
8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə
köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş
qaydada torpaq sahələri və güzəştli
kreditlərlə ilk növbədə təmin olunurlar.
8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və
ştatlarının ixtisarı halları istisna olmaqla, gənclərin həqiqi hərbi xidmətdə olduğu müddət
ərzində mülkiyyət növündən və təşkilati
-
hüquqi formasından asılı olmayaraq
müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır.
Maddə 9. Gənc ailələrə dövlət yardımı
9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə
həcmi
və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və
ssudalar verilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji
-
tədqiqat işlərinin
aparılmasını təmin edir və informasiya bankını yaradır.
Maddə 10.
Gənclər təşkilatlarına dövlət yardımı
10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.
10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun
hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi
üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil
edilir.
10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər
təşkilatlarına həvalə edilə bilər.
III fəsil
Gənclər siyasətinin həyata keçirilməsinin
təşkilati, maddi və maliyyə təminatı
Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində
gənclərin iştirakı
Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında
təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin
əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər.
Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə
orqanlarının iştirakı
12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial
-
hüquqi
müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar
əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə
uyğun olmalıdır.
12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları
tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.
Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə
təminatı
13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı
fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər
qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində
onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə
edilməsinə yol verilmir.
13.2. Gənclər
siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə
qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 14. Yekun müddəaları
14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən "Dövlət gənclər siyasəti haqqında"
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1991-
ci il, № 24, maddə 446) qüvvədən düşmüş hesab edilir.
QEYD:
Bu qanun Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 6
may 2002-ci
il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2007
-ci il tarixli
Sərəncamı ilə qanuna dəyişikliklər və əlavələr edilmişdir.
Dostları ilə paylaş: |